Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 il müddətinə sosial yardım almaq 

hüququnu itirir;

Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş 



yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı (1006 AZN) ödədikdə və yaxud 

alqı-satqı etdikdə;

Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün 



verilmiş nəqliyyat vasitələri istisna olunmaqla)

Ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda; 



Ailənin əmək qabiliyyətli,  işləməyən  üzvü Baş Məşğulluq İdarəsinin yerli  orqanı tərəfindən 

təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun 

təkrar müraciəti əsasında 1 aydan sonra baxıla bilər).

Qeyd:

Sosial   yardımın   təyin   edilməsindən   imtina   edildiyi   barədə   komissiyanın   qərarı   çıxarıldığı 



vaxtdan   3   gündən   gec   olmayaraq   sosial   yardım   verilməsindən   imtina   edilməsinin   səbəbləri 

göstərilməklə ailəni təmsil edən şəxsə bildiriş verilir



7.Sosial yardım necə ödənilir?

Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya 

rabitə şöbəsi) vasitəsilə ödənilir.

11. Elektrik enerji  təhçizatı sahəsində yaranan suallar

1. Enerji haqqının məbləği nəqədərdir? 

Tariflər 1 kVt/saat üçün (ƏDV ilə) - 6,0 qəpik



2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında enerji haqqının ödənilməsində fərq varmı?

Xeyr, enerji haqqının ödənilməsində   bütün istehlakçılar qrupları üçün eyni tarifdir.



3.Enerji haqqı hara və hansı formada ödənilməlidir?

Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş 

sənədlərinə əsasən aparılır. Enerji haqqı üzrə ödəmələr vətəndaş tərəfindən şəxsən olaraq aidiyyatı 

üzrə   poçt   bölmələrinə   və   ya     müvafiq   banklara   ödənilməlidir.  İstehlakçı   hesablaşma   dövründə 

işlətdiyi   elektrik   enerjisinin   haqqını   enerjitəchizatı   müəssisəsi   tərəfindən   ödəmə   sənədi   təqdim 

edildikdən sonra bir ay müddətində ödəməlidir.



4.Sayğac nasaz olduğu halda hesablama necə aparılır?

İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik 

enerjisi   sərfinin   hesabatı   enerjitəchizatı   müəssisəsinin   və   istehlakçının   razılığına   əsasən   uçot 

pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. 

Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu 

müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən 

bərpa olunmalıdır.

5.Ödəniş gecikdirilməsinə görə sanksiyalar?

Hər hansı bir səbəbdən, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş 

sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində 

dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan 

günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Elektrik 

enerjisinə   görə   enerjitəchizatı   müəssisəsinin   abonentə   təqdim   etdiyi   ödəniş   sənədlərinə   əsasən 

ödəmə bir ay müddətinı aparılmalıdır.

6.Enerji təhcizatı hansı hallarda dayandırıla bilər?

Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra 

28



bilər:  istehlakçının   müvafiq  yazılı  müraciəti   (elektrik   enerjisinin  verilməsinin  dayandırılmasının 

səbəbi və müddəti göstərilməklə) olduqda; sayğacla müəyyənləşən hesab təqdim edildikdən sonra 

bir ay müddətində ödənilmədikdə;   təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş 

verən   yanğının   və   ya   qaz   sızmasının   qarşısı   alındıqda;   enerji   təchizatı   müəssisəsi   ilə   müvafiq 

müqavilə   bağlanmadıqda;.   məhkəmənin   qərarı   ilə.   İstehlakçıya   elektrik   enerjisinin   verilməsinin 

dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. 



7.Yaşayış evinin sayğaclaşdırılması üçün nə etməli və proseduru?

Sayğaclaşdırılma  “Bir pəncərə”  prinsipi  əsasında həyata  keçirilir.  Vətəndaş  yerli  enerji təhcizat 

müəssəsinə standart formada tərtib olunmuş ərizə təqdim edir. Ərizə ilə birlikdə həmçinin şəxsiyyət 

vəsiqəsinin surəti, mülkiyyət hüququn təsdiq edən sənədin (çıxarış, şəhədətnamə(kupça)), torpaq 

sahəsinin   ayrılması   barədə   sərəncamın   (qərarın)   və   ya   torpaq   sahəsində   evin   tikilməsinə   icazə 

verilməsi barədə sərəncamın(qərarın) surəti təqdim edilir. Daxil olan sənədlər əsasında texniki şöbə 

tərəfindən hazırlanan texniki şərt əsasında müvafiq bölmə tərəfindən sayğac quraşdırılır və abunə 

kodu   tərtib   edilərək   məlumat   bazasına   daxil   edilir.   Fiziki   şəxslər   üçün   sayğaclaşdırma   enerji 

təhcizat müəssəsinin hesabına aparılır.

8.Nöqsan aşkar edildikdə və ya sayğac xarab olduqda vətəndaş nə etməli?

Hesablaşma uçot cihazında nöqsan əşkar edildikdə vətəndaş nöqsanun aradan qaldırılması üçün 

enerji təhcizatı  müəssəsinə  ərizə  ilə  müraciət  etməlidir.  İstehlakçı,  o cümlədən  məişət  abonenti 

yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, 

lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. 

 

9.Sayğac yaşayış binasının girişində quraşdırıldığı halda onun korlanmasına göra vətəndaş 



məsiliyyət daşıyırmı?

Xeyr, yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış   sayğacların baxış 

şüşəsinin sındırılması və ya diqər mexaniki zədələr görə abonent cavabdehlik daşımır. 

10.Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma proseduru necə həyata keçirilir?

Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, 

enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir 

və   aktın   bir   nüsxəsini   məişət   abonentinə   verir.   Akt   enerjitəchizatı   müəssisəsinin   nümayəndəsi, 

məişət   abonenti   və   iki   nəfər   hal   şahidi   tərəfindən   imzalanmalıdır.   Məişət   abonenti   aktı 

imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və 

aktın   məzmunu   barəsində   öz   mülahizələrini   təqdim   etmək,   habelə   aktı   imzalamaqdan   imtina 

etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.



11.Abunəçi kodunun digər şəxsin adına keçirilməsi proseduru və müddəti?

Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi 

onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll 

edilir.   Elektrik   şəbəkəsinə   əvvəllər   qoşulmuş   yaşayış   binasındakı   mənzilə   yeni   kirayəçi,   yaxud 

mülkiyyətçi  və  ya  xüsusi  yaşayış  evinə  yeni  mülkiyyətçi  köçdükdə,  həmin  məişət  abonenti  ilə 

enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi 

bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik 

enerjisinə   görə   ödəniş   sənədini   müstəqil   halda   yazmaq   üçün   qəbzlər   və   bildiriş   blankları   olan 

hesablaşma kitabçasını verir (özünəxidmət üsulu).

12. Qaz təhçizatı sahəsində yaranan suallar

1. Qaz pulunun məbləği nəqədərdir?

Təbii qazın pərakəndə satış  tarifi 1000  m

3

 üçün (ƏDV ilə)  - 100,0 manat(1 m



3

 -10qəpik).



2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında qaz pulunun ödənilməsində fərq varmı? 

29



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə