Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

Kişilər üçün yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək hər il altı 

ay artırılır, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək 

hər il altı ay artırılır.

3. Neçə uşaqlı qadınlar yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdirlər?

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan 

qadınlar  müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası 

hüququna malikdir



4.Sağlamlıq imkanları məhdud uşağı olan anaların yaşa görə əmək pensiyasına çıxmağa görə 

sığorta stajı neçə il olmalıdır?

Sağlamlıq   imkanları   məhdud   uşağını   səkkiz   yaşınadək   tərbiyə   etmiş   və   azı   10   il   sığorta   stajı 

olmalıdır və anaların   müəyyən  olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası 

hüququ vardır.



5. Uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasına çıxmağa 

görə sığorta stajı neçə il olmalıdır?

Ana  vəfat  etdiyinə   və  ya  ana   ilə  nikaha  xitam   verildiyinə,  yaxud   ana  valideynlik   hüququndan 

məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək 

böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən 

ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta 

stajı olmalıdır və müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququna 

malikdir.

6. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün kişilərin və qadınlarin sığorta stajı neçə il 

olmalıdır ?

Kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 

ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu 

müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə 

əmək pensiyası hüququ vardır.

7. Hansı işlərə görə güzəştli şərtlərlə kişilər və qadınlar əmək pensiyasına çıxmaq hüququna 

malikdirlər  ?

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək 

şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq olunan siyahısı üzrə həmin işlərdə çalışmışlarsa, 

əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları vardır.

8. Əlilliyə görə əmək pensiyası nəyə görə təyin edilir?

Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya 

fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, 

əlilliyin   və   ya   18   yaşınadək   sağlamlıq   imkanları   məhdudluğunun  səbəbləri,   habelə  onların 

başvermə   müddəti  

müvafiq   icra   hakimiyyəti   orqanı

  tərəfindən   qanunvericiliyə   uyğun   olaraq 

müəyyən olunur

9. Hansı şərtlərə  əlilliyə görə əmək pensiyası təyin edilir?

Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə 

sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta 

stajı olduqda təyin edilir.



10. Hərbi qulluqçulara əlilliyə görə pensiya hansı şərtlərlə təyin edilir?

Hərbi  qulluqçulara  (hərbi  rütbələrdən  məhrum  edilmiş  hərbi  qulluqçular,  müddətli  həqiqi  hərbi 

xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı 

22



olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 

aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış 

xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir.

11.Əlilliyə görə əmək pensiyasının məbləği hər qrupa görə neçə faizl təşkil edir?

Əlilliyə   görə   əmək   pensiyasının   baza   hissəsinin   məbləği   yaşa   görə   əmək   pensiyasının   baza 

hissəsinin məbləğinin I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi 

(I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup 

əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir.

12. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər kimlərdir?

Vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları:



Ata, ana, ər, arvad   müəyyən  edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya  II qrup 

əlildirsə

Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;



Ata, ana, ər (arvad) pensiya yaşına — kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I 

və ya II qrup əlildirsə;

Yaşından və əmək  qabiliyyətindən asılı olmayaraq  valideynlərdən biri və ya  ər (arvad), 



yaxud   baba,   nənə,   qardaş,   bacı   vəfat   etmiş   və   ya   həlak   olmuş   ailə   başçısının   8   yaşına 

çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.



13. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği neçə faizlə hesablanır?

Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş 

uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir 

ailə üzvü olduqda və pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək 

pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə 

əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.



14. Əmək pensiyasının baza hissəsinə əlavələr necə hesablanır?

Öhdəsində   əmək   qabiliyyəti   olmayan   ailə   üzvləri   olan   işləməyən   I   və   II   qrup   əlillərə  və   ya 

sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə 

pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi 

qulluqçular sırasından olan əmək pensiyaçılarına  — ailənin əmək qabiliyyəti  olmayan  hər üzvü 

üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində hesablanır

.

15. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək 

pensiyasının baza hissəsi neçə faiz təşkil edir?

I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün — yaşa görə 

əmək pensiyasının baza hissəsinin 10 faizi məbləği təşkil edir

16.   Müharibə   əlillərinin  və   müharibə   iştirakçıları   sırasından   olan   əlillərin  yaşa   görə   əmək 

pensiyalarının baza hissəsinə edilən əlavələr neçə faiz təşkil edir?

I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində;



II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində;

III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində.



17. Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin əmək pensiyalarının baza hissəsinə 

edilən əlavələr neçə faiz təşkil edir?

Müharibə iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) — yaşa görə əmək pensiyasının baza 



hissəsinin 50 faizi məbləğində; 

I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 140 faizi məbləğində; 



II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 110 faizi məbləğində; 

23



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə