Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   2   3   4   5   6   7   8   9   10   ...   23

9. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və 

dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

9.1.   Notariat   hərəkətlərinin   aparılmasına   görə   aşağıdakı   hallarda   dövlət   rüsumu   ödənilmir

9.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

9.1.2.   təminatlı   kreditorun   iştirakçısı   olduğu   girov   müqaviləsi   ilə   bağlı   notariat   hərəkətləri 

aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin 

edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş 

ilə   əlaqədar   notariat   hərəkətləri   üzrə   -   təminatlı   kreditor   və   əmlak   inzibatçısı;

9.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri 

üzrə - birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və 

məcburi köçkünlər; 

9.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya 

dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn 

himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının 

Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 

uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

9.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

9.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü 

ərzində dövlət büdcəsinə köçürülür.

Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət 

rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli 

verilir.

Qeyd:   “01   oktyabr   2012-ci   il   tarixdən   nəqliyyat   vasitələrinin   sahiblik   hüququna   dair 

etibarnamələrin müddəti 49 ildən 1 ilə qədər azaldılmışdır” 

6. Nigahın pozulması qaydaları

1. Nikahı pozmaq üçün hara müraciət etmək lazımdır?

Ər-arvadın ikisidə boşanmağa razıdırlarsa və onların ümumi uşaqalrı yoxdursa, və yaxud uşaqlar 18 

yaşına çatıbsa, o halda nikahı pozmaq üçün müvafiq icra hakimiyyəti orqanına, yəni Vətəndaşlıq 

Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) orqanına müracıət etmək lazımdır.

Ər-arvadın birinin boşanmağa razı olmadığı halda, və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa 

o halda məhkəməyə müraciət olunmalıdı.

Ər-arvadın razılığı olduqa, lakin onlardan biri VVAQ orqanında nikahın pozulmasından yayınırsa 

(məsələn ərizə yazmaqdan imtina edirsə), o halda nikahın pozulması məhkəmə qaydasında həyata 

keçirilir.



Qeyd: Arvadın hamiləliyi  dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində  



arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

2. VVAQ orqanında nikahın pozulmasının qaydaları nədir? 

Ərlə   arvad   arasında   boşanma   haqqında   qarşılıqlı   razılıq   varsa,   onlar   nikahın   pozulması   haqda 

VVAQ   orqanına   ərizə   təqdim   edirlər.   Bu   ərizədə   yetkinlik   yaşına   çatmayan   uşaqlarının   olub-

olmadığını təstiq etməyə borcludurlar.

16



Nikahın pozulması haqqında ərizə ər-arvadın yaşadığı və ya onlardan birinin yaşadığı və ya nikahın 

qeydiyyata alındığı yerdə VVADQ orqanına verilir.

Nikahın   pozulması   haqqında   ərizəyə   nikah   haqqında   şəhadətnamə   və   qeydiyyat   üçün   dövlət 

rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. 

Ər-arvaddan birinin üzürlü səbəbdən (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə 

yaşama və s.) ərizə vermək üçün şəxsən gələ bilmirsə, o halda gəlmiş ikinci tərəf ər-arvadın birgə 

ərizəsini   və   ya   ayrı-ayrı   ərizələrini   təqdim   edir.   Gəlməmiş   tərəfin   imzasının   həqiqiliyi   o\nun 

yaşadığı yerin VVADQ otqanı və konsulluq idarəsi tərəfindən və ya  notariat  qaydasında təstiq 

edilməlidir.

Nikahın   pozulmasının   qeydə   alınması   (yetkinlik   yaşına   çatmamış  ümumi   uşaqları   olmayan   ər-

arvadın qarşılıqlı razılığı əsasında) 15 manat.

Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir. 



Qeyd:  Azərbaycan   Respublikasının   hüdudlarından   kanarda   daimi   və   müvəqqəti   yaşayan 

Azərbaycan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri 

tərəfindən aparılır.

3.   Nikahın   məhkəmə   qaydasında   pozulması:   Məhkəməyə     nikahın   pozulması   üçün   necə 

müraciət edilir?

Boşanmaq   istəyən   insan  məkəməyə   iddia   ərizəsi   yazaraq   şəxsən  və   ya   nümayəndə   vasitəsi   ilə 

müraciət edir. Ərizəni verən şəxs iddiaçı, qarşı tərəf isə cavabdehdir. 

Ərizə cavabdehin yaşadığı yer üzrə məhkəməyə verilir. 



Qeyd: idddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə  

cavabdehin yaşadığı yerə getməyə çətinlik cəkdikdə   iddia   iddiaçının yaşadığı yerə görə verilə 

bilər.

Ərizədə aşağıdakılar qöstərilməlidir:

ərizənin verildiyi məhkəmənin adı,



iddiaçı və cavabdehin adları, poçt ünvanları,

iddianının məzmunu: tələb, bu tələbin əsaslandırıldığı hallar (boşanmaq istəyinin səbəbləri və 



s.),

ərizəyə əlavə edilən sənədlərin siyahısı.



Nikahın pozulması ilə bağlı tələbləri, məsələn uşaqların kiminlə qalmağı məsələsi və ya aliment 

tələbi, ərizədə göstərilə bilər. 

Ərizəyə aşağıdaki sənədlər əlavə olunur:

iddia ərizəsinin surəti,



dövlət rüsumunun ödənilməsi haqqında qəbz (5 manat məbləğındə “KapitalBanka ödənilir),

nümayəndə varsa onun səlayyihətlərini təstiq edən sənəd,



nikah haqqında şəhadətnamə,

birgə uşaqlar varsa, onların doğum haqında şəhadətnamələrinin surəti.



4. Nikahın məhkəmə qaydasında pozulması: nikahın məhkəmə qaydasında hansı müddətə 

pozulur?

Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez 

olmayaraq həyata keçirilir.

Əgər ər və arvad ikisidə boşanmağa razıdılarsa, məhkəmədə   boşanma səbəbləri araşdırılmadan 

nikah pozulur.

17



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə