Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   2   3   4   5   6   7   8   9   ...   23

8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada;

9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah 

bağlanıb və ya pozulub, nə vaxt və harada);

10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer);

11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt;

12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 

1. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi; 

2. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;     

3. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

4. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında 

şəhadətnamələr;

5. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

6. çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında 

təsdiq edilmiş surəti;

7. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;

                8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş 

hallarda dövlət rüsumunun ödənilməsinə dair qəbz.

Qeydiyyat şöbəsi və ya konsulluq ad, ata adı və soyad dəyişdirildikdən sonra şəxsiyyət vəsiqəsinin 

və digər sənədlərin dəyişdirilməsinin zəruriliyini ərizə verən şəxsə izah edir.

Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı 

dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu 

barədə   müraciət   etmiş   olsunlar.   Hər   iki   valideynin   soyadı   dəyişdirildikdə,   yetkinlik   yaşına 

çatmayanların   soyadı   dəyişir.   Soyadı   valideynlərdən   biri   dəyişdirərsə,   onun   yetkinlik   yaşına 

çatmayan   uşaqlarının   soyadının   dəyişməsi   məsələsi   valideynlər   arasında   razılığa   görə,   razılıq 

olmadıqda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Adın   verilməsindən   və   ya   dəyişdirilməsindən   imtina   edilməsi   barədə   qeydiyyat   orqanının 

qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.



5. Notariat xidmətləri

1. Notarius hansi hərəkətləri apara bilər ? 

Notarius əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və 

onlardan cıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə 

bilər, fiziki və huquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçun sənədləri və məlumatları tələb 

edə bilər.

2. Notariusun vəzifələri nədən ibarətdir?

Fiziki və hüquqi səxslərə aparılan notariat hərəkətləri ilə bağlı 



onların   huquq   və   vəzifələrini   izah   etməli,   bu   huquqların   həyata   keçirilməsi   və   qanuni 

mənafelərinin qorunması ucun koməklik gostərməlidir

Hüquqi   məlumatsızlıgın   onlara   vura   biləcəyi   ziyanın   qarşısını   almaq   üçün   notariat 



hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 

Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə 



fəaliyyətinin həyata kecirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;

3. Dövlət Notariusu tərəfindən hansı notariat hərəkətlər aparıla bilər?

Dovlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:

Əqdləri və etibarnamələri təsdiq edir;



Miras əmlakın muhafizə olunması üçün tədbirlər görür;

Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;



12


Ər-arvadın ümumi əmlakındakı paya mulkiyyət hüququ haqqında şəhadətnamələr verir;

Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;



Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;



Sənədlərin bir dildən basqa dilə tərcuməsinin düzgünlüyünü təsdiq edir;

Şəxsin sağ olması faktını təsdiq edir;



Şəxsin muəyyən yerdə olması faktını təsdiq edir;

Şəxslə fotoşəkildəki səxsin eyniliyini təsdiq edir;



Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

Fiziki və hüquqi şəxslərin ərizələrini basqa fiziki və hüquqi şəxslərə verir;



Ohdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri 

depozitə qəbul edir

İcra qeydləri aparır;



Veksellərə protestlər tərtib edir;

Çekləri odənilmək üçün təqdim edir və çeklərin odənilmədiyini təsdiq edir;



Sənədləri saxlanmaq üçün qəbul edir;

Dəniz protestləri tərtib edir;



Sübutları təmin edir.



4. Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib 

edilməsi hansı notariusa həvalə edilə bilər? 

1 saylı notariat kontoru 

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 17

telefon: (0-12)493-63-16;493-45-14



5. Notariat hərəkətləri neçə gün ərzində aparıla bilər

Notariat   hərəkətləri   rüsum   odənildikdən   sonra   bunun   üçün   lazım   olan   bütün   sənədlər   təqdim 

olunduğu gün aparılır.

6. Hansı hallarda Notarius  və notariat  hərəkətlərini  aparan digər vəzifəli  səxslər  notariat 

hərəkətlərini aparmaqdan imtina etməlidirlər?

Hərəkətin aparılması qanuna zidd olduqda;



Hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;

Hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan 



numayəndə muraciət etdikdə;

Hüquqi   şəxsin   adından   bağlanan   əqd   onun   nizamnamə   və   ya   əsasnaməsində   gostərilən 



məqsədlərə zidd olduqda;

Qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;



Notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd 

olduqda və ya  həmin sənədlərdə ayrıayrı  şəxslərin sərəf və ləyaqətini ləkələyən  məlumatlar 

olduqda;


Əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.

Notariuslar   və   notariat   hərəkətini   aparan   digər   vəzifəli   səxşlər   hərəkətin   aparılmasına   rədd 



cavabı almış şəxsin xahişi ilə üç gün muddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı 

və ondan sikayət verilməsi qaydasını izah etməlidirlər.



7. Notarus tərəfindən notariat qaydasında təsdiq edilmiş sənədin dublikatı verilirmi?

Notariusun və müvafiq  icra hakimiyyəti  orqanının verdiyi  və ya  təsdiq etdiyi  sənəd itirildikdə, 

şəxslərin yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir.

13



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə