Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

Onlardan biri boşanmağa razı deyilsə, məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt təyin edə bilər. 

3 aydan sonra barışıq olmadıqda nikah pozulur.

Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında) 15 manatdır. 

5. Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaqlar kiminlə qalır?

Ər-arvad yetkinlik yaşına çatamyan uşaqların kiminlə qaqldığını razılaşdırıb bu barədə məhkəməyə 

saziş təqdim edə bilərlər.

Belə razılıq yoxdursa, və ya saziş uşaqların və ya tərəflərdən birinin marağını pozursa, məhkəmə 

boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını 

uşaqların   hüquq   və   mənafelərini,   onların   rəyini   və   sair   halları   (uşaqların   qardaş   və   bacılarına, 

valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın 

yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla müəyyən edir. 

Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı 

məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 

Uşaqlarla   yaşayan   valideyn   uşağın   fiziki,   psixi   sağlamlığına,   onun   əxlaqi   sağlamlığına     zərər 

yetirməyən digər valideynə mane olmamalıdır. Əks halda uşaqlardan ayrı yaşayan valideyn uşaqla 

ünsiyyətdə olmaq hüququnu   müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Ayrı yaşayan 

valideynin uşaqla görüşmə qaydası və vaxtı məhkəmə qaydasında müəyyən edilir.   



6. Aliment  necə ödənilir? 

Aliment   ödənilməsi  barədə   valideynlər   öz  aralarında  razılıq   əldə   edib  bu  barədə  saziş  bağlaya 

bilərlər. Belə saziş olmadıqda aliment məhkəmə qaydasında tutulur.

                                                



                                                 Alimentin ödənilməsi barədə saziş 

         

Bu   saziş   alimenti   ödəməli   olan  şəxslə  alimenti  alan  şəxs  arasında   yazılı   formada  bağlanır   və 

notariat qaydasında təsdiq olunur. Notariat qaydasında təsdiq edilmiş saziş icra vərəqəsi qüvvəsinə 

malik   olur.   Sazişdə   alimentin   miqdarı,   ödənilmə   qaydası   və   şərtləri   əksini   tapmalıdır.   Saziş 

tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər- yazılı şəkildə notariat 

qaydasında təsdiq edilməklə. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada 

imtina etmək və onun şərtlərini birtərəfli qaydada dəyişdirmək olmaz. Tərəflərin maddi və ailə 

vəziyyətində əsaslı dəyişiklik olduqda və sazişin dəyişdirilməsi və ya pozulması barədə razılıq əldə 

edilmədikdə bu barədə məhkəmə qarşısında iddia qaldırmaq olar.  



7. Məhkəmə qaydasında aliment tutulmasının qaydaları nədir?  

Aliment almaq hüququ olan şəxs (ər ya arvad) nikahın pozulduğu vaxtdan asılı olmayaraq istənilən 

müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət edə bilər. 

Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün 

məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin qarşı tərəfin aliment ödəməkdən boyun 

qaçırmasını müəyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər.

Məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı aşağıdakı kimidir:

1 uşağa görə - qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi



2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi

3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.



Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq 

olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

18



Şəxsin işlədiyi təşkilatın müdiriyyəti icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və başqa 

gəlirlərindən aliment tutmağa və əmək haqqı (başqa gəlir) verilən gündən ən geci 3 gün müddətində 

aliment alan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.

Aliment verən şəxs işdən çıxdıqda müəssisənin müdiriyyəti onun işdən çıxması haqqında, habelə 

məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında qətnamənin icra olunduğu yerdə məhkəmə 

icraçısına və aliment alan şəxsə 3 gün  müddətində məlumat verməlidir.

Aliment  verən şəxs iş yaşayış  yerinin  dəyişməsi  haqqında, həmçinin  əlavə qazancı  (əvəzçiliklə 

işlərinə görə və s.) haqqında məhkəmə icraçısına məlumat verməlidir.  

Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

uşaq yetkinlik yaşına çatdıqda,



uşaq övladlığa götürüldükdə,

aliment ödəyən və ya aliment alan şəxs öldükdə.



8. Birgə ümumi əmlak dedikdə nə başa düşülür?

Ər-arvad arasında onların ümumi birgə əmlakı bölünə bilər. Nikah müddətində ər- arvadın əldə 

etdikləri   əmlak   onların   ümumi   birgə   mülkiyyəti   sayılır.   Ər-arvadın   ümumi   birgə   mülkiyyətinə 

daxildir:

Onların  hər birinin  əmək,  sahibkarlıq  və ya  intellektual  fəaliyyəti  nəticəsində  əldə  etdikləri 



gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcədə xüsusi təyinatı olmayan digər pul ödəmələri 

(şikəstlik,   sağlamlığın   bu   və   ya   digər   formada   pozulması   nəticəsində   əmək   qabiliyyətinin 

itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

Ər–arvadın   ümumi   gəlirləri   hesabına   əldə   edilən   daşınar   və   ya   daşınmaz   əşyalar,   qiymətli 



kağızlar,   kredit   idarələrinə   və   ya   s.   kommersiya   təşkilatlarına   qoyulmuş   paylar,   əmanətlər, 

kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin 

kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın 

qazandığı hər hansı sair əmlak.

Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü 

səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Bu 

norma hər şeydən əvvəl işləməyən qadınların qanuni hüquqlarının müdafiəsi məqsədlərinə xidmət 

edir. Belə ki, bu halda arvadın ev işlərinin görməsi işləyən ərin əməyinə bərabər tutulur.

Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya 

vərəsəlik  qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca 

mülkiyyətindədir (ər-arvadın hər birinin ayrıca əmlakıdır).

Zinət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları (geyim,və s.) nikah zamanı ər-arvadın ümumi 

vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 

Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyalar (geyim, paltar, 

ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və 

əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş 

əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. 



9. Ər-arvadın ümumi əmlakı necə bölünür? 

Ər-arvadın ümumi  əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə 

notariat qaydasında təsdiq edilə bilər.

19



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə