Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   15   16   17   18   19   20   21   22   23

3. Hansı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında 

müvəqqəti yaşamaq üçün icazə verilə bilər?

həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq (ana, ata, bacı, qardaş, 



oğul, qız, ər, arvad); münasibətlərində olduqda 

həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olduqda; 



həmin şəxslər ölkə iqtisadiyyatına 500.000 manat məbləğində investisiya qoyduqda; 

həmin şəxslər Azərbaycan Respublikasının banklarına 50.000 manat məbləğində pul vəsaiti 



qoyduqda; 

həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün 



qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda; 

həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda; 



həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə 

yüksək səviyyəli mütəxəssis olduqda.

4.   Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  müvəqqəti 

yaşamaq üçün icazənin verilməsi ilə əlaqədar hansı sənədlər tələb olunur?

müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə ərizə-anket – 1 ədəd;



əcnəbinin  ölkə   ərazisinə  daxil  olduğu  pasportunun  və  ya  onu  əvəz  edən  sənədinin, 

vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti;

müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notarial və 



ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;

əcnəbinin sağlamlığı haqqında tibbi arayış;



əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində olmasına və ya 

yaşamasına hüquq verən müvafiq sənədin surəti;

3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda);



14-17 yaşında olan uşaqların notarial qaydada təsdiq olunmuş yazılı razılığı;

yaşayış  sahəsinə  köçmək  üçün  əsas  verən  sənədin  (mülkiyyət  hüququnun  dövlət 



qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə 

və  ya  kirayə  müqaviləsi,  yaxud  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə 

tutulmuş başqa sənədin) notarial qaydada təsdiq olunmuş surəti;

vətəndaşa  yaşayış  sahəsi  verən  şəxsin  Dövlət  Miqrasiya  Xidməti  rəisinin  adına notarial 



qaydada təsdiq edilmiş ərizəsi;

vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş 



surəti.

5. Hansı hallarda miqrant statusu almaq mümkündür və bunun üçün hansı sənədlər təqdim 

olunmalıdır?

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi 

vəziyyəti   haqqında”   Azərbaycan   Respublikası   Qanununun   5-ci   maddəsinin   yeddinci   hissəsinə 

əsasən,   ölkə   ərazisində   azı   2   (iki)   il   müvəqqəti   icazə   əsasında   yaşadıqdan   sonra  “İmmiqrasiya 

haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinə uyğun olaraq 

daimi yaşamaq hüququ (immiqrant statusu) almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə 

bilərlər. 

 

Əcnəbilər vəsatətlərində Azərbaycan Respublikasına immiqrasiyasını əsaslandırmalıdırlar.



 

 “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi ölkənin ali təhsil 

müəssisələrində əyani təhsil alan və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə şamil 

olunmur.


 

Azərbaycan   Respublikasının   ali   təhsil   müəssisələrində   əyani   təhsil   alan   əcnəbi   tələbələrə   ölkə 

ərazisində müvəqqəti yaşama icazəsi hər tədris ili üçün verilir.

38



 

“Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, haqqı ödənilən əmək 

fəaliyyətini həyata keçirmək üçün əcnəbiyə verilən fərdi icazənin müddəti 1 ilədəkdir və bu müddət 

4 dəfə uzadıla bilər. 



6. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq 

hüququnun (immiqrant statusu) verilməsi ilə əlaqədar tələb olunan sənədlər hansılardır?

Azı   iki   il   Azərbaycan   Respublikasında   qanuni   əsaslarla   müvəqqəti   yaşayan   18   yaşına   çatmış 

fəaliyyət qabiliyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında 

daimi yaşamaq (immiqrant statusu almaq) üçün Dövlət Miqrasiya Xidmətinə vəsatət verə bilərlər.

Azərbaycan Respublikasının “İmmiqrasiya haqqında” Qanununun 4-cü maddəsinin birinci hissəsinə 

əsasən,   əcnəbilər   və   vətəndaşlığı   olmayan   şəxslər   müvəqqəti   yaşamaq   üçün   icazə   vəsiqəsinin 

müddətinin bitməsinə azı 3 ay qalmış daimi yaşama hüququnun (immiqrant statusu) əldə olunması 

ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

 

İmmiqrasiya haqqında vəsatətə notarial və ya ona bərabər tutulan qaydada təsdiq edilən aşağıdakı 



sənədlər əlavə olunur:

doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan sənəd;



ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və olduğu yer 

göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin surəti, əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslərlə  immiqrasiya  edən 14 yaşından  18 yaşınadək  olan uşaqların  immiqrasiya  haqqında 

yazılı razılığı;

immiqrasiya edən şəxslərin sağlamlığı haqqında arayış;



Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayan 

şəxs ölkədə qaldığı vaxtda təminatı öz üzərinə götürdüyü hallar istisna olmaqla, əcnəbilərin və 

ya vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən 

vəsaitin olması barədə sənəd;

əcnəbilərin   vətəndaşlığını,   vətəndaşlığı   olmayan   şəxslərin   isə   vətəndaşsızlığını   təsdiq   edən 



sənəd;

əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənəd;



3x4 sm ölçüdə fotoşəkil - 4 ədəd (qırmızı fonda);

yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına 



alınması   haqqında   daşınmaz   əmlakın   dövlət   reyestrindən   çıxarış,   order,   icarə   və   ya   kirayə 

müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) 

surəti;



vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (Dövlət Miqrasiya Xidmətinin rəisinin adına);



vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin surəti.



Qeyd:  İmmiqrant statusu almaq istəyən şəxslər sağlamlıq haqqında arayışı aşağıda göstərilən 

tibb mərkəzlərindən əldə edə bilərlər:

a) HİV virusları (QİÇS Əleyhinə Mübarizə Mərkəzi);

b) Hepatit B və C virusları (M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası);

c) RW (Respublika Dəri-Zöhrəvi Dispanseri);

d) Vərərmin   açıq   formaları   (Ağciyər   Xəstəlikləri   İnstitutunun   4   saylı   Vərəm   Əleyhinə 

Dispanseri);

e) Psixi xəstəliklər (1 saylı Ruhi Əsəb Dispanseri).



7. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə əlaqədar  hansı sənədlər tələb olunur?

39



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə