Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   15   16   17   18   19   20   21   22   23

Əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına 

xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə 

bilər. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin 

adına yazılmış vəsatətləri Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya 

Xidmətinə,   xarici   dövlətlərdə   yaşayan   şəxslər   isə   Azərbaycan   Respublikasının   diplomatik 

nümayəndəliklərinə   və   ya   konsul   idarələrinə   təqdim   edirlər.  Bununla   əlaqədar   Azərbaycan 

Respublikası Prezidentinin adına yazılmış müraciət edilir.

Vətəndaşlığa bərpa ilə bağlı tələb olunan sənədlər:



Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə);

tərcümeyi-hal;



Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd; 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş); 



ailə tərkibi haqqında arayış; 

ədəd fotoşəkil (3x4 sm ölçüdə); 



QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün 

müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur); 

dövlət rüsumunun ödənilməsi barədə qəbz (110 manat). 



8.  Azərbaycan  Respublikasının  vətəndaşlığından  çıxma  ilə   əlaqədar  tələb  olunan  sənədlər 

hansılardır?

Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin 

adına   yazılmış   ərizə-anketi   Azərbaycan   Respublikası   ərazisində   yaşayan   vətəndaşlar   Dövlət 

Miqrasiya   Xidmətinə,   xarici   dövlətlərdə   yaşayan   vətəndaşlar   isə   Azərbaycan   Respublikasının 

diplomatik nümayəndəlikləri və ya Konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim 

edirlər.


Vətəndaşlıqdan çıxma ilə bağlı tələb olunan sənədlər:

Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə); 



tərcümeyi-hal; 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş); 



yaşayış yerindən ailə tərkibi haqqında arayış; 

4 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 



dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında 

hüquqi   və   fiziki   şəxslərin   mənafeləri   ilə   bağlı   olan   əmlak   öhdəliklərinin   olmaması   barədə 

müvafiq   sənədlər   (siyahısı   Azərbaycan   Respublikasının   Prezidenti   yanında   Vətəndaşlıq 

Məsələləri Komissiyası tərəfindən təsdiq edilmişdir); 

dövlət rüsumunun ödənilməsi barədə qəbz (110 manat).



9.   Azərbaycan   Respublikasına   gələn   əcnəbilərin   və   vətəndaşlığı   olmayan   şəxslərin   ölkədə 

müvəqqəti olma müddətinin uzadılması ilə əlaqədar hansı sənədlər tələb olunur?

müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket - 1 ədəd;



əcnəbinin ölkə ərazisinə daxil olması üçün əsas olmuş pasportunun və ya onu əvəz edən sənədi, 

vətəndaşlığı olmayan şəxsin isə şəxsiyyətini təsdiq edən sənədi;

3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda);



müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;

Azərbaycan  Respublikasında 30 gündən artıq yaşamaq  istəyən  əcnəbinin və ya  vətəndaşlığı 



olmayan şəxsin qeydiyyata alınmasını təsdiq edən sənədi;

14-18 yaşlarında olan şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılığı;



40


yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına 

alınması   haqqında   daşınmaz   əmlakın   dövlət   reyestrindən   çıxarış,   order,   icarə   və   ya   kirayə 

müqaviləsi,   yaxud   Azərbaycan   Respublikası   qanunvericiliyində   nəzərdə   tutulmuş   başqa 

sənədin) notarial qaydada təsdiq olunmuş surəti;

vətəndaşa   yaşayış   sahəsi   verən   şəxsin   ərizəsi   (Dövlət   Miqrasiya   Xidmətinin   rəisinin   adına 



olmaqla notarial qaydada təsdiq olunmuş);

vətəndaşa yaşayış  sahəsi verən şəxsin şəxsiyyət  vəsiqəsinin notarial qaydada təsdiq olunmuş 



surəti.

Qeyd:  Aşağıda   sadalanan   hallarda   əcnəbilərin   və   vətəndaşlığı   olmayan   şəxslərin   Azərbaycan 

Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılır:

a) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində təcili 

müalicə olunmasına zərurət yarandıqda;

b) əcnəbilərin   və   vətəndaşlığı   olmayan   şəxslərin   Azərbaycan   Respublikasında   yaşayan 

yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;

c) xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı 

olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin 

şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə.

10. Əcnəbilərin Azərbaycan Respublikasında qaçqın statusunu əldə etmələri ilə əlaqədar 

hansı sənədlərtələb olunur?

Qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində qaçqın statusu verilməsi 

xahişinin səbəblərini göstərməklə xüsusi anket (Əlavə 7) blankını doldurmalı, özünün, habelə 

(himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları 

göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və 

şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Azərbaycan Respublikası Dövlət 

Miqrasiya Xidmətinə təhvil verməlidir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya 

Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:

Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə 



qeydiyyatsız yaşamasına; 

etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;  



Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu və ya müvəqqəti yaşadığı dövrdə 

Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə 

məşğul olmasına; 

işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları  pozmasına; 



bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün qanunvericilikdə müəyyən olunmuş 

qaydaya əməl etməməsinə; qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan 

sonra getməkdən boyun qaçırmasına; 

Azərbaycan   Respublikasının   ərazisindən   tranzitlə   keçmə   qaydalarına   əməl   etməməsinə   görə   - 

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının   hüdudlarından kənara 

inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300  manatdan 400 manatadək miqdarda cərimə 

edilir. 


Əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara 

yaşayış  sahəsi vermiş  Azərbaycan  Respublikası vətəndaşları və ya  Azərbaycan  Respublikasında 

daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən həmin şəxslərin Azərbaycan 

Respublikasında  müvəqqəti  olma  müddəti  bitdikdən  sonra müəyyən  olunmuş  qaydada  vaxtında 

ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə - 300 manatdan 400 

manatadək miqdarda cərimə edilir.

41



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə