Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası


Hansı hallarda  təhsili  davam etdirmək üçün  çağırışa  möhlət verilir?



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

5. Hansı hallarda  təhsili  davam etdirmək üçün  çağırışa  möhlət verilir?

Mülkiyyət formasından aslı olmayaraq qeydiyyatdan  keçmiş  və xüsusi razılıq (lisenziya) almış 



təhsil   müəssisələrində     və   onların     filiallarında     təhsili     davam   etdirmək     üçün     aşağıdakı 

çağırışçılara  möhlət verilir:

Orta     ümum   təhsil     məktəblərində   əyani       və   ya   axşam   orta   təhil   alan,     20   yaşınadək 



çağırışçılara,

Peşə təhsili müəssisələrində təhsil alan,  bu məktəblərə daxil olana qədər orta təhsil  almamış 



20 yaşınadək çağırışçılara,

Orta ixtisas məktəblərində  təhsil alan, bu  məktəblərə  daxil olana  qədər orta təhsil almamış  22 



yaşınadək  çağırışçılara,

Dövlət, qanunvericiliklə müəyyən olunmuş  qaydada dövlət  qeydiyyatından  keçmiş  və xüsusi 



razılıq   (lisenziya)   almış   qeyri-dövlət     ali   təhsil   müəssisələrinin   əyani   formada     təhsil 

müəssisələrinin əyani  formada təhsil alan  tələbələrinə və xarici ölkədə əyani formada ali təhsil 

alan     tələbələrə-təhsilini   bitirənədək.   Ali     təhsil   müəssisələrindən   xaric   edilmiş   şəxslər 

çağırışdan  möhlət hüquqlarını  itirirlər və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar,

Dövlət, qanunvericilikdə müəyyən  olunmuş qaydada dövlət qeydiyyatından  keçmiş  və xüsusi 



razılıq (lisenziya) almış qeyri -dövlət  ali təhsil  müəssisələrini bitirəndən  sonra əyani formada 

magistiraturada, aspiranturada davam etdirən  şəxslərə -təhsilini  bitirənədək.

Təhsilini davam etdirmək  üçün  çağırışdan möhlət almış, həmçinin  müxtəlif  səbəblərə  görə 



qanunvericiliklə müəyyən edilmiş müddətdə  həqiqi hərbi xidmətə çağırılmamış  çağırışçılar  35 

yaşına  çatanadək həqiqi  hərbi xidmətə  çağırılırlar.



16. Miqrasiya xıdməti

1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı 

ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi ilə əlaqədar hansı 

sənədlər tələb olunur?

Ərizə-anket və ərizədə aşağıdakılar öz əksini tapmalıdır:



hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

 

fiziki şəxslər üçün  — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar 

(seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

 

əcnəbinin adı, atasının adı, soyadı, vətəndaşlığı, daimi yaşayış yerinin ünvanı, doğulduğu tarix və 



ölkə, cinsi, ixtisası, son beş ildə əmək fəaliyyəti haqqında məlumat, işləyəcəyi vəzifə və iş yerinin 

ünvanı.


 

əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu 



təsdiq edən sənədin notariat qaydada təsdiq olunmuş surəti;

nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;



Azərbaycan Respublikası ərazisində başqa əsaslarla olan əcnəbinin Azərbaycan Respublikası 

ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti.

İşəgötürən hüquqi şəxs olduqda  – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında 

şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş  surətləri,  fiziki  şəxs olduqda isə fiziki şəxsin 

şəxsiyyətini   təsdiq   edən   sənədinin   və   fiziki   şəxsə   verilmiş   vergi   ödəyicisinin   uçota   alınması 

haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətləri.

36



Azərbaycan   Respublikasına   gələn   əcnəbilərə   və   vətəndaşlığı   olmayan   şəxslərə   ölkə   ərazisində 

qanuni əsaslarla yaşamaları və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq 

icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması məsələləri 20 iş günü ərzində 

həyata keçirilir.

İşə   düzələrkən   müəyyən   edilmiş   qaydaları   pozmasına   görə   əcnəbilər   və   vətəndaşlığı   olmayan 

şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1.3-cü maddəsinə əsasən, 

Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati 

qaydada çıxarılmaqla və ya  çıxarılmamaqla  300 (üç yüz)  manatdan  400 (dörd yüz)  manatadək 

məbləğdə cərimə edilirlər.



 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.8-ci bəndində nəzərdə tutulmuş hal 

müəyyən   edildikdə   isə   işəgötürən   tərəfindən   qanunvericiliyin   tələbləri   pozulmaqla   fərdi   icazə 

alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə Əmək və Əhalinin 

Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30.000 (otuz min) manatdan 35.000 (otuz beş min) manatadək 

məbləğdə cərimə tətbiq edilir.



2. Hansı hallarda Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək mümkündür? 

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə əlaqədar tələb olunan sənədlər:

Azərbaycan   Respublikası   ərazisində   son   beş   il   ərzində   fasiləsiz   olaraq   qanuni   əsaslarla   daimi 

yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına 

riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi 

haqqında   sənəd   təqdim   edən   əcnəbi   və   vətəndaşlığı   olmayan   şəxs   mənşəyindən,   irqi   və   milli 

mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı 

olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikası vətəndaşlığına 

qəbul edilə bilər.

Bunun üçün əcnəbi və vətəndaşlığı  olmayan  şəxs Azərbaycan  Respublikası Prezidentinin adına 

yazılmış,   nümunəsi   Azərbaycan   Respublikası   Prezidenti   tərəfindən   təsdiq   edilən   ərizə-anketlə 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Vətəndaşlığa qəbul ilə bağlı tələb olunan sənədlər:

Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə); 



tərcümeyi-hal; 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş); 



Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;

Azərbaycan   Respublikasının   vətəndaşı   olan   yaxın   qohumunun   şəxsiyyətini   təsdiq   edən 



sənədinin surəti; 

Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış; 



ailə tərkibi haqqında arayış; 

Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış; 



4 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 

qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (iş yerindən arayış, pensiya, təqaüd və ya 



sosial yardım alınması haqqında arayış, aliment alınması haqqında arayış, himayəçiliyində olan 

şəxslərin   gəlirləri   haqqında   arayış,   vərəsəlik   şəhadətnaməsi,   qanunla   qadağan   edilməyən 

fəaliyyətdən əldə edilən gəlirlər haqqında hər hansı digər sənəd); 

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-



cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və 

ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün — onu Azərbaycan Respublikasına 

dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti; 

dövlət rüsumunun ödənilməsi haqqında qəbz (110 manat). 



37


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə