7
10. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə qanunla
hansı inzibati məsuliyyət müəyyən olunmuşdur?
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış
yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə xəbərdarlıq edilir və ya üç manatdan beş manatadək miqdarda
cərimə edilir.
11.Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilir?
Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana
təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi onu vermiş müvafiq
dövlət orqanına göndərilir.
Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.
12. Hansı hallarda Şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir?
Dəyişdirilməsi nəzərdə tutulmuş hallarda 1 ay ərzində dəyişdirilməzsə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab
olunur.
13. Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya qəsdən korlanmasına görə hansı məbləğdə cərimə edilir?
Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya qəsdən korlanmasına görə təqsirli şəxslər on beş manatdan iyirmi beş
manatadək miqdarda cərimə edilir.
14. Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun
dəyişdirilməsinə görə qanunla hansı məbləğdə dövlət rüsumu müəyyən edilmişdir?
Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsinə görə 3
manat dövlət rüsumu müəyyən edilmişdir.
15. Şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə
tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində)
süründürməçiliyə yol verilməsində təqsirli şəxslər hansı qaydada inzibati məsuliyyət daşıyırlar?
Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə,
verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində
(dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə səksən
beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı
Doğumun dövlət qeydiyatına alınması
1. Doğumun dövlət qeydiyatına alınması qaydası nədir?
Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır.
Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir. Doğum
haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum
vaxtından ötən 3 gün müddətində verilməlidir.
2. Doğumun qeydə alınması üçün hansı sənədlər təqdim edilməlidir?
Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
valideynlərin nikah haqqında şəhadətnaməsi;
doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra
valideynlərin müraciət etdiyi həkimin
verdiyi sənəd;
uşaq
ölü doğulubsa, onun ölü doğulması barədə
həkimin verdiyi sənəd;
uşaq, ana tibb müəssisəsindən çıxmamışdan
əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
3. Valideynlər öldükdə doğumun qeydiyyatını necə həyata keçirilir?
8
Valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda
məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən
verilir.
4. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası
Ərizə əsasında atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin Qeydiyyat
şöbəsi (konsulluq idarəsi) tərəfindən həyata keçirilir. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi
(məhkəmənin qətnaməsi) əsasında qeydə alınır.
5. Ana öldükdə və ya ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda atalığı necə müəyyən
etmək olar?
Qeydiyyat şöbəsi (konsulluq idarəsi) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın
yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə,
atalığın müəyyən edilməsini yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın
atasının ərizəsi əsasında qeydə ala bilər. Bu halda atanın ərizəsinə müvafiq olaraq aşağıdakı sənədlər əlavə
olunmalıdır:
yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının müvafiq razılığını təsdiq edən sənəd;
ananın ölümü haqqında şəhadətnamənin surəti;
ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsindən çıxarış;
ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış;
ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı
yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
Atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında bu
sənədlər barədə məlumatlar qeyd olunur.
Ölümün qeydə alınması qaydası
Ölümün qeydə alınması qaydası nədir?
Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi
(konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi
haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması
qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin
məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə
aparılır.
Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə) ölümün
baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir.
Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı
ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə
olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim
şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində
ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə
qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində
yazılmış tarixlə göstərilir.
Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.
Nikahın qeydə alınması qaydası nədir
Nikahın qeydə alınması qaydası nədir?
Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur.
Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir
Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən həyata keçirilir. Nikaha