Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr



Yüklə 281,97 Kb.
səhifə4/5
tarix30.12.2017
ölçüsü281,97 Kb.
#18703
1   2   3   4   5

Həmçinin, qara zirə yağının tərkibinə: D2 və D3 (kalsiferollar), A (karotinlər), E (tokoferol), K (filoxinon), B5 (pantoten turşusu), B12 (siankobolamin), C (askorbin turşusu), H (biotin), P (bioflavonoidlər qrupu - rutin), Vanadium, Yod, Kalium, Kobalt, Maqnezium, Molibden, Natrium, Kükürt, Flüor, Xlor, Xrom, Selen kimi orqanizmə lazım olan vitamin-mineral kompelksi daxildir. Qara zirə yağının tərkibində: alakloidlər-damassenin, nigelin-, asetilxolin, katexinlər, kampesterin, kitosterin, stiqmasterin, alfa-spinasterin, triterpen saponinləri, kumarinlər, timoxinon, niqelon, fermentlər (həzmi tənzimləyən maddələr)–lipaza; sitokinlər, ümümi təsirli enzimlər, flavanoidlər, mineral duzlar, monosaxaridlər: qlükoza, ramnoza, ksiloza; arqinin, arabinoza və s. Qara zirə yağının tərkibindəki xolin, inozit qaraciyərdə piylərin əmələ gəlməsinin qarşısını alır və böyrəklərlə, böyrəküstü vəzlərin normal funksiyasını təmin edir. Qara zirə yağının tərkibindəki inozit həmçinin, boyatmaya təsir edir və qanda xolesterinin miqdarını azaldır. Bir çox alimin fikrinə əsasən qara zirə yağının tərkibi tam öyrənilməyib, buna sübut olan hədisdə də yazılıb ki, Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “Qara zirə toxumunda saam-dan (ölümdən) başqa hər bir xəstəliyin şəfası vardır” (əl-Buxari, Muslim, ət-Tirmizi, İbn Məcəh, Əhməd İbn Hənbəl).
Qara zirə yağının effektləri

Xolesterin mübadiləsini yaxşılaşdırır, bununlada ateroskleroz və ürək-damar xəstəliklərinin qarşısını alır.

Güclü antifunqal, antibakterial, virus əleyhinə, antihelmint, yəni qur əleyhinə təsirlərə malikdir, qaşınmanı aradan qaldırır, dərini iltihablaşmış sahələrini regenerasiya edir.

Sidikqovucu, ödqovucu, yumşaq işlədici təsir göstərir.

Böyrək və sidik kisəsində daşları əridir.

Ana südünü artırır.

Dəriyə çəkildikdə ziyillərin əriməsini təmin edir.

Alkoqolun antidotudur, alkoqol zəhərlənməsinin əlamətlərini aradan qaldırır.

Immunomodulyatorların (interferonlar, raferonlar, intronlar, betaferonlar) sintezini stimullaşdırır, bununlada yoluxucu aqressiyanı dərhal neytrallaşdırır.

Yerli və ümumi səviyyədə iltihabəleyhinə təsir göstərir və soyuqdəymənin əlamətlərini aradan qaldırır (halsızlıq, zəiflik, öskürək, burun tutulması və s.)

Prostaqlandinlər eyni zamanda orqanizmin sekretor funksiyalarını və mikrosirkulyator qan dövranını yaxşılaşdırır, neyromediator balansı bərpa edir və MSS-də tormozlanma-oyanma proseslərini normallaşdırır.

Qara zirənin tərkibindəki siklooksigenaza aşağıda qeyd olunan effektlərə malikdir:

- iltihabi proseslərin qarşısını alır və qanın laxtalanmasını tənzimləyir;

- iltihabi proseslərin qarşısını alır və qanın laxtalanmasını tənzimləyir;

-trombositlərin aqreqasiyasının və adgeziyasının, bununla da trombların yaranmasının qarşısını alır;

- ahtisklerotik və damargenəldici təsirlərə də malikdir;

- hemostatik balansı formalaşdırır;

- bağırsaq florasının təbii simbiozunu bərpa edir, bunulada disbakteriozu aradan qaldırır


Kosmetik təsiri

Qara zirə haqqında olan hədisi incəliyərək, alimlər təəccüblü nəticələrə çıxıblar: qara zirə çəngələbənzər vəzə - timusa təsir edir, onu stimullaşdırır və bununlada immuniteti artırır. İmmunitet – insan orqanizminin müdafiə sistemidir. O, insanı bütün daxili və xarici zərərli cisimlər, hüceyrələrdən qoruyur. İmmunitet, insanı xüsusədən də, müxtəlif viruslar və xəstəlik yaradan mikroblardan qoruyur. Qara zirə isə sağlamlığın əvəzolunmaz bərpaçısıdır, o, insanın immun sistemini möhkəmləndirir, enerji və güc verir. Bu faktı 1986-cı ildə misir alimləri əl-Hadi və Kandil tərəfindən aparılan tədqiqatlar təsdiqləyib. İmmun sistemi zəif olan xəstələrəgündə iki dəfə 1 qramm qara zirə toxumu verilib, müalicə 4 həftə davam edib. Tədqiqat bitdikdən sonra orqanizmdə T-limfositlərin, T-killerlərin və immun sisteminin başqa qoruyucu hüceyrələrin sayı 72% artıb. Bu hüceyrələr müdafiə ilə yanaşı xəstəlikıərdən sağalmanı və qoruyucu sistemin geclənməsini təmin edir. 1997-ci ildə Ər-Riyaddakı tədqiqat mərkəzinin bioloji və tibbi şöbələrində həkim Hak tərəfindən aparılan tədiqatda qara zirənin QİÇS-li xəstələrə təsiri öyrənilib. Bir daha müalicədən sonra xəstələrin qanında T-limfositlərin və T-killerlərin artması müşahidə olunub. Münxendə işləyən alman həkim-immunoloqu Piter Şleiker ABŞ-da bəzi tibbi müssisələrlə əməkdaşlıq edirdi və daha sonra iki kitab yazmışdır. Bu kitablarda, o, qara zirəylə müxtəlif xəstəliklərin müalicə üçün reseptlər yazmışdır. Digər bir alim Peter Şlexer isə apardığıp tədqiqatda 600 xəstə üzərində qara zirənin effektlərini bir daha yoxlayıb. Nəticə belədir: 70% allergiyalı xəstələrdə sağalma. Həmçinin, qara zirə yağı qripli, zökəmli xəstələrin müalicəsində də müvəffəqiyyətlə istifadə olunub.


Sidik-Cinsiyyət Sisteminin Xəstəlikləri

1. Böyrək xəstəlikləri: nefrit, qlomerulonefrit və pielonefrit Rp.: 1 çay qaşığı mərsin yarpaqlarını farfor çaydanda 1 stəkan qaynar su ilə dəmləyib soyudandan sonra 1 çay qaşığı qara zirə yağı və 1 xörək qaşığı bal əlavə olunur. Alınan məhlul gündə iki dəfə (səhər və axşam) yeməkdən əvvəl yarım stəkan içilir.

2. Böyrək xəstəlikləri: nefrolitiaz (böyrək daşı xəstəliyi) Rp.: 250 qr qara zirə yağı ilə 500 qr ball qarışdırılır. Yarım stəkan suda 2 çay qaşığı hazırlanmış qarışığı həll edilir gündə 1 dəfə səhərlər ac qarına qəbul olunur.

3. Böyrəklərdə qum və kristalların olması a) Rp.: 200 qr qara zirə yağı ilə 200 qr ball, 200 qr limon şirəsi qarışdırılır və 10 gün qaranlıq souq yerdə tünd şüşəli butılkada saxlanılır. 2 həftə gündə 3 dəfə 1 xörək qaşığı qəbul olunur. Müalicə kursu bir həftədən sonra aparılır. b) Rp.: 1 kq tər cəfəri köküylə bir yerdə və bir böyük kərəvizin kökü xırda doğranır, 1 kq təbii arı balı və 1 litr su əlavə olunur, sonra bu məhlul qaynayana qədər qarışdıraraq bişirilir. Üç gün məhlul saxlanılır. Sonra daha 1 litr su əlavə edilir və yenə də qaynadılır, isti halda süzülür. 100 qr qara zirə yağı əlavə olunur. Alınan qarışıq 3 xörək qaşığı gündə 3 dəfə yeməkdən əvvəl 2 həftə müddətinə qəbul olunur. İki həftədən müalicə təkrarlanır.

4. Sıdık-cinsiyyət yolların xəstəlikləri Rp.: Çini çaydanda bir xörək qaşığı gülxətmi çiçəklərinin üstünə 1 stəkan qaynar su tökülür və 15-20 dəqiqə dəmlənir, sonra 1 xörək qaşığı bal və 1 çay qaşığı qara zirə yağı əlavə olunur. Bu qarışığı gündə 3 dəfə 1/3 stəkan həcmində qəbul etmək lazımdır.

5. Sıdıkqovucu və sidikçıxarıcı yolların təmizlənməsi üçün Rp.: 1 stəkan arpa 1 stəkan suda yaxşıca bişirilir. Çalışmaq lazımdır ki, bişəndən sonra həcmi 1 stəkan tutacaq qədər olsun. Qalan suyu soyutduqdan sonra, ona üyüdülmüş 3 diş sarımsaq əlavə olunur. Hər gün acqarına içilir və üstündən limon və ya digər şirələr içmək lazımdır. Qazlı sular içmək məsləhət görülmür.

6. Prostatit Rp.: 1 kq təmiz bal 7 xörək qaşığı qara zirə yağı ilə qarışdırılır. Gündə iki dəfə səhər və axşam yeməkdən 1.5-2 saat bir xörək qaşığı qəbul olunur.

7. Xroniki prostatit a) Rp.: 70-100 qr bal və 2 çay qaşığı qara zirə yağı qarışdırlır. Gündə 3 dəfə 1 xörək qaşığı qəbul olunmalıdır (başqa şirniyyatları qida rasionundan ləğv etmək şərti ilə). Müalicə müddəti 1.5 aydır, sonra fasilə verilir. Fasilədən sonra müalicənin təkrar etmək olar. b) Rp.: Qara zirə yağı ilə belin aşağı hissəsini massaj etmək, xayaların altına isə dairəvi hərəkətlərlə çəkmək lazımdır. c) Rp.: Yarım stəkan ilıq suyu, 1 xörək qaşığı bal, 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı qara zirə yağı ilə qarışdırıb hər səhər qəbul etmək. Bu qarışıq 1 porsiya hesab olunur.

8. Cinsi orqanların iltihabı Rp.: İltihablaşmış sahəni sabunla yaxşı yuyandan sonra qara zirə yağı çəkmək lazımdır. Bunu axşam edib səhərə qədər saxlamaq lazımdır. Müalicə müddəti 7-10 gün təşkil edir.

9. Prostat vəzinin adenoması a) Rp.: Gündə 2-3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1 çay qaşığı 10%-li pətək balı istifadə olunmalıdır (tam sorulana qədər dilaltında saxlamalı). Müalicə müddəti 1 ay təşkil edir, 10-12 günlük fasilədən sonra müalicəni təkrar etmək olar. Eyni zamanda qara zirə yağı ilə belin aşağı hissəsini massaj etmək, xayaların altına isə dairəvi hərəkətlərlə çəkmək lazımdır. b) Rp.: Yarım stəkan ilıq suyu, 1 xörək qaşığı bal, 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı qara zirə yağı ilə qarışdırıb hər səhər qəbul etmək. Bu qarışıq 1 porsiya hesab olunur. c) Rp.: 1 xörək qaşığı qara zirə toxumlarına 1.5 stəkan qaynar su əlavə olunur və 5-7 dəqiqə bişirilir, sonra 10 dəqiqə soyudulur və süzülür. Gündə 3 dəfə 1/2 stəkan qəbul olunur.

10. Cinsi zəiflik zamanı potensiyanı artırmaq üçün a) Rp.: 1 xörək qaşığı qara zirə yağı 7 kənd toyuğunun yumurtası ilə qarışdırılır, bütün porsiya səhər acqarına qəbul olunmalıdır. Bu müalicəni günaşırı 1 ay müddətinə davam etmək lazımdır. b) Rp.: Bir baş sarımsaq xırda doğranır və saralana qədər qara zirə yağında qızardılır. Sonra bu qarışıq qapağı möhkəm bağlanan şüşə butılkaya və ya bankaya töküb saxlanılır. Ehtiyac olduqda bu qarışıq qasıq və cinsi orqanın kökü nahiyəsinə sürtülür və dairəvi hərəkətlə ovuşdurulur. 1 saatdan sonra qarışıq yuyulur. c) Rp.: Əgər qara zirə yağını bosvellia və büxurla (alabamum) qarışdırıb içilsə cinsi aktivlik bərpa olunacaq, hətta tam zəiflikdən sonra ümidsiz hallarda belə. d) Rp.: Qara zirə yağı ilə belin aşağı hissəsini və qasıq nahiyəsini massaj etmək lazımdır.Yarım stəkan ilıq suyu, 1 xörək qaşığı bal, 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı qara zirə yağı ilə qarışdırıb günün istənilən vaxtı qəbul etmək olar.

11. Potensiyanın zəifliyi Rp.: 100 qr qara zirə yağı 100 qr zeytun yağı və 30 qr büxurla qarışdırlır. Gündə 1 dəfə 1 çay qaşığı qəbul edilir.

12. İmpotensiya Rp.: Qarışıq hazırlanır: bal – 1.5 stəkan, qoz ləpəsi – 1 stəkan, qayısı qurusu (ərik qaxı) – 1 stəkan, üzüm (çəyirdəksiz) – 1 stəkan, qara gavalı – 1 stəkan, limon qabıqlı – 2 ədəd. Bütün komponentlər üyüdülür və 1 stəkan bal və qara zirə yağı ilə qarışdırlır. Bu qarışıq gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən 1 saat əvvəl qəbul olunur. Müalicə kursu 1-2 belə porsiya.

13. Doğuşun yüngülləşməsi üçün Rp.: Doğuş ağrılarını azaltmaq üçün və yüngülləşdirmək üçün qara zirə yağını balla qızdırıb işmək lazımdır.

14. Uşaqlıq boynunun eroziyası Rp.: Tənzif tamponu bal, qara zirə yağı, suyun qarışığı ilə (1 hissə ball, 2 hissə su və 1 çay qaşığı qara zirə yağı) isladılır və 24 saat müddətinə uşaqlıq yoluna yeridilir. Tam sağalma üçün 15-20 prosedur keçirmək lazımdır.

15. Mastit Rp.: Süd vəzi nahiyəsinə qara zirə yağı çəkmək və kompresslər qoymaq lazımdır. Kompressssləri gündə 2 dəfə səhər və axşam dəyişmək lazımdır.

16. Qarında və sinədə dəri çapıqları Rp.: Hamiləlik və körpəni əmizdirən zamanı qara zirə yağını daxilə qəbul etmək olmaz, buna görə də onu ancaq ağrıyan sahələrə çəkib yavşca ovuşdurmaq lazımdır.

17. Premenstrual sindrom Rp.: Spazmaları yüngülləşdirmək üçün ilıq qara zirə yağı ilə qarın nahiyəsini massaj olunmalıdır.

18. Kontraseptiv həblərin (hamiləlik əleyhinə) qəbulu zamanı Rp.: Kontraseptivlər qadınlarda uşaqlıq yolunda mühiti dəyişir, yerli qoruyucu sistemi zəiflədir, nəticədə iltihabi xəstəliklər yaranır. Bunun qarşısını almaq üçün gündə 3 dəfə bir dolu çay qaşığı qara zirə yağı qəbul olunmalıdır.    
Ürək-Damar Xəstəlikləri

19. ÜİX (ürəyin işemik xəstəliyi): ürək nahiyəsində göynəmə Rp.: Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı və 1 çay qaşığı bal əlavə olunur. İsti halda içilməlidir. Həmçinin, qara zirə yağı ilə hazırlanan slatlar yemək məsləhət görülür.

20. ÜİX (ürəyin işemik xəstəliyi): ürək ağrıları (həkimlə məsləhətləşəndən sonra) a) Rp.: 1 xörək qaşığı balı və 1 çay qaşığı qara zirə yağını suda həll edib qəbul etmək, yaxud meyvə ilə birgə yemək, gündə 2-3 dəfə. b) Rp.: 1 stəkan kərəvizlə 1 çay qaşığı qara zirə yağı və 1 xörək qaşığı bal qarışdırılır. Gündə 2 dəfə 1/2 stəkan: səhər acqarına və axşam yatmazdan əvvəl qəbul olunmalıdır. 21. ÜİX (ürəyin işemik xəstəliyi): stenokardiya (həkimlə məsləhətləşəndən sonra) Rp.: 50 ml qara zirə yağı, 1 litr bal, 10 limon və 5 baş sarımsaq götürülür. Limonların şirəsi sıxılır. Sarımsaqlar təmizlənib ətçəkəndən keçirilir. Bütün komponentlər qarışdırılır, şüşə qaba yerləşdirilir və sərin yerə qoyuluyr. 1 həftədən sonra qarışığı qəbul etmək olar gündə 1 dəfə 4 çay qaşığı yeməkdən 20-30 dəqiqə əvvəl (hər çay qaşığı).

22. Arterial hipertoniya (yüksək arterial qan təzyiqi xəstəliyi) a) Rp.: 100 qr bal, 1 limonun şirəsi 1 xörək qaşığı qara zirə yağı ilə qarışdırılır. Yarım stəkan ilıq su ilə 1 xörək qaşığı yatmazdan əvvəl qəbul olunmalıdır. b) Rp.: 100 ml yeni çəkilmiş çuğundur şirəsi 1 xörək qaşığı bal və 1 çay qaşığı qara zirə yağı ilə qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı gündə 3-5 dəfə qəbul olunmalıdır. c) Rp.: 1 çay qaşığı döyülmüş qara zirə dənələrini isti çaya əlavə edərək və hər gün səhər yeməyindən əvvəl 2 diş sarımsaqla qəbul olunmalıdır. d) Rp.: Qara zirəni isti işkiyə (çay və s.) əlavə edib qəbul etmək və eyni zamanda qara zirə yağı ilə bədənəi ovxalamaq. Arterial təzyiqi müalicə zamanı daim nəzarətdə saxlmaq lazımdır!

23. Arterial hipotoniya (aşağı arterial qan təzyiqi halları) Rp.: Qara zirə yağının bir neçə damcısını isti içkilərə (qəhvə, tünd çay və s.) əlavə edib gündə 3-4 dəfə işmək lazımdır. Arterial təzyiqi müalicə zamanı daim nəzarətdə saxlmaq lazımdır!

24. Ateroskleroz və qanda xolesterinin azalması üçün a) Rp.: 50 ml sarımsaq şirəsi 1 xörək qaşığı balla qarışıdırlır və gündə 3-4 dəfə 1 xörək qaşığı yeməkdən 30-40 dəqiqə əvvəl qəbul olunur. Ayrıca da 1 çay qaşığı qara zirə yağı səhər yeməyindən 15-30 dəqiqə əvvəl qəbul olunmalıdır. Müalicə müddəti 4-6 həftə təşkil edir.1 aylıq fasilədən sonra müalicə kursunu təkrarlamaq olar. b) Rp.: Qaynanmış nanəyə 7 damcı zirə yağı və bal qarışdırılır. Gündə 1 dəfə acqarına isti halda içilir, müalicə zamanı yağlı xörəklərdən, qoyun və dana ətindən çəkinmək lazımdır. c) Rp.: 1 çay qaşığı zirə yağını 1 xörək qaşığı balla qarışdırıb 1 stəkan isti çayla qəbul etmək. Məsləhət görülür səhər acqarına və axşam yatmazdan əvvəl. d) Rp.: 1 stəkan üzüm şirəsinə 1 çay qaşığı qara zirə yağı və 1 xörək qaşığı bal əlavə edib qarışdırlır. Bu qarışığı səhərlər acqarına və axşam yatmazdan əvvəl qəbul etmək lazımdır.

25. Kardionevroz (ürək nevrozu) Rp.: Bir-iki ay ərzində hər gün səhər və axşam 30 qr, günorta yeməyindən sonra isə 40-60 qr bal qəbul etmək lazımdır. Balın axşam dozasını 1 stəkan isti süd və ya çayda həll edib və 1 çay qaşığı qara zirə yağı əlavə etmək məqsədə uyğundur. Bu qarışığı axşam yatmazdan 30 dəqiqə əvvəl qəbul etmək məsləhət görülür.

26. Damarların varikoz genəlməsi a) Rp.: Səhər yeməyindən 15-30 dəqiqə əvvəl 1 çay qaşığı qara zirə yağı qəbul olunmalıdır. Axşam 1 çay qaşığı qara zirə yağını 1 çay qaşığı bal ilə qarışdırıb ağrıyan nahiyəyə çəkim polietilenlə örtüb isidici sarğı qoymaq lazımdır. Birinci gün kompresss 2 saatlıq, ikinci və üçüncü günlər – 4 saatlıq, sonra isə bütün gecəlik qoyulmalıdır. Müalicə kursu 45-50 kompresssdir. b) Rp.: 250 qr sarımsağı əzib 350 qr balla qarışdırmalı, 7 gün saxlamalı, sonra isə 1 xörək qaşığı qarışığa 1 çay qaşığı qara zirə yağı əlavə edib gündə 3 dəfə yeməkdən 40 dəqiqə əvvəl qəbul etməli.

27. Sağlam venaların tonusunun saxlanması üçün Rp.: 5 damcı qara zirə yağını ilıq işkiyə əlavə edib gündə 4-5 dəfə işmək lazımdır. Həyat tərzininin dəyişdirilməsi və qida rasionun tənzimlənməsi də məsləhət görülür.

28. Ürək klapanlarının qüsuru: daralması Rp.: 1 çay qaşığı qara zirə yağını 1 xörək qaşığı balla qarışdırıb qaynar çayla içməli. Məsləhət görülür səhər acqarına və axşamlar yatmazdan əvvəl qəbul olunsun.

29. Revmatizm a) Rp.: Çini çaydanda və ya minalanmış qabda qaynar suyu qr mərsin yarpaqlarının (20 qr yarpağa1 stəkan su) üzərinə töküb dəmləmək. Gündə 3 dəfə 1 stəkan dəmləməyə 1 xörək qaşığı bal və 1/2 çay qaşığı qara zirə yağı əlavə edib içmək. b) Rp.: Bir saatdan sonra dəmlənmiş bir stəkan darçın çayına 5 damcı qara zirə yağı əlavə edib içilir. c) Rp.: Yatmazdan əvvəl qaynadılmış 1 çay qaşığı qara zirə yağı ilə 1 xörək qaşığı balın qarışığının qəbul olunması revmatik əzələ ağrılarını aradan qaldırır. d) Rp.: Revmatik əzələ ağrıları zamanı müəyyən miqdar zeytun yağı ilə qarışdırılmış qara zirə yağını isidib ağrıyan yeri ovuşdurmaq.
Qan Sisteminin Xəstəlikləri

30. Anemiya (qanazlığı) Rp.: 800 ml otaq temperaturunda olan qaynanmış suya180 qr bal, 50 qr qara zirə tozu əlavə olunub qarışdırılır. Qarışıq və bir neçə günlüyünə otaq temperaturunda fermentləşmə gedənə qədər saxlanılır. Sonar 2 xörək qaşığı qara zirə yağı əlavə edilir. Bu qarışıqdan 100-150 ml yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunmalıdır.

31. Digər qan xəstəlikləri a) Rp.: 1 çay qaşığı qara zirə yağı ilə 1 xörək qaşığı bal və dilim əzilmiş sarımsaq qarışdırlır. Bu qarışığı acqarına 5 gün qəbul etmək lazımdır. b) Rp.: 1 ay ərzində hər gün 5 damcı qara zirə yağı 1 stəkan nanə cövhəri ilə içilir.

32. Sümük iliyinin xəstəliyi Rp.: 1 çay qaşığı qara zirə yağını yarım stəkan tut şirəsi ilə gündə 1 dəfə qəbul etmək məsləhət görülür.
Mədə-Bağirsaq Sisteminin Xəstəlikləri

33. Mədə və 12-barmaq bağırsağın xorası Rp.: 10 damcı qara zirə yağı ilə 1 fincan bal qarışdırlır. Hər gün səhərlər acqarına 1 xörək qaşığı bu qarışıqdan qəbul edəndən sonra 1 stəkan süd içilməlidir. Müalicə fasiləsiz 2 ay davam etməlidir.

34. Mədənin xorası Rp.: 1 xörək qaşığı kətan toxumunu 1 stəkan suda 2-3 dəqiqə qaynadıb soyudandan sonra 1 çay qaşığı qara zirə yağı əlavə olunur. ½ stəkan səhər və axşam hər gün işilməlidir (şirniyyat və sitrus meyvələri: limon, narıncı və s. istifadə etmək olmaz).

35. Qastrit Rp.: 500 qr bal 500 qr bağayarpağı yarpaqlarının şirəsi ilə qarışdırılır və minalanmış qabda vam alovda 5-10 dəqiqə bişirilir. Soyudulmuş qarışığa 100 ml qara zirə yağı əlavə olunur. Bu qarışıqdan gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən əvvəl qəbul olunmalıdır.

36. Meteorizm (qarının köpməsi) a) Rp.: Bərabər miqdarda üyüdülmüş qara zirə, şirin şüyüd (ground fennel) və istiotlu nanənin (peppermint) toxumlarını qarışdırıb 3-7 damcı qara zirə yağı əlavə edilir. 1 stəkan qaynar suya 1 çay qaşığı qarışıq və zövqə uyğun bal əlavə olunur. Gündə 2 dəfə qəbul olunmalıdır. b) Rp.: 480 ml alma sirkəsini 50oC-yə qədər isidilir, ona 227 qr üyüdülmüş qara zirə toxumları və 240 ml qara zirə yağı əlavə edilir, alınan qarışıq soyumağa qoyulur. Qarışıqdan 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunmalıdır. c) Rp.: Qarın nahiyəsinə alma sirkəsi və qara zirə yağı qarışığında isladılmış kompressss qoyulur.

37. Enterit və kolit (nazik və yoğun bağırsaqların iltihabı) Rp.: 1 çay qaşığı qara zirə yağını, 1 xörək qaşığı balı 1 stəkan itburnu meyvəsinin dəmləməsində həll edilir. Bu qarışığı gündə 3 dəfə yeməkdən 1.5-2 saat əvvəl qəbul etmək lazımdır. Müalicə müddəti 1.5-2 ay təşkil edir.

38. Enterokolit, kolit (nazik və yoğun bağırsağın iltihabı) Rp.: 100 ml isti qaynanmış suya 7-10 damcı qara zirə yağı edib gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl işmək lazımdır.

39. Qurd invaziyası Rp.: 1 xörək qaşığı qabığından təmizlənmiş balqabaq tumları, 1 xörək qaşığı bal və 1 xörək qaşığı qara zirə yağı qarışdırlır. Gündə 3 dəfə 1 çay qaşığı qəbul olunur.

40. Babasil (hemorroy) a) Rp.: 1 xörək qaşığı qara zirə yağı və 1 xörək qaşığı zeytun yağı qarışdırılır. Gündə 2 dəfə 1 xörək qaşığı 10 gün ərzində qəbul olunur. Qəbizliyin qarşısını almaq üçün ağrıyan yeri qara zirə yağı ilə massaj etmək lazımdır. b) Rp.: 2 xörək qaşığı qara zirə toxumlarını qovurub üyüdəndən sonra 1 xörək qaşığı qara zirə yağı əlavə edib qarışdırın. Anus nahiyəsini gündə 2 dəfə və hər defekasiya aktından (qarını boşaltmaq) sonra təmizləyib, qurudub hazırlanmış kremdən çəkmək lazımdır. Müalicənin müddəti 4 həftə təşkil edir.

41. Qəbizlik a) Rp.: 300 qr balqabaq lətini sıyıq halına qədər əzilir, 1 çay qaşığı qara zirə yağı və zövqə görə bal əlavə olunur. Gündə 2 dəfə səhər və axşam qəbul olunmalıdır. b) Rp.: 1 stəkan ilıq süddə 1 çay qaşığı bal və 1 xörək qaşığı qara zirə yağı həll edilir, birdəfəlik içilməlidir.

42. Diareya (ishal) Rp.: 1 çay qaşığı qara zirə yağı 1 fincan yoğurt ilə qarışdırılır. Alınan qarışığı gündə 2 dəfə 3 gün qəbul etmək lazımdır.

43. Xroniki və ya kəskin hepatit (qaraciyərin xəstəliyi) a) Rp.: 1 stəkan söyüd yarpaqlarını dəmləməsinə 5 damcı qara zirə yağı əlavə edilir. Gündə 2 dəfə bir həftə müddətinə qəbul olunmalıdır. b) Rp.: 150 qr bala 5 damcı qara zirə yağl və 1 çay qaşığı üyüdülmüş palıd qabığı əlavə edilir. Gündə 3 dəfə 1 xörək qaşığı 1 ay müddətinə qəbul olunmalıdır. Müalicə fasiləsiz aparılmalıdır.

44. Xroniki hepatit (qaraciyərin xəstəliyi) Rp.: 1 stəkan qıdığotu şirəsi, 1 stəkan qırmızı yerkökü şirəsi, 1 stəkan çuğundur şirəsi, 2 xörək qaşığı bal, 2 limonun şirəsi və 3 çay qaşığı qara zirə yağı qarışdırılır. Gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul etmək lazımdır. Müalicə müddəti 1 ay təşkil edir.

45. Dalağın iltihabı, böyüməsi a) Rp.: 1 çay qaşığı şüyüd 1 stəkan suda 3-5 dəqiqə ərzində qaynadılır, sonra 7 damcı qara zirə yağı əlavə edilir və 1 həftə ərzində qəbul olunur. b) Rp.: 1 xörək qaşığı əncir mürəbbəsini 1 qaşıq balla 1 stəkan qaynar suda qarışdırmalı və 7 damcı qara zirə yağı tökməli. 5 gün ərzində səhər və axşam içilməlidir. c) Rp.: Balla şirinləşdirilmiş qırmızı turpun həliminə 7 damcı qara zirə yağı əlavə edilib 1 həftə ərzində acqarına yatmazdan əvvəl içilməlidir.
Dəri Xəstəlikləri

Yeni yaranan xallar, piy ziyələri, yaralar, xoralar, dermatit, saşların tökülməsi, yanıqlar, dərinin iltihabı, qoturluq, ekzema, psoriaz, dəmrov, göbələk xəstəlikləri, akne, yeniyetmə dövründə səpkilər, dərinin qocalması



46. Üz dərisinin xəstəlikləri Rp.: 1/2 çay qaşığı qara zirə yağı 1 xörək qaşığı zeytun yağı ilə qarışdırılır, üz dərisinə çəkilir və 1 saatdan sonra sabunla yuyulur.

47. Dəridə yaralar, xoralar Rp.: ağır sağalan xoranın üzərinə 1:1 nisbətində qara zirə yağı və bal qarıəşığı çəkmək lazımdır.

48. Dermatit (seboreyalı, yəni sulanan və ya qabıq qoyan) Rp.: Kip bağlanan qabda 1 xörək qaşığı adaçayına 1-1.5 stəkan qaynar su tökülür və 30-40 dəqiqə saxlanılır. Süzüləndən sonra 1 stəkan dəmləməyə 1/2 xörək qaşığı qara zirə yağı və 1/2 xörək qaşığı bal əlavə edilir. Gündə 2-3 dəfə ilıq kompresslər qoyulur.

49. Yanıqlar, yaralar Rp.: Qara zirə yağı hopdurulmuş bir neçə qat qatlanmış tənzif yanıq üzərinə qoyulmalıdır.

50. Dəridə iltihabi proselər, xəstəliklər a) Rp.: Qara zirə yağının kişik bir miqdarı eyni miqdarda qızılgülü suyu və 2 miqdar qara unla qarışdırlır. Xəstə yeri sirkədə isladılmış əski parşası ilə ovuşdurandan dərhal sonra həmin qarışığı dəriyə sürtüb, günəş altından olmağa çalışmaq lazımdır. b) Rp.: Səhərlər 1 çay qaşığı qara zirə yağını qəbul etmək və ağrıyan yerə gündə 3 dəfə zirə yağı sürtmək.

51. Ekzema, dəmrov, qoturluq, pəncələrin, dırnaqların və saçın tökülməsi Rp.: 1 çay qaşığı qara zirə yağı 1 xörək qaşığı təmiz balla yarım stəkan suda qarışdırılır. Bu qarışığı gündə 2 dəfə səhər və axşam yüməkdən 15 dəqiqə əvvəl qəbul etmək lazımdır. Eyni zamanda dərinin xəstə sahəsinə gündə 3 dəfə qara zirə yağı çəkmək lazımdır.

52. Xallar, əsasən də yeni yarananlar Rp.: Qara zirəni yeni əmələ gələn xalın üzərinə qoymaqla onların inkişafını dayandırıb dərini təmizləmək olur.

53. Yeniyetmə sızanaqları a) Rp.: 1 stəkan qara zirə, 1/2 stəkan nar qabığını üyüdəndən sonra 1 stəkan alma sirkəsi ilə qarışdırılır və 2 dəqiqə vam odda isidilir. Eyni miqdar (2 stəkan yarım) qara zirə yağı əlavə olunmalıdır. Sızanaqlar sağalana qədər hər axşam üz dərisinə çəkilir. b) Rp.: Gündə 3 dəfə 20-25 damcı, yəni 1 dolu çay qaşığı qara zirə yağı qəbul etmək məsləhət görülür.

Yüklə 281,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə