Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə26/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   22   23   24   25   26   27   28   29   ...   205

ilqar Məmmədov 

və hüquqi sistem analiz olunarkən dövlət orqanları, hüquqi sistemin 

elementləri  arasında  iyerarxik  xarakterli  bağlılıqlar,  müxtəlif  növ 

funksional  əlaqələr  nəzərə  alınaraq  tədqiq  edilir.  Sistemli  analiz 

metodu həmçinin struktur-funksional metodun da tətbiqini ehtiva edir 

və bu metodu özü ilə əhatələmiş olur. Lakin bu metod sistemli analiz 

metodundan fərqli olaraq daha çox bütöv bir sistem kimi götürülən 

obyektin kənar hadisələrlə əlaqəsinin tədqiqinə yönəlir. 

3.Dövlət  və  hüquq  nəzəriyyəsinin  predmetinin  tədqiqi 

prosesində yeni tələblərin meydana çıxması, tədqiqatın genişlənməsi 

və  mürəkkəbləşməsi  bu  elmin  də  dəqiq  elmlər  tərəfindən  tətbiq 

edilən 


kibernetik,  riyazi,  riyazi-statistik 

və  s.  metodlardan  fay- 

dalanması  zərurətini  yaratmışdır.  Hər  bir  sistemdə  statistik 

qanunauyğunluqların, kəmiyyət göstəricilərinin öyrənilməsi ilə əlaqəli 

olan məntiqi-riyazi və statistik metodları elmi-texniki inqilabın nəticəsi 

hesab  etmək  olar.  Bu  cür  sahəvi  metodlar  dövlət  və  hüquq 

hadisələrinin  öyrənilməsi  prosesində  kəmiyyət  göstəricilərinin 

müvafiq  kontekstdə  nəzərə  alınması  məqsədi  ilə  dövlət  və  hüquq 

nəzəriyyəsinin  metodoloji  sisteminə  daxil  edilmişdir.  Həmin 

metodlardan dövlət və hüquq hadisələrinin konkret- empirik yöndən 

tədqiq edilməsi zamanı istifadə olunur. 

Xüsusi və ya sahəvi elmi metod olan 

konkret-sosioloji metodun 

spesifikliyi  isə  ondan  ibarətdir  ki,  onun  tətbiq  edilməsi  nəticəsində 

dövlət  və  hüquq  hadisələri  digər  ictimai  hadisələrlə  əlaqədə  tədqiq 

edilir  və  aşkarlanan  problemlərin  həll  edilməsi  üçün  variantlar 

hazırlanır, nəzəri təkliflər irəli sürülür. Bu metoddan istifadə edilməsi 

ictimai-praktiki  tələbatların  nəzərə  alınmasına  və  dövlət-hüquq 

məsələlərinin  səmərəli  həllinə  imkan  yaratmaqla  yanaşı  yeni 

problemlərin  müəyyənləşdirilməsinə  də  yol  açır.  Ümumiyyətlə, 

konkret-sosioloji metod müəyyən faktları öyrənmək əsasında konkret 

hadisələrin digər ictimai hadisələrlə əlaqədə tədqiq edilməsində ifadə 

olunur. 

Qərarların  qəbul  edilməsinə  qeyri-hüquqi  faktorların  təsiri, 

idarəçilik  orqanlarında  islahatların  zəruriliyi,  hüquq  normalarının 

qeyri-təkmil  olması,  ayrı-ayrı  orqanların  fəaliyyətində  çatışma- 

mazlıqlar və s. konkret ictimai-hüquqi problemlər konkret- 

78 



Dövlət və hüquq nəzəriyyəsi 

sosioloji  tədqiqatlar  nəticəsində  aşkarlanır  və  öyrənilir.  Konkret- 

sosioloji  metodun  özünün  tədqiqatlar  aparmaq  texnikası,  yəni 

müşahidə,  intervyu,  eksperiment,  statistik  məlumatların  təhlili  və  s. 

bu  kimi  bir  sıra  üsulları  var.  Hüquqi  məsələlərin  həllində  optimal 

qərarların qəbulu, sosial-hüquqi islahatlar sahəsində əsaslandırılmış 

proqnozların hazırlanması və bir çox digər ictimai- hüquqi əhəmiyyətli 

problemlərin  həlli  zamanı  bu  üsullardan  istifadə  olunur.  Bu  metod 

hazırlanan tövsiyyələrdə bütün sosial faktorların-həm inkişafa rəvac 

verən,  həm  də  inkişafa  mane  olan  hadisələrin  düzgün 

qiymətləndirilməsini, o cümlədən həmin töv- siyyələrin özünün sosial 

əhəmiyyətliliyinin də düzgün qiymətləndirilməsini tələb edir. 

5.  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  hüquqi  biliklərin 

nisbətən  müstəqil  bir  sahəsi  kimi  formalaşan  müqayisəli  hüquq- 

şünaslıq 

müqayisəli-hüquqi  metodun 

digər  hüquq  elmləri,  o 

cümlədən, dövlət və hüquq nəzəriyyəsi tərəfindən tətbiq edilməsinə 

səbəb olmuşdur. Həmin dövrdə müqayisəli hüquqşünaslı- ğın inkişafı 

və  müqayisəli-hüquqi  metodun  tətbiqinin  zəruriliyi  məsələsinə 

toxunan məşhur alman hüquqşünası Yerinq yazırdı ki, ümumiyyətlə, 

hüquq  elminin  degenerasiyası  onu  öz  sərhədləri  ilə  məhdudlaşan 

dövlətlərin  hüquqşünaslığı  səviyyəsinə  düşürmüşdür.  Odur  ki, 

hüquqşünaslıq elmində bu buxovlar qırılmalı və hüququn hər zaman 

universal  olan  xüsusiyyətləri  müəyyənləşdirilməlidir.  Bunun  həyata 

keçirilməsi isə komparativ (müqayisəli) hüququn müxtəlif formaları ilə 

mümkündür. Bununla, hüquqşünaslıqda həm də dəqiq metoda, geniş 

müşahidəyə  və  yetkin  mühakimələrə  əsaslanmaq  imkanı 

yaranacaqdır.'' 

Hüquq  elmlərinin  xüsusi  metodu  kimi  çıxış  edən  müqayisəli- 

hüquqi  metodun  hal-hazırda  dövlət  və  hüquq  nəzəriyyəsinin 

metodologiyası üçün xüsusi əhəmiyyəti var. 

Dövlət  və  hüquq  sahəsində  islahatların  aparılması  və  onların 

təkmilləşdirilməsi  üçün  eyni  bir  dövrdə  və  ya  müxtəlif  dövrlərdə 

mövcud olan dövlət-hüquq hadisələrinin müqayisəsinin aparıl- 

*

 



* Zweigert K. 

and 

Kotz H. 

An introduction to comparative 

law. Oxford University press and J.C.B. Mohr (Paul Siebeck 1998, s. 

46. 

79 


ilqar Məmmədov 

ması  çox  vacibdir.  Həm  ayrı-ayrı  tarixi  dövrlər,  müxtəlif  ölkələrin 

hüquqi sistemləri, həm də eyni bir dövlətin müxtəlif tarixi dövrlərində 

hüquqi, siyasi sistemi müqayisə edilə bilər. Belə olan halda obyektiv 

gerçəkliyin  müəyyənləşməsi,  öyrənilməsi  üçün  obyektin  həm 

kəmiyyət və keyfiyyət tərəfləri, həm də nəzəri məsələləri və empirik 

xüsusiyyətləri  nəzərə alınmalıdır.  M.Məlikova  əsaslı  olaraq  yazır  ki, 

xüsusi metod kimi müqayisəli-hüquqi metodun həm nəzəri, həm də 

təcrübi  əhəmiyyəti  böyükdür.  Çünki  bu  metod,  dövlət  və  hüquq 

təsisatlarını  təkmilləşdirmək  üçün  tövsiy-  yələr  işləyib  hazırlamağa, 

hüquqdakı boşluqları aradan qaldırmağa, bütövlükdə qanunvericiliyi 

təkmilləşdirməyə imkan verir. Qanunların tətbiq edilməsi prosesində 

təcrübi işçilər üçün də bu metodun rolu çox böyükdür.'' 

Ümumiyyətlə,  bütün  xüsusi  metodlar  həm  nəzəri,  həm  də 

praktiki  cəhətdən  əhəmiyyətlidir.  Misal  üçün,  dövlət  və  hüquq 

nəzəriyyəsinin digər bir xüsusi metodu olan 

formal-hüquqi metodun 

köməyi ilə hüququn müxtəlif formaları və ya mənbələri, hüquqi aktlar, 

norma və institutlar, qanunvericilik texnikası təkmilləşdirilir, mövcud 

normativ-hüquqi material sistemləşdirilir, bir çox məsələlər barəsində 

praktiki  tövsiyyəiər  verilir.  Formal-hüquqi  metod,  həm  də  əldə 

olunmuş bilikləri ümumiləşdirməyə, təfsir etməyə, təsnifləşdirməyə, 

sistemləşdirməyə və onları cəmiyyətə ötürməyə kömək edir. 

Sonda onu qeyd edə bilərik ki, dövlət və hüquq nəzəriyyəsinin 

metodları bir-birilə əlaqəli şəkildə tətbiq olunur və son nəticədə nəzəri 

biliklərin  əldə  olunmasına,  dövlət-hüquq  hadisələrinin  obyektiv 

gerçəkliyinin elmi-nəzəri dərkinə xidmət edir. Odur ki, tətbiq olunan 

hər  bir  metodun  səmərəliliyi  ondakı  evristik  potensialdan  istifadə 

edilməsində özünü  göstərir.  Bu,  elmi  biliklərin,  nəzəriyyənin  inkişaf 

etdirilməsi, dərinləşdirilməsi deməkdir. Digər mühüm bir məsələ də 

metodların düzgün uzlaşdırılması ilə bağlıdır. Çünki metodlar hər bir 

konkret halda müəyyən qaydada tətbiq olunmalıdır. 

Məlikova M.F. 



Dövlət və hüquq nəzəriyyəsi. 

S.21. 


80 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə