Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə27/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   23   24   25   26   27   28   29   30   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

MÖVZU:

 DÖVLƏT VƏ HUQUQUN ƏMƏLƏ GƏLMƏSİ 

§ 1. DÖVLƏTƏQƏDƏRKİ CƏMİYYƏTDƏ HAKİMİYYƏT VƏ 

SOSİAL NORMALAR 

insanların  həyatında  mühüm  rol  oynayan  dövlət  və  hüquq 

cəmiyyətin  inkişafının  müəyyən  bir  mərhələsində  formalaşıb.  Buna 

qədər  isə  insan  cəmiyyəti  uzun  tarixi  yol  keçmişdir.  Təbii  ki,  əldə 

olunan  biliklər  bu  tarixi  izləməyə  imkan  vermir.  Materialist 

yanaşmadan  çıxış  edən  alimlər  belə  hesab  edirlər  ki,  yer  üzərində 

təxminən  2  milyon  il  bundan  əvvəl  Insanabənzər  varlıqlar 

yaşayırdılar.  «Homo  sapiens»in  isə  ən  azı  200  minillik  tarixi  var. 

Ancaq  kromanyon  tipli  müasir  insan  təxminən  qırx  min  ildir  ki,  yer 

üzərində həyat sürür. Məhz bu tarixi dövrdən başlayaraq bəşəriyyətin 

artıq bioloji yox, sosial təkamülü baş vermişdir. Sosiogenezin (sosial 

inkişafın)  dövlətə  qədərki  mərhələsində  ibtidai  icma  quruluşu 

meydana  gəlmiş  və  bu  quruluşun  özü  də  statik  xarakterə  malik 

olmayıb müxtəlif İnkişaf mərhələlərindən keçmişdir. 

Hüququn  antropologiyasına  aid  ədəbiyyatda  göstərildiyi  kimi, 

sosiogenezin  erkən  çağlarında  insanların  birgəyaşayışından  irəli 

gələn  özünütənzimləmə  təlabatı  insanın  sağ  qala  bilməsinin  zəruri 

şərti  olmuşdur.  İnsanların  sağ  qala  bilməsini  və  birgəyaşayışın 

mümkün  olmasını  təmin  edən  özünütənzimləmə  kollektiv-  daxili 

həyatın müəyyən qaydalara uyğun tənzimlənməsində ifadə olunurdu. 

Öz  elmi  yaradıcılığında  dövlət  və  hüququn  yaranması  məsələsinə 

xüsusi  yer  ayırmış  hüquqşünas-alim  T.V.Kaşa-  nina  yazır  ki, 

heyvanlar  yalnız  bioloji  qanunlara  tabedir.  İnsanlar  İsə  bioloji 

qanunlara  tabe  olmaqla  yanaşı,  həm  də  öz  davranışlarını 

tənzimləməyi öyrənmişdir. İnsan ictimai tənzimləyiciləri 



81 


ilqar Məmmədov 

«kəşf etmiş» və həmin tənzimləyicilər bioloji qanunları ləğv etməsə 

də, onları müəyyən bir tərəfə sıxlaşdırmışdır, ictimai tənzimləyicilərin 

insanların  psixi  fəaliyyətində  inqilabi  dəyişiklikiər  yaratması 

nəticəsində  insanlar  heyvanlarla  müqayisədə  inkişafın  yeni  bir 

mərhələsinə  keçə  bilmişlər.  T.V.Kaşanina  göstərir  ki,  ictimai 

tənzimləyicilər ibtidai cəmiyyətdə iki əsas funksiyanı yerinə yetirirdi. 

Onların «birinci funksiyası ibtidai insanların psixi enerjisinin ətraf aləm 

qarşısında  yaranan  qorxudan,  həyəcandan  azad  olmasına  imkan 

yaratmaqla onu yaradıcı fəaliyyətə yönəltməkdən ibarət olmuşdur.(...) 

İctimai 

tənzimləmənin 

ikinci 

funksiyası 



cəmiyyətdə 

sabit 


münasibətlərin qurulmasını təmin etməkdən ibarətdir. Belə ki, məhz 

bu  cür  münasibətlər  tayfa  və  qəbilə  üzvlərinin  sırf  subyektiv 

motivlərinin  və  oniarın  doğurduğu  subyektiv  halların,  təsadüflərin 

təsirini aradan qaldırmaq gücündə idi».’' 

İnsanın  həyati  fəaiiyyətinin  iikin  formaiarı  onun  ətraf  aiəmə 

uyğuniaşmasını təmin etmiş və həmin uyğunlaşma kollektiv xarakterə 

malik oimuşdur. Buna görə də, fransız alimi P.Teyar de Şarden belə 

hesab edir ki, «ilkin insan» məhz çoxlu adamlardan ibarət ola bilərdi, 

insan  həmin  çoxiuq  daxilində,  onunla  formalaşmış  və  buna  görə 

kollektivdaxili  əlaqələrin  tənzimiən-  məsi  də  kollektivin  qorunub 

saxlanmasına  yönəlmişdir.  Burada  fərdiiik  yox  idi,  «protofərd» 

kollektivə tabe idi və özünü ondan ayrı təsəvvür də etmirdi. 

Koliektivin  qorunub  saxlanması  üçün  əldə  olunan  kollektiv 

mülkiyyət  insaniarın  yaşayışını  təmin  etməkiə  yanaşı,  həm  də 

«ictimailəşdirici» faktor kimi çıxış etmişdir. Həmin mülkiyyətiə (əmək 

və  ov  aiətləri,  yaşayış  yerləri  və  s.)  əlaqədar  olaraq  yaranan 

münasibətlər,  həmçinin  belə  bir  mülkiyyətin  özünə  münasibət 

müəyyən  «normalarla»,  davranış  qaydaları  ilə  tənzimlənmişdir. 

Yaşaya bilmənin maddi əsası ilə bağlı olan bu normaların insanların 

birgəyaşayışının nizamlanmasında çox mühüm rolu olmuşdur. 

*

 

* Кашанина T.B. Происхождение государства и права. M., 



2004, 

S.177.


 

82 


Dövlət və hüquq nəzəriyyəsi 

insan  birliyinin  yaratdığı  ictimai  tənzimləyicilər  və  birgəyaşayış 

qaydaları  onun  ətraf  aləmə  uyğunlaşmasını  təmin  etməklə  yanaşı, 

həm  də  insanın  dağıdıcılığa  meyl  göstərməsinin  qarşısını  almağa 

xidmət  etmişdir.  Bu  mənada  A.İ.Kovler  yazır  ki,  ibtidai  icmalarda 

münasibətlərin  bütün  icma  üzvlərinin  iştirakı  ilə  tənzimlənməsi 

kollektiv  həyat  tərzinin  «zooloji  individualizmin  resi-  divlərinin» 

dağıdıcı təsirindən qorunmasına imkan yaratmışdır."' 

Marksist  tarixşünaslıqda  göstərilir  ki,  qəbilə-tayfa  (qohumluq 

əlaqəsi  əsasında  yaranan  kompakt  insan  birlikləri)  quruluşu  so- 

siogenezin  bu  dövründə  dominant  rola  malik  olmuşdur.  Müasir 

arxeoloqların və etnoqrafların əldə etdiyi biliklər tədqiqatçılara imkan 

yaradır  ki,  marksist  tarixşünaslıqda  özünə  yer  alan  bu  fikrin  əksinə 

olaraq,  həmin  mərhələdə  sosiogenezin  bir  yox,  bir  neçə  fərqli 

istiqamətdə getdiyini izah etsinlər və bunu elmi cəhətdən əsaslandıra 

bilsinlər.  Məhz  bu  səbəbdən  «qəbilə»  və  «icma»  nəzəriyyələri 

arasında  mübahisələr  yaranmışdır.  Misal  üçün,  V.R.Kobo 

sosial-iqtisadi  əlaqələrin  cəmləşdiyi  dairəni  ibtidai  sosiumun  həyati 

mərkəzi kimi qiymətləndirməklə belə bir nəticəyə gəlmişdir ki, ibtidai 

sosiumda  qəbilə  yox,  məhz  icma  birgəyaşayışın  əsas  təşkiiolunma 

forması kimi çıxış etmişdir. Onun fikrincə, ibtidai icmanın özü ibtidai 

cəmiyyətin birgə təsərrüfatının təşkili forması olan təbii kollektiv idi. 

Bu 

fikir, 


dövlətəqədərki 

cəmiyyətdə 

münasibətlərin 

tənzimlənməsi baxımından qəbilənin ciddi rola malik olduğunu inkar 

etmir.  Belə  hesab  edilir  ki,  ictimai  təşkilatlanmanın  bir  forması  olan 

qəbilənin təyinatı, ilk növbədə, qohumluq əlaqəsinin tənzimlənməsi, 

nəslin  qorunub  saxlanılması  və  bu  əsasda  birgə  təsərrüfatın  idarə 

olunması  ilə  bağlı  olmuşdur.  İcma  isə,  ilk  növbədə,  istehsal 

münasibətləri  əsasında  qurulan  və  təsərrüfat  həyatı  ilə  bağlı  olan 

əlaqələri  möhkəmləndirmiş  və  ən  azı  iki  qəbilədən,  qohumluq 

əlaqələri  əsasında  formalaşmış  qrupdan  ibarət  vahid  bir 

sosial-iqtisadi kollektiv olmuşdur. 

İbtidai  icma  dövründə  icmaların  oturaq  həyat  tərzinə  keçməsi, 

müvafiq təsərrüfat sisteminin inkişafı ictimai münasibət 

KoBjıep A.H. Aı-iTponojıorHH npasa. M., 2002, s.l09. 

83 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə