Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə30/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   26   27   28   29   30   31   32   33   ...   205

ilqar Məmmədov 

hüququn  tələbini  cəmləşdirir.  İbtidai  icma  dövründə  isə  bu  daha 

qabarıq  şəkildə  özünü  göstərirdi.  R.-M.Z.Zumbulidzenin  fikrincə, 

ibtidai icmalarda ənənəvi davranışın stereotip forması kimi adət çıxış 

edirdi.  «İbtidai  cəmiyyətdə  adətiər  müəyyən  struktura  maiik  olub 

özünün  tənzimləmə  xüsusiyyətlərinə  görə  qadağalara  (məsələn, 

yaxın  qohumlar  arasında  nigahı  qadağan  edən  tabu),  ica-  zəverici 

göstərişlərə  (ov  etmə,  qida  məhsullarının  toplanması),  həmçinin  də 

yaşayış  yerlərinin  tikilməsi,  əmək  alətlərinin  hazırlanması,  yeməyin 

bişirilməsi  prosesi  və  s.  hallarda  zəruri  hərəkətlərin  təşkil  edilməsi 

məqsədinə  xidmət  edən  pozitiv  öhdəliklərlə  ifadə  olunan  tələblərə 

bölünürdü. (...) Adət ayrılıqda hüquqi, mənəvi, dini və ya siyasi deyil. 

O  kollektiv  şüura  qarşı  çıxmadan  həmin  cəmiyyət  üçün  zəruri  olan 

bütün  normativ  funksiyaları  həyata  keçirmiş  və  universal 

olmuşdur».”* 

ibtidai  icma  dövründə  mifik,  animistik  təsəvvürlərin  normativ 

tənzimləyicilərə çox ciddi təsiri olmuşdur. Ümumiyyətlə, ibtidai icma 

insanının  təsəvvürləri,  davranışı  miflərlə  və  adətlərlə  tənzimlənirdi. 

Mistik  xarakterli  düşüncə  tərzindən  irəli  gələn  miflər  mənəvi-ruhi 

yaradıcılığın,  adətlər  isə  sosial  normaların  nəsildən-  nəslə 

ötürülməsinin  ənənəvi  forması  olmuşdur.  Dini  xarakterli  qaydalar, 

rituallar  simvolik  davranışın  müəyyən  bir  forması  idi.  Normativ 

tənzimləyicilər, yəni adətlər, simvolik davranış formaları və s. ibtidai 

icma  insanının  həyatında  qeyri-müəyyənlik  şəraitini  yaradacaq 

hərəkətlərin, davranışların, sırf subyektiv motivlərin ictimai qaydaya 

göstərdiyi  neqativ  təsirin  qarşısını  almaqla  davranışların  başa 

düşülməsini,  standartlığını  təmin  edirdi.  B.S.Yerasovun  sözləri  ilə 

desək, ibtidai cəmiyyətdə sosial normalar «ətrafdakılara məlum olan 

və  onlar  tərəfindən  dərk  edilən,  öncədən  gözlənilən  davranışları» 

ifadə edirdi.2 

* Обычай в праве: Сборник. / Зумбулидзе Р.-М.З. Обычное право как 

источник гражданского права./Санкт-Петербург 2004, 5.22-23. 

2 Ерасов Б.С. 

Социальная културология. М., 1998, 5.105. 



90 


Dövlət və hüquq nəzəriyyəsi 

Normaların  əsasında  duran  mifik,  animistik  təsəvvürlərlə  bağlı 

olan  qadağalar  (tabu)  onların  (yəni  normaların)  qeyd-şərtsiz  tətbiq 

olunmasına  yaxından  təsir  göstərmişdir.  V.M.Ko-  relskiyin  yazdığı 

kimi, bəşəriyyətin sübh çağında yaranmış tabu cinsi münasibətlərin 

də  nizama  salınmasında  mühüm  rol  oynamış  və  yaxın  qan 

qohumlarının  evlənmələrini  (insest-bacı  və  qardaşın,  ata  və  qızın 

evlənməsi və s.) qadağan etmişdir. Tabu, həm də ibtidai cəmiyyətdə 

zəruri  olan  intizamı,  sabitliyi  təmin  etmişdir.  Tabunu  pozan  fərd 

cəzalandırılarkən  ilk  növbədə  o  əsas  götürülürdü  ki,  həmin  insan 

törətdiyi  əmələ  görə  ruhların,  fövqəltəbii  qüvvələrin qəzəbinə  düçar 

olmuş və buna görə də mütləq öz cəzasına çatmaldır. 

Sosial  normaların  xarakteri  və  ifadə  olunma  forması  ilə  bağlı 

mübahisələrə  girişmədən  onu  deyə  bilərik  ki,  dövlətəqədərki 

cəmiyyətdə  mövcud  olan  sosial  normalara  rituallar,  mərasimlər, 

miflər,  adətlər,  dini  normalar  və  mənəvi  normalar  daxil  idi.  Onlar 

tədricən, ibtidai cəmiyyət inkişaf etdikcə meydana gəlmiş və normativ 

tənzimləyicilərə çevrilmişdir. 

Sosial normalardan ən qədimi rituallar hesab olunur. Çox güman 

ki,  rituallar  hələ  insanın  danışa  bilmədiyi  bir  dövrdə  yaranmışdır. 

Rituallar  davranışın  icra  olunmasının  zahiri  forması  ilə  bağlı  olan 

qaydaları ifadə edirdi. Burada davranışın forması əsas götürülürdü və 

ona  görə  də,  rituallar  demonstrativ  xarakterə  malik  idi.  Rituallarda 

ifadə  olunan  əsas  məqsəd  kollektiv  üzvlərinə  müəyyən  hisslərin 

təlqin  olunması,  onlarda  müəyyən  psixoloji  əhvalın  yaradılması  ilə 

bağlı olmuşdur. 

Rituallar  kimi  mərasimlər  də  simvolik  hərəkətlərlə  ifadə  olunsa 

da, onlar daha çox tərbiyəvi (ideoloji) məqsəd daşıyırdı. Mərasimlər 

məzmunca  daha  mürəkkəb  xarakterə  malik  olub,  insan  psixikasına 

dərindən təsir göstərirdi. 

Miflərdə insanların nəyi edib-etməmələri ilə bağlı nümunələrin və 

həmin nümunələrin obrazı ifadə olunurdu. Miflər ideoloji və normativ 

tənzimləyicilik funksiyalarını həyata keçirmişdir. Onların ibtidai icma 

insanının dünyagörüşünün formalaşmasına yaxından təsiri olmuşdur. 



91 


ilqar Məmmədov 

Adətlər bir neçə nəslin həyat təcrübəsində təkrarlanaraq ümumi 

xarakter qazanmış davranış qaydalarıdır. Normativ tənzimləyicilərin 

bu  növü  bilavasitə  ictimai  münasibətlərin  məzmunu  ilə  bağlı  olub, 

insanların praktiki, gündəlik həyat fəaliyyəti sisteminə daxildir. İbtidai 

icmalarda  adətlər  insanların  gündəlik  həyatını  məlum  axara  salan 

ictimai  həyatın  tənzimlənməsinin  universal  vasitəsi  kimi  çıxış 

etmişdir. 

Dini  normalar  insanların  həyatını  ilahi  qüvvələrin,  «yaradanın» 

müəyyənləşdirdiyi tələblər əsasında tənzimləyən normalardır. Həmin 

normalar  insanların  birgəyaşayışını,  davranışlarını  tənzimləməklə 

yanaşı,  onları  qeyri-məlum,  sirli  dünya  qarşısında  hiss  etdikləri 

qorxudan  azad  etməyə,  həyata  və  arxasında  nələrin  gizləndiyi 

bilinməyən ölümə uyğunlaşdırmağa xidmət edirdi. 

Mənəvi normalar ibtidai icma dövrünün insanlarının xeyir və şər 

haqqındakı təsəvvürlərinə əsaslanmaqla, insan davranışının daxildən 

tənzimlənməsinə  xidmət  edirdi.  Həmin  normalara  insanların 

«özünkülərə» və «yadlara» bölünməsi təsəvvürü də təsir göstərirdi. 

Belə  ki,  ibtidai  icma  dövründə  mənəvi  normalar  konkret  icmaların 

mənəvi görüşlərinə, maraqlarına uyğun olub, lokallığı ilə seçilirdi. Bu 

normalar  «özünkülərə»  aid  idi.  Onlar  yadlara  şamil  olunmurdu. 

Mənəvi  normalar  könüllü  həyata  keçirilirdi  və  bu  proses  daxili 

nəzarətin tətbiq olunması ilə müşayiət olunurdu. İctimai məzəmmətin 

özü  də  mənəvi  normaların  həyata  keçirilməsinə  nəzarətin  bir  növü 

kimi çıxış edirdi. 

Beləliklə,  nəzəriyyəçilərin  fikirlərinə  istinadən,  dövlətəqədər-  ki 

cəmiyyətdə,  qəbilə-tayfa  icmalarında  hakimiyyətin  və  sosial 

normaların  əsas  spesifik  əlamətlərini  ümumiləşdirilmiş  şəkildə 

aşağıdakı kimi göstərə bilərik: 

-

 



qəbilə-tayfa  icmalarında  hakimiyyət  ictimai  xarakterə  malik 

olmaqla bütövlükdə icmadaxili həyatın özündən ayrılmırdı; 

-

 

ali hakimiyyət icma üzvlərinin yığıncağına məxsus idi; 



-

 

icmanın idarə olunması həyat təcrübəsinə və mənəvi nüfuza, 



avtoritetə  malik  olan  şəxslərdən,  ağsaqqallardan  ibarət  şura  və 

qəbilə, tayfa başçıları tərəfindən həyata keçirilirdi; 

-

 

kahinlər icma daxilində icazəverici və qadağanedici normalara 



riayət edilməsi üzərində «nəzarəti» həyata keçirirdi; 

92 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə