Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə31/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   27   28   29   30   31   32   33   34   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

-

 



normativ  tənzimləyicilər  hüquq  normalarına  və  digər  sosial 

normalara diferensiasiya olunmamışdı; 

-

 

sosial normalar dini, mifik və animistik təsəvvürlərlə bağlı idi; 



-

 

normalara  tənqidi  və  diferensiasion  münasibət  yox  idi,  yəni 



ayrıca bir fərd öz iradəsindən çıxış edərək sosial normalara qarşı dura 

bilməzdi  və  normalar  icma  üzvləri  tərəfindən  qeyd-şərtsiz  qəbul 

edilirdi; 

-

 



uzun  müddət  ərzində  mövcud  olan  və  yaranma  tarixi  məlum 

olmayan sosial normalar, adətlər elə mövcudolma faktına görə şübhə 

altına alınmadan olduğu kimi də qəbul edilirdi

-

 



insanların  adətlərə  uyğun  şəkildə  yaşamalarını  şərtləndirən 

əsas amillərdən biri də ictimai nəzarətin güclü olması idi; 

-

 

sosial  normalar  hər  bir  icma  üzvünün  bütövlükdə  icma 



tərəfindən himayə və müdafiə olunmasını təmin edirdi. 

Tədqiqatçıların  ümumi  fikri  belədir  ki,  neolit  dövründə  isteh- 

saledici  təsərrüfatın  istehlakedici  təsərrüfatı  əvəz  etməsi  insanların 

birgəyaşayışında,  sosial  münasibətlərdə  ciddi  dəyişikliklərə  səbəb 

olmuşdur.  Nəticədə,  tədricən  sosial  münasibətlərin  xarakteri 

dəyişmiş  və  mürəkkəbləşmiş,  ictimai  əmək  bölgüsü  güclənmiş, 

xüsusi  mülkiyyət  təsərrüfat  həyatında  ciddi  amilə  çevrilmiş,  əmlak 

bərabərsizliyi getdikcə artmış və miladdan öncə IV-III minilliklərdə ilk 

dövlətlər  yaranmışdır.  Beləliklə  də,  bəşəriyyətin  sosial  tarixində 

ibtidai  icma  dövrünün  sivilizasiya  dövrü  ilə  əvəz  olunması  prosesi 

başlamışdır. 

§ 2. DÖVLƏTİN MEYDANA GƏLMƏSİ 

Tədqiqatçılar  dövlətin  yaranmasını  ibtidai  cəmiyyətin  istehlakçı 

təsərrüfatdan  istehsal  təsərrüfatına-maldarlığa  və  əkinçiliyə 

keçməsinin  qanunauyğun  nəticəsi  hesab  edirlər.  Araşdırmalar 

göstərir  ki,  dövlətəqədərki  cəmiyyətdə  iqtisadiyyatın  istehsal 

üzərində  qurulan  təsərrüfat  sisteminə  keçməsi  tədricən  baş  vermiş 

və bu proses bir neçə minilliyi əhatə etmişdir. Əkinçiliklə maldarlığın 

bir-birindən ayrılması isə ilk mühüm ictimai əmək 

93 



ilqar Məmmədov 

bögüsü olmuşdur. İkinci mühüm ictimai əmək bölgüsü sənətkarlığın 

digər əmək fəaliyyəti sahələrindən ayrılması ilə bağlıdır. Ticarət işinin 

peşəkarlaşması  və  ticarətin  müstəqil  iqtisadi  fəaliyyət  sahəsinə 

çevrilməsi isə üçüncü mühüm ictimai əmək bölgüsü hesab olunur. 

Suvarma-irriqasiya  sisteminin  təşkil  olunduğu  ərazilərdə 

əkinçiliyin  inkişaf  etməsi  istehsala  əsaslanan  iqtisadiyyatın 

güclənməsinə  səbəb  olmuş,  bu  inkişaf  isə  öz  növbəsində  əhalinin 

sayının artımı ilə müşayiət olunmuşdur. Təxmini hesablamalara görə, 

yay və oxla silahlanmış ovçunun qida ilə təmin olunması üçün 20 kv. 

km ərazi lazım idi. Əkinçilik təsərrüfatında isə bu qədər ərazi bir neçə 

yüz  insanın  yaşayışını  təmin  edə  bilirdi.  Beləliklə,  maldarlığın  və 

əkinçiliyin  inkişafı  yer  üzərində  insanların  artımına  və  cəmiyyətlərin 

böyüməsinə, nəticədə də ictimai münasibətlərin mürəkkəbləşməsinə 

səbəb  olmuşdur.  Maddi  məhsulların  istehsalının  inkişafı  istehsal 

vasitələrinin,  əmək  alətlərinin  təkmilləşməsi  ilə  bağlı  idi.  istehsalın 

təkmilləşməsi  ailələrin  ayrılıqda  istehsalla  məşğul  olmasına  imkan 

yaratmaqla  mülkiyyətin  xüsusiiəşməsi  prosesinin  sürətlənməsinə 

təkan  vermişdir.  Mülkiyyətin  xüsusiiəşməsi  öz  növbəsində  əmlak 

bərabərsizliyinin,  xüsusi  maraqların  artması  ilə  müşayiət 

olunmuşdur.  Xüsusi  mülkiyyət  münasibətləri  qəbilələrin  ictimai 

rolunu,  bəra-  bərləşdirlci  funksiyasını  zəiflətmiş,  ailə  təsərrüfatının 

xüsusiləş-  məsini  inkişaf  etdirmişdir.  İcmaların  dağılmasına  təsir 

göstərən  əsas  qüvvələrdən  biri  İqtisadi  cəhətdən  güclənmiş 

patriarxal  ailələr  idi.  Ailə  başçıları  mülkiyyəti  qoruyub  saxlamaq  və 

onu öz varislərinə miras kimi ötürməkdə maraqlı idilər. Həmin dövrdə 

patriarxal ailələrdə bütün ailə üzvlərinin ailə başçısından asılı olması 

labüd  idi.  Xüsusi  mülkiyyətə  sahib  olan  ailə  başçısı  öz  ailə 

üzvlərindən işçi qüvvəsi kimi istifadə edirdi. 

Xüsusi mülkiyyət münasibətləri, həm də insanın insan tərəfindən 

istismarına  gətirib  çıxarmışdır.  İstismar  öncə  ailə  üzvlərinə,  daha 

sonradan isə xüsusi mülkiyyət münasibətləri əsasında asılı vəziyyətə 

düşən  şəxslərə  və  qullara  sirayət  olunmuşdur.  Tarixi  mənbələrdən 

məlumdur ki, hələ ibtidai icma dövründən 



94 


Dövlət və hüquq nəzəriyyəsi 

(bu daha çox ibtidai icma dövrünün son mərhələlərinə aiddir) hərbi 

əsirlər  qul  edilir  və  ailələr  arasında  bölüşdürülürdü.  Lakin  hərbi 

əsirlərin çoxu başçıların və nüfuzlu, varlı ailələrin payına düşürdü. Bu, 

onları 

daha 


da 

varlandırır, 

icma 

daxilində 



mövqelərini 

möhkəmləndirirdi. A.M.Rumyantsev yazır ki, «belə şəxslər və onların 

ailələri  son  nəticədə  ibtidai  cəmiyyətin  yüksək  təbəqəsini  təşkil 

etmişdilər. Engelsə görə, onların xüsusi təbəqəyə çevrilməsi siniflərin 

yaranması üsullarından biri idi. Zaman keçdikcə isə varlı patrisilərin 

kasıb  ailələr  üzərində  patronajlığı  və  hətta  əvvəl  azad  olmuş  icma 

üzvlərinin qula çevrilməsi təcrübəsi də yaranmışdır».”' 

Xüsusi  mülkiyyət  münasibətlərinin  inkişaf  etməsi  və  əmlak 

bərabərsizliyinin  güclənməsi  Avropa  və  Asiyada  neolit  dövrünün 

sonlarında, eneolit və bürünc əsri dövrlərində qabarıq şəkildə özünü 

göstərməyə  başlamışdır.  Həmin  dövrdə  yaranmış  əmlak 

bərabərsizliyi  müxtəlif  siniflərin,  sosial  təbəqələrin  formalaşmasını 

şərtləndirən  ən  mühüm  amillərdən  biri  olmuşdur.  Bu  proses 

gücləndikcə  ibtidai  icma  quruluşunun  dağılması  da  sürətlənirdi. 

Nəticədə  də,  «postibtidai  proseslər»  başlamışdır.  Burada  biz 

postibtidai  proseslər  deyərkən,  ibtidai  icma  quruluşunun  dağılması 

prosesində  meydana  gələn  yeni  hadisələri,  inkişaf  tendensiyalarını 

nəzərdə  tuturuq.  Ən  mühüm  postibtidai  proseslərdən  biri  də 

politogenezdir. Politogenezi «ictimai həyatın siyasi tərəfinin təşəkkül 

tapması  və  cəmiyyətin  xüsusi  hakimiyyət  formalarına  uyğun  təşkil 

olunması  prosesi  hesab  etmək  olar.  Təbii  ki,  bütün  bunlar 

hakimiyyətin və siyasi fəaliyyətin (həm daxili, həm də xarici) müəyyən 

qrup və ya təbəqələrin əlində cəmləşməsi ilə bağlı idi.»2 

'Румянцев  А.М. 

Первобытный  способ  производства.  М.,  1987,  5. 

295-296. 

“Гринин.Л.Е. 

Генезис  гоосударства  как  составная  часть  процесса 

перехода от первобытности к цивилизации. Часть 2. Политогенез и другие 

эволюционные  процессы  постпервобытности.  /  Философия  и  общество. 

Научно-теоретический журнал. № 2(27) 2002, 5.11. 

95 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə