Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə39/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   35   36   37   38   39   40   41   42   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

nunlar insan şüurunun deyil, ilahi şüurun məhsulu və ya bu şüurun 

emanasiyanın  bir  təzahürü  kimi  qiymətləndirildiyindən  belə  hesab 

edilirdi  ki,  qanunlar  insanlara  «yuxarıdan»  və  lap  qədimlərdən 

verilmişdir. Hökmdar və kahinlər isə onları insanlara çatdırmaq, izah 

etmək  və  təmin  etmək  səlahiyyətinə  malikdir.  Bu  cür  təsəvvürlər 

hökmdarın  səlahiyyətlərinin  məhdudlaşdırıl-  masını  istisna  edirdi. 

Belə hesab edilirdi ki, əgər o, ədaləti təmsil edirsə, demək, ədalətli 

olmalı, insanları öz hakimiyyətinə tabe edərkən isə tabe etmənin üsul 

və  vasitələrini  özü  müəyyənləşdirməlidir.  Bütün  bunlardan  belə  bir 

nəticə çıxarmaq olar ki, həmin təsəvvürə görə, hökmdarın hakimiyyəti 

və səlahiyyətləri, onun ümumi qanunvericilik işində ifadə etdiyi iradə 

təbəələrin  maraq  və  mənafeləri,  hüquqları  ilə  deyil,  ilahi  ədalətin 

müəyyənləşdirdiyi 

ədalət 

düşüncəsi 



və 

duyğusu 


ilə 

məhdudlaşmalıdır. 

Tədqiqatçıların  fikrincə,  şərq  dövlətlərində  mifoloji  və  teoloji 

prinsiplər, dəyərlər və müvafiq düşüncə tərzi hüququ da özünə tabe 

etdiyindən hakimiyyət və tabeçilik münasibətlərini, o cümlədən, digər 

növ ictimai münasibətləri tənzimləyən hüquq normalarının əsasında 

duran hüquqi şüur ictimai şüurun müstəqil forması kimi diferensiasiya 

olunmadan mifoloji və teoloji dünyagörüşün tərkib hissəsi kimi çıxış 

etmişdir.  Misal  üçün.  Qədim  Misirin  yazılı  mənbələrində  ictimai 

qaydanın,  qanunların  əsasında  ilahi  ədalətin  durduğu  göstərilir.  Və 

yaxud  Babil  hökmdarı  Hammurapi  öz  ölkəsində  ədaləti  bərqərar 

etmək  məqsədi  ilə  gördüyü  işləri  tanrıların-Mardukun,  Şamaşın 

iradəsinə bağlayırdı. Qədim Çində isə «göy, səma antropomorfik ilahi 

qüvvə kimi  qəbul  edildiyindən belə hesab  edilirdi ki,  yer  üzərindəki 

qaydalar Göyün xüsusi seçilmiş Qğluna, yəni imperatora çatdırılır və 

bu  yolla  da  insanların  həyatı  müvafiq  şəkildə  nizama  salınır.  Göy 

Qğlunun  özü  də  bu  qaydalara  tabe  olduğu  halda  insanları  idarə 

etmək iqtidarında oiur».^ 

' Sinha Surya Prakaşh. Yurisprudence. Legal philosophy. West 

publik company, 1991, s. 23. 



117 


ilqar Məmmədov 

Ümumiyyətlə,  istər  Şərqdə  olsun,  istərsə  də  Qərbdə,  siyasi- 

hüquqi təsəvvürlər uzun müddət mifoloji və teoloji təsəvvürlərə bağlı 

olmuşdur.  Onların  desakralizasiyası  və  rasionallaşması  prosesi  isə 

müxtəlif  cəmiyyətlərdə bir-birindən  fərqli  intensivlikdə  inkişaf  etmiş, 

fərqli  formalar  doğurmuş  və  oxşar  olmayan  nəticələrə  səbəb 

olmuşdur. Qeyd olunan mənada, rasionallaşma tendensiyası m.ö. I 

minillikdə,  bu  və  ya  digər  dərəcədə,  o  dövrün  bütün  mədəni 

mərkəzlərində  açıqca  özünü  göstərməyə  başlamışdır.  Lakin 

rasionallıq yalnız Qədim Yunanıstanda və Romada ictimai şüurun və 

təfəkkürün, həmçinin də hüququn təməl əsasına çevrilə bilmişdir. 

Şərqdə  isə,  hökmdarın  hakimiyyəti  sakral  xarakterə  malik 

olmaqla yanaşı, mütləq monarxiyaya çevrilmiş və müəyyən istisnalar 

olmaqla  bu  cür  alternativsiz  idarəetmə  forması  daha  təkmil  bir 

formaya  keçmədiyinə  görə  hüququn  inkişafına  da  neqativ  təsir 

göstərmişdir.  Bunun  nəticəsində,  hüquq  normaları  sosial  və  dini 

normalardan  tam  şəkildə  diferensiasiya  olunmamış  və  sözün  tam 

mənasında müstəqil hüquqyaradıcılığı sahəsi təşəkkül tapmamışdır. 

Dövlət  tərəfindən  müəyyənləşən  normalar  isə  (pozitiv  hüquq) 

bilavasitə  monarxın  iradəsinə  bağlı  olmuşdur.  Şərqdə  əhali 

hakimiyyətin  həyata  keçirilməsində  iştirak  etmədiyindən,  xalqın 

iştirakilə  qanunyaradıcılığının  həyata  keçirilməsi  mexanizmi 

formalaşmamışdır.  Hüquq  normalarının  müəyyənləşməsi  və 

rəsmiləşməsinin  əsasında  hökmdarın  iradəsi  dururudu.  Mifoloji  və 

teoloji  təsəvvürlərə  əsaslanan  hüququn,  insanın  zahiri  azadlığının 

ifadə  olunma  forması  kimi  qəbul  edilməməsi  və  ictimai  inkişafının 

əsasında  duran  faktora  çevrilməməsi  Qədim  Şərqin  ənənəvi 

sivilizasiyalarının ümumi cəhətlərindən biri olmuşdur. 

Qədim  Şərqdə  və  Qərbdə  hüququn  inkişafını  A.Y.Maligin  və 

R.S.Mulukayev  belə  xarakterizə  edirlər;  «Hüququn  inkişafının  iki 

əsas  istiqamətini  müəyyənləşdirmək  olar.  Harada  ki,  dövlət 

mülkiyyəti  hakim  mövqedə  idi,  orada  hüquq  normalarının  əsas 

mənbəyini  mənəvi-dini  qaydalardan  ibarət  məcmuələr  (Qədim 

Misirdə Ptaxotepin nəsihətləri, Hindistanda Manu qanunları, müsəl 



118 


Dövlət və hüquq nəzəriyyəsi 

man  ölkələrində  Quran  və  s.)  təşkil  edirdi.  Bu  məcmuələrdə 

toplanmış  normalar  isə  əsasən  kazual  xarakter  daşıyırdı.  Onlar, 

yalnız, zərurət olduqda digər normalarla, yəni adətlərlə və monarxın 

özünün  və  ya  o  səlahiyyət  verdikdə  dövlət  aparatının  məmurları 

tərəfindən  qəbul  olunan  konkret  xarakterli  qərarlarla  tamamlanırdı. 

Mülkiyyətçilər arasında hüquq bərabərliyinin olmasını şərtləndirən və 

xüsusi  mülkiyyətə  əsaslanan  cəmiyyətlərdə  isə  formallıq  səviyyəsi 

yüksək olan və dəqiqliyi ilə seçilən, ilk növbədə də əmlak xarakterli 

mürəkkəb  ictimai  münasibətləri  tənzimləyən  daha  geniş  əhatəli 

qanunvericilik inkişaf edirdi»."' 

Hər  bir  sivilizasiya  daxilində  hüququn  genezisinə  təsir  edən 

mühüm amillərdən biri də hüququn fundamental həyat prinsipi kimi, 

həmçinin  ictimai  təşkilatlanmanın  vacib  prinsipi  kimi  çxış 

edib-etməməsi  ilə  bağlıdır.  Müqayisələr  göstərir  ki,  hüquq  heç  də 

bütün sivilizasiyalarda eyni dərəcədə ictimai təşkilatlanmanın mühüm 

prinsipi  kimi  qəbul  olunmamışdır.  Bəzi  cəmiyyətlərdə  o,  ictimai 

həyatda  özünə  müstəqil  yer  tutmaqla  bərabər,  həm  də  yüksək 

əhəmiyyətə  malik  olan  ictimai  dəyərə  çevrilməmiş,  bir  çoxunda  isə 

digər  normativ  tənzimləyicilərdən  asılı  olmuşdur.  Hüquqi,  fəlsəfi 

ədəbiyyatda  belə  bir  fikir  geniş  yayılmışdır  ki,  hüquq  başqa 

sivilizasiyalarda  deyil,  məhz  Qərb  sivilizasiyasında  həyatın  mühüm 

bir  prinsipinə  çevrilmişdir.  Təbii  ki,  bu  fikir  geniş  və  dərin 

araşdırmalara əsaslanır və ümumilikdə tarixi həqiqətə zidd deyil. Bu 

isə,  hüquq  ideyasının  və  hüquqla  bağlı  əksər  nəzəriyyələrin  Hind, 

Çin, Yapon, Afrika mədəniyyətlərində deyil, məhz Qərb mədəniyyəti 

daxilində  yaradılmasının  səbəblərini  əsaslandırılmış  şəkildə  izah 

etməyə imkan yaradır. Bununla bağlı K.Sveygert və H.Kets yazırlar ki, 

Rudolf  Yerinqin  «hüquq  uğrunda  mübarizə»  adlandırdığı  hüquq 

düşüncəsinə xas əlamət, ilk növbədə. Qərb mədəniyyətinə məxsus 

olmuşdur. Yerinqin fikrincə, fərdin öz hüquqları uğrunda mübarizəsi 

özünə və hüquq 

'  Общая  теория  права  и  государства. 

Под  редакцией  док. 

юридических паук, ироф. Лазарева В.В.

 М., 1999, я. 70.



 

119 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə