Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə36/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   32   33   34   35   36   37   38   39   ...   205

ilqar Məmmədov 

§ 3. HUQUQUN MEYDANA GƏLMƏSİ 

Dövlət  və  hüququn  yaranmasının  elmi  problemləri  ilə  məşğul 

olan tədqiqatçıların bir çoxu belə hesab edir ki, hüquq və dövlət eyni 

səbəblərdən, bir-birinə paralel olaraq meydana gəlibdir. Bu, belə izah 

olunur  ki,  təsərrüfat  həyatında  istehsalın  təkmilləşməsi  və 

güclənməsi,  ictimai  əmək  bölgüsünün  mürəkkəbləşməsi  və  onun 

səmərəli  nəticələr  verməsi,  mülkiyyət  münasibətlərində  xü- 

susiləşmənin  getdikcə  daha  böyük  rol  oynaması  nəticəsində 

cəmiyyətin  idarə  olunması  və  ictimai  münasibətlərin  tənzimlənməsi 

keyfiyyətcə  yeni  forma  qazanmış,  beləliklə  də,  bir-birilə  qarşılıqlı 

əlaqəsi  olan  iki  mühüm  ictimai  hadisə  -  dövlət  və  hüquq  meydana 

gəlmişdir.  Həmin  iki  mühüm  fenomenin  yaranması  tədrici  və 

uzunmüddətli  bir  proses  olmuşdur.  Dövlət  və  hüququn  meydana 

gəldiyi ilk dövrlərdən onlar sadədən mürəkkəbə doğru inkişaf etmiş 

və  bəşəriyyətin  həyatında  ən  mühüm  rol  oynayan  hadisəyə 

çevrilmişdir. Hüquq, məhz dövlətin formalaşması ilə əlaqədar ictimai 

həyatda  «öz  müstəqilliyini  qazanmış»  və  digər  normativ 

tənzimləyicilərdən  fərqlənən  xüsusi  normativ  sistemə  çevrilmişdir. 

Buna  qədər  isə,  o,  digər normativ  tənzimləyicilərdən  diferensiasiya 

olunmamış  və  onlardan  bir  o  qədər  də  seçilməmişdir.  Belə  bir 

mövqedən çıxış edən tanınmış nəzəriyyəçi- alim S.S.Alekseyev yazır 

ki, hüquq (əsl yuridik mənada) sivilizasiyanın doğurduğu hadisədir. 

Sivilizasiyanın  özü  cəmiyyətin  inkişaf  etməsi,  yəni  ictimai  əmək 

bölgüsünün, istehsala əsaslanan təsərrüfat sisteminin təkmilləşməsi, 

insan həyatında intellektin daha çox rol oynaması və əhəmiyyətinin 

artması  nəticəsində  meydana  gəlmişdir.  Beləliklə  də,  digər 

institutlarla  bərabər  sosial  tənzimetmənin  əsas,  mərkəzi  həlqəsi  - 

«hüquq»  (pozitiv  hüquq  mənasında  başa  düşülən  hüquq)  təşəkkül 

tapmışdır.  Sivilizasiya  şəraitində  hüquq  öncə  amorf  vəziyyətdə 

olmuş,  sonradan  tarixi  inkişaf  nəticəsində  ənənəvi  sivilizasiyalı 

cəmiyyətlər-  dəki  və  ən  nəhayət  vətəndaş  cəmiyyətindəki  hüquqa 

çevrilmişdir.’’ 

’  Алексеев  C.C.  Право:  опыт  коллективного  исследования.  S. 

184-185, 194.

 

108 




Dövlət və hüquq nəzəriyyəsi 

Başqa bir yanaşmaya görə, hüquq insan iradəsinin zahiri ifadəsi 

ilə  bağlı  olan  qadağanedici  və  icazəverici  davranış  qaydalarını 

müəyyənləşdirməklə müəyyən maraqların qorunmasına xidmət edən 

maddi və prosessual xarakterli normativ sistem kimi dövlətdən əvvəl 

yaranmış və sonra da dövlət hakimiyyəti ilə yan-yana mövcud olmuş, 

tədricən  dövlətin  məcburetmə  tədbirləri  vasitəsilə  yeni  siyasi 

institutlara  uyğunlaşdırılmışdır.  Həmin  mövqedən  çıxış  edən 

nəzəriyyəçilər belə hesab edir ki, hüquqi xarakterli normalar dövlətin 

yaranmasından  əvvəlki  dövrlərdə  də  digər  sosial  normalardan, 

həmçinin  mənəvi-əxlaqi  normalardan  fərqlənmiş,  özünün  səciyyəvi 

xüsusiyyətləri  ilə  seçilmişdir.  Məsələn,  müəyyən  hərəkətlərin 

edilməsinə  icazə  verən,  müəyyən  qism  hərəkətlərin  isə  edilməsini 

qadağan edən mənəvi-əxlaqi normaların tələblərinə riayət olunması 

bir  çox  hallarda  ictimai  münasibətlərin  subyektlərinin  öz  şəxsi 

mülahizələrinə əsaslanırdı. Həmin tələblərin pozulmasının əvvəldən 

müəyyənləşdirilmiş  standart  qaydaya  uyğun  reaksiya  ilə 

qarşılanması  vacib  deyildi.  Hüquqi  xarakterli  normaların  pozulması 

nəticəsində yaranan münasibətlər isə dövlətəqədərki cəmiyyətdə də 

dəqiq şəkildə reqlamentləşdirilmiş və bu pozuntular normalaşdırılmış 

reaksiya  ilə  qarşılanmışdır.  Bu  normalarda  subyektlərin  davranışını 

tənzimləyən  tələblərin  ifadə  olunması  ilə  yanaşı  onların 

realizasiyasını  təmin  edən,  həmçinin  pozuntulara  görə  məsuliyyət 

məsələsini  həll  edən  qaydalar  da  əks  olunurdu.  Odur  ki, 

dövlətəqədərki  cəmiyyətdə  də  həmin  normaların  maddi  və 

prosessual  tərəfləri  olmuşdur.  V.S.Nersesyans  yazır  ki,  bəşər 

tarixində  uzun  müddət  ərzində  hüququn  prosessual  tərəfinin  taleyi 

dini- ritual təcrübə, sehrbazlıq və magiya, fövqəltəbii qüvvələrin cəza 

təyinetmə işində arbitr kimi istifadə olunması ilə sıx bağlı olmuşdur. 

Bu, münasibətlərin hüquqi cəhətdən təhlil edilməsinə böyük çətinlik 

yaradır.  Lakin  buna  baxmayaraq,  başa  düşmək  olur  ki,  həmin 

cəmiyyətdə də insidentlər və mübahisələr baş verdiyi hallarda onların 

həll edilməsi məqsədi ilə insanlar kimlərə və hansı formada müraciət 

etmək qaydalarını dəqiq bilirdilər.’^ 

'Проблемы общей теории права и государства. Под редакцией проф. 

Нерсесянца В.С. 

S. 

108-109. 



109 


ilqar Məmmədov 

V.S.Nersesyans  belə  hesab  edir  ki,  dövlətdən  əvvəl  yaranmış 

xüsusi  mülkiyyətin  özü  həm  də  hüquqi  institutudur.  Onun  fikrincə, 

bunu  başqa  cür  izah  etmək,  yəni  yalnız  faktiki  münasibətlər  kimi 

xarakterizə  etmək  düzgün  olmazdı.  Belə  ki,  xüsusi  mülkiyyətin 

mahiyyəti  insanın  əşyanı,  hər  hansısa  bir  şeyi  tutub  özündə 

saxlaması  ilə  bağlı  deyil.  Xüsusi  mülkiyyətin  mümkün  olması 

cəmiyyətin  insanın  özündə  saxladığı,  mənimsədiyi,  istifadə  etdiyi 

əşyaya hüququnu tanımasından irəli gəlir. Bu isə, iqtisadi və sosial 

fenomen  olan  xüsusi  mülkiyyətin  mövcudluğunu  təsdiq  edən 

hüququn  olması  deməkdir.  Demək,  dövlətin  yaranmasından  qabaq 

da  yuridik  baxımdan  təmin  olunmadan  xüsusi  mülkiyyət 

münasibətləri  faktiki  mövcud  ola  bilməzdi.  Dövlət  sadəcə  olaraq 

sonradan  bu  hüququ  müvafiq  maraqlara  uyğun şəkildə  öz gücü  ilə 

möhkəmlətmiş  və  şərh  etmişdir.  Nersesyan-  sın  fikrincə,  hadisənin 

bu  cür  izahı  hüququn  yaranmasını  dövlətin  iradəsi  ilə  bağlayanları 

dalana dirəmiş olur. Çünki hüquq təsdiq olunmaq üçün özünü yeni 

yaranan «dövlətə təqdim edirsə», demək o, daha əvvəl formalaşmış 

və mövcud olmuşdur. Odur ki, hüquqi adətlərin elə hüquqi xarakterdə 

də yarandığını qəbul etmək yeganə çıxış yoludur. Bu isə o deməkdir 

ki, adət hüququ, hüququn keçid forması olmamış və hüquq tarixində 

fundamental hadisə kimi özünü göstərmişdir.^ 

Tədqiqatçıların  bir  çoxu  belə  hesab  edir  ki,  dövlətəqədərki 

cəmiyyətdə  hüquqi  xarakterli  normalar  kimi  qiymətləndərilə  biləcək 

normalardan ibarət protohüquq (ilkin hüquq) mövcud olmuşdur. Hətta 

hüququ (pozitiv hüquq, yəni dövlətin iradəsi əsasında mövcud olan 

hüquq normalarından ibarət normativ sistem) sivilizasiyanın məhsulu 

hesab edən S.S.Alekseyev də yazır ki, ən geniş mənada hüquq (yəni, 

insanı  müəyyən  şəraitdə  «buna  hüququm  var»  kimi  düşünərək 

hərəkət  etməsini  ehtiva  edən  sosial  tənzimləyicilər)  insan 

cəmiyyətinin yarandığı ilk 

’Проблемы общей теории права и государства. 



Под редакцией проф. 

Hepcecfmija В.С.

 

S.105.



 

110 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə