Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə38/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   34   35   36   37   38   39   40   41   ...   205

ilqar Məmmədov 

zimetmədən  və  onun  ayrı-ayrı  növlərindən  diferensiasiya  olunaraq 

ayrılmamış,  normativ  ümumiləşdirmələr  isə  əksər  hallarda  dövlət 

tərəfindən tanınan, müdafiə olunan adətlərdən ibarət olmaqla ibtidai, 

elementar  səviyyədə  özünü  göstərmişdir.  S.S.Alekseyev  fikrini 

inkişaf  etdirərək  yazır:  «Bu  mənada  qədim  sivilizasiyaların  (Manu 

Qanunları,  XII  Cədvəl  Qanunu,  Hətlərin  qanunları  və  s.)  və  orta 

əsrlərin  (Salik  Hüququ,  Rus  hüququ  və  s.)  yazılı  abidələri  öz 

texniki-hüquqi  xüsusiyyətlərinə  görə  diqqət  çəkəcək  dərəcədə 

oxşardır.  Qnların  hamısı  kompilyasiya  olmaqla  əsasən  üç 

elementdən:  1)  bu  və  ya  digər  dərəcədə  normativ  əhəmiyyəti  olan 

konkret məsələlərlə bağlı qərarlardan (yəni presedentlərdən); 2) bir 

çox  hallarda  həm  də  müəyyənləşmiş  fərdi  qərarların  nümunələrini 

özündə  əks  etdirən  sanksiyalaş-  dırılmış  adətlərdən;  3) 

hüquqyaradıcılığını ifadə edən qərarlardan təşkil olunmuşdur».”' 

Alimin  fikrincə,  yalnız  sonralar,  sivilizasiya  şəraitində  siyasi, 

iqtisadi,  mədəni  inkişaf  gücləndikcə  hüququn  xüsusi-hüquqi 

məzmununun  bu  və  ya  digər  elementi  dominantlıq  göstərməyə 

başlamış və bu da növbəti inkişafın əsasını təşkil etmişdir. Spesifik 

tarixi, milli hüquq sistemlərinin və hüquq ailələrinin formalaşması və 

inkişafı yalnız bundan sonra başlamışdır. 

Tədqiqatçıların bir qismi hüququn yaranmasının bu cür şərhi ilə 

razı  deyil.  Qnlardan  biri  də  V.S.Nersesyansdır.  Q  yazır  ki,  adət 

hüququnu  «adətin  dövlət  tərəfindən  sanksiyalaşdırılma-  sı»nın 

nəticəsi  hesab  edən  nəzəriyyəçilərin  fikrincə,  dövlətəqə-  dərki 

cəmiyyətdə mövcud olmuş adətləri hüquq adlandırmaq olmaz. Qna 

görə  ki,  adətlər  yalnız  dövlətin  mövcud  olduğu  dövrdə  onun 

sanksiyasını  aldıqdan  sonra  adət  hüququna  çevrilmişdir.  Adət 

hüququnun 

ardınca 


isə 

hüquqyaradıcılığının 

yeni 

bir 


«məhsulu»-qanunlar  meydana  gəlmişdir.  V.S.Nersesyans  bu  fikirlə 

razı deyil. Q, hesab edir ki, hüquqi adətlərin seçilərək yazıya alınması 

heç də adətlərin dövlət tərəfindən sanksiyalaş- 

205


.

 

Алексеев 



C.C. Право: опыт коллективного исследования. S. 

114 


Dövlət və hüquq nəzəriyyəsi 

dınlması  demək  deyil.  Belə  ki,  hüquqi  xarakterli  adətlər  dövlətin 

sanksiyası  olmadan  da  hüquqi  məzmun  daşıyırdı.  Hətta,  bir  çox 

hallarda,  adətlərin  bəziləri  hökmdarlara  sərf  etməsə  də,  onlar  bu 

adətlərlə  razılaşmalı  idilər.  Adətlərin  seçilərək  yazılması  və  sis- 

temləşdirilməsində  məqsəd  hüquq  münasibətlərini  və  təcrübəsini 

dövlətin  siyasi  maraqlarına  uyğun  qaydada  istiqamətləndirməkdən 

ibarət  olmuşdur.  O,  belə  bir  məntiqi  sual  verir:  «Əgər  adət  hüququ 

dövlətin  məqsədyönlü  fəaliyyəti  nəticəsində  yaradılmışdırsa,  onda 

hansı  səbəbdən  biz  onu  «dövlət  hüququ»  deyil  «adət  hüququ» 

adlandırırıq?  Və  əgər  dövlət  öz  maraqlarına  və  mənafeyinə 

əsaslanaraq  onu  «yaradırsa»  onda  necə  olur  ki,  o,  adət  hüququ 

olur?». 

Beləliklə,  müxtəlif  fikirləri,  yanaşmaları  təhlil  edərkən  belə  bir 

nəticəyə gəlirsən ki, dövlətəqədərki cəmiyyətlərdə hüquqi məzmunlu 

normaların-adətlərin  mövcud  olduğunu  inkar  etmək  çox  çətindir. 

Dövlət yarandıqdan sonra isə hüquqi məzmuna malik olan adətlərin 

dövlət  tərəfindən  təmin  edilməsi  ictimai  münasibətlərin  dövlətin 

nəzarəti altına alınması ilə bağlı idi. Adət hüququnun dövlət tərəfindən 

müdafiəsi,  təmin  edilməsi  və  kom-  pilyasiyası,  əslində,  dövlətin 

hüquq uğrunda mübarizə aparması demək idi. Dövlət, ilk növbədə, bu 

üsuldan  istifadə  etməklə  adət  hüququnun  təmin  edilməsini  öz 

inhisarına  almış  və  beləliklə  də,  məcburiyyət  tədbirlərini  həyata 

keçirməsini  legitimləşdirmişdir.  Ancaq  həmin  dövrdə  əsl  mənada 

dövlət-hüquq  yaradıcılığı  mövcud  olmamışdır.  Bu  mərhələni 

dövlət-hüquq  yaradıcılığının  başlanğıc  dövrü  və  ya  «adət-hüquq 

yaradıcılığının» və «sakral-hü- quq yaradıcılığının» inkişafı mərhələsi 

kimi  də  qiymətləndirmək  olar.  Həmin  mərhələdə  hüquqla  bağlı 

dövlətin əsas funksiyası qanunlar yaratmaq yox, dövlət hakimiyyətini 

bərqərar etmək üçün «yer üzərində ədalətli ilahi nizamı» təmin edə 

biləcək  normaları  tətbiq  etməkdən  ibarət  idi.  Dövlətin  özü  həmin 

normaların  yaradıcısı  hesab  olunmurdu.  Lakin  belə  təsəvvür 

yaranmışdı ki, həmin normalar bu və ya digər dərəcədə ilahi hökmün 

ifadəsi olduğundan onların təmin edilməsi səlahiyyəti ilahi qüvvənin 

yer üzərindəki «kölgəsinə», yəni hökmdara məxsusdur. 

115 



ilqar Məmmədov 

Adət hüququnun yazılması prosesində hər hansısa bir düzəlişin, 

əiavənin  edilməsi  o  qədər  də  asan  məsələ  deyildi.  Ümumiyyətlə, 

ənənələrə,  sakral  avtoritetlərə  əsaslanmadan  hansısa  bir  yeniiik 

etmək  mümkün  deyildi.  F.Hayek  yazır  ki,  «qanunverici»  qanunu 

güman  edilən  pozuntulardan  təmizləmək  və  ya  onun  ilkin  saflığını 

bərpa  etmək  üçün  çalışa  bilərdi,  lakin  onun  yeni  bir  qanun 

yaratmasından  söz  gedə  biiməzdi.  «Ur-Nammu  və  Hammurapidən 

Solona,  Likurqa  və  Romada  XII  Cədvəl  Qanununun  müəlliflərinə 

qədər bütün məşhur ilk «qanunvericilər» yeni qanun yaratmaq yox, 

qanunun həmişə necə və nə olduğunu göstərmək niyyətində oiubiar. 

Lakin  heç  kəsdə  qanunu  dəyişmək  səiahiyyətinin  və  niyyətinin 

olmaması və ya yalnız köhnə hüququn yaxşı hesab edilməsi o demək 

deyil  ki,  həmin  dövrdə  hüquq  inkişaf  etməmişdir.  Bu,  sadəcə,  o 

deməkdir ki, baş vermiş dəyişiklikiər «qanunvericinin» öz niyyətinin 

və düşüncəsinin nəticəsi kimi qəbul edilmirdi».”' 

Öncədən  də  qeyd  etdiyimiz  kimi,  hüququn  xalqın  iradəsilə 

müəyyənləşən  qanunvericiliyə  söykənməsi  düşüncəsi  sonradan, 

həm də ki, bütün sivilizasiyalarda deyil, yalnız Qədim Yunanıstanda 

və  Romada  inkişaf  etmiş  və  bu  da,  öz  növbəsində,  daha  sonrakı 

mərhələiərdə  bəşəriyyətdə  hüququn  inkişafına  öz  xüsusi  təsirini 

göstərmişdir. 

Qədim döviətiərdə, ən əsası da şərq dövlətlərində hakimiyyətin 

ilahi mənşəli oiması iiə bağiı mifik və teoloji təsəvvürlərin, həmçinin 

insanların  birgəyaşayışını  tənzimləyən  qayda  və  qanunların  kosmik 

nizamın  tərkib  hissəsi  və  ya  iiahi  mənşəli  olması  düşüncəsinin 

siyasi-hüquqi  münasibətlərə  yaxından  təsir  göstərməsi  nəticəsində 

hökmdarın 

şəxsiyyəti 

iiahiiəşdiriimiş 

və 

hüququn 


müəyyənləşdiriiməsi  sahəsində  o  xüsusi  səiahiyyətlərə  malik 

olmuşdur.  Hökmdarın  həyata  keçirdiyi  qanunyaradıcıiığı  insan 

iradəsinin  əsas  götürülməsi  düşüncəsinə  əsasianmırdı.  Hüquq  isə 

öz-özlüyündə mühüm dəyər hesab olunmurdu. Qa- 

' Hayek Fridrix A. Hüquq, qanunvericilik və azadlıq. Cild 1. Bakı, 

Qanun, 2002, s. 116. 



116 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə