Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə46/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   42   43   44   45   46   47   48   49   ...   205

ilqar Məmmədov 

Tədqiqatçılardan  bəziləri  müqavilə  nəzəriyyəsini  təbii  hüquq 

nəzəriyyəsi ilə eyniləşdirir. Bunun səbəbi isə hər iki nəzəriyyənin eyni 

mütəfəkkirlər tərəfindən inkişaf etdirilməsi, oxşar müddəalardan çıxış 

etməsi  və  onların  hər  ikisində  də  bir-birinə  yaxın  nəticələrin  əldə 

olunması  ilə  bağlıdır.  Lakin  müəlliflərin  bir  qismi,  o  cümlədən 

professor  M.N.Marçenko  bu  cür  eyniləşdirmə  ilə  razı  deyil. 

M.N.Marçenkonun  fikrincə,  həmin  nəzəriyyələr  arasında  müəyyən 

fərqlər  var  və  buna  görə  də  onlar  bir-birindən  ayrı  şəkildə  nəzərə 

alınmalı  və  öyrənilməlidir.  Belə  ki,  ictimai  müqavilə  nəzəriyyəsində 

əsas 

diqqət 


dövlət 

hadisələrinə 

yönəldilir. 

Təbii-hüquq 

nəzəriyyəsində  isə,  əsasən  hüququn  mənşəyi,  yaranması  və 

mahiyyəti  ilə  bağlı  məsələlərə  diqqət  verildiyindən  onu  daha  çox 

hüququn  əmələ  gəlməsi  haqqında  nəzəriyyə  adlandırmaq  olar. 

M.N.Marçenko,  həmçinin  göstərir  ki,  dövlət  və  hüquq  hadisələri 

arasında  üzvi  əlaqəlilik  olduğundan  dövlətin  yaranması  haqqında 

nəzəriyyənin 

hüququn 

yaranması 

haqqında 

nəzəriyyədən 

fərqləndirilməsi şərti xarakter daşıyır. Lakin buna baxmayaraq, belə 

bir fərqlənmə diqqətdən kənarda qalmamalıdır. Bunlarla bərabər, o 

da  nəzərə  alınmalıdır  ki,  müqavilə  nəzəriyyəsi  təbii  hüquq 

nəzəriyyəsindən irəli gəlmiş, onun əsasında inkişaf etmişdir. 

ictimai  müqavilə  nəzəriyyəsinin  nümayəndələri  dövlətin  əmələ 

gəlmə  səbəblərini  dövlətdən  əvvəlki  dövrdə  insanların  təbii 

vəziyyətindən  doğan  hallarla  əlaqələndirirlər.  Lakin  həmin 

mütəfəkkirlərin hamısı insanların təbii vəziyyətini heç də eyni cür izah 

etmirlər. Misal üçün. Tomas Hobbs göstərir ki, ilk dövrlərdə, yəni təbii 

vəziyyətdə  olarkən  insanlar  hər  şeyə  münasibətdə  bərabər 

hüquqlara malik idilər. Ancaq bu bərabərlik, həm də onların bir-birinə 

zərər yetirmək imkanlarının da bərabər olması demək idi. Çünki insan 

eqoist  bir  varlıq  olduğundan  onun  təbiətində  başqasına  etimad 

göstərməmək,  şöhrətpərəstlik,  paxıllıq  etmək,  başqasında  olanları 

özü üçün arzulamaq, qorxu kimi xüsusiyyətlər var. Bu səbəbdən də 

təbii  vəziyyətdə  və  ya  şəraitdə  insanlar  arasında  düşmənçilik, 

amansız mübarizə labüd olmuşdur. Yəni təbii şəraitdə «insan insana 

canavardır» 

və 

«insanlar 



bir-birinə 

qarşı 


müharibə 

vəziyyətindədirlər». 



138 


Dövlət və hüquq nəzəriyyəsi 

Con Lokkun fikrincə isə,  dövlətin yaranmasına qədərki dövrdə, 

yəni  təbii  vəziyyətdə  insanlar  yalnız  öz  iradəsindən  asılı  olmuş  və 

kiminsə  başqasından  artıq  nəyəsə  malik  olmasını  istisna  edən 

bərabərlik  hökm  sürmüşdür.  Odur  ki,  insanların  bu  vəziyyətdə 

yaşaması «hamının hamıya qarşı müharibə» şəraitində olması demək 

deyildi. 

Jan  Jak  Russo  təbii  vəziyyəti  bəşəriyyətin  «qızıl  dövrü»  hesab 

edir və həmin dövrdə insanların azad və bərabər olduqlarını göstərir. 

Onun  fikrincə,  insanların  təkmilləşmək  imkanlarına  və  qabiliyyətinə 

malik olması, həmçinin əxlaqın getdikcə pozulması əvvəllər mövcud 

olmuş  bərabərliyin  itirilməsinə  səbəb  olmuşdur,  insan  nələrisə 

yaratmaqla  və  əmək  alətlərini  təkmilləşdirməklə  bərabərsizliyin 

artmasına rəvac vermişdir. Russo yazır: «Kim ki, müəyyən bir ərazini 

çəpərləyərək  «bu  mənimdir»  demiş  və  bu  sözlərə  inanan  kifayət 

qədər  sadəlövh  insan  tapa  bilmişdir,  o  da  vətəndaş  cəmiyyətinin 

təməlini qoymuşdur. Əgər torpağa basdırılmış dirəkləri çıxardıb və ya 

qazılmış  arxı  doldurub  sonra  da  qışqıraraq  «bu  yalançıya  qulaq 

asmayın, siz torpağın yetişdirdiyi məhsulun hamı üçün olduğunu, özü 

isə  ayrılıqda  heç  bir  kəsin  olmadığını  unutsanız  məhv  olacaqsınız» 

deyən  bir  şəxs  tapılsaydı,  həmin  şəxs  bəşəriyyəti  nə  qədər 

cinayətlərdən,  qətllərdən,  müharibələrdən,  bədbəxtliklərdən  və 

dəhşətlərdən qurtarmış olardı».’^ 

İnsanların  təbii  vəziyyətdən  uzaqlaşmasını  və  dövlətin 

yaranmasını  T.Hobbs  bütün  digər  hisslərdən  üstün  olan  ölüm 

qorxusu və özünü qoruma instinkti ilə, həmçinin təbii şüurun yaratdığı 

imkanlarla, yəni hər bir kəsin öz əməllərinin nəticəsi haqqında düşünə 

bilməsi ilə bağlayır. Onun fikrincə, fundamental təbii qanun insanların 

sülhə  can  atması  və  yaşayışın  bu  şəraitdə  tənzimlənməsi  təiəbini 

doğurmaqla özünümüdafiənin və sülhün tələb etdiyi dərəcədə hər bir 

kəsin  öz  hüquqlarından  imtina  etməsi  zərurətini  yaratmışdır.  Bunun 

nəticəsində  də  imtina  edilən  həmin  hüquqlar  müqavilə  yolu  ilə 

müəyyən bir şəxsə və ya şəxslərdən ibarət qrupa verilmiş, insanlar 

isə müqavilədən irəli gələn öhdə- 



Pycco !®!aK. TpaKTarbi. M., 1998, s. 106. 

139 



ilqar Məmmədov 

ükləri  yerinə  yetirməyə  borclu  olmuşlar.  İnsanların  həmin 

müqavilədən irəli gələn öhdəlikləri icra etməsi təbii qanunun özünün 

tələbi olmaqla ədalətin mənbəyi və əsası kimi çıxış edir. T.Hobbs təbii 

qanunu  təbii  hüquqdan  fərqləndirir  və  bu  fərqi,  vəzifənin,  öhdəliyin 

azadlıqdan fərqləndirilməsi kimi başa düşür. 

T.Hobbsun  fikrincə,  təbii  qanunların  olması  sülhün  və 

təhlükəsizliyin  yaradılması  üçün  kifayət  deyil.  İnsanların  təbii 

qanunlara riayət etməsini onları qorxu içində saxlaya bilən və onların 

fəaliyyətini ümumi mənafelərin xidmətinə yönəldən hakimiyyət təmin 

edə  bilər.  Müqavilə  nəticəsində  insanların  Leviafana-suve-  renə 

verdiyi  səlahiyyətə  görə  o,  öz  gücü  və  yaratdığı  qorxu  hesabına 

sabitliyi,  təhlükəsizliyi  təmin  edir.  T.Hobbsun  yaradıcılığını  tədqiq 

edən  alimlər  göstərirlər  ki,  o,  dövlətin  əsas  funksiyasını 

qeyri-müəyyənliklərlə  və  təhlükələrlə  dolu  olan  bu  dünyada  insan 

həyatı  üçün  maksimal  dərəcədə  təhlükəsizliyin  təmin  edilməsində 

görür. Bu funksiyanın həyata keçməsi isə, yalnız süve- renin mütləq 

hakimiyyəti 

vasitəsilə 

mümkündür. 

T.Hobbs 

insanların 

birgəyaşayışındakı  zərərli  hadisələrin  baş  verməsini  qeyri-  məhdud 

hakimiyyətlə  deyil,  güclü  hakimiyyətin  olmaması  ilə  əlaqələndirir. 

Müasir qərb tədqiqatçıları onun fikirlərindən belə nəticə çıxarırlar ki, 

insanlar  arasında  baş  verən  konfliktlərin  doğurduğu  bəlalardan, 

pisliklərdən  uzaqlaşmağa  can  atan  bu  filosof  insan  həyatının 

təhlükəsizliyinin  təmin  edilməsi  naminə  azadlığı  qurban  verməklə 

tiraniyaya bəraət qazandırır.”' 

T.Hobbs  məsələyə  bu  cür  yanaşdığına  görə,  tədqiqatçılar 

C.Lokkun  dövlət  haqqındakı  fikirlərini  onun  nəzəriyyəsinə  qarşı 

yönəlmiş  reaksiya  kimi  də  qiymətləndirirlər.  Tyudor  Cons  yazır  ki, 

C.Lokkun  fikirləri  anarxiyadan  çox  diktatura  qorxusunu  ifadə  edir. 

«C.Lokka  görə,  ali  hakimiyyət  dövlətə  və  ya  krala  deyil,  öz 

hüquqlarını parlamentə və hökumətə həvalə etməklə bu hüquqların 

həyata keçməsinin müvafiq üsulunu seçmiş xalqa bağlıdır».2 

'Поупкнн  Ричард,  Строл  Аврум. 

Философия.  Москва- 

Санкт-Петербург, 1997, s. 120. 

2 Tudor Jones. Modern politikal thinkers and ideas: an historical 

introduction. New York, 2002, s. 21-22. 

140 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə