Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə45/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   41   42   43   44   45   46   47   48   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

İmam idarə etməiidir. imam müsəiman icması tərəfindən seçii- mir, o 

Peyğəmbərin varisi kimi müsəimaniarı idarə edir. 

Sünni  təriqətinə  söykənən  təiimlərə  görə,  xəiifə  mütləq 

hakimiyyətə  malik  deyil.  Şiə  təriqəti  ilə  bağlı  təlimlərdə  isə  İmamın 

sakrallaşdırılmış  mütləq  hakimiyyətə  malik  olduğu  göstərilir  və 

imamların şəxsiyyəti muqəddəsləşdirilir. 

Hər iki təriqətə aid təlimlərin əsrlər boyu islam dünyasında baş 

verən  siyasi-hüquqi  proseslərə  çox  ciddi  təsiri  olmuşdur. 

L.R.Syukiyaynenin yazdığı kimi, ümumilikdə, həmin təlimlərin hamısı 

teokratik xarakterli islam dövlətinin əsas məqsədinin, islamın bütün 

göstərişlərinin  həyata  keçirilməsi  üçün  müəyyənləşmiş  həyat 

tərzininin bərqərar edilməsi ideyasından çıxış etmişdir.’^ 

Patriarxal  nəzəriyyə. 

Patriarxal  nəzəriyyəyə  görə,  dövlət 

ailələrin  böyüməsi,  bir  icmada  birləşməsi  nəticəsində  yaranmışdır. 

Dövlətin  özü  də  ailəyə  oxşar  bir  quruluş  hesab  edilir.  Həmin 

nəzəriyyənin  nümayəndələrindən  bəziləri  dövlət  başçısının 

hakimiyyəti ilə ailə başçısının hakimiyyəti arasında analoji cəhətlərin 

olduğunu  göstərirlər.  Aristotel,  Konfutsi,  R.Filmer,  İ.Mixay-  lovski 

patriarxal nəzəriyyənin ən görkəmli nümayəndələridir. 

Aristotelin  fikrincə,  bir  neçə  ailənin  ünsiyyətindən  bir  kənd 

yaranır ki, bunu həm də ailə koloniyası adlandırmaq olar. Bir çox belə 

koloniyanın  birliyindən  yaranan  cəmiyyət  isə  dövləti  formalaşdırır. 

Məşhur  yunan  filosofu  yazır  ki,  dövlətin  «hansı  elemetlərdən  ibarət 

olduğunu aydınlaşdırarkən, ilk əvvəl, ailənin təşkilindən söz etməliyik. 

Belə  ki,  hər  bir  dövlət  ayrı-ayrı  ailələrin  birliyindən  yaranır».2  O 

göstərir ki, hər bir ailə dövlətin, insanlar isə ailələrin tərkib ünsürləri 

olduğundan ailədəki tərbiyə və idarəçiliklə dövlət daxilindəki tərbiyə 

və idarəçilik arasında əlaqə və uyğunluq var. Odur ki, dövlətin tərkib 

elementləri  və  dövlət  daxilində  iqtisadi  həyat  tədqiq  edilərkən,  ilk 

öncə  ailəni  təmsil  edən  elementlər,  onlar  arasındakı  münasibətləri 

xarakterizə 

' Сюкияйиеп Л.Р. 

Мусульманское право. M., 1986, s.lO. 

Аристотель. 



Сочинения. Т. 4. M., 1984, s. 380. 

135 


ilqar Məmmədov 

edən xüsusiyyətlər, həmçinin də ailə təsərrüfatı öyrənilməlidir. Lakin 

qeyd  olunanlardan  o  nəticə  çıxarılmamalıdır  ki,  Aristotel  dövlətin 

yaranmasını  yalnız  ailələrin  birləşməsi  ilə  əlaqələndirir  və  başqa 

faktorları,  amilləri  nəzərə  almır.  Əsərlərindən  göründüyü  kimi  o,  ilk 

növbədə, ailəni dövlətin nüvəsi kimi təsəvvür edir. 

Çin  mədəniyyətinə  və  mentalitetinə,  həmçinin  minilliklər  boyu 

çinlilərin  ictimai-siyasi  həyatına  çox  böyük  təsir  göstərmiş  müdrik 

Konfutsi  (onun  adının  təmiz  deyilişi  Kun  Syudur)  patriar- 

xal-paternalist  konsepsiyanı  inkişaf  etdirən  mütəfəkkirlərdən 

olmuşdur. Konfutsi Qədim Çin mədəniyyətində özünə geniş yer almış 

ənənəvi baxışlardan çıxış edərək dövləti böyük ailəyə, dövləti idarə 

edən  hökmdarın  hakimiyyətini  isə  ailə  başçısının  hakimiyyətinə 

bənzətmişdir.  Onun  «ailəsində»  və  «dövlətində»  insanlar  bərabər 

deyillər.  Konfutsinin  və  onun  davamçılarının  yaratdığı  təlimin 

əsasında,  məhz  atanın  oğula  münasibəti  məsələsi  durur.  Bu 

məsələni, yəni hökmdarın hakimiyyəti ilə atanın ədalətli hakimiyyəti 

arasında  uyğunluğun  olması  məsələsini  tədqiq  edən  V.P.Vasilyev 

yazır: «Atanın hüquqları o qədər təbiidir ki, onu heç kəs şübhə altına 

da almır. Yəni heç kim bu hüquqlardan sui-istifadə edilməsi barədə 

düşünmür».’' 

Məsələyə bu mövqedən yanaşan Konfutsi hökmdarın təbəəsinə 

olan münasibətini atanın öz oğluna münasibətinə bənzər şəkildə şərh 

edir.  Bu  münasibətlərdə  vacib  olan  məsələ  oğulun  ataya  qulluq 

göstərməsi,  buyruğunda  durması,  təbəənin  isə  hökmdara  tabe  və 

sədaqətli  olması  ilə  bağlıdır.  Konfutsinin  fikrincə,  böyüklərə  və 

valideynlərə  hörmət  edən  və  tabe  olan  şəxslər  arasında  böyüklərə 

qarşıçıxma halları çox az olur. Odur ki, böyüklərə qarşı çıxmayanların 

qarışıqlıq, ixtişaş yaratması da mümkün deyil. 

Bunu, Konfutsinin despotik idarəçiliyi tərənnüm etməsi kimi başa 

düşmək  düzgün  deyil.  Əksinə,  o,  mənəviliyi  bütün  münasibətlərin 

təməli hesab edərək siyasi gerçəkliyi və münasibətləri 

Конфуций. 

Я верю в древность. М., 1995, s. 243. 



136 


Dövlət və hüquq nəzəriyyəsi 

də mənəvi-əxlaqi ölçülərlə dəyərləndirirdi. Məhz bu cür yanaşmadan 

çıxış edərək Konfutsi deyirdi ki, hökmdar-hökmdar, təbəə - təbəə, ata 

- ata, oğul isə oğul olmalıdır. Yəni hökmdar hökmdarlıq qabiliyyətinə 

və ləyaqətinə, təbəə sədaqətliliyə və müvafiq məziyyətlərə, ata atalıq 

xüsusiyyətlərinə,  mənəviyyatına,  oğul  isə  oğulluq  keyfiyyətinə, 

əxlaqına  sahib  olmalıdır.  Konfutsi  təbəələrin  əsas  məziyyətlərini 

hökmdara  tabe  olmaq,  «böyüklərə»  hörmətlə  yanaşaraq  onların 

göstərişlərinə əməl etməkdə görürdü. 

XVII əsrdə Böyük Britaniyada yaşayıb-yaratmış R.Fİlmer isə kral 

hakimiyyətinin  mütləqiiyini  əsaslandırmağa  çalışırdı.  O,  «Patriarxiya 

və  ya  kralın  təbii  hakimiyyəti»  adlı  əsərində  beiə  bir  fikri  müdafiə 

edirdi ki, güya kralların hakimiyyəti öz başlanğıcını insanların əcdadı 

olmuş Adəmin hakimiyyətindən götürür və krallar onun varisləridirlər. 

R.Fİlmerin  fikrincə,  dövlətin  yaranmasının  əsasında  bir  çoxlarının 

göstərdiyi kimi ictimai müqavilə durmur. Yəni dövlət heç də azad və 

bərabər olan insanların öz aralarında bağladıqları müqavilə, saziş və 

ya  ümumi  razılaşma  əsasında  yaranmamışdır.  Hökmdar  isə  bu 

vəzifəyə təyin edilmir, seçilmir və təbəələr tərəfindən hakimiyyətdən 

uzaqlaşdırıla bilməz. 

R.Fİlmer  əsaslandırmağa çalışırdı  ki.  Adəmin  hakimiyyəti  onun 

övladları  arasından  ən  böyük  olana,  daha  sonra  isə  bu  qaydada 

davam  etməklə  son  nəticədə  krallara  keçmişdir.  Bu  mütəfəkkirin 

qənaətincə,  təbəələr  kralın  övladları  kimidir  və  onu  devirmək 

səlahiyyətinə  və  ya  hüququna  malik  ola  bilməzlər.  Beləliklə  də, 

monarxın  hakimiyyəti  Adəmdən  irəli  gəldiyindən  bu  hakimiyyət 

insanların yaratdığı qanunlardan kənardı və onlara tabe deyil. 

İctimai  müqavilə  nəzəriyyəsi. 

İctimai  müqavilə  nəzəriyyəsi 

XVİİ-XVIII  əsriərdə  Avropada  yaranmış  və  H.Qrotsi,  T.Hobbs, 

C.Lokk,  J.J.Russo,  D.Didro,  P.Hoibax  və  digər  mütəfəkkirlər, 

maarifçilər  tərəfindən  inkişaf  etdiriimişdir.  Bu  nəzəriyyəyə  görə, 

dövlət ümumi maraq və mənafelər əsasında meydana gələn ictimai 

müqavilənin məhsuludur. 



137 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə