Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə43/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   39   40   41   42   43   44   45   46   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

§ 4. DÖVLƏTİN VƏ HÜQUQUN ƏMƏLƏ GƏLMƏSİ HAQQINDA 

NƏZƏRİYYƏLƏR 

Təxminən  son  3  min  ili  əhatələyən  bir  dövr  ərzində  dövlət  və 

hüququn  əmələ  gəlməsi  haqqında  müxtəlif  nəzəriyyə  və 

konsepsiyalar  meydana  gəlmişdir.  Onlar  həm  fəlsəfə  və  elm 

tərəfindən, həm də dini təlimlər tərəfindən yaradılan nəzəriyyələrdir. 

ictimai  elmlərin,  o  cümlədən,  hüquq  elmlərinin  İnkişaf  etməsi 

nəticəsində  bir  elm  sahəsi  kimi  formalaşmış  dövlət  və  hüquq 

nəzəriyyəsi həmin konsepsiyaların, nəzəriyyələrin öyrənilməsinə və 

təhlilinə xüsusi əhəmiyyət verir. Dövlət və hüquq nəzəriyyəsi dövlətin 

və  hüququn  meydana  gəlməsi  haqqında  nəzəri  fikirləri  çeşidləyir, 

təsnifləşdirir  və  müxtəlif  nəzəriyyələri  bir-birindən  fərqləndirən 

cəhətləri  və  belə  bir  mürəkkəbliyin  yaranma  səbəblərini  təhlil  edir. 

Tədqiqatçılar  dövlət  və  hüququn  meydana  gəlməsi  haqqında 

nəzəriyyələrin,  təlimlərin  çox  olmasının  və  bir-  birindən 

fərqlənməsinin bir sıra səbəblərini açıqlayır. 

Tədqiqatçıların  açıqlamasına  görə,  dövlət  və  hüququn  əmələ 

gəlməsi proseslərinin  adekvat  şəkildə  öyrənilməsi və  dərk  edilməsi 

ilə  bağlı  yaranan  obyektiv  çətinliklər  birinci  səbəbdir.  Dövlət  və 

hüququn  yaranması  proseslərini  öyrənməyə  çalışan  tədqiqatçıların, 

mütəfəkkirlərin  mövqeyində  subyektiv  maraqların  və  yanaşma 

tərzinin öz əksini tapması ikinci səbəbdir. Hər bir nəzəriyyənin, təlimin 

yarandığı  dövrün,  cəmiyyətin  və  həmin  dövrdə  və  ya  cəmiyyətdə 

siyasi-hüquqi  düşüncənin,  elmin  inkişaf  səviyyəsinin  hadisələrin 

adekvat  dərkinə  məhdudlaşdırıcı  təsir  göstərməsi  üçüncü  səbəbdir. 

Dördüncü səbəb isə dövlət və hüququn yaranması və İnkişaf etməsi 

prosesini əks etdirən hadisələrin müəyyən dərəcədə onlarla əlaqəsi 

olan  digər  hadisələrlə  dolaşıq  salınması  və  məqsəddən  uzaqlaşma 

halları ilə bağlıdır. 

Qədim  dövrlərdən  başlayaraq  dövlətin,  hüququn  necə 

yaranması və onların hansı məqsədlərə xidmət etməsi, mahiyyəti və 

təyinatı  haqqında  irəli  sürülən  müxtəlif  mülahizələr,  verilən  izahlar, 

müəyyən maraqlara xidmət edən konsepsiyalar, təlimlər 



129 


ilqar Məmmədov 

həmin hadisələrlə bağlı siyasi-hüquqi görüşlərin inkişafı ilə bərabər 

ictimai-siyasi  proseslərin  tarixi  axarına  də  ciddi  təsir  göstərmişdir. 

Belə  ki,  həmin  təlimlərin,  konsepsiyaların  yaratdığı  təsəvvürlər, 

ictimai şüura aşıladığı ideyalar, dəyərlər əsasında müəyyən xarakterli 

hakimiyyət-tabeçilik  münasibətləri,  ictimai  və  hüquqi  münasibətlər 

meydana  gəlmişdir.  Onların  yaratdığı  ideallar  və  ideyalar  naminə 

inqilablar baş vermiş, insanlar məhv edilmiş, bir ictimai quruluş ləğv 

edilərək başqası ilə əvəz edilmişdir. Həmin konsepsiyaların bəziləri, 

həmçinin  ictimai  tərəqqiyə  səbəb  olmuş,  cəmiyyətin,  dövlətin  və 

hüququn inkişafına təkan vermişdir. 

Bu sahədə dövlət və hüquq nəzəriyyəsi üçün vacib olan məsələ 

həmin nəzəriyyələrin, konsepsiyaların nə dərcədə obyektiv olduğunu 

və  ciddi  elmi  tələblərə  cavab  verdiyini  müəyyənləşdirmək,  onların 

müqayisəli  təhlilini  aparmaq,  yaranma  səbəblərini  aşkarlamaqdır. 

Buna görə də, dövlət və hüquq nəzəriyyəsi elm sahəsi kimi onlara, ilk 

növbədə, obyektivlik, elmilik baxımından qiymət verir, onların müasir 

elm  üçün  yararlılığını  müəyyənləşdirməyə  çalışır.  Ali  məktəblərdə 

tədris  olunan  bir  fənn  kimi  isə  «dövlət  və  hüquq  nəzəriyyəsi»  bu 

konsepsiyaların, nəzəriyyələrin əsas müddəalarını ümumiləşdirərək 

öz auditoriyasına çatdırır. Təbii ki, göstərilən ümumiləşdirmə zamanı 

əsas konsepsiya və nəzəriyyələrə daha çox diqqət verilir, həmçinin 

eyni məzmunlu bir çox təlimlər ümumiləşdirilir və bir konsepsiya kimi 

təqdim  olunur.  Belə  ümumiləşdirmə  xırdalıqlara  varmadan  həmin 

konsepsiyaların,  nəzəriyyələrin  müvafiq  tələblər  səviyyəsində 

işıqlandırılmasına imkan yaradır. 

Teoloji  nəzəriyyə. 

Dövlətin  və  hüququn  yaranması  ilə  bağlı 

irrasional  təsəvvürlər  inkişaf  edərək  teoqonik  (mifoloji),  teoqo- 

nik-kosmoloji,  antropomorfik-kosmoloji,  daha  sonralar  isə  teoloji 

dünyagörüşün  tərkib  hissəsinə  çevrilmişdir.  Qədim  Misirdə, 

Mesopotamiyada,  Çində,  Yunanıstanda  və  s.  ölkələrdə  həmin 

təsəvvürlərin  ictimai  şüura  göstərdiyi  təsir  nəticəsində  dövlət 

hakimiyyəti,  ictimai  münasibətləri  tənzimləyən  və  insanların, 

cəmiyyətin həyatında mühüm rol oynayan normalar sakral məzmuna 

130 



Dövlət və hüquq nəzəriyyəsi 

və  xarakterə  malik  olan  hadisələr  kimi  qəbul  edilmişdir.  A.F.Çer- 

dantsevin  fikrincə,  qeyd  edilən  mənada  sakrallaşdırma,  bir  sıra 

hallarda, hətta yeni dövlətlərin yaranmasına yaxından təsir göstərən 

mühüm faktorlardan birinə çevrilmişdir. 

Qədim  Misirdə  həmin  təsəvvürlərin  təsiri  ilə  fironun  şəxsiyyəti 

ilahiləşdirilmiş və o, tanrıların törəməsi kimi qəbul edilmişdir. Qədim 

çinlilərin təsəvvürüncə, «imperator Göy kimi hər şeyi özündə gizlədir, 

hər şeyi özü ilə əhatələyir və günəş kimi hər şeyin üzərinə işıq salır. 

Çin  yazısında  «hökmdar»  işarəsi  üfiqi  xətlə  kəsişən  üç  şaquli  xətlə 

ifadə  olunmaqla  o  dövrün  şərhinə  görə  göyün,  yerin  və  insanın 

əlaqəsi  mənasını  verirdi»."*  Qədim  çinlilər  göyü  yer  üzərində 

hakimiyyəti  öz  oğluna-imperatora  vermiş  antropomorfik  ilahi  qüvvə 

hesab  edirdilər.  Babil  hökmdarı  Hammurapi  isə  öz  hakimiyyətini 

Babilistanın  əsas  tanrısı  hesab  edilən  Mardukun  iradəsi  ilə 

«leqallaşdırırdı». Göy Türklərin ka- ğanı (xaqanı) olmuş Bilgə Kağan 

daş  abidə  üzərindəki  yazılarında  Göy  Tanrının  İstəyi  ilə  türk  elinin 

(Göy Türk dövlətinin) başında durmasından, dağılmış xalqı vahid bir 

eldə  (dövlətdə)  toplamasından  və  türk  törəsinə  (hüquqi  xarakterli 

normaları da əhatələyən normativ tənzimləyicilər sistemi) uyğun idarə 

etməsindən söz açır. 

İudaizmdən,  Xristianlıqdan  və  İslam  dinindən  irəli  gələn 

siyasi-hüquqi  təlimlər  əsl  mənada  teoloji  təlimlərdir.  Teoloji 

nəzəriyyələrin  inkişafı  və  siyasi-hüquqi  münasibətlərə  güclü  təsir 

göstərməsi,  daha  çox,  orta  əsrlər  dövrünə  təsadüf  edir.  Avropada 

xristian  dininin  ehkamları  qədim  yunan  fəlsəfəsinin  təsirinə  məruz 

qaldığından  müasir  filosoflar  yazırlar:  «xristian  teologiyası  yunan 

fəlsəfəsinin davamı olmuş və onun spesifik müşahidəçilik idealını da 

özündə qoruyub saxlamışdır».2 

Xristian  dininin  ortodoksal  təlimlərində  Aristotelin  və  Platonun 

siyasi-hüquqi baxışları dini ehkamlara uyğunlaşdırılmaqla 

* Малявин B.B. 

Китайская цивилизация. M., 2000, s. 

208. 


2 Гурина Мишель. 

Философия. M., 1998, s. 75. 



131 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə