Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə42/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   38   39   40   41   42   43   44   45   ...   205

ilqar Məmmədov 

muşdur ki, bu da oniarın təsərrüfat-hüquqi xarakterli yazılar olduğunu 

göstərir. 

Bunlarla bağlı V.S.Nersesyans da yazır ki, hüququn yaranması 

hələ «qanunvericilik hüququnun» yaranması demək deyildi. Yəni ilk 

yazılı  normativ  aktlar  müasir  mənada  başa  düşülən  qanunlar  yox, 

hüquqi  adətlər  olmuşdur.  Normativ  xarakterli  ümumi  müqavilələrin 

özü 


də 

yazılı 


olaraq 

qeydə 


alınmaqla 

hökmdar-təbəə 

münasibətlərinin  tənzimlənməsinə  yönəlmişdir.  Misal  üçün,  m.ö. 

XV-XIV  əsrlərə  aid  mənbələrdən  məlum  olur  ki,  Hett  hökmdarları 

onların  hakimiyyəti  altında  olan  ərazilərin  əhalisi  ilə  müqavilələr 

bağlayır  və  bu  müqavilələrdə  xalqın  hökmdar  qarşısındakı 

öhdəliklərinə  riayət  etməsi,  hökmdarın  bunlara  əvəz  ödəmələrinin 

formaları və cəzaların hədləri müəyyənləşdirilirdi. Tədqiqatçılar hətta 

İncilin  Əhdi-ətiq  adlanan  hissəsində  guya  Tanrının  İsrail  xalqı  ilə 

bağladığı müqavilənin həmin müqavilələr tipinə uyğun formalaşdığını 

göstərirlər. 

Yazılı  şəkildə  qeydə  alınan  məhkəmə  presedentləri  də  yazılı 

qanunlardan  əvvəl  yaranmışdır.  Məsələn,  Babilistanda  hüquq 

normaları sisteminin inkişafında dövlət məmurları tərəfindən aparılan 

məhkəmə  proseslərinin  mühüm  rolu  olmuşdur.  Qədim  dövrün 

məşhur  məhkəmə  məcmuələrinin  çoxu,  sadəcə  məhkəmələr 

tərəfindən  rəhbər  tutulan  yazıya  köçürülmüş  adətlərdən  ibarət 

olmamışdır. Həmin məcmuələrdə əsasında aktuallaşdırıl- mış adətlər 

duran məhkəmə presedentləri də toplanmışdır. 

İnsan  şüuruna,  iradəsinə  və  maraqlarına  əsaslanan  qanun 

konsepsiyasının  yaranması  isə  insanların  öz  hüquqları  uğrunda 

ardıcıl  və  davamlı  şəkildə  apardıqları  uzunmüddətli  mübarizənin 

nəticəsi  kimi  özünü  göstərmiş  və  bu  da  hüququn  yeni  keyfiyyətdə 

inkişaf  etməsinə  səbəb  olmuşdur.  Hüquq  tarixində  mühüm 

əhəmiyyətə malik olan və hüququn ümumbəşəri səviyyədə inkişafına 

təsir  göstərmiş  bu  hadisə  yuxarıda  qeyd  etdiyimiz  kimi,  antik 

dövlətlərin həyatında baş vermişdir. Antik hüquq özünün inkişafının 

ilkin mərhələlərində hüquqi texnika baxımından və əsas institutların 

formalaşdırılması səviyyəsinə görə Şərq ölkələrində hüququn inkişaf 

xüsusiyyətlərinə oxşar olmuşdur. Son 



126 


Dövlət və hüquq nəzəriyyəsi 

radan isə inkişafın xətti dəyişmiş və özünəməxsus istiqamət almışdır. 

S.A.Utçenkonun  yazdığı  kimi,  antik  dövlətlərin-polislərin  məhz 

vətəndaş  icması 

kimi  inkişaf  etməsi  dövlət  idarəçiliyinin  və  hüquq 

yaradıcılığının üç əsas spesifik ideyasının təsiri ilə müşayiət olunmuş 

və  buna  uyğun  siyasi-hüquqi  sistem  formalaşmışdır.  Antik  polisin 

bəşəriyyətə miras qoyduğu həmin əsas ideyalar 

vətəndaş ideyası, 

demokratiya  ideyası 

və  ən  nəhayət 

respublikaçılıq  ideyasıdır."' 

Utçenkonun sadalıdığı bu üç ideyaya, hər halda, intellektual nizama 

malik olan ədalətlə yanaşı, həm də azadlıq ideyasına xidmət edən və 

xalqın  iradəsi  əsasında  müəyyənləşən  hüquq  ideyasını  da  əlavə 

etmək olar. 

Həmin  dövlətlərdə  adətlərin  sanksiyalaşdırılması  deyil,  məhz 

qanunvericiliyin  özünün  hüquqyaradıcılığının  əsas  formasına 

çevrilməsi,  vətəndaşların  ümumi  yığıncağında  qanunların  qəbul 

edilməsi, hakimiyyət orqanlarının fəaliyyətinin kollegiallıq və seçkililik 

prinsipinə 

əsaslanaraq 

təşkil 

olunması 



təcrübəsi 

ictimai 


münasibətlərin vətəndaşlar arasındakı ümumi razılığın məhsulu olan 

qanunlar  vasitəsi  ilə  tənzimlənməsini  ehtiva  edən  ideyanın 

siyasi-hüquqi  münasibətlərdə  reallaşması  nəticəsində  yaranmış  və 

inkişaf  etmişdir.  Bununla  bərabər,  insan  azadlığının  (vətəndaş 

azadlığının)  fundamental  dəyərə  çevrilməsi  də  həmin  dövlətlərdə 

hüququn inkişafına xüsusi təsir göstərmişdir. Lakin xatırlamalıyıq ki, 

bu azadlıq heç də bütün insanlara aid deyildi. Tam şəkildə azadlığa 

malik olmaq yalnız vətəndaşların preroqativinə çevrilmişdi. Azadlığın 

özü  siyasi-hüquqi  məna  kəsb  etdiyindən  ictimai  kontekstdə  qəbul 

edilir  və  hüquq  vasitəsilə  obyektivləşə  bilməsi  düşüncəsinə 

əsaslanırdı.  Vətəndaş  azadlığının  təməl  əsaslarından  biri  də  xüsusi 

mülkiyyət münasibətləri olmuşdur. 

Xüsusi  mülkiyyət  hüququnun  çox  mühüm  ictimai  dəyər  kimi 

qəbul  edilməsi  antik  dövlətlərdə  torpaq  üzərində  xüsusi  mülkiyyətə 

göstərilən  münasibətdən  bəhrələnirdi.  Konkret  olaraq,  Afinada 

torpaq mülkiyyətinə sahib olmaq insanın azad olması və vətəndaşlıq 

hüquqları ilə birbaşa bağlı idi. Qədim Yunanıstanda 

'  Утченко 

C.JI.  Политические  учения  древного  рима.  M.,  1977,  s. 

36-37. 


127 


ilqar Məmmədov 

və Romada torpaq mülkiyyəti ilə azadlığın əlaqəsi məsələsini tədqiq 

edən R.Payps yazır: «Öz torpağından məhrum olan yunan (həmçinin 

də Romalı) proletara çevrilirdi. Solonun hakimiyyətdə olduğu dövrdən 

müstəqil  kəndçilər  aristokratlara  xidmət  göstərmək  öhdəliyindən 

azad olmuş insanlar hesab edilirdi. Onlar özləri üçün işlədiklərindən 

bu cür iqtisadi müstəqillik azadlığın mühüm əlamətinə çevrilmişdir».’^ 

Afinada vətəndaş azadlığı iiə torpaq üzərində xüsusi mülkiyyət 

münasibətlərinin  qırılmaz  əlaqəsi  həm  də  onda  ifadə  olunurdu  ki, 

yalnız vətəndaşlıq hüququna malik olan şəxslər torpaq mülkiyyətinə 

sahib ola bilərdi. Bu dövlətdə yalnız torpaq mülkiyyətinə sahib olan 

şəxslərin  vətəndaş  olmaq  hüququ  var  idi.  Afinada  vətəndaş 

azadlığının  bir  əlaməti  də  vətəndaş  olan  şəxsin  vergi  ödəməkdən 

azad olması ilə bağlı idi. Belə ki, vergi vermək öhdəliyi aşağı səviyyəli 

sosial  mövqeyin  əlaməti  kimi  başa  düşülürdü.  Beləliklə  də,  xüsusi 

mülkiyyətin iqtisadiyyatın və ictimai münasibətlərin təməli kimi çıxış 

etməsi,  dövlətin  iqtisadi  qüvvələrin  müstəqil  fəaliyyətinə  maneçilik 

törətməməsi  və  iqtisadi  təşəbbüslərə  geniş  imkanların  yaradılması 

antik  dövlətlərin  bir  çoxunda  vətəndaş  azadlığının  mühüm 

göstəriciləri  kimi  çıxış  etmişdir.  Antik  dövr  insanının  siyasi-hüquqi 

təsəvvürlərinə  görə,  azadlığın  özü  həm  də  qanunlara  tabe  olmaq 

deməkdir. 

Yunanıstanda  yüksək  səviyyədə  inkişaf  etmiş  fəlsəfi  fikir 

Romalıların  hüquq  düşüncəsinə,  həmçinin  də  hüquq  təcrübəsinə 

yaxından  təsir  göstərmişdir.  Əgər  əvvəllər  Romalıların  yaratdığı 

hüquq  elmi  daha  çox  hüquq  normaları  barəsində  biliklər  və 

məlumatlar  məcmusuna  bənzəyirdisə,  sonradan  məhz  yunan 

fəlsəfəsinin və bu fəlsəfədən irəli gələn siyasi-hüquqi ideyaların təsiri 

ilə müasir dövrdə işlədilən «hüquqşünaslıq» termininə yaxın mənada 

bir elmə çevrilmişdir. Bəşəriyyətin inkişafının sonrakı dövrlərində isə 

universal  hüquqi  sistemə  çevrilən  Roma  hüququnun  özü  həm  də 

sivilizasiya  tarixinə  böyük  mədəni-  hüquqi  dəyərə  malik  olan  bir 

fenomen kimi daxil olmuşdur. 

Пайпс Ричард. 

Собственность 

и 

свобода. М., 2000, s. 136. 



128 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə