Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə50/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   46   47   48   49   50   51   52   53   ...   205

ilqar Məmmədov 

MÖVZU:

 DÖVLƏT ANLAYIŞI, ƏLAMƏTLƏRİ VƏ TİPLƏRİ 

§ 1. DÖVLƏT ANLAYIŞI 

Dövlətin yarandığı ilk dövrlərdən başlayaraq indiyə kimi insanlar 

onun  nə  olduğunu  dərk  etməyə  çalışırlar.  İntellektual  axtarışların 

bütün dövrləri ərzində dövlətin necə hadisə olması barədə müxtəlif 

konsepsiyalar,  təlimlər  yaranmışdır.  İctimai-mədəni  mühitin 

yetişdirdiyi siyasi-hüquqi təsəvvürlər, elmin müvafiq inkişaf səviyyəsi 

bu  konsepsiyaların  hər  birinə  öz  təsirini  göstərmişdir.  Dövlətin  özü 

tarixən inkişaf etdikcə onun barəsində təsəvvürlər də dəyişilmişdir. 

Hər  bir  xalqın  dövləti  necə  adlandır-  masının  özü  də  həmin 

təsəvvürlərlə  əlaqəli  olmuşdur.  Misal  üçün,  qədim  yunanlar  dövlət 

haqqında danışarkən «polis», «po- litea», romalılar isə «respublika», 

«civitates»  anlayışlarından  istifadə  edirdilər.  Məşhur  alman 

hüquqşünası  G.Yellinekin  yazdığı  kimi,  qədim  yunanların 

təsəvvürüncə,  «vətəndaş  icması»  dövlətlə  eynidir.  «Romalıların 

siyasi  terminologiyası  da  həmin  tipə  aiddir.  Dövlət  sivitas-dır,  yəni 

tam hüquqlu vətəndaşların icmasıdır...»’' Tarixdə, həmçinin imperiya, 

krallıq, knyazlıq, el (qədim türklərdə), xilafət və s. istilahları da dövlət 

mənasında  işlədilmiş  və  onların  hər  birinin  semantik  məkanına 

siyasi-hüquqi,  ictimai-mədəni  xarakterli  faktorlar  ciddi  təsir 

göstərmişdir.  Dövlət  haqqında  müasir  təsəvvürlərə  uyğun  olan  bir 

termin  (lo  stato)  isə  ilk  dəfə  İtaliyada  işlədilmişdir.  XVI  əsrin 

əvvəllərindən etibarən artıq «stato» sözü hər bir dövlətə aid olan bir 

termin kimi qəbul edilirdi. Həmin termin müəyyən ərazini əhatə edən 

siyasi  hakimiyyət,  həmçinin  də  həmin  hakimiyyəti  təmin  edən 

mexanizm mənasını verir. XVI-XVII əsrlərdə bu termin fransız, ingilis 

və alman dillərinə də keçmişdir. 

'Еллинек Георг. 

Общее учение о государстве. S.149. 

150 



Dövlət və hüquq nəzəriyyəsi 

Qeyd etdiyimiz kimi, tarix boyu dövlət haqqında bir-birindən fərqli 

konsepsiyalar  yaranmış  və  həmin  konsepsiyalar  müxtəlif 

yanaşmalara əsaslanmışdır. Həmin konsepsiyaların bir qismi müasir 

dövrün reallıqları baxımından, həmçinin müasir elmi tələblərə cavab 

vermədiyinə görə öz əhəmiyyətini itirmişdir. Lakin elə konsepsiyalar 

və yanaşmalar var ki, onlar indi də aktual hesab edilir. 

R.T.Muxayev  yazır  ki,  Avropanın  siyasi-hüquqi  fikir  tarixinə 

nəzər yetirdikdə, dövlətin bir-birindən fərqli iki obrazı ilə qarşılaşırıq. 

Bir  obraza  görə,  dövlət  insanlar  üçün  firavan  həyatın  yaradılması 

məqsədinə xidmət edən kollektivliliyin xüsusi bir növü kimi, ikincisinə 

görə  isə,  daha  çox  ictimai  hakimiyyətin,  vəzifələrin  və  bürokratik 

sistemin  məcmusu  kimi  başa  düşülür.  Birinci  obrazla  bağlı  olan 

ənənələr Aristotelin yaradıcılığında da özünə yer almışdı. Bu cür geniş 

mənada  başa  düşülən  dövlət  obrazına  İ.Kantın  əsərlərində  də  rast 

gəlinir.  Kantın  fikrincə,  dövlət  (civitas)-hüquqi  qanunlara  tabe  olan 

çoxsaylı İnsan birliyidir, ikinci obrazla bağlı fikirlər isə, əsas etibarilə, 

XVI-XVII  əsrlərdən  başlayaraq  inkişaf  etmişdir.  Bu  dövrdə 

«suverenlik» anlayışının elmi dövriyyəyə salınması dövlətin başqa cür 

şərhinə  səbəb  olmuşdur.  Politologiya  elminin,  müstəqil  hüquq 

elmlərinin  formalaşması  ilə  dövlətin  fəaliyyətini  təmin  edən 

elementlərə xüsusi maraq yaranmış, suverenliklə bağlı təsəvvürlər də 

bura  əlavə  edilmişdir.  Beləliklə  də,  formal-funksional  əlamətlər 

əsasında dövlət obrazı yaradılmışdır. Lakin onu da qeyd etməliyik ki, 

bu cür fərqlənmə müəyyən mənada nisbi xarakter daşıyır. Yəni hər iki 

obrazın ənənələri və bu ənənələrlə bağlı olan təsəvvürlər qəti şəkildə 

bir-birindən  təcrid  olunmamışdır.  Bu  iki  ümumi  obraz  daxilində  də 

müxtəlif konsepsiyalar formalaşmış və inkişaf etmişdir. 

Dövlət haqqında teoloji görüşlər qədim dövrlərdən formalaşmış, 

müəyyən  dövrlərdə  və  regionlarda  şəriksiz,  yeganə  əsas-  landırıcı 

ideya, konsepsiya hesab edilmişdir. Orta əsrlərdə Avropada və İslam 

Şərqində  də  dövlət  ideyası  teoloji  təsəvvürlərlə  sıx  bağlı  idi. 

Hal-hazırda isə bu görüşlər Vatikanda, iran İslam 

151 



ilqar Məmmədov 

Respublikasında,  bir  sıra  ərəb  ölkələrində  aktualdır.  Nepal,  Butan 

kimi  dövlətlərdə  də,  nisbətən  az  dərəcədə  olsa  da,  öz  təsirini 

göstərməkdədir. 

Teoloji yanaşmaya görə, siyasi hakimiyyət Tanrının iradəsindən 

irəli  gəlməklə  ilahi  hökmün  həyata  keçirilməsinə  xidmət  etməlidir. 

Hakimiyyətin  məqsədi  isə  ilahi  hökmə  əsaslanan  ədaləti  bərqərar 

etməkdən  və  insanların,  xalqın  rifahını  təmin  etməkdən  ibarətdir. 

Teoloji  yanaşma  müxtəlif  dinlər  üzrə  çeşidli  xətlərə  ayrılır.  Onları 

birləşdirən ən ümumi cəhət Tanrının iradəsinin dövlət hakimiyyətinin 

mənbəyi kimi qəbul edilməsi ilə bağlıdır. 

Dövlət  haqqındakı  təsəvvürlərin,  biliklərin  dolğunlaşmasına 

böyük  təsir  göstərmiş  və  hal-hazırda  da  aktuallığını  saxlayan 

yanaşmalardan biri sosioloji yanaşmadır. Bir çox təlimlər, məktəblər 

məhz bu yanaşmadan çıxış edirlər. Hətta marksist konsepsiya da bu 

yanaşmaya əsaslanır. 

Sosioloji yanaşmaya görə, dövlət ictimai hadisə olduğundan və 

cəmiyyətə immanent proseslərdən irəli gəldiyindən elə bu kontekstdə 

də  təhlil  edilməlidir.  Buna  görə  də,  dövlət  hakimiyyətin 

məzmunundan  asılı  olmadan  bütövlükdə  cəmiyyətdə  siyasi 

hakimiyyətin təşkili ilə eyniləşdirirlir və bu hadisəyə təsir edən ictimai 

amillər  diqqət  mərkəzində  saxlanılır.  Odur  ki,  dövlət  qanunlar 

vasitəsilə hakimiyyətin həyata keçirilməsindən daha çox, hakimiyyət 

və  tabeçilik  münasibətləri  kimi  başa  düşülür.  Sosioloji  yanaşmanın 

bütün  variantları  üçün  xas  olan  ümumi  cəhət  dövlətin  hüquqi 

təbiətinin yetərincə nəzərə alınmaması və daha çox güc tətbiqetmə 

aparatı  kimi  izah  edilməsi  ilə  bağlıdır.  Beləliklə,  dövlət  mahiyyətcə 

təşkilatlanmış 

məcburiyyət 

tədbirlərinin 

hayata 

keçirilməsi 



mexanizmilə, bir sözlə siyasi güclə eyniləşdirilir. 

Müasir nəzəriyyəçilərin fikrincə, sosioloji konsepsiyalarda dövlət 

hadisələri  təhlil  edilərkən  hüquq  hadisələri  kifayət  qədər  nəzərə 

alınmır.  Bir  sıra  hallarda  isə  hüquqi  gerçəklik,  ümumiyyətlə, 

diqqətdən  kənarda  qalır.  Qərbin  elmi  mərkəzləri  tərəfindən 

dövlətşünaslıq  probleminin  politoloji  istiqamətdə  öyrənilməsi  bunun 

əsas səbələrindən biri hesab olunur. 

152 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə