Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə47/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   43   44   45   46   47   48   49   50   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

«Dövlət  idarəçiliyi  haqqında  iki  traktat»  adlı  əsərində  C.Lokk 

yazır ki, təbii vəziyyətin doğurduğu çatışmamazlıqların şüurlu surətdə 

dəf edilməsi dövlətin təsis edilməsilə nəticələnən ictimai müqavilənin 

yaranmasına səbəb olmuşdur, ictimai müqavilə nəticəsində yaranmış 

dövlətin  əsas  məqsədi  hər  kəsin  təbii  hüquqlarının  təmin  edilməsi, 

vətəndaş  maraqları  və  mülkiyyətin  qorunması  ilə  bağlıdır.  Siyasi 

hakimiyyətin ictimai müqavilədən irəli gələn təyinatına uyğun olması 

və  despotik  hakimiyyətə  çevrilmə-  məsi  üçün  hakimiyyətlərin 

bölünməsi  vacib  şərtdir.  Bu  şəraitdə  qanunlar  qəbul  etmək 

səlahiyyətinə  malik  olan  qanunverici  orqan  ali  hakimiyyət  orqanı 

olmalıdır.  Qanunverici  orqan  tərəfindən  yaradılan  qanunlar  fərdin 

azadlığının mühafizə edilməsi və genişləndirilməsinin əsas aləti kimi 

çıxış  etməklə  fərdi  həm  digər  şəxslərin  özbaşınalığından,  həm  də 

despotiyadan qoruyur. 

C.Lokk onu da vurğulayır ki, xalq ictimai müqavilə bağladıqdan 

sonra  da  təsis  etdiyi  və  müvafiq  səlahiyyətlər,  hüquqlar  verdiyi 

hökumətin öz vəzifələrini düzgün olaraq yerinə yetirib-ye- tirməməsini 

və  onları  pozub-pozmamasını  müəyyənləşdirən  arbltr  ola  bilmək 

səlahiyyətini  özündə  saxlayır.  İctimai  müqavilənin  bağlanması  o 

demək deyil ki, artıq bu müqavilə xalqın nəzarətindən kənarda qalır 

və əbədi olaraq bağlanır. İnsanlarla dövlət arasında müqavilə yolu İlə 

formalaşan münasibətlər razılaşma prinsipinə əsaslanmaqla həmişə 

yeniləşən proses kimi çıxış edir. 

J.J.Russonun  fikrincə  isə,  şəxsi  mülkiyyətin  və  əmlak 

bərabərsizliyinin  meydana  gəlməsi  nəticəsində  formalaşan  varlılar 

təbəqəsinin 

maraqlarının 

qorunması 

və 


bu 

maraqların 

əsaslandırılması,  onlara  bəraət  qazandırılması  üçün  təhlükəsizlik 

qaydaları  müəyyənləşdirilmiş  və  dövlət  yaranmışdır.  Həmin 

təbəqənin nümayəndələri insanları zəiflərin istismardan qorunmasını, 

şöhrətpərəstlərin  Cilovda  saxlanmasını  və  hər  kəsin  mülkiyyət 

hüququnu təmin edən prinsiplərin və qaydaların müəyyənləşdirilmə- 

sinln vacibliyinə inandırmaqla bərabərsizliyi, cəmiyyətdə mülkiyyətin 

rolunu  və  mövqeyini  gücləndirmişlər.  Beləliklə,  İnsanlar  arasında 

müqavilənin bağlanması yolu İlə yaranan dövlət ilk əv- 



141 


ilqar Məmmədov 

vəllər  varlılara  xidmət  etmiş,  yalnız  bundan  xeyli  sonra  hər  kəsin 

azalıqları və maraqlarının qorunmasına xüsusi əhəmiyyət verilmişdir. 

Russo yazır: «İctimai müqaviləyə görə, insan özünün təbii azadlığını, 

həmçinin də onun arzusunda olduğu və əldə edə biləcəyi hər bir şeyə 

qeyri-məhdud  hüququnu  itirməklə  vətəndaş  azadlığını  və  öz 

mülkiyyətinə sahib olmaq hüququnu əldə edir».’' 

J.J.Russo  hesab  edir  ki,  ictimai  müqavilənin  əsas  vəzifəsi 

assosiasiyanın  (yəni  insan  birliyinin)  elə  bir  formasını  tapmaqdan 

ibarətdir  ki,  bunun  nəticəsində  yaranan  ümumi  güc  vasitəsilə 

assosiasiyanın hər bir üzvünün şəxsiyyəti və əmlakı mühafizə altına 

alınsın və hər bir kəs hamı ilə birləşsə də, yalnız özünə tabe olsun və 

azad olaraq da qalsın. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  mütəfəkkirlər  ictimai 

müqaviləni hər hansısa konkret bir dövrdə və şəraitdə qanunsuz və 

hakimiyyətsiz vəziyyətdə olan insanların birdən-birə bir yerə toplaşıb 

şərtlər  ortalığa  qoymaqla  dövlət  yaratmaq  adı  ilə  bağladıqları  saziş 

hesab  etmirlər.  Təbii  ki,  ictimai  müqavilənin  o  cür  başa  düşülməsi 

sadəlövhlük, hətta deyərdik ki, ictimai-tarixi gerçəkliyə tamamilə zidd 

olardı, ictimai müqavilə nəzəriyyəsinin nümayəndələrinin fikirlərindən 

o nəticəni çıxartmaq olar ki, ictimai müqavilə ictimai hadisələrin təbii 

axarında,  müəyyən  həyat  təcrübəsi  əsasında  yaranır  və  insanlar 

tərəfindən  sakitcə  qəbul  olunmaqla,  müqavilənin  tələblərinə  riayət 

edilməklə mövcud olur. 

ictimai  müqavilə  nəzəriyyəsi  dövlət  və  hüquq  nəzəriyyəçiləri 

tərəfindən  idealist  nəzəriyyə  kimi  qiymətləndirilir.  Tədqiqatçılar 

həmçinin hesab edirlər ki, təbii hüquq nəzəriyyəsi kimi bu nəzəriyyə 

də daxilən üzvi bütövlüyə malik olan nəzəri sistem deyil. Odur ki, o, 

əsasən  eyni  problemlərə  aid  olan  və  yalnız  müəyyən  parametrlərə 

görə  bir-birindən  fərqlənən  konsepsiyaların  məcmusu  kimi  başa 

düşülməlidir. 

Misal  üçün,  M.N.Marçenko  müqavilə  nəzəriyyəsini  xarakterinə 

və mahiyyətinə görə antitarixi və mexaniki nəzəriyyə hesab edir. O, 

göstərir ki, bu nəzəriyyənin antitarixiliyi bir çox dövlət və 

' Руссо Жан Жак. Трактаты. S. 212. 

142 



Dövlət və hüquq nəzəriyyəsi 

hüquq  hadisəsinin  zaman  ölçüsündən  və  məkandan  kənar 

öyrənilməsi,  mexanikliyi  isə  dövlət  və  hüququn  yaranmasının 

proseslərdəki təkamülün nəticəsi kimi deyil, birdəfəlik subyektiv aktın 

(ictimai müqavilənin bağlanması aktı) nəticəsi kimi başa düşülməsi ilə 

bağlıdırJ 

Zorakılıq nəzəriyyəsi. 

Zorakılıq nəzəriyyəsində öz əksini tapan 

bəzi  fikirlər  hələ  qədim  dövr  fəlsəfəsində,  o  dövrün  siyasi-  hüquqi 

təlimlərində  də  özünə  yer  almışdır.  Lakin  bu  fikirləri  xüsusi  bir 

konsepsiyanın  əsasını  təşkil  edəcək  ideyalar  hesab  etmək  olmaz. 

Zorakılıq  nəzəriyyəsi  çox  sonralar,  XIX  əsrdə  Avropada 

formalaşmışdır.  Alman  filosofu  və  iqtisadçısı  E.Dyurinq,  avstriyalı 

sosioloq 

və 

dövlətşünas 



L.Qumploviç, 

Almaniyada 

sosial-demokratların  liderlərindən  olmuş  K.Kautski  bu  nəzəriyyənin 

əsas nümayəndələri hesab olunurlar. 

Zorakılıq nəzəriyyəsinə görə, ilk insan birlikləri, qəbilə və tayfalar 

qənimətlərin  və  müəyyən  üstünlüklərin  əldə  edilməsi  məqsədilə 

müharibələr aparmış və bu proseslər mübarizə aparan qruplardan bir 

qisminin  daha  da  güclənməsinə  və  varlanmasına  təkan  vermişdir. 

Həmin  hadisələr  isə  öz  növbəsində  sosial-  iqtisadi  inkişafa  təsir 

göstərmişdir.  Müharibədə  qalib  gələn  tayfa  özünə  tabe  etdiyi 

birliklərin  sərvətlərini  ələ  keçirmiş,  istehsal  olunan  məhsulları 

mənimsəmək imkanı qazanmış, onları özü üçün işləməyə və töycülər 

ödəməyə  məcbur  etmişdir.  Hadisələrin  bu  cür  inkişaf  etməsi 

nəticəsində vahid ictimai münasibətlər məkanına daxil olan insanların 

ayrı-ayrı  təbəqələrə,  siniflərə,  silklərə  bölünməsi  baş  vermişdir. 

Beləliklə,  işğalçılıq  edən  və  zorakılıqlar  törədən  birliklərin 

məcburetmə  aparatı  mürəkkəb  quruluşa  malik  olan  dövlətə 

çevrilmişdir. 

E.Dyurinqin  fikrincə,  cəmiyyətdə  baş  verən  proseslərin 

təməlində  cəmiyyəti  təşkil  edən  bir  qism  insanın  digərləri  üzərində 

həyata  keçirdiyi  zorakılıq  və  məcburetmə  tədbirləri  durur.  Məhz 

məcburetmə tədbirləri siyasi münasibətlər formasında təzahür 

I  Общая  теория  государства  и  права.  Академический  курс  в  3-  X 

томах. Т. 1. М., 2001, 5. 72. 

143 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə