Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə48/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   44   45   46   47   48   49   50   51   ...   205

ilqar Məmmədov 

olunmaqla  qeyri-bərabər  olanlar  arasında  hakimiyyət-tabeçilik 

münasibətləri yaratmış, iqtisadi xarakterli münasibətlər və hadisələr 

də həmin münasibətlərin təsir istiqamətində inkişaf etmişdir. Dövlət, 

mülkiyyət  və  siniflər  cəmiyyət  üzvlərinin  müəyyən  bir  qisminin 

digərləri  üzərində  həyata  keçirdiyi  zorakılıqlar  nəticəsində 

yaranmışdır. 

L.Qumploviç yaşamaq uğrunda mübarizəni ictimai inkişafa təsir 

edən əsas faktor hesab edir və bu mübarizənin ictimai planda İnsan 

birlikləri, qrupları arasında aparılan mübarizə kimi ifadə olunduğunu 

göstərir. O, hesab edir ki, müəyyən bir tayfanın bir başqa tayfanı və 

ya  bir  neçəsini  işğal  etməsi  və  zorakılıqlar  törətməsi  nəticəsində 

dövlətin  bir-birinə  zidd  olan  elementlərinin  vəhdəti  yaranır.  Yəni 

dövlətdə  hakimiyyətdə  olan  qrupla  ona  tabe  olanlar,  qalib  gələnlə 

məğlub edilənlər, ağalar və qullar bir araya gətirilir, onların hamısı bir 

siyasi  sistemdə  birləşir.  Beləliklə  də,  dövlət  təbii  olaraq,  yəni  insan 

qruplarının  zorakılığa.  İşğalçılığa  meylli  olması  və  bu  səbəbdən 

törədilən  zorakılıqlar  nəticəsində  bir  tayfanın  digərləri  üzərində 

hakimiyyətini  təmin  edən  təşkilata  çevrilmişdir.  L.Qumploviç  irqlər 

arasındakı  fərqi  İnsan  qruplarının  bir-birilə  mübarizə  aparmasının 

əsas  səbəbi  kimi  izah  etməklə  yanaşı,  həmin  konfliktləri  həm  də 

maddi tələbatların və İstəklərin təmin edilməsinə yönələn hərəkətlərlə 

də  bağlayır.  O,  İqtisadi  motivləri  də  İctimai  inkişafı,  həmçinin  də 

dövlətin inkişafını şərtləndirən əsas amillərdən biri hesab edir. 

Qumploviçin  fikrincə,  ayrı-ayrı  qəbilələr,  tayfalar  arasında  baş 

verən  müharibələr  zamanı  əgər  əvvəllər  məğlub  olan  tərəf  məhv 

edilirdisə,  sonradan  qalib  gələn  tərəf  İqtisadi  maraqlardan  çıxış 

edərək  onları  qul  kimi  işlətməyə  üstünlük  vermişdir.  Dövlətin 

təşəkkülündən  sonra  öz  dövlətini  təşkil  edən  tayfalar  arasındakı 

müharibələrə  dövlət  daxilində  müxtəlif  sosial  qruplar  arasında  baş 

verən  konfliktlər  də  əlavə  olunmuş  və  zorakılıq  bu  İstiqamətdə  də 

inkişaf etmişdir. Beləliklə, Qumplovlç zorakılığı «sosial təkamülün kor 

qüvvələri» sırasına daxil olan təbii və qlobal hadisə kimi xarakterizə 

edir. O, hesab edir ki, zorakılıq mahiyyətcə güclünün zəiflər üzərində 

hakimiyyəti klml təzahür 

144 



Dövlət və hüquq nəzəriyyəsi 

olunur. Ayrıca fərd isə öz ixtiyarından asılı olmadan gün işığı, zəlzələ, 

qabarma  və  çəkilmə  kimi  təbiətin  qarşısıalınmaz  qüvvələri  ilə 

razılaşdığı kimi dövlətə tabeçiliyi ilə də razılaşmalıdır. 

Qumploviç  hüququn  yaranmasında  həlledici  rolu  dövlətə  aid 

edir. O, hesab edir ki, cəmiyyətin dövlətəqədərki mərhələsində hüquq 

olmamışdır. Mənəvi əsası olan dəyərlər, normalar dövlət hakimiyyəti 

tərəfindən  qanunlarda  möhkəmləndirilməklə  hüquqa  çevrilmişdir. 

Beləliklə,  hüquq  zahirən  dövlət  hakimiyyətinin  müəyyənləşdirdiyi 

qaydaların təcəssümünə çevrilir; daxilən isə onun tükənməz mənbəyi 

olan  mənəviyyatla  tamamlanır.  Bununla  bərabər,  Qumploviç  hesab 

edir  ki,  hüquq,  sadəcə,  dövlət  hakimiyyəti  üçün  bir  vasitədir  və  o, 

insanın «ayrılmaz hüquq- ları»nı da ehtiva etmək yolu ilə mövcud ola 

bilməz. Bu məsələdə insanın başqa bir seçim etməsi mümkün deyil. 

Yəni  həyat  elə  qurulub  ki,  anarxiyanın  olmaması  üçün  dövlət 

olmalıdır.  Dövlət  isə  hakimiyyət  deməkdir.  Bu  hakimiyyətin  təmin 

edilməsi üçün də dövlət hüquqdan bir vasitə kimi istifadə edir. 

K.Kautskinin fikrincə, vəhşi tayfalarla yüksək mədəniyyətə malik 

olan cəmiyyətlərin qonşuluq etdiyi yerlərdə həm mübahisəli ərazilər 

uğrunda  müharibələr,  həm  də  qənimət  ələ  keçirmək  üçün  edilən 

yürüşlər  mütəmadi  hadisəyə  çevrilmişdir.  Hətta  bir  qism  barbar 

tayfaları  üçün  qənimətlər  əldə  etmək  yolu  ilə  yaşamaq  adi  həyat 

tərzinə  çevrimişdir.  Qalib  gələn  tərəf  məğlub  olanları  özünə  tabe 

etməklə və onların ərazisini işğal etməklə bərabər, həm də onları öz 

maraqları  üçün  istismar  etmiş,  nəticədə  də  bu  qruplar  cəmiyyətin 

ayrı-ayrı  təbəqələrinə  çevrilmişdir.  Dövlət  isə,  məcburetmə  aparatı 

kimi meydana gəlmişdir. 

Marksist  (tarixi-materialist)  nəzəriyyə. 

Bu  nəzəriyyəyə  görə, 

dövlət iqtisadi faktorların təsiri ilə, yəni ictimai əmək bölgüsü, əlavə 

məhsulun  və  xüsusi  mülkiyyətin  meydana  gəlməsi  və  cəmiyyətin 

bir-birinə zidd maraqlar daşıyıcısı kimi çıxış edən siniflərə bölünməsi 

nəticəsində yaranmışdır. Hüquq da dövlətlə bərabər, onunla qarşılıqlı 

əlaqədə,  eyni  tarixi  mərhələdə  və  eyni  səbəblərdən  meydana 

gəlmişdir.  Göstərilən  nəzəriyyənin  əsas  müddəaları  daha  geniş  və 

dolğun şəkildə F.Engelsin «Ailənin, 



145 


ilqar Məmmədov 

xüsusi  mülkiyyətin  və  dövlətin  mənşəyi»  adlı  əsərində  öz  əksini 

tapmışdır.  Dövlətin  yaranması  məsələsinin  tədqiq  edilməsində 

amerikalı  etnoqraf,  tarixçi  L.-Q.Morqanın  F.Engelsə  böyük  təsiri 

olmuşdur. F.Engels tarixi materializmdən və sinfi yanaşmadan çıxış 

edərək  Morqanın  fikirlərini  dövlət  və  hüququn  meydana  gəlməsi 

haqqında  tarixi  materialist  konsepsiyaya  uyğunlaşdırmışdır.  Daha 

sonralar  Lenin  özünün  «Dövlət  haqqında»  adlı  mühazirələrində 

K.Marksın və F.Engelsin fikirlərini inkişaf etdirmişdir. 

Tarixi materialist nəzəriyyənin əsas nümayəndələrindən biri kimi 

tanınan və bu gün artıq bir çoxları tərəfindən sevilməyən Lenin yazır: 

«Tarix göstərir ki, insanlar üzərində məcburiyyət tədbirlərinin həyata 

keçirilməsini  təmin  edən  bir  aparat  kimi  dövlət  cəmiyyətin  siniflərə 

bölündüyü  zaman  meydana  gəlmişdir.  Yəni  cəmiyyət  müxtəlif 

qruplara  elə bölünmüşdür  ki,  bunun  nəticəsində onlardan biri  daim 

digər qruplardan olan insanların əməyini istismar etmişdir. Yaranan 

dövlət iqtisadi cəhətdən hakim sinfin təşkilatı, bu sinfin mənafelərini 

müdafiə və mühafizə edən məcburetmə aparatı kimi çıxış etmişdir».”' 

Göründüyü  kimi,  marksistlər  dövlətin  sinifli  cəmiyyətin 

formalaşması  prosesində  yarandığını  və  iqtisadi  cəhətdən  hakim 

sinfin  təşkilatı,  bu  sinfin  mənafelərini  müdafiə  edən  məcburetmə 

aparatı olduğunu iddia edirlər. Marksistlərin fikrincə, dövlət yarandığı 

ilk  dövrlərdən  iqtisadi  cəhətdən  hakim  sinfin  dövləti  olmuş  və  bu 

aparat siyasi hakimiyyətə sahib olan sinifə məzlum sinifi əzmək və 

istismar etmək imkanı vermişdir. 

Marksistlərə  görə,  yuxarı  səviyyədə  dövlət  hakimiyyətilə 

tamamlanan siyasi və hüquqi üstqurum «real bazislə», yəni istehsal 

münasbətləri ilə şərtlənir və müəyyənləşir. Marks yazırdı ki, istehsal 

münasibətlərinin,  mübadilənin  və  istehlakın  inkişafının  hər  bir 

mərhələsi  müvafiq  ictimai  quruluşu,  ailənin,  sosial  təbəqələrin  və 

siniflərin müəyyən təşkilatlanma tərzini doğurur, siya- 

I  Теория государства и права. Хрестоматия. Т. 1. М., 2001, s. 

150

.

 



146 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə