Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə44/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   40   41   42   43   44   45   46   47   ...   205

ilqar Məmmədov 

yanaşı,  sillogizm  metodundan  və  «dialektika»dan  da  istifadə 

olunmuşdur.  Bunun  nəticəsində  mühakimələr  ciddiləşmiş  və 

ardıcıllaşmış,  həmçinin  ziddiyyətlərin  bir  çoxu  aradan  qaldırılmış  və 

nəzəri  yöndən  təkmilləşmə  baş  vermişdir.  B.Rassel  yazır  ki,  orta 

əsrlər  dövründə  xristian  ehkamlarının  müzakirə  olunması  təhlükəli 

hesab etmədiyi məsələlərin müzakirəsinə qətiyyətlə və azad surətdə 

müraciət olunduğuna görə sxolastika daxilində, müəyyən çərçivədə, 

dövlətlə bağlı sərbəst- mühakimələrə əsaslanan dini-nəzəri təlimlər 

formalaşmışdır.^ 

XII-XIII  əsrlərdə  Avropada  geniş  yayılmış  «iki  qılınc»  təlimində 

deyilir ki, kilsənin əsasını qoyanların iki qılıncı olmuş və onlar həmin 

qılınclardan  birini  qınına  qoyaraq  özlərində  saxlamış,  ikincisini  isə 

dünyəvi  hakimiyyəti  həyata  keçirmək  üçün  hökmdarlara  vermişdir. 

Ona  görə  ki,  sıyrılmış  qılıncdan  istifadə  etmək,  qanlı  qılıncı  tutmaq 

kilsəyə  yaraşmaz.  Odur  ki,  insanlar  üzərində  hökm  etmək  hüququ 

hökmdarlara,  məhz  kilsə  tərəfindən  verilmiş  və  hökmdarların  özləri 

də kilsənin qulluqçularıdırlar. 

XIII  əsrdə  Roma  Papasının  həm  siyasi,  həm  də  ruhani 

hakimiyyətinin qüdrətli olduğu dövrdə bu hakimiyyətin ideoloji əsası 

olan katolik teologiyası dominikan ordenini təmsil edən rahib Foma 

Akvinskinin yaradıcılığı nəticəsində fəlsəfi-nəzəri yöndən xeyli inkişaf 

etmişdir.  Dövlətin  yaranması  və  inkişafını  dünyanın  tanrı  tərəfindən 

xəlq  edilməsinin  analogiyası  hesab  edən  F.Akvinski  Aristotelin 

siyasi-hüquqi görüşlərindən bəhrələnərək dövlət haqqında dini təlim 

yaratmışdır.  O,  Papa  hakimiyyətinin  və  monarxiya  üsul-idarəsinin 

tərəfdarı kimi çıxış edərək monarxiyanın iki növünü: mütləq və siyasi 

monarxiyaları  fərqləndirirdi.  Onun  özü  bunlardan  ikincisinə,  yəni 

siyasi  monarxiyaya  üstünlük  verirdi.  F.Akvinski  öz  seçimini  belə 

əsaslandırırdı  ki,  siyasi  monarxiya  olan  yerdə  feodallar,  «kilsə 

knyazları»  xüsusi  rola  malik  olur  və  hökmdarlar  qanundan  asılı 

vəziyyətdə hakimiyyəti həyata keçirirlər. 

'Рассел Бертран. 

История западной философии. Новосибирск, 

1997, 5. 408. 

132 



Dövldt və hüquq nəzəriyyəsi 

F.Akvinskinin 

fikrincə, 

hakimiyyətin 

özünün 

mahiyyəti 



hakimiyyət-tabeçilik  münasibətlərindən  və  həmin  münasibətləri 

tənzimləyən  qaydalardan  irəli  gəlir.  Bu  cür  münasibətlər 

iyerarxiyasında  tabeetmə  və  idarəetmə  səlahiyyətinə  malik  olan 

şəxsin iradəsi aşağı təbəqələrin həyatının idarə olunmasına yönəlir. 

Göstərilən  bu  qayda  Tanrı  tərəfindən  müəyyənləşdiyindən, 

hakimiyyətin özü də Tanrının verdiyi nizam kimi təzahür olunur. Bu 

səbəbdən də həmin hakimiyyət insanlar üçün əhəmiyyətlidir, xeyirlidir 

və  səmərəlidir.  Hakimiyyətdən  sui-istifadə  edilməsi,  hökmdarın 

hakimiyyəti  düzgün  üsullarla  həyata  keçirməməsi  Tanrının 

qanunlarını, katolik kilsəsinin qaydalarını pozmaq deməkdir. Bu isə, 

həmin hökmdarın hakimiyyətdən kənarlaşdırıl- masını legitimləşdirir. 

Lakin  Tanrının  iradəsinə  zidd  gedərək  tirana  çevrilən  hökmdarın 

həmin  əməllərinə  görə  hakimiyyətdən  məhrum  edilməsi  işində  son 

sözü kilsə deməlidir. 

Foma  Akvinski  hesab  edirdi  ki,  bütün  qanunların  ümumi 

subordinasiya  daxilində  bir-birilə  əlaqəsi  var.  Onların  üzərində  isə 

kainatı idarə edən ilahi şüurun ümumi prinsipləri, universal normaları 

durur və digər qanunlar, ilk növbədə, əbədi qanunun insan şüurunda 

inikası kimi təzahür olunan təbii qanun ilahi şüurun həmin universal 

normalarından  yaranır.  Təbii  qanun  yer  üzərində  insan  həyatının 

qorunmasına və insan nəslinin artırılmasına, həqiqət axtarışına, insan 

ləyaqətinə  hörmət  edilməsinə  xidmət  edir.  Bu  qanunun  ictimai 

həyatda konkretləşməsi (pozitiv) qanunlar vasitəsilə həyata keçir. 

F.Akvinski xristian dininin ehkamlarından çıxış edərək göstərirdi 

ki, ilahi qanunlar insanlara İncil vasitəsilə verilmişdir, ilahi qanunun bu 

cür  aşkarlanması  onunla  bağlıdır  ki,  insan  şüurunun  məhdudluğu 

onlara həqiqət barəsində düzgün təsəvvür yaratmağa mane olur. Bu, 

həm  də  onunla  bağlıdır  ki,  insanların  yaratdığı  (pozitiv)  qanun  şəri 

məhv etmək gücündə deyil. 

Xristian teologiyasının nəhənglərindən olan bu rahibin yaratdığı 

hüquq konsepsiyasının əsasında etik təsəvvürlər və tələblər durur. O, 

ekvivalentlik prinsipinə uyğun olaraq hüququn əsasında duran ədaləti 

hər bir kəsə ona aid olanın verilməsi ilə əlaqələndirir. 

133 



ilqar Məmmədov 

F.Akvinski  katolik  kilsəsinə  göstərdiyi  xidmətlərinə  görə 

sonradan  müqəddəslər  sırasına  daxil  edilmiş  və  onun  yaratdığı 

sxolastik  nəzəri  təlim  «katolisizmin  yeganə  həqiqi  fəlsəfəsi»  elan 

edilmişdir. 

Orta  əsrlər  dövründə  islam  dünyasında  dövlət  və  hüquq 

hadisələri ilə bağlı təlimlər iki əsas istiqamətdə: normativ-hüquqi və 

etik-fəlsəfi istiqamətlərdə inkişaf etmişdir. Normativ-hüquqi xarakterli 

təlimlər  demək  olar  ki,  yad  təsirlərə  məruz  qalmadan  dini-hüquqi 

təsəvvürlər  əsasında  inkişaf  etmişdir.  Fəlsəfi-etik  təlimlərin 

inkişafında  isə  dini  ideologiya  ilə  yanaşı  yunan  fəlsəfəsinin  işləyib 

hazırladığı kateqoriyaların, ənənələrin mühüm rolu olmuşdur. Nəzəri 

fikrin  bu  istiqamətdə  inkişaf  etməsində  Əbu  əl-  Nəsr  əl-Fərabi,  İbn 

Sina,  İbn  Rüşd,  İbn  Flaldun  kimi  məşhur  mütəfəkkirlərin  rolu 

böyükdür. Lakin normativ-hüquqi xarakterli təlimlərin orta əsr islam 

cəmiyyətində  siyasi-hüquqi  münasibətlərə  elə  bir  ciddi  təsiri 

olmamışdır. 

islam  dövləti  konsepsiyası  əsasən  normativ-hüquqi  təlimlər 

vasitəsilə  inkişaf  etdirilmişdir.  Fləmin  təlimlərin  siyasi-hüquqi 

münasibətlərə də ciddi təsiri olmuşdur. Bu təlimlər əsasən iki böyük 

təriqət:  sünni  və  şiə  təriqətlərinin  ehkamlarına  uyğun  olaraq 

bir-birindən  fərqlənmiş  və  həmin  təriqətlər  əsasında  da  fərqli 

qaydalar, siyasi-hüquqi münasibətlər formalaşmışdır. Bu baxımdan, 

dövlət  və  din  başçısı  məsələsində  həmin  təlimlərin  ifadə  etdiyi  iki 

fərqli  yanaşmanı  nəzərdən  keçirə  bilərik.  Sünni  təriqətindən  irəli 

gələn  təlimlərə  görə,  dövlət  və  din  başçısı  kimi  tanınan  xəlifə 

hakimiyyəti  irsi  yolla  əldə  etmir  və  ya  özündən  əvvəlki  xəlifə 

tərəfindən bu vəzifəyə təyin edilmir. Xəlifəliyə namizəd olan şəxslə 

ümmətin nümayəndələri arasında müqavilə bağlanır və həmin şəxs 

xəlifə seçilir. Bu yolla hakimiyyətə gələn xəlifənin dövlət idarəçiliyini 

məsləhətləşmə yolu ilə həyata keçirməsi onun qarşısında duran əsas 

tələblərdən biri kimi çıxış edir. 

Şiə təriqətindən irəli gələn təlimlərə görə isə, imamət (yəni islam 

dövləti)  Məhəmməd  peyğəmbərin  «yer  üzərindəki  missiyasının 

davamı»  olmaqla  «ilahi  qanunlar»a  uyğun  formalaşmış  dövlətdir. 

Suverenlik yalnız Allaha məxsusdur və müsəlmanları 

134 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə