Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə41/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   37   38   39   40   41   42   43   44   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

yaratdığı  presedentlərin  də  hüquqyaradıcılığında  öz  yeri  olmuşdur. 

Ümumiyyətlə  isə,  hüququn  həmin  dövrdəki  vəziyyətini  onun 

inkişafının  amorf  fazası  kimi  xarakterizə  etmək  olar.  Bunun  əsas 

səbəbi odur ki, həmin dövrdə hüqüqyaradıcılığında sistemlilik yox idi. 

Hüquqyaradıcılığının  bir  mərhələsini  də  «interpretasiya 

mərhələsi»  (latınca 

interpretatio 

sözündəndir  və  «şərhetmə» 

deməkdir) kimi izah etmək olar. Belə ki, kompilyasiya edilən hüquqi 

adətlər,  həmçinin  dini  normalar  vasitəsilə  ictimai  münasibətlərin 

tənzimlənməsi  zamanı  konkret  bir  münasibətə  aid  konkret  norma 

olmadıqda  şərhetməyə  (intertpretasiyaya)  müraciət  edilmişdir. 

Şərhetmə isə, yalnız, yüksək avtoritetə malik olan səlahiyyətli şəxslər 

tərəfindən həyata keçirilə bilərdi. Odur ki, hüququn inkişafının həmin 

mərhələsində  belə  bir  statusa  və  hüquqa  malik  olan  şəxslər 

hüquqyaradıcılığında  mühüm  rol  oynayırdılar.  Qədim  Roma 

hüququnun inkişaf tarixinə nəzər yetirə bilərik. Məşhur hüquqşünas 

İ.A.Pokrovski  yazır  ki.  Qədim  Romada  hüquqi  adətlər  XII  Cədvəl 

Qanununda yazıya alındıqdan sonra hüququn təkmilləşməsi demək 

olar  ki,  istisnasız  olaraq  xeyli  müddət  interpretasiya  hesabına  baş 

vermişdir. Romada «qədim  dövrlərdə  hüququn  öyrənilməsi  və şərh 

edilməsi səlahiyyətini pontifiklər öz əllərində cəmləşdirmişdilər».^ 

islam hüququnun inkişaf qanunauyğunluqlarına diqqət verdikdə, 

onun  da  interpretasiya  yolu  ilə  inkişaf  etdiyini,  mürəkkəbləşdiyini 

müşahidə  edirik,  islam  hüququnda  interpretasiya  ruhani  təbəqənin 

buna səlahiyyəti olan nümayəndələri tərəfindən həyata keçirilmişdir. 

Hüququn  inkişaf  tarixini  izlədikdə  bizə  aydın  olur  ki, 

«interpretasiya  mərhələsi»  müstəqil  qanunyaradıcılığı  mərhələsi  ilə 

əvəz  edildikdən  sonra  hüquqyaradıcılığı  keyfiyyətcə  daha  təkmil 

mərhələyə keçmişdir. Hüququn ictimai həyatın mühüm prinsipi kimi 

qəbul olunması nəticəsində xalqın iradəsilə müəyyənləşən 

'Покровский И.А. 

История римского права. Санкт-Петербург, 1999, 

S. 

119. 


123 


ilqar Məmmədov 

qanunlar  hüququn  əsas  mənbəyinə  çevrilmişdir.  Məhz  hüququn 

inkişafının bu mərhələsində insanın təbiətindən irəli gələn tələbatlar 

və onlara bağlı olan maraqlarla, həmçinin azadlıq ideyası ilə hüquq 

əsaslandırılmağa  başlamışdır.  Bu  mərhələnin  özünəməxsus 

cəhətlərindən  biri  də  ondan  ibarətdir  ki,  hüququn  azad  insanların 

iradəsinə 

söykənməsi 

ideyası 

məhz 


həmin 

dövrdən 


hüquqyaradıcılığının  rəhbər  prinsiplərindən  biri  kimi  qəbul 

olunmuşdur. Bu baxımdan, hətta dövlətin iradəsi ikinci plana keçir və 

dövlət, hüququn müəyyənləşməsini mümkün edən mexanizm, vasitə 

kimi  başa  düşülür.  Təbii  ki,  bunlar  müvafiq  şüur  tipini  və  müvafiq 

ictimai  münasibətləri  yetişdirmiş  sivilizasiyalarda  gerçəkləşmişdir. 

Qədim  dövrdə  həmin  hadisə  konkret  olaraq  Yunanıstanda  və 

Romada  baş  vermişdir.  Yunanlar  və  Romalılar  tərəfindən  mühüm 

dəyər kimi qəbul edilən, xalqın iradəsinə əsalan- ması vacib bilinən 

hüquq sonradan özünün bu «keyfiyyətini» itirmiş və yalnız Avropada 

kapitalizm və demokratiya inkişaf etməyə başladıqdan sonra həmin 

keyfiyyəti qazanaraq yeni, daha təkmil səviyyəyə yüksəlmişdir. 

Qədim  dövrdə  yaradılan  normativ  aktların  bir  çoxunda  hüquq 

impilisit  olaraq  insan  cəmiyyətində  ədalətin  bərqərar  edilməsinə 

xidmət  edən  bir  vasitə  kimi  təqdim  olunur.  Bu  baxımdan 

S.S.Alekseyev  yazır  ki,  qədim  dövrün  hüquqi  abidələri  ilə  bağlı 

araşdırmalar  həmin  abidələrin  ədalətin,  müdrikliyin,  həyatiliyin 

gerçək  münasibətlərdə  bərqərar  edilməsinə  istiqamətləndiyini  üzə 

çıxarır. Həqiqətən də, qədim dövrün yazılı mənbələrindən aydın olur 

ki,  hüququn  vacib  əsaslandırıcı  mənbələrindən  biri  də  məhz  ədalət 

prinsipi,  ədalət  ideyası  olmuşdur.  Düzdür,  ədalət  anlayışı  heç  də 

birmənalı  anlayış  deyil.  Lakin  diqqəti  çəkən  odur  ki,  lap  qədim 

dövrlərdən  hüquqda  öz  əksini  tapan  ekvivalentlik  prinsipi  ədalət 

ideyası  ilə  bağlı  idi.  Çox  güman  ki,  müxtəlif  malların  mübadilə 

edilməsi  və  mübadilə  edilən  əşyaların,  predmet-  lərin,  məhsulların 

bərabər  dəyərə  malik  olmasını  müəyyənləşdirən  təsəvvürün, 

alqı-satqı  institutunun  formalaşması  ekvivalentlik  prinsipinin 

yaranmasına  yaxından  təsir  göstərmişdir.  Tanınmış  İsveç  alimi 

E.Anners yazır ki, insanlar hüquqi kateqori- 



124 


Dövlət və hüquq nəzəriyyəsi 

yalar  kimi  qəbul  etdiyimiz  anlayışlar  və  hüquqi  xarakterli  hadisələr 

üzərində  düşünməyə  başladığı  ilk  dövrlərdən  hər  şeyin  özünə 

bərabər  olanla  ölçülməsi  ideyası  onların  düşüncəsinə  hakim 

olmuşdur.  Hüquqi  sistemlərin  bir  çoxunun  hüquq  normalarını  bə- 

rabərdəyərlilik prinsipinə söykənən etik normalarla motivləşdir- məyə 

meylli  olması  da  bununla  bağlıdır.  Məsələn,  Qədim  Misirin  hüquqi 

mənbələrində 

ekvivalentlik 

prinsipini 

əks 

etdirən 


dəqiq 

müəyyənləşmiş  tələblər,  müddəalar  mövcud  olmuşdur.  Anners 

qarşılıqlı  olaraq  verilən  iddiaların  bir-birinə  uyğunluğunun  dəqiq 

şəkildə  yoxlanılması  prinsipini  buna  misal  göstərir.  O,  qeyd  edir  ki, 

həmin  prinsip  simvolik  formada  hər  iki  gözü  tarazlaşdırılmış 

vəziyyətdə  olan  tərəzi  ilə  təsvir  edilirdi.  «Beləliklə  də,  ilk  əvvəl 

misirlilərin  yaratdığı  bu  simvol  sonradan  (antik  dövrdə)  ədalət 

ideyasının  alleqorik  təsviri  kimi  verilirdi  və  hətta  indinin  özündə  də 

həmin rolu oynamaqdadır.(...) Odur ki, bizim, ekvivalentlik prinsipinin 

ümumiyyətlə,  hüquq  normalarının  motivasiyası  kimi  yaranması 

barədə düşünmək hüququmuz var».”' 

Lakin onu da unutmamalıyıq ki, qədim dövrdə hüququ ədalətin 

bərqərar  edilməsinə  xidmət  edən  bir  vasitə  kimi  qəbul  edən 

cəmiyyətlərin  əksəriyyətində  xalq-dövlət  hüquqyaradıcılığı  forması 

yaradılmamış  və  hüququn  özü  cəmiyyətin  əsas  dəyərinə 

çevrilməmişdir. 

Yuxarıda  qeyd  etmişdik  ki,  yazının  kəşf  edilməsi  yazılı  hüquqi 

aktın  yaradılmasına  səbəb  olmuşdur.  Tədqiqatçıların  fikrincə,  ilk 

dövrlərdən yazılı hüquqi aktın ən azı həm normativ akt, həm də fərdi 

hüquqi akt formasında iki növü meydana gəlmişdir. Normativ hüquqi 

aktlara  ümumi  hüquq  normalarını  özündə  əks  etdirən  yazılı  hüquqi 

aktlar-Hammurapi  Qanunları,  Manu  Qanunları  və  s.  aid  olmuşdur. 

Fərdi hüquqi aktlara isə yazılı müqavilələr, hüquqi faktların qeydiyyatı, 

məhkəmə yazıları, təsərrüfat hesablaşmaları və s. aid idi. Misal üçün. 

Mesopotamiya  ərazisində  tapılan  üzərində  piktoqrafik  yazılar  həkk 

olunmuş gil lövhələrin əksəriyyətində əqdlərin bağlanması, qarşılıqlı 

hesablaşmalar əks olun- 

Аннерс Э. 

История европейского права. M., 1999, s. 24-25. 

125 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə