Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə40/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   36   37   38   39   40   41   42   43   ...   205

ilqar Məmmədov 

ideyasına  münasibətdə  onun  bir  vəzifəsi  kimi  çıxış  edir.  Ancaq 

Yerinqin universal hesab etdiyi bu maksima, əslində, universal deyil. 

Müqayisəli  hüquqşünaslıq  bunu  sübut  etməkdə  böyük  köməklik 

göstərə  bilər.  Xüsusən,  Uzaq  Şərq  ölkələrinin  hüququ  ilə  bağlı 

tədqiqatlar göstərir ki, bu cəmiyyətlərin həyatında «hüquq yardımçı, 

tabeli  rol  oynayır.  Hüquq  ilk  növbədə  ictimai  nizamın  təmin 

edilməsinə  istiqamətlənir  və  ondan  yalnız  son  məqamda  istifadə 

olunur.  Həmin  cəmiyyətlərdə  sosial  harmoniya  təbiətdəki  ümumi 

harmoniyanın  bir  hissəsi  kimi  başa  düşülür  və  ümumiyyətlə, 

dünyadakı nizam sosial harmoniya üçün bir model kimi qəbul edilir».’' 

Beləliklə,  deyə  bilərik  ki,  hər  bir  sivilizasiya  özünün  «hüquqi» 

paradiqmasını  yaradır.  Məsələn,  çinlilərin  ədalət  və  davranış 

normaları  haqqındakı  təsəvvürləri  birbaşa  onların  kosmoloji 

təsəvvürlərinə əsaslanır. Fikrimizi izah etmək üçün V.V.Malya- vinə 

müraciət  edək.  O  yazır:  «Çindəki  ənənələr  və  təcrübə  Avropa 

qanunvericiliyinin klassik sistemləri tərəfindən qəbul edilmiş müstəqil 

hüquq  anlayışının  nə  olduğunu  bilməmişdir.  Yazılı  qanun  (fa) 

mənasını  verən  çin  heroqlifi  insana  xəsarətin  yetirilməsini,  yəni 

törədilmiş  cinayətə  görə  cəzavermə  ideyasını  ifadə  edir.  Təsadüfi 

deyil ki, qədim Çin mətnlərində ifadə olunan qanun ideyası cəza (sin) 

anlayışı  ilə  demək  olar  ki,  eyniləşir.  (...)  Çinlinin  dünyagörüşünə 

hakim olan əsas məktəblər-konfutsia- nizm və daosizm insanlardakı 

təbii  xoşgörülüyü  və  xeyirxahlığı  məhv  edən  yazılı  qanunlara  hər 

zaman  inamsız  yanaşıbdır.  Maraqlıdır  ki,  rəvayətlərdə  qanunların 

icad edilməsi müdrik hökmdarlara və hətta çinlilərə deyil, vəhşilikləri 

səbəbindən cəmiyyətdə ümumi qaydanı qanunlar (cəzalar) vasitəsilə 

təmin  etməyə  məcbur  olan  cənub  barbarlarına  aid  edilir.  Çinlilərin 

təsəvvürüncə, mənən yüksəlmiş insanların qanuna ehtiyacı yoxdur, 

çünki onlar üçün «mərasimlər», «rituallar» 

vacibdir».^

 

Цвайгерт К., Кетц X. 



Введение в сравнителъное правоведение в 

сфере частного права. Т. 1. М., 1998, з. 112-113. 

2 Малявин В.В. 

Китайская цивилизация. М., 2000, 5.136-137. 

120 



Dövlət və hüquq nəzəriyyəsi 

Qədim  Çində  dövlət  tərəfindən  müəyyənləşən  normativ  aktlar 

münasibətlərin tənzimlənməsində praktiki vasitə kimi qəbul olunurdu. 

İnsanlar  arasında  baş  verən  konfliktlər  vicdan  məsələsi  hesab 

edildiyindən  məhkəmə  qaydasında  hüquqların  müdafiə  olunması, 

bərpa  edilməsi  təcrübəsi  və  ənənəsi  yaradılmamışdır.  Konfliktlər 

əksər  hallarda  konfiliktə  sövq  olunmuş  insanların  özləri  tərəfindən, 

mənəvi tələblər əsasında həll edilirdi. Qədim dövrlərdən formalaşmış 

mənəvi görüşlər dövlətin müəyyənləşdirdiyi normativ aktların yüksək 

dəyərləndirilməsinə  imkan  vermirdi.  Qdur  ki,  Çin  sivilizasiyasında 

hüquq  insanların  azadlığını  təmin  edən  xüsusi  əhəmiyyətli  hadisə 

kimi  qəbul  edilməmişdir.  ingilis  çinşünası  S.P.Friscerald  yazır  ki, 

yunanların «vətəndaş sinfi» üçün müəyyənləşdirdikləri preroqativlər 

və  azadlıq  konsepsiyası  əvəzinə  çinlilər,  xüsusilə  də,  siyasi 

hakimiyyətin həyata keçirilməsində iştirak edən çin zadəganları üçün 

səda- qətlilik prinsipi əsas idi. Yəni oğulun ataya və öz ailəsinə, klana, 

məmurun  knyaza,  knyazın  isə  Göyün  Qğluna-imperatora  sədaqətli 

olmasını ehtiva edən prinsipə görə, həmin iyerarxiyada hər bir üstün 

statusa  malik  olan  subyektin  üzərinə  belə  bir  sədaqətin  əvəzinə 

ədalətli  olmaq  öhdəliyi  düşürdü.  «Məşhur  klanlar  qanunlara  tabe 

deyildi.  Qanun  sadə  xalqa  münasibətdə  tətbiq  olunmaq  üçün 

müəyyənləşmiş  cəzalar  sistemini  ifadə  edirdi.  Yüksək  təbəqənin 

(«syun-szı»nın)  nümayəndələrinin  həyatı  isə  «li»,  yəni  cəngavərlər 

üçün  olan  və  ritual  kimi  tanınan  şərəf  və  əxlaq  kodeksi  ilə 

reqlamentləşdirilirdi».^ 

Qədim Hindistanda formalaşmış induizmə, R.Davidin sözləri ilə 

desək,  indus  icmasındakı  hüquqa  görə,  «insan»,  sadəcə, 

abstraksiyadır  və  bu  sistem  yalnız  doğulduqları  andan  sosial 

iyerarxiyanın  kateqoriyaları  üzrə  «bölünmüş»  adamların  varlığını 

tanıyır.  Bu  iyerarxiya  üzrə  bölünmüş  insanların  özlərinin  ayrıca 

hüququ,  vəzifələri  və  hətta  mənəvi  ölçüləri  var.  Hər  bir  kəs 

nümayəndəsi olduğu varnaya, yəni kastaya aid qaydalar əsasında 

1  Фрицджералъд  С.П. 

Китай:  краткая  история  культуры. 

Санкт-Петербург, 1998, s. 66-67. 

121 



ilqar Məmmədov 

davranmalı  və  yaşamalıdır.  İnduizmidə  «dharma,  dini  və  hüquqi 

öhdəlikləri  fərqləndirmədən  insanların  davranışlarını  tənzimləyir. 

Məsələn,  günaha  görə  hansı  cəzanın  tətbiq  olunmasını,  nə  zaman 

sədəqə  vermək  lazım  oluğunu,  qonaqpərvərlik  qaydalarını 

müəyyənləşdirir.(...)  «Subyektiv  hüquqlar»  ideyası,  təbii  ki, 

dharmaya  yaddır.  Onun  cövhərini  biabır  vəziyyətə  düşmək 

istəməyən hər bir kəsin riayət etməsi vacib olan vəzifələr, öhdəliklər 

kompleksi təşkil edir»."' 

Komparativistlər  yazır  ki,  induizm  doktrinası  və  dharma 

məhkəmə  presedentlərini  və  qanunvericiliyi  hüququn  mənbəyi  kimi 

qəbul  etmir.  Hökmdarlara  qanunvericilik  səlahiyyəti  verilir,  lakin 

idarəçilik sənəti, «ictimai idarəçilik hüququnun» institutları dharmaya 

deyil,  artxaya  daxildir.  Dharma  hökmdarın  legitim  əmrlərinə  tabe 

olmaq  göstərişini  verir.  Bu  cür  aktlar  müvəqqəti  ehtiyaclardan  irəli 

gəldiyinə  görə,  onlara  konkret  şəraitin  tələbləri  bəraət  qazandırır. 

Qədim  Hindistanda  mifoloji-dini-fəlsəfi  konsepsiyalar  sosial 

tənzimlənmənin bütün sahələrinə aid normalara sirayət olunmuşdu. 

Bu  normalar  cəmiyyətin  silki  quruluşuna  uyğun  idi.  İnsana  yalnız 

onun statusuna görə dəyər verilir və hüquqları da sosial statusu ilə 

müəyyənləşirdi. 

Mənəvi 


ölçülərin, 

əxlaq 


qaydalarının 

müəyyənləşməsində isə fərdin psixo- mental aləmi deyil, bütövlükdə 

müvafiq sosial təbəqənin, kastanın özü əsas götürülürdü. 

Sivilizasiyaların  müqayisəsi,  qədim  dövlətlərdə  hüququn 

inkişafının 

əsas 


xüsusiyətlərinin, 

qanunauyğunluqlarının 

müəyyənləşməsi  məqsədilə  aparılan  tədqiqatların  öyrənilməsi 

nəticəsində  belə  bir  qənaətə  gəlirik  ki,  hüququn  inkişafı  çoxtərəfli, 

qarışıq  proses  olmuşdur.  Qədim  dövlətlərdə  mifoloji-dini  və 

etik-fəlsəfi xarakterli görüşlərin, konsepsiyaların təsiri ilə formalaşmış 

hüquqi  adətlər  hakimiyyət  nümayəndələrinin  də  maraqları  az  rol 

oynamadan  toplanmış,  kompilyasiya  edilmişdir.  Bununla  yanaşı, 

hökmdarların müəyyənləşdirdiyi hüquqi aktların, məhkəmələrin 

'Давид  Рене,  Жофре-Сиииозн  Камилла. 

Основные  правовые 

системы современности. М., 1998, 5.331. 

122 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə