ilqar Məmmədov
ideyasına münasibətdə onun bir vəzifəsi kimi çıxış edir. Ancaq
Yerinqin universal hesab etdiyi bu maksima, əslində, universal deyil.
Müqayisəli hüquqşünaslıq bunu sübut etməkdə böyük köməklik
göstərə bilər. Xüsusən, Uzaq Şərq ölkələrinin hüququ ilə bağlı
tədqiqatlar göstərir ki, bu cəmiyyətlərin həyatında «hüquq yardımçı,
tabeli rol oynayır. Hüquq ilk növbədə ictimai nizamın təmin
edilməsinə istiqamətlənir və ondan yalnız son məqamda istifadə
olunur. Həmin cəmiyyətlərdə sosial harmoniya təbiətdəki ümumi
harmoniyanın bir hissəsi kimi başa düşülür və ümumiyyətlə,
dünyadakı nizam sosial harmoniya üçün bir model kimi qəbul edilir».’'
Beləliklə, deyə bilərik ki, hər bir sivilizasiya özünün «hüquqi»
paradiqmasını yaradır. Məsələn, çinlilərin ədalət və davranış
normaları haqqındakı təsəvvürləri birbaşa onların kosmoloji
təsəvvürlərinə əsaslanır. Fikrimizi izah etmək üçün V.V.Malya- vinə
müraciət edək. O yazır: «Çindəki ənənələr və təcrübə Avropa
qanunvericiliyinin klassik sistemləri tərəfindən qəbul edilmiş müstəqil
hüquq anlayışının nə olduğunu bilməmişdir. Yazılı qanun (fa)
mənasını verən çin heroqlifi insana xəsarətin yetirilməsini, yəni
törədilmiş cinayətə görə cəzavermə ideyasını ifadə edir. Təsadüfi
deyil ki, qədim Çin mətnlərində ifadə olunan qanun ideyası cəza (sin)
anlayışı ilə demək olar ki, eyniləşir. (...) Çinlinin dünyagörüşünə
hakim olan əsas məktəblər-konfutsia- nizm və daosizm insanlardakı
təbii xoşgörülüyü və xeyirxahlığı məhv edən yazılı qanunlara hər
zaman inamsız yanaşıbdır. Maraqlıdır ki, rəvayətlərdə qanunların
icad edilməsi müdrik hökmdarlara və hətta çinlilərə deyil, vəhşilikləri
səbəbindən cəmiyyətdə ümumi qaydanı qanunlar (cəzalar) vasitəsilə
təmin etməyə məcbur olan cənub barbarlarına aid edilir. Çinlilərin
təsəvvürüncə, mənən yüksəlmiş insanların qanuna ehtiyacı yoxdur,
çünki onlar üçün «mərasimlər», «rituallar»
vacibdir».^
Цвайгерт К., Кетц X.
Введение в сравнителъное правоведение в
сфере частного права. Т. 1. М., 1998, з. 112-113.
2 Малявин В.В.
Китайская цивилизация. М., 2000, 5.136-137.
120
Dövlət və hüquq nəzəriyyəsi
Qədim Çində dövlət tərəfindən müəyyənləşən normativ aktlar
münasibətlərin tənzimlənməsində praktiki vasitə kimi qəbul olunurdu.
İnsanlar arasında baş verən konfliktlər vicdan məsələsi hesab
edildiyindən məhkəmə qaydasında hüquqların müdafiə olunması,
bərpa edilməsi təcrübəsi və ənənəsi yaradılmamışdır. Konfliktlər
əksər hallarda konfiliktə sövq olunmuş insanların özləri tərəfindən,
mənəvi tələblər əsasında həll edilirdi. Qədim dövrlərdən formalaşmış
mənəvi görüşlər dövlətin müəyyənləşdirdiyi normativ aktların yüksək
dəyərləndirilməsinə imkan vermirdi. Qdur ki, Çin sivilizasiyasında
hüquq insanların azadlığını təmin edən xüsusi əhəmiyyətli hadisə
kimi qəbul edilməmişdir. ingilis çinşünası S.P.Friscerald yazır ki,
yunanların «vətəndaş sinfi» üçün müəyyənləşdirdikləri preroqativlər
və azadlıq konsepsiyası əvəzinə çinlilər, xüsusilə də, siyasi
hakimiyyətin həyata keçirilməsində iştirak edən çin zadəganları üçün
səda- qətlilik prinsipi əsas idi. Yəni oğulun ataya və öz ailəsinə, klana,
məmurun knyaza, knyazın isə Göyün Qğluna-imperatora sədaqətli
olmasını ehtiva edən prinsipə görə, həmin iyerarxiyada hər bir üstün
statusa malik olan subyektin üzərinə belə bir sədaqətin əvəzinə
ədalətli olmaq öhdəliyi düşürdü. «Məşhur klanlar qanunlara tabe
deyildi. Qanun sadə xalqa münasibətdə tətbiq olunmaq üçün
müəyyənləşmiş cəzalar sistemini ifadə edirdi. Yüksək təbəqənin
(«syun-szı»nın) nümayəndələrinin həyatı isə «li», yəni cəngavərlər
üçün olan və ritual kimi tanınan şərəf və əxlaq kodeksi ilə
reqlamentləşdirilirdi».^
Qədim Hindistanda formalaşmış induizmə, R.Davidin sözləri ilə
desək, indus icmasındakı hüquqa görə, «insan», sadəcə,
abstraksiyadır və bu sistem yalnız doğulduqları andan sosial
iyerarxiyanın kateqoriyaları üzrə «bölünmüş» adamların varlığını
tanıyır. Bu iyerarxiya üzrə bölünmüş insanların özlərinin ayrıca
hüququ, vəzifələri və hətta mənəvi ölçüləri var. Hər bir kəs
nümayəndəsi olduğu varnaya, yəni kastaya aid qaydalar əsasında
1 Фрицджералъд С.П.
Китай: краткая история культуры.
Санкт-Петербург, 1998, s. 66-67.
121
ilqar Məmmədov
davranmalı və yaşamalıdır. İnduizmidə «dharma, dini və hüquqi
öhdəlikləri fərqləndirmədən insanların davranışlarını tənzimləyir.
Məsələn, günaha görə hansı cəzanın tətbiq olunmasını, nə zaman
sədəqə vermək lazım oluğunu, qonaqpərvərlik qaydalarını
müəyyənləşdirir.(...) «Subyektiv hüquqlar» ideyası, təbii ki,
dharmaya yaddır. Onun cövhərini biabır vəziyyətə düşmək
istəməyən hər bir kəsin riayət etməsi vacib olan vəzifələr, öhdəliklər
kompleksi təşkil edir»."'
Komparativistlər yazır ki, induizm doktrinası və dharma
məhkəmə presedentlərini və qanunvericiliyi hüququn mənbəyi kimi
qəbul etmir. Hökmdarlara qanunvericilik səlahiyyəti verilir, lakin
idarəçilik sənəti, «ictimai idarəçilik hüququnun» institutları dharmaya
deyil, artxaya daxildir. Dharma hökmdarın legitim əmrlərinə tabe
olmaq göstərişini verir. Bu cür aktlar müvəqqəti ehtiyaclardan irəli
gəldiyinə görə, onlara konkret şəraitin tələbləri bəraət qazandırır.
Qədim Hindistanda mifoloji-dini-fəlsəfi konsepsiyalar sosial
tənzimlənmənin bütün sahələrinə aid normalara sirayət olunmuşdu.
Bu normalar cəmiyyətin silki quruluşuna uyğun idi. İnsana yalnız
onun statusuna görə dəyər verilir və hüquqları da sosial statusu ilə
müəyyənləşirdi.
Mənəvi
ölçülərin,
əxlaq
qaydalarının
müəyyənləşməsində isə fərdin psixo- mental aləmi deyil, bütövlükdə
müvafiq sosial təbəqənin, kastanın özü əsas götürülürdü.
Sivilizasiyaların müqayisəsi, qədim dövlətlərdə hüququn
inkişafının
əsas
xüsusiyətlərinin,
qanunauyğunluqlarının
müəyyənləşməsi məqsədilə aparılan tədqiqatların öyrənilməsi
nəticəsində belə bir qənaətə gəlirik ki, hüququn inkişafı çoxtərəfli,
qarışıq proses olmuşdur. Qədim dövlətlərdə mifoloji-dini və
etik-fəlsəfi xarakterli görüşlərin, konsepsiyaların təsiri ilə formalaşmış
hüquqi adətlər hakimiyyət nümayəndələrinin də maraqları az rol
oynamadan toplanmış, kompilyasiya edilmişdir. Bununla yanaşı,
hökmdarların müəyyənləşdirdiyi hüquqi aktların, məhkəmələrin
'Давид Рене, Жофре-Сиииозн Камилла.
Основные правовые
системы современности. М., 1998, 5.331.
122
Dostları ilə paylaş: |