ilqar Məmmədov
muşdur ki, bu da oniarın təsərrüfat-hüquqi xarakterli yazılar olduğunu
göstərir.
Bunlarla bağlı V.S.Nersesyans da yazır ki, hüququn yaranması
hələ «qanunvericilik hüququnun» yaranması demək deyildi. Yəni ilk
yazılı normativ aktlar müasir mənada başa düşülən qanunlar yox,
hüquqi adətlər olmuşdur. Normativ xarakterli ümumi müqavilələrin
özü
də
yazılı
olaraq
qeydə
alınmaqla
hökmdar-təbəə
münasibətlərinin tənzimlənməsinə yönəlmişdir. Misal üçün, m.ö.
XV-XIV əsrlərə aid mənbələrdən məlum olur ki, Hett hökmdarları
onların hakimiyyəti altında olan ərazilərin əhalisi ilə müqavilələr
bağlayır və bu müqavilələrdə xalqın hökmdar qarşısındakı
öhdəliklərinə riayət etməsi, hökmdarın bunlara əvəz ödəmələrinin
formaları və cəzaların hədləri müəyyənləşdirilirdi. Tədqiqatçılar hətta
İncilin Əhdi-ətiq adlanan hissəsində guya Tanrının İsrail xalqı ilə
bağladığı müqavilənin həmin müqavilələr tipinə uyğun formalaşdığını
göstərirlər.
Yazılı şəkildə qeydə alınan məhkəmə presedentləri də yazılı
qanunlardan əvvəl yaranmışdır. Məsələn, Babilistanda hüquq
normaları sisteminin inkişafında dövlət məmurları tərəfindən aparılan
məhkəmə proseslərinin mühüm rolu olmuşdur. Qədim dövrün
məşhur məhkəmə məcmuələrinin çoxu, sadəcə məhkəmələr
tərəfindən rəhbər tutulan yazıya köçürülmüş adətlərdən ibarət
olmamışdır. Həmin məcmuələrdə əsasında aktuallaşdırıl- mış adətlər
duran məhkəmə presedentləri də toplanmışdır.
İnsan şüuruna, iradəsinə və maraqlarına əsaslanan qanun
konsepsiyasının yaranması isə insanların öz hüquqları uğrunda
ardıcıl və davamlı şəkildə apardıqları uzunmüddətli mübarizənin
nəticəsi kimi özünü göstərmiş və bu da hüququn yeni keyfiyyətdə
inkişaf etməsinə səbəb olmuşdur. Hüquq tarixində mühüm
əhəmiyyətə malik olan və hüququn ümumbəşəri səviyyədə inkişafına
təsir göstərmiş bu hadisə yuxarıda qeyd etdiyimiz kimi, antik
dövlətlərin həyatında baş vermişdir. Antik hüquq özünün inkişafının
ilkin mərhələlərində hüquqi texnika baxımından və əsas institutların
formalaşdırılması səviyyəsinə görə Şərq ölkələrində hüququn inkişaf
xüsusiyyətlərinə oxşar olmuşdur. Son
126
Dövlət və hüquq nəzəriyyəsi
radan isə inkişafın xətti dəyişmiş və özünəməxsus istiqamət almışdır.
S.A.Utçenkonun yazdığı kimi, antik dövlətlərin-polislərin məhz
vətəndaş icması
kimi inkişaf etməsi dövlət idarəçiliyinin və hüquq
yaradıcılığının üç əsas spesifik ideyasının təsiri ilə müşayiət olunmuş
və buna uyğun siyasi-hüquqi sistem formalaşmışdır. Antik polisin
bəşəriyyətə miras qoyduğu həmin əsas ideyalar
vətəndaş ideyası,
demokratiya ideyası
və ən nəhayət
respublikaçılıq ideyasıdır."'
Utçenkonun sadalıdığı bu üç ideyaya, hər halda, intellektual nizama
malik olan ədalətlə yanaşı, həm də azadlıq ideyasına xidmət edən və
xalqın iradəsi əsasında müəyyənləşən hüquq ideyasını da əlavə
etmək olar.
Həmin dövlətlərdə adətlərin sanksiyalaşdırılması deyil, məhz
qanunvericiliyin özünün hüquqyaradıcılığının əsas formasına
çevrilməsi, vətəndaşların ümumi yığıncağında qanunların qəbul
edilməsi, hakimiyyət orqanlarının fəaliyyətinin kollegiallıq və seçkililik
prinsipinə
əsaslanaraq
təşkil
olunması
təcrübəsi
ictimai
münasibətlərin vətəndaşlar arasındakı ümumi razılığın məhsulu olan
qanunlar vasitəsi ilə tənzimlənməsini ehtiva edən ideyanın
siyasi-hüquqi münasibətlərdə reallaşması nəticəsində yaranmış və
inkişaf etmişdir. Bununla bərabər, insan azadlığının (vətəndaş
azadlığının) fundamental dəyərə çevrilməsi də həmin dövlətlərdə
hüququn inkişafına xüsusi təsir göstərmişdir. Lakin xatırlamalıyıq ki,
bu azadlıq heç də bütün insanlara aid deyildi. Tam şəkildə azadlığa
malik olmaq yalnız vətəndaşların preroqativinə çevrilmişdi. Azadlığın
özü siyasi-hüquqi məna kəsb etdiyindən ictimai kontekstdə qəbul
edilir və hüquq vasitəsilə obyektivləşə bilməsi düşüncəsinə
əsaslanırdı. Vətəndaş azadlığının təməl əsaslarından biri də xüsusi
mülkiyyət münasibətləri olmuşdur.
Xüsusi mülkiyyət hüququnun çox mühüm ictimai dəyər kimi
qəbul edilməsi antik dövlətlərdə torpaq üzərində xüsusi mülkiyyətə
göstərilən münasibətdən bəhrələnirdi. Konkret olaraq, Afinada
torpaq mülkiyyətinə sahib olmaq insanın azad olması və vətəndaşlıq
hüquqları ilə birbaşa bağlı idi. Qədim Yunanıstanda
' Утченко
C.JI. Политические учения древного рима. M., 1977, s.
36-37.
127
ilqar Məmmədov
və Romada torpaq mülkiyyəti ilə azadlığın əlaqəsi məsələsini tədqiq
edən R.Payps yazır: «Öz torpağından məhrum olan yunan (həmçinin
də Romalı) proletara çevrilirdi. Solonun hakimiyyətdə olduğu dövrdən
müstəqil kəndçilər aristokratlara xidmət göstərmək öhdəliyindən
azad olmuş insanlar hesab edilirdi. Onlar özləri üçün işlədiklərindən
bu cür iqtisadi müstəqillik azadlığın mühüm əlamətinə çevrilmişdir».’^
Afinada vətəndaş azadlığı iiə torpaq üzərində xüsusi mülkiyyət
münasibətlərinin qırılmaz əlaqəsi həm də onda ifadə olunurdu ki,
yalnız vətəndaşlıq hüququna malik olan şəxslər torpaq mülkiyyətinə
sahib ola bilərdi. Bu dövlətdə yalnız torpaq mülkiyyətinə sahib olan
şəxslərin vətəndaş olmaq hüququ var idi. Afinada vətəndaş
azadlığının bir əlaməti də vətəndaş olan şəxsin vergi ödəməkdən
azad olması ilə bağlı idi. Belə ki, vergi vermək öhdəliyi aşağı səviyyəli
sosial mövqeyin əlaməti kimi başa düşülürdü. Beləliklə də, xüsusi
mülkiyyətin iqtisadiyyatın və ictimai münasibətlərin təməli kimi çıxış
etməsi, dövlətin iqtisadi qüvvələrin müstəqil fəaliyyətinə maneçilik
törətməməsi və iqtisadi təşəbbüslərə geniş imkanların yaradılması
antik dövlətlərin bir çoxunda vətəndaş azadlığının mühüm
göstəriciləri kimi çıxış etmişdir. Antik dövr insanının siyasi-hüquqi
təsəvvürlərinə görə, azadlığın özü həm də qanunlara tabe olmaq
deməkdir.
Yunanıstanda yüksək səviyyədə inkişaf etmiş fəlsəfi fikir
Romalıların hüquq düşüncəsinə, həmçinin də hüquq təcrübəsinə
yaxından təsir göstərmişdir. Əgər əvvəllər Romalıların yaratdığı
hüquq elmi daha çox hüquq normaları barəsində biliklər və
məlumatlar məcmusuna bənzəyirdisə, sonradan məhz yunan
fəlsəfəsinin və bu fəlsəfədən irəli gələn siyasi-hüquqi ideyaların təsiri
ilə müasir dövrdə işlədilən «hüquqşünaslıq» termininə yaxın mənada
bir elmə çevrilmişdir. Bəşəriyyətin inkişafının sonrakı dövrlərində isə
universal hüquqi sistemə çevrilən Roma hüququnun özü həm də
sivilizasiya tarixinə böyük mədəni- hüquqi dəyərə malik olan bir
fenomen kimi daxil olmuşdur.
Пайпс Ричард.
Собственность
и
свобода. М., 2000, s. 136.
128
Dostları ilə paylaş: |