ilqar Məmmədov
zimetmədən və onun ayrı-ayrı növlərindən diferensiasiya olunaraq
ayrılmamış, normativ ümumiləşdirmələr isə əksər hallarda dövlət
tərəfindən tanınan, müdafiə olunan adətlərdən ibarət olmaqla ibtidai,
elementar səviyyədə özünü göstərmişdir. S.S.Alekseyev fikrini
inkişaf etdirərək yazır: «Bu mənada qədim sivilizasiyaların (Manu
Qanunları, XII Cədvəl Qanunu, Hətlərin qanunları və s.) və orta
əsrlərin (Salik Hüququ, Rus hüququ və s.) yazılı abidələri öz
texniki-hüquqi xüsusiyyətlərinə görə diqqət çəkəcək dərəcədə
oxşardır. Qnların hamısı kompilyasiya olmaqla əsasən üç
elementdən: 1) bu və ya digər dərəcədə normativ əhəmiyyəti olan
konkret məsələlərlə bağlı qərarlardan (yəni presedentlərdən); 2) bir
çox hallarda həm də müəyyənləşmiş fərdi qərarların nümunələrini
özündə əks etdirən sanksiyalaş- dırılmış adətlərdən; 3)
hüquqyaradıcılığını ifadə edən qərarlardan təşkil olunmuşdur».”'
Alimin fikrincə, yalnız sonralar, sivilizasiya şəraitində siyasi,
iqtisadi, mədəni inkişaf gücləndikcə hüququn xüsusi-hüquqi
məzmununun bu və ya digər elementi dominantlıq göstərməyə
başlamış və bu da növbəti inkişafın əsasını təşkil etmişdir. Spesifik
tarixi, milli hüquq sistemlərinin və hüquq ailələrinin formalaşması və
inkişafı yalnız bundan sonra başlamışdır.
Tədqiqatçıların bir qismi hüququn yaranmasının bu cür şərhi ilə
razı deyil. Qnlardan biri də V.S.Nersesyansdır. Q yazır ki, adət
hüququnu «adətin dövlət tərəfindən sanksiyalaşdırılma- sı»nın
nəticəsi hesab edən nəzəriyyəçilərin fikrincə, dövlətəqə- dərki
cəmiyyətdə mövcud olmuş adətləri hüquq adlandırmaq olmaz. Qna
görə ki, adətlər yalnız dövlətin mövcud olduğu dövrdə onun
sanksiyasını aldıqdan sonra adət hüququna çevrilmişdir. Adət
hüququnun
ardınca
isə
hüquqyaradıcılığının
yeni
bir
«məhsulu»-qanunlar meydana gəlmişdir. V.S.Nersesyans bu fikirlə
razı deyil. Q, hesab edir ki, hüquqi adətlərin seçilərək yazıya alınması
heç də adətlərin dövlət tərəfindən sanksiyalaş-
I
205
.
Алексеев
C.C. Право: опыт коллективного исследования. S.
114
Dövlət və hüquq nəzəriyyəsi
dınlması demək deyil. Belə ki, hüquqi xarakterli adətlər dövlətin
sanksiyası olmadan da hüquqi məzmun daşıyırdı. Hətta, bir çox
hallarda, adətlərin bəziləri hökmdarlara sərf etməsə də, onlar bu
adətlərlə razılaşmalı idilər. Adətlərin seçilərək yazılması və sis-
temləşdirilməsində məqsəd hüquq münasibətlərini və təcrübəsini
dövlətin siyasi maraqlarına uyğun qaydada istiqamətləndirməkdən
ibarət olmuşdur. O, belə bir məntiqi sual verir: «Əgər adət hüququ
dövlətin məqsədyönlü fəaliyyəti nəticəsində yaradılmışdırsa, onda
hansı səbəbdən biz onu «dövlət hüququ» deyil «adət hüququ»
adlandırırıq? Və əgər dövlət öz maraqlarına və mənafeyinə
əsaslanaraq onu «yaradırsa» onda necə olur ki, o, adət hüququ
olur?».
Beləliklə, müxtəlif fikirləri, yanaşmaları təhlil edərkən belə bir
nəticəyə gəlirsən ki, dövlətəqədərki cəmiyyətlərdə hüquqi məzmunlu
normaların-adətlərin mövcud olduğunu inkar etmək çox çətindir.
Dövlət yarandıqdan sonra isə hüquqi məzmuna malik olan adətlərin
dövlət tərəfindən təmin edilməsi ictimai münasibətlərin dövlətin
nəzarəti altına alınması ilə bağlı idi. Adət hüququnun dövlət tərəfindən
müdafiəsi, təmin edilməsi və kom- pilyasiyası, əslində, dövlətin
hüquq uğrunda mübarizə aparması demək idi. Dövlət, ilk növbədə, bu
üsuldan istifadə etməklə adət hüququnun təmin edilməsini öz
inhisarına almış və beləliklə də, məcburiyyət tədbirlərini həyata
keçirməsini legitimləşdirmişdir. Ancaq həmin dövrdə əsl mənada
dövlət-hüquq yaradıcılığı mövcud olmamışdır. Bu mərhələni
dövlət-hüquq yaradıcılığının başlanğıc dövrü və ya «adət-hüquq
yaradıcılığının» və «sakral-hü- quq yaradıcılığının» inkişafı mərhələsi
kimi də qiymətləndirmək olar. Həmin mərhələdə hüquqla bağlı
dövlətin əsas funksiyası qanunlar yaratmaq yox, dövlət hakimiyyətini
bərqərar etmək üçün «yer üzərində ədalətli ilahi nizamı» təmin edə
biləcək normaları tətbiq etməkdən ibarət idi. Dövlətin özü həmin
normaların yaradıcısı hesab olunmurdu. Lakin belə təsəvvür
yaranmışdı ki, həmin normalar bu və ya digər dərəcədə ilahi hökmün
ifadəsi olduğundan onların təmin edilməsi səlahiyyəti ilahi qüvvənin
yer üzərindəki «kölgəsinə», yəni hökmdara məxsusdur.
115
ilqar Məmmədov
Adət hüququnun yazılması prosesində hər hansısa bir düzəlişin,
əiavənin edilməsi o qədər də asan məsələ deyildi. Ümumiyyətlə,
ənənələrə, sakral avtoritetlərə əsaslanmadan hansısa bir yeniiik
etmək mümkün deyildi. F.Hayek yazır ki, «qanunverici» qanunu
güman edilən pozuntulardan təmizləmək və ya onun ilkin saflığını
bərpa etmək üçün çalışa bilərdi, lakin onun yeni bir qanun
yaratmasından söz gedə biiməzdi. «Ur-Nammu və Hammurapidən
Solona, Likurqa və Romada XII Cədvəl Qanununun müəlliflərinə
qədər bütün məşhur ilk «qanunvericilər» yeni qanun yaratmaq yox,
qanunun həmişə necə və nə olduğunu göstərmək niyyətində oiubiar.
Lakin heç kəsdə qanunu dəyişmək səiahiyyətinin və niyyətinin
olmaması və ya yalnız köhnə hüququn yaxşı hesab edilməsi o demək
deyil ki, həmin dövrdə hüquq inkişaf etməmişdir. Bu, sadəcə, o
deməkdir ki, baş vermiş dəyişiklikiər «qanunvericinin» öz niyyətinin
və düşüncəsinin nəticəsi kimi qəbul edilmirdi».”'
Öncədən də qeyd etdiyimiz kimi, hüququn xalqın iradəsilə
müəyyənləşən qanunvericiliyə söykənməsi düşüncəsi sonradan,
həm də ki, bütün sivilizasiyalarda deyil, yalnız Qədim Yunanıstanda
və Romada inkişaf etmiş və bu da, öz növbəsində, daha sonrakı
mərhələiərdə bəşəriyyətdə hüququn inkişafına öz xüsusi təsirini
göstərmişdir.
Qədim döviətiərdə, ən əsası da şərq dövlətlərində hakimiyyətin
ilahi mənşəli oiması iiə bağiı mifik və teoloji təsəvvürlərin, həmçinin
insanların birgəyaşayışını tənzimləyən qayda və qanunların kosmik
nizamın tərkib hissəsi və ya iiahi mənşəli olması düşüncəsinin
siyasi-hüquqi münasibətlərə yaxından təsir göstərməsi nəticəsində
hökmdarın
şəxsiyyəti
iiahiiəşdiriimiş
və
hüququn
müəyyənləşdiriiməsi sahəsində o xüsusi səiahiyyətlərə malik
olmuşdur. Hökmdarın həyata keçirdiyi qanunyaradıcıiığı insan
iradəsinin əsas götürülməsi düşüncəsinə əsasianmırdı. Hüquq isə
öz-özlüyündə mühüm dəyər hesab olunmurdu. Qa-
' Hayek Fridrix A. Hüquq, qanunvericilik və azadlıq. Cild 1. Bakı,
Qanun, 2002, s. 116.
116
Dostları ilə paylaş: |