ilqar Məmmədov
§ 3. HUQUQUN MEYDANA GƏLMƏSİ
Dövlət və hüququn yaranmasının elmi problemləri ilə məşğul
olan tədqiqatçıların bir çoxu belə hesab edir ki, hüquq və dövlət eyni
səbəblərdən, bir-birinə paralel olaraq meydana gəlibdir. Bu, belə izah
olunur ki, təsərrüfat həyatında istehsalın təkmilləşməsi və
güclənməsi, ictimai əmək bölgüsünün mürəkkəbləşməsi və onun
səmərəli nəticələr verməsi, mülkiyyət münasibətlərində xü-
susiləşmənin getdikcə daha böyük rol oynaması nəticəsində
cəmiyyətin idarə olunması və ictimai münasibətlərin tənzimlənməsi
keyfiyyətcə yeni forma qazanmış, beləliklə də, bir-birilə qarşılıqlı
əlaqəsi olan iki mühüm ictimai hadisə - dövlət və hüquq meydana
gəlmişdir. Həmin iki mühüm fenomenin yaranması tədrici və
uzunmüddətli bir proses olmuşdur. Dövlət və hüququn meydana
gəldiyi ilk dövrlərdən onlar sadədən mürəkkəbə doğru inkişaf etmiş
və bəşəriyyətin həyatında ən mühüm rol oynayan hadisəyə
çevrilmişdir. Hüquq, məhz dövlətin formalaşması ilə əlaqədar ictimai
həyatda «öz müstəqilliyini qazanmış» və digər normativ
tənzimləyicilərdən fərqlənən xüsusi normativ sistemə çevrilmişdir.
Buna qədər isə, o, digər normativ tənzimləyicilərdən diferensiasiya
olunmamış və onlardan bir o qədər də seçilməmişdir. Belə bir
mövqedən çıxış edən tanınmış nəzəriyyəçi- alim S.S.Alekseyev yazır
ki, hüquq (əsl yuridik mənada) sivilizasiyanın doğurduğu hadisədir.
Sivilizasiyanın özü cəmiyyətin inkişaf etməsi, yəni ictimai əmək
bölgüsünün, istehsala əsaslanan təsərrüfat sisteminin təkmilləşməsi,
insan həyatında intellektin daha çox rol oynaması və əhəmiyyətinin
artması nəticəsində meydana gəlmişdir. Beləliklə də, digər
institutlarla bərabər sosial tənzimetmənin əsas, mərkəzi həlqəsi -
«hüquq» (pozitiv hüquq mənasında başa düşülən hüquq) təşəkkül
tapmışdır. Sivilizasiya şəraitində hüquq öncə amorf vəziyyətdə
olmuş, sonradan tarixi inkişaf nəticəsində ənənəvi sivilizasiyalı
cəmiyyətlər- dəki və ən nəhayət vətəndaş cəmiyyətindəki hüquqa
çevrilmişdir.’’
’ Алексеев C.C. Право: опыт коллективного исследования. S.
184-185, 194.
108
Dövlət və hüquq nəzəriyyəsi
Başqa bir yanaşmaya görə, hüquq insan iradəsinin zahiri ifadəsi
ilə bağlı olan qadağanedici və icazəverici davranış qaydalarını
müəyyənləşdirməklə müəyyən maraqların qorunmasına xidmət edən
maddi və prosessual xarakterli normativ sistem kimi dövlətdən əvvəl
yaranmış və sonra da dövlət hakimiyyəti ilə yan-yana mövcud olmuş,
tədricən dövlətin məcburetmə tədbirləri vasitəsilə yeni siyasi
institutlara uyğunlaşdırılmışdır. Həmin mövqedən çıxış edən
nəzəriyyəçilər belə hesab edir ki, hüquqi xarakterli normalar dövlətin
yaranmasından əvvəlki dövrlərdə də digər sosial normalardan,
həmçinin mənəvi-əxlaqi normalardan fərqlənmiş, özünün səciyyəvi
xüsusiyyətləri ilə seçilmişdir. Məsələn, müəyyən hərəkətlərin
edilməsinə icazə verən, müəyyən qism hərəkətlərin isə edilməsini
qadağan edən mənəvi-əxlaqi normaların tələblərinə riayət olunması
bir çox hallarda ictimai münasibətlərin subyektlərinin öz şəxsi
mülahizələrinə əsaslanırdı. Həmin tələblərin pozulmasının əvvəldən
müəyyənləşdirilmiş standart qaydaya uyğun reaksiya ilə
qarşılanması vacib deyildi. Hüquqi xarakterli normaların pozulması
nəticəsində yaranan münasibətlər isə dövlətəqədərki cəmiyyətdə də
dəqiq şəkildə reqlamentləşdirilmiş və bu pozuntular normalaşdırılmış
reaksiya ilə qarşılanmışdır. Bu normalarda subyektlərin davranışını
tənzimləyən tələblərin ifadə olunması ilə yanaşı onların
realizasiyasını təmin edən, həmçinin pozuntulara görə məsuliyyət
məsələsini həll edən qaydalar da əks olunurdu. Odur ki,
dövlətəqədərki cəmiyyətdə də həmin normaların maddi və
prosessual tərəfləri olmuşdur. V.S.Nersesyans yazır ki, bəşər
tarixində uzun müddət ərzində hüququn prosessual tərəfinin taleyi
dini- ritual təcrübə, sehrbazlıq və magiya, fövqəltəbii qüvvələrin cəza
təyinetmə işində arbitr kimi istifadə olunması ilə sıx bağlı olmuşdur.
Bu, münasibətlərin hüquqi cəhətdən təhlil edilməsinə böyük çətinlik
yaradır. Lakin buna baxmayaraq, başa düşmək olur ki, həmin
cəmiyyətdə də insidentlər və mübahisələr baş verdiyi hallarda onların
həll edilməsi məqsədi ilə insanlar kimlərə və hansı formada müraciət
etmək qaydalarını dəqiq bilirdilər.’^
'Проблемы общей теории права и государства. Под редакцией проф.
Нерсесянца В.С.
S.
108-109.
109
ilqar Məmmədov
V.S.Nersesyans belə hesab edir ki, dövlətdən əvvəl yaranmış
xüsusi mülkiyyətin özü həm də hüquqi institutudur. Onun fikrincə,
bunu başqa cür izah etmək, yəni yalnız faktiki münasibətlər kimi
xarakterizə etmək düzgün olmazdı. Belə ki, xüsusi mülkiyyətin
mahiyyəti insanın əşyanı, hər hansısa bir şeyi tutub özündə
saxlaması ilə bağlı deyil. Xüsusi mülkiyyətin mümkün olması
cəmiyyətin insanın özündə saxladığı, mənimsədiyi, istifadə etdiyi
əşyaya hüququnu tanımasından irəli gəlir. Bu isə, iqtisadi və sosial
fenomen olan xüsusi mülkiyyətin mövcudluğunu təsdiq edən
hüququn olması deməkdir. Demək, dövlətin yaranmasından qabaq
da yuridik baxımdan təmin olunmadan xüsusi mülkiyyət
münasibətləri faktiki mövcud ola bilməzdi. Dövlət sadəcə olaraq
sonradan bu hüququ müvafiq maraqlara uyğun şəkildə öz gücü ilə
möhkəmlətmiş və şərh etmişdir. Nersesyan- sın fikrincə, hadisənin
bu cür izahı hüququn yaranmasını dövlətin iradəsi ilə bağlayanları
dalana dirəmiş olur. Çünki hüquq təsdiq olunmaq üçün özünü yeni
yaranan «dövlətə təqdim edirsə», demək o, daha əvvəl formalaşmış
və mövcud olmuşdur. Odur ki, hüquqi adətlərin elə hüquqi xarakterdə
də yarandığını qəbul etmək yeganə çıxış yoludur. Bu isə o deməkdir
ki, adət hüququ, hüququn keçid forması olmamış və hüquq tarixində
fundamental hadisə kimi özünü göstərmişdir.^
Tədqiqatçıların bir çoxu belə hesab edir ki, dövlətəqədərki
cəmiyyətdə hüquqi xarakterli normalar kimi qiymətləndərilə biləcək
normalardan ibarət protohüquq (ilkin hüquq) mövcud olmuşdur. Hətta
hüququ (pozitiv hüquq, yəni dövlətin iradəsi əsasında mövcud olan
hüquq normalarından ibarət normativ sistem) sivilizasiyanın məhsulu
hesab edən S.S.Alekseyev də yazır ki, ən geniş mənada hüquq (yəni,
insanı müəyyən şəraitdə «buna hüququm var» kimi düşünərək
hərəkət etməsini ehtiva edən sosial tənzimləyicilər) insan
cəmiyyətinin yarandığı ilk
’Проблемы общей теории права и государства.
Под редакцией проф.
Hepcecfmija В.С.
S.105.
110
Dostları ilə paylaş: |