Dövlət və hüquq nəzəriyyəsi
yaratdığı presedentlərin də hüquqyaradıcılığında öz yeri olmuşdur.
Ümumiyyətlə isə, hüququn həmin dövrdəki vəziyyətini onun
inkişafının amorf fazası kimi xarakterizə etmək olar. Bunun əsas
səbəbi odur ki, həmin dövrdə hüqüqyaradıcılığında sistemlilik yox idi.
Hüquqyaradıcılığının bir mərhələsini də «interpretasiya
mərhələsi» (latınca
interpretatio
sözündəndir və «şərhetmə»
deməkdir) kimi izah etmək olar. Belə ki, kompilyasiya edilən hüquqi
adətlər, həmçinin dini normalar vasitəsilə ictimai münasibətlərin
tənzimlənməsi zamanı konkret bir münasibətə aid konkret norma
olmadıqda şərhetməyə (intertpretasiyaya) müraciət edilmişdir.
Şərhetmə isə, yalnız, yüksək avtoritetə malik olan səlahiyyətli şəxslər
tərəfindən həyata keçirilə bilərdi. Odur ki, hüququn inkişafının həmin
mərhələsində belə bir statusa və hüquqa malik olan şəxslər
hüquqyaradıcılığında mühüm rol oynayırdılar. Qədim Roma
hüququnun inkişaf tarixinə nəzər yetirə bilərik. Məşhur hüquqşünas
İ.A.Pokrovski yazır ki. Qədim Romada hüquqi adətlər XII Cədvəl
Qanununda yazıya alındıqdan sonra hüququn təkmilləşməsi demək
olar ki, istisnasız olaraq xeyli müddət interpretasiya hesabına baş
vermişdir. Romada «qədim dövrlərdə hüququn öyrənilməsi və şərh
edilməsi səlahiyyətini pontifiklər öz əllərində cəmləşdirmişdilər».^
islam hüququnun inkişaf qanunauyğunluqlarına diqqət verdikdə,
onun da interpretasiya yolu ilə inkişaf etdiyini, mürəkkəbləşdiyini
müşahidə edirik, islam hüququnda interpretasiya ruhani təbəqənin
buna səlahiyyəti olan nümayəndələri tərəfindən həyata keçirilmişdir.
Hüququn inkişaf tarixini izlədikdə bizə aydın olur ki,
«interpretasiya mərhələsi» müstəqil qanunyaradıcılığı mərhələsi ilə
əvəz edildikdən sonra hüquqyaradıcılığı keyfiyyətcə daha təkmil
mərhələyə keçmişdir. Hüququn ictimai həyatın mühüm prinsipi kimi
qəbul olunması nəticəsində xalqın iradəsilə müəyyənləşən
'Покровский И.А.
История римского права. Санкт-Петербург, 1999,
S.
119.
123
ilqar Məmmədov
qanunlar hüququn əsas mənbəyinə çevrilmişdir. Məhz hüququn
inkişafının bu mərhələsində insanın təbiətindən irəli gələn tələbatlar
və onlara bağlı olan maraqlarla, həmçinin azadlıq ideyası ilə hüquq
əsaslandırılmağa başlamışdır. Bu mərhələnin özünəməxsus
cəhətlərindən biri də ondan ibarətdir ki, hüququn azad insanların
iradəsinə
söykənməsi
ideyası
məhz
həmin
dövrdən
hüquqyaradıcılığının rəhbər prinsiplərindən biri kimi qəbul
olunmuşdur. Bu baxımdan, hətta dövlətin iradəsi ikinci plana keçir və
dövlət, hüququn müəyyənləşməsini mümkün edən mexanizm, vasitə
kimi başa düşülür. Təbii ki, bunlar müvafiq şüur tipini və müvafiq
ictimai münasibətləri yetişdirmiş sivilizasiyalarda gerçəkləşmişdir.
Qədim dövrdə həmin hadisə konkret olaraq Yunanıstanda və
Romada baş vermişdir. Yunanlar və Romalılar tərəfindən mühüm
dəyər kimi qəbul edilən, xalqın iradəsinə əsalan- ması vacib bilinən
hüquq sonradan özünün bu «keyfiyyətini» itirmiş və yalnız Avropada
kapitalizm və demokratiya inkişaf etməyə başladıqdan sonra həmin
keyfiyyəti qazanaraq yeni, daha təkmil səviyyəyə yüksəlmişdir.
Qədim dövrdə yaradılan normativ aktların bir çoxunda hüquq
impilisit olaraq insan cəmiyyətində ədalətin bərqərar edilməsinə
xidmət edən bir vasitə kimi təqdim olunur. Bu baxımdan
S.S.Alekseyev yazır ki, qədim dövrün hüquqi abidələri ilə bağlı
araşdırmalar həmin abidələrin ədalətin, müdrikliyin, həyatiliyin
gerçək münasibətlərdə bərqərar edilməsinə istiqamətləndiyini üzə
çıxarır. Həqiqətən də, qədim dövrün yazılı mənbələrindən aydın olur
ki, hüququn vacib əsaslandırıcı mənbələrindən biri də məhz ədalət
prinsipi, ədalət ideyası olmuşdur. Düzdür, ədalət anlayışı heç də
birmənalı anlayış deyil. Lakin diqqəti çəkən odur ki, lap qədim
dövrlərdən hüquqda öz əksini tapan ekvivalentlik prinsipi ədalət
ideyası ilə bağlı idi. Çox güman ki, müxtəlif malların mübadilə
edilməsi və mübadilə edilən əşyaların, predmet- lərin, məhsulların
bərabər dəyərə malik olmasını müəyyənləşdirən təsəvvürün,
alqı-satqı institutunun formalaşması ekvivalentlik prinsipinin
yaranmasına yaxından təsir göstərmişdir. Tanınmış İsveç alimi
E.Anners yazır ki, insanlar hüquqi kateqori-
124
Dövlət və hüquq nəzəriyyəsi
yalar kimi qəbul etdiyimiz anlayışlar və hüquqi xarakterli hadisələr
üzərində düşünməyə başladığı ilk dövrlərdən hər şeyin özünə
bərabər olanla ölçülməsi ideyası onların düşüncəsinə hakim
olmuşdur. Hüquqi sistemlərin bir çoxunun hüquq normalarını bə-
rabərdəyərlilik prinsipinə söykənən etik normalarla motivləşdir- məyə
meylli olması da bununla bağlıdır. Məsələn, Qədim Misirin hüquqi
mənbələrində
ekvivalentlik
prinsipini
əks
etdirən
dəqiq
müəyyənləşmiş tələblər, müddəalar mövcud olmuşdur. Anners
qarşılıqlı olaraq verilən iddiaların bir-birinə uyğunluğunun dəqiq
şəkildə yoxlanılması prinsipini buna misal göstərir. O, qeyd edir ki,
həmin prinsip simvolik formada hər iki gözü tarazlaşdırılmış
vəziyyətdə olan tərəzi ilə təsvir edilirdi. «Beləliklə də, ilk əvvəl
misirlilərin yaratdığı bu simvol sonradan (antik dövrdə) ədalət
ideyasının alleqorik təsviri kimi verilirdi və hətta indinin özündə də
həmin rolu oynamaqdadır.(...) Odur ki, bizim, ekvivalentlik prinsipinin
ümumiyyətlə, hüquq normalarının motivasiyası kimi yaranması
barədə düşünmək hüququmuz var».”'
Lakin onu da unutmamalıyıq ki, qədim dövrdə hüququ ədalətin
bərqərar edilməsinə xidmət edən bir vasitə kimi qəbul edən
cəmiyyətlərin əksəriyyətində xalq-dövlət hüquqyaradıcılığı forması
yaradılmamış və hüququn özü cəmiyyətin əsas dəyərinə
çevrilməmişdir.
Yuxarıda qeyd etmişdik ki, yazının kəşf edilməsi yazılı hüquqi
aktın yaradılmasına səbəb olmuşdur. Tədqiqatçıların fikrincə, ilk
dövrlərdən yazılı hüquqi aktın ən azı həm normativ akt, həm də fərdi
hüquqi akt formasında iki növü meydana gəlmişdir. Normativ hüquqi
aktlara ümumi hüquq normalarını özündə əks etdirən yazılı hüquqi
aktlar-Hammurapi Qanunları, Manu Qanunları və s. aid olmuşdur.
Fərdi hüquqi aktlara isə yazılı müqavilələr, hüquqi faktların qeydiyyatı,
məhkəmə yazıları, təsərrüfat hesablaşmaları və s. aid idi. Misal üçün.
Mesopotamiya ərazisində tapılan üzərində piktoqrafik yazılar həkk
olunmuş gil lövhələrin əksəriyyətində əqdlərin bağlanması, qarşılıqlı
hesablaşmalar əks olun-
Аннерс Э.
История европейского права. M., 1999, s. 24-25.
125
Dostları ilə paylaş: |