Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə49/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   45   46   47   48   49   50   51   52   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

si-hüquqi üstqurumu yaradır. Bu nəzəriyyəyə görə, sinifli cəmiyyətdə 

dövlətin sinfi baxımdan neytral rola malik olması mümkün deyil. 

Hüquq  İsə  hakim  sinfin  mənafeyinə,  məqsədlərinə  xidmət 

etməklə bütöv cəmiyyət səviyyəsində məcburi qüvvəyə malik ictimai 

münasibətlərin tənzimləyicisi rolunu oynayır. Hakim sinif öz iradəsini 

ümumməcburi etməsi üçün buna müəyyən bir hüquqi forma verir və 

bu məqsədlə də məhz dövlət institutlarından istifadə edir. 

F.Engels  hesab  edir  ki,  cəmiyyətdə  baş  verən  siniflərarası 

ziddiyyətləri həll etdiyinə görə dövlətin böyük ictimai-tarixi əhəmiyyəti 

var.  Onun  fikrincə,  bir-birinə  zidd  maraqların  daşıyıcısı  olan  siniflər 

arasında  baş  verən  konfliktlərin  şiddətlənərək  cəmiyyəti  məhv 

etməməsi  üçün  cəmiyyətin  üzərində  dura  biləcək  qüvvəyə  ehtiyac 

yaranır.  Həmin  bu  qüvvə  cəmiyyətin  özündən  doğaraq  onun 

fövqündə  durur  və  qarşıdurmanı  müəyyən  çərçivədə  saxlayır. 

Beləliklə,  dövlət  və  hüquq  nisbətən  müstəqil  hadisəyə  çevrilməklə, 

həm də cəmiyyətin İqtisadi strukturuna əks təsir göstərir. 

Marksizmə  görə,  dövlət  və  hüquq  əbədi  deyil,  keçici  xarakterli 

hadisələrdir.  Siniflər  ictimai  inkişafın  müəyyən  bir  mərhələsində 

yarandığı kimi, bu inkişaf nəticəsində də itib gedəcəklər. Siniflərin itib 

getməsilə  zəruri  olaraq  dövlət  də  öz  funksiyasını  itirəcək  və 

«cəmiyyət  istehsalçıların  azad  və  bərabər  assosiasiyası  kimi  təşkil 

olunmaqla 

tarixi 


baltalayanları 

qədim 


əşyalar 

muzeyinə 

yollayacaqdır»."' 

Psixoloji  nəzəriyyə. 

Psixoloji  nəzəriyyənin  inkişafına  XIX-  XX 

əsrlərin qovşağında müstəqil elm sahəsi kimi formalaşan psixologiya 

elminin böyük təsiri olmuşdur. A.V.Zorkinin yazdığı kimi, sosiologiya 

elmində  psixologizmin  (Tard,  Vundt)  naturaliz-  mi  və  biologizmi 

(Spenser) üstələməsi bu nəzəriyyənin genişlənməsi üçün qnoseoloji 

əsas  rolunu  oynamışdır.  XX  əsrin  əvvəllərində  Petrajitskinin 

«Mənəviyyat nəzəriyyəsi ilə əlaqədə 

История политических учений. Часть 2. M., 1978, s. 158-159. 



147 


ilqar Məmmədov 

hüquq və dövlət nəzəriyyəsi» adlı əsərində hüquqi hadisələrin dərk 

edilməsi  üçün  sosioloji  yanaşmadan  çox  psixoloji  yanaşmaya 

üstünlük  verməsi  bütün  Avropada  maraqla  qarşılanan  elmi  bir 

hadisəyə çevrilmişdir. 

Petrajitski  belə  hesab  edir  ki,  hüququn  kökü  insan  psixikasın- 

dadır və buna görə də o, fərdi psixologiyanın xüsusi bir hadisəsi kimi 

öyrənilməlidir. Petrajitski psixi elementlərin bir növü kimi qəbul etdiyi 

emosiyaları  iki  qrupa:  mənəvi  (etik)  və  hüquqi  emosiyalara  ayırır. 

Beləliklə  də,  göstərir  ki,  mənəvi  emosiyalar  daxili  imperativlər  kimi 

çıxış  edir.  Hüquqi  emosiyalar  isə  ikitərəfli  olur.  Birincisi,  nələrisə 

etməyə  borclu  olmaq  hissidir  və  bu  hiss  ətraf-  dakıların  hər  bir 

insandan müəyyən öhdəliklərin yerinə yetirilməsini tələb edə bilmək 

ixtiyarında  olması  düşüncəsinin  formalaşması  ilə  müşayiət  olunur, 

ikincisi isə hər bir fərdə başqalarına münasibətdə o hüququ verir. Bu 

halın  özü  isə  hüquqi  emosiyalara  iddialılıq,  yəni  atributivlik 

xüsusiyyəti qazandırır. Nəticədə də, emosiyalardakı atributivlik insanı 

kənar şəxslərə qarşı iddialı edir və bu iddia əsasında da insanın «öz 

hüququ» düşüncəsi yaranır. Mənəvi normalar isə yalnız birtərəfli və 

imperativdir. Petrajitski bunu izah etmək üçün yazır ki, hər hansısa bir 

şəxs sədəqə verərkən heç də düşünmür ki, sədəqə verdiyi şəxsin, 

dilənçinin  ondan  nəsə  tələb  etmək  hüququ  var.  O,  bunu  özü- 

özündən,  daxili  tələbə  əsasən,  mənəvi  emosiyalarla  təəssürat- 

lanmaqla  etmiş  olur.  Hüquqi  emosiyalar  isə  bundan  tamamilə 

fərqlidir.  Bu  halda  insan  hansısa  bir  hərəkəti  edərkən  düşünür  ki, 

buna  başqasının  hüququ  var.  Yəni  başqasının  ondan  bunu  tələb 

etmək  hüququna  malik  olmasını  qəbul  edir  və  beləliklə  də, 

emosiyalar  atributiv-imperativ  xarakter  daşıyır.  Petrajitski  yazır: 

«Dövlət  və  ya  ümumilikdə  ictimai  hakimiyyət  nə  iradədir,  nə  də  ki, 

güc.  Dövlət,  ümumiyyətlə,  real  olan  bir  şey  yox,  emosional 

fantazmdır,  yəni  məhz  müəyyən  insanlara  aid  edilən  və  bu  cür 

təsəvvür  edilən  hüquqların  xüsusi  bir  növüdür.  Emosional 

proyeksiyaların-müxtəlif  şəxslərə  məxsus  hakimiyyətlərin  və  ya, 

başqa sözlə desək, hüquqi psixika tərəfindən bu şəxslərə aid edilən 

hakimiyyətlərin əsasında duran real hadisələr müvafiq 

148 



Dövlət və hüquq nəzəriyyəsi 

hüquqi tipli emosional-intellektual təəəssüratlanmalardan: bir halda, 

insanlara  başqa  şəxslərdən-qullardan,  nökərlərdən,  övladlardan, 

nəsildə kiçik olanlardan, təbəələrdən və s. əmrlərə, göstərişlərə tabe 

olacaqları,  onların  müxtəlif  xarakterli  tənbeh  tədbirləri  ilə,  cəzalarla 

razılaşacaqları  gözləntisini  verən  impera-  tiv-atributiv  xarakterli 

düşüncədən  və  halətdən;  ikinci  halda  isə  insanların  öz  ağalarına, 

valideyinlərinə,  rəhbərliyə  tabe  olmalarını  və  kənardan  gələn  əmr 

xarakterli  və  başqa  bu  cür  davranışlara  etiraz  etmədən  yuxarıdakı 

avtoritetlərə aid qaydalardan və onların özlərinə münasibətdə tətbiq 

edilməsini  elə  o  cür  olmalıdır  kimi  qəbul  etmələrini  ehtiva  edən 

imperativ-atributiv xarakterli düşüncədən və halətdən irəli gəlir». 

Psixoloji nəzəriyyənin gəldiyi nəticələrdən biri də o idi ki, ictimai 

qaydanın  yaradılmasında  hüququn  rolu  mənəviyyatdan,  mənəvi 

dəyərlər  və  ölçülər  sistemindən  üstündür.  Belə  ki,  hüquqi 

emosiyalardakı  aktiv  etik  motivasiyalar  mənəviyyatdakı  passiv 

motivasiyaları  üstələyir  və  ictimai  münasibətlərə,  insanların 

davranışına daha güclü təsir göstərir. 

Beləliklə də, Petrajitski tarixə məlum olan hüquq düşüncəsinin, 

hüququn dərkedilməsinin müxtəlif tiplərini, növlərini əhatə- ləyə bilən 

hüququn  universal  bir  formulasını  tapmağa  cəhd  etmişdir. 

V.N.Xropanyukun  yazdığı  kimi,  insanın  təşkilatlanmış,  nizama 

salınmış  birlik  daxilində  yaşamasına  olan  psixoloji  tələbatının, 

həmçinin  də,  kollektivdə  yaranan  qarşılıqlı  münasibətlərə  zərurət 

hissinin  təsdiqlənməsi  ilə  bağlı  olan  bu  nəzəriyyənin  elmi-nəzəri 

əhəmiyyəti böyükdür. 

Müasir nəzəriyyəçilərin fikrincə, Petrajitski hüquq nəzəriyyəsini 

dar hüquqi ehkamçılıqdan azad etmiş və bu baxımdan da hüququn 

nəzəri  yöndən  tədqiqi  üçün  yeni  imkanlar  və  üfüqlər  açmışdır. 

Bununla bərabər, psixoloji nəzəriyyənin qüsurları da açıqlanır. Müasir 

tədqiqatçıları  psixoloji  nəzəriyyəni  tənqid  edərkən  ən  çox  diqqət 

verdiyi məsələlərdən biri də, bu nəzəriyyənin hüququ formal-pozitiv 

hadisə kimi öyrənməməsi ilə bağlıdır. 

' Теория государства и права. Хрестоматия. Т. I. S. 265-266. 

149 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə