Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə35/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   31   32   33   34   35   36   37   38   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

yazır  ki,  «hakimiyyət-mülkiyyət  münasibətləri»  adlandırıla  biləcək 

hadisə  meydana  gəlmiş  və  bu  qədim  şərq  dövlətlərinin  ümumi 

cəhətlərindən,  xüsusiyyətlərindən  birinə  çevrilmişdir.  Şərq  tipli 

cəmiyyətlər icmaçıların əməyi üzərində qurulmuşdur. Dövlət və icma 

mülkiyyətinin  idarə  olunması  üçün  nəhəng  məmur  aparatı 

yaranmışdır. Bu aparatın başında isə çox geniş səlahiyyətlərə malik 

olan monarx dururdu. 

İnsanlar arasında hüquqi və iqtisadi mənada bərabərsizliyin və 

asılılığın olması qədim şərq cəmiyyətlərinin əsas xüsusiyyətlərindən 

biri idi. ictimai həyatın bütün sahələrində münasibətlər bərabərsizlik, 

asılılıq üzərində qurulmuşdu. Bazar münasibətlərinin zəif inkişaf etdiyi 

bir  şəraitdə  hakimiyyət  inzibati-amirlik  üsulu  ilə  fəaliyyət  göstərən 

aparata  arxalanmaqla  dövlət  idarəetməsini  həyata  keçirən  şəxslərə 

cəmiyyətdə  «seçilmişlər»  statusu  qazandırmış  və  onlara  insanlar 

üzərində  ağalıq  etmək  imkanı,  həmçinin  əlavə  iqtisadi  preroqativlər 

vermişdir.  Həyatın  bütün  sahələrində  ənənəviliyin  hökm  sürdüyü 

qədim  şərq  cəmiyyətlərində  sosial  münasibətlərdə  bərabərsizlik, 

«kiçiyin» «böyüyə» tabeçiliyi ümumi bir qayda idi. Patriarxal-avtoritar 

ənənələrə,  müvafiq  normalara,  dəyərlərə,  təsəvvürlərə  və  tərbiyə 

sisteminə əsaslanan bu cəmiyyətlərdə təbəənin hökmdara, müvafiq 

əsaslara görə kiçik hesab edilən şəxslərin daha yüksək statusa malik 

olan subyektlərə mütləq tabeçiliyi patriarxal-paternalist konsepsiyalar 

vasitəsi  ilə  stereotipləşdirilirdi.  Odur  ki,  həmin  cəmiyyətlərdə  antik 

dövlətlərdə olduğu kimi vətəndaşlıq hüququna malik olma mənasında 

hüquq  bərabərliyi,  azadlıqlar  yox  idi.  Bu  mənada,  bəşəriyyətin 

inkişafını xalqlar və dövlətlər müstəvisində azadlığın pozitivləşməsi ilə 

əlaqələndirən Hegelin «şərqdə azadlıq yalnız bir kəsdədir, yunan və 

Roma  dünyasında  bəzilərin-  dədir,  alman  dünyası  isə  hər  kəsin 

azadlığını tanıyır»’' fikrini əsassız hesab etmək olmaz. 

Tədqiqatçılar qədim şərq dövlətləri üçün ümumi oian bir cəhəti 

də mütləq monarxiya ilə əlaqələndirirlər. Tədqiqatçıların 



rere.ıı>. O

HJIOCOC

|)H51

 HCTOPHH

. MocKBa-JIenHnrpa.U, 1935, s. 98. 

105 


ilqar Məmmədov 

bir qismi belə hesab edir ki, həmin dövlətlərin bir çoxunda despotik 

rejimdən başqa bir rejim olmamışdır. Bu mövqedən çıxış edən alimlər 

«şərq  despotizmi»  deyərkən,  şəxsiyyəti  mü-  qəddəsləşdirilən, 

ilahiləşdirilən  monarxın  irsi  xarakterli,  heç  nə  ilə  məhdudlaşmayan 

hakimiyyətini nəzərdə tuturlar. 

Qədim  şərq  dövlətlərində  dövlət  başçısının  hakimiyyətinin 

məhdudlaşdırılması hallarının olduğunu da unutmamalıyıq. Məsələn, 

Mesopotamiyanın  şəhər  dövlətlərində,  Finikiyada  bir  müddət 

respublika  idarəetmə  formasının  bir  çox  elementləri  mövcud 

olmuşdur.  Lakin  bu,  təkmil  bir  idarəetmə  forması  deyildi,  lokal  və 

keçici  xarakter  daşıyırdı.  Hakimiyyət  gücləndikdən  sonra  isə 

monarxiya idarəetmə forması ilə əvəz olunmuşdur. 

Qədim  şərq  dövlətlərinin  ümumi  cəhətlərindən  biri  də,  onların 

eyni  qaydada  formalaşmasıdır.  Qədim  şərq  dövlətlərinin  eyni 

qaydada  formalaşması  deyərkən,  qədim  şərqdə  kiçik  tayfa 

birliklərinin  böyüyərək  güclü  şahlıqlara,  daha  sonra  isə 

mərkəzləşdirilmiş  imperiyalara  çevrilməsi  nəzərdə  tutulur.  Həmin 

imperiyalardan hər biri müxtəlif etnoslardan təşkil olunmuşdur. 

Tədqiqatçıların  fikrincə,  dövlətin  qərb  üsuluna  uyğun 

formalaşması  Qədim  Yunanıstanda  və  Romada  monarxiyanın 

respublika  idarəetmə  forması  ilə  əvəz  olunması  və  respublikaların 

inkişaf  etməsi  ilə  müşayiət  olunmuşdur.  Afinada  və  Romada  aşağı 

təbəqənin  öz  hüquqları  uğrunda  apardığı  mübarizə  nəticəsində 

demokratik  institutlar  formalaşmış  və  inkişaf  etmişdir.  Demosun 

üzvləri, yəni aristokratik təbəqəyə mənsub olub-olmamasından asılı 

olmayaraq  polisin  (şəhər  dövlətin)  bütün  vətəndaşları  hakimiyyətə 

təsir  etmək,  onun  təşkilində  və  fəaliyyətində  iştirak  etmək  hüququ 

qazanmışdılar.  Aşağı  təbəqənin  inadkarcasına  apardığı  mübarizə 

nəticəsində  vətəndaşların  hüquq  bərabərliyi  təmin  edilmiş  və 

hakimiyyət  üzərində  aristokratiyanın  inhisarçı-  lığına  son 

qoyulmuşdur. 

Dövlət hakimiyyətini xalqın hakimiyyəti kimi qəbul edən düşüncə 

tərzi qədim yunanların və Romalıların «ictimai həyat yaradıcılığının» 

nəticəsidir. Afinada və Romada qanunların xalq yığıncağı tərəfindən 

qəbul edilməsi tarixdə ilk dəfə ictimai müna 



106 


Dövlət və hüquq nəzəriyyəsi 

sibətlərin 

vətəndaşların 

iradəsilə 

yaradılan 

qanunlarla 

tənzimlənməsini  təmin  edən  təkmil  bir  sistemin  formalaşmasına 

gətirib çıxarmışdır. Bu sistem istisnasız olaraq hər bir kəsin, həmçinin 

dövlətin də qanunlara tabe olmasını tələb edirdi. Adətlərin yox, məhz 

xalqın  ixtiyarında  olan  qanunvericiliyin  hüquqyaradıcılığı-  nın  əsas 

formasına  çevrilməsi  həmin  dövlətlərdə  hüquqi  dövlətin  müəyyən 

elementlərinin yaranmasına səbəb olmuşdur. 

Qədim Yunanıstanda və Romada azadlıq problemi siyasi-hüquqi 

nəzəriyyənin, həmçinin siyasi-hüquqi münasibətlər təcrübəsinin əsas 

predmeti olmuş və insan (vətəndaş) azadlığı cəmiyyətin fundamental 

dəyərlərindən 

birinə 

çevrilmişdir. 



Alman 

hüquqşünas-alimi 

G.Yellinekin  sözləri  ilə  desək,  «müasir  dövlətdə  olduğu  kimi,  antik 

dövlətdə  də  fərdə  dövlətdən  asılı  olmadan,  azad  şəkildə  öz 

şəxsiyyətini  ifadə  etmək  imkanı  yaradılmışdır...».''  Lakin  antik 

dövlətlərdə bütün insanlar deyil, yalnız həmin dövlətlərin vətəndaşları 

tam azad idilər. Vətəndaş olmayanların, yadellilərin, qulların statusu 

başqa idi. Qullar ümumiyyətlə, azadlıqdan məhrum olan bir təbəqəni 

təşkil  edirdilər.  İnsanlar  arasında  bu  cür  bərabərsizlik  onunla 

əsaslandırılırdı  ki,  güya  ellinlər,  Romalılar  digər  xalqlardan 

üstündürlər. Hətta Aristotel də belə hesab edirdi ki, barbarlar təbiətcə 

kölədirlər, ona görə də onları qul etmək olar. 

Afinada və Romada hakimiyyətin ifadə etdiyi əsas maraqlardan 

biri  də  xüsusi  mülkiyyətin  və  mülkiyyət  sahiblərinin  maraqlarının, 

xüsusi  mülkiyyət  hüququnun  qorunması  ilə  bağlı  idi.  Xüsusi 

mülkiyyətin  cəmiyyətdə  mühüm  rol  oynaması  iqtisadi  münasibətləri 

incəliklərinə  qədər  tənzimləyə  biləcək,  həmçinin  vətəndaş 

cəmiyyətində özünə yer alan digər tələbatları ödəyə biləcək hüququn 

yaranmasına  xüsusi  təsir  göstərmişdir.  Hüququn  gələcək  inkişafı 

baxımından  bütün  dünyada  əvəzedilməz  bir  rol  oynamış  Roma 

hüququ  da  məhz  bazar  münasibətlərinin  və  bu  münasibətlər 

sistemində  özünə  yer  alan  ticarət  dövriyyəsinin  təsiri  ilə  inkişaf 

etmişdir. 

'  Еллннек  Георг. 

Общее  учение  о  государстве.  Санкт-Петербург, 

2004, S.308.

 

107 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə