Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə32/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   28   29   30   31   32   33   34   35   ...   205

ilqar Məmmədov 

Bir  çox  tədqiqatçılar  kimi  L.Qrinin  də  belə  hesab  edir  ki, 

politogenez  dövlətin  yaranmasından  öncə  başlayan  bir  prosesdir. 

Buna  görə  də,  politogenezin  həmin  mərhələsi  dövlətəqədər-  ki 

mərhələdir.  İlk  dövlətlərin  yaranması  dövrü  həmin  prosesin  ikinci 

mərhələsini  əhatə  edir.  Üçüncüsü  isə,  dövlətçiliyin  tam  olaraq 

formalaşması mərhələsidir. 

Politogenezin  birinci  mərhələsində  sosial  bərabərsizliyin 

müxtəlif  növləri  meydana  gəlmiş  və  bunun  nəticəsində  də, 

hakimiyyətin azlığın əlində cəmləşməsi və əhalinin əksər qismindən 

tədricən  ayrılması  prosesi  başlamışdır.  Lakin  həmin  dövrün 

bərabərsizliyi  hələ  tam  şəkildə  antaqonist  xarakterli  deyildi,  çünki 

eqalitarlığın və ya «ibtidai demokratiyanın» bir çox ənənələri hələ də 

qalmaqda idi. Bununla bərabər, hakimiyyət əhalinin əksər qismindən 

tam  şəkildə  ayrılmamış  və  zəif  diferensiasiya  olunmuşdur.  Belə 

vəziyyətdə hakimiyyət ənənlər, adətlər, dinin avtoriteti və başçıların, 

böyük  ailələrin  nümayəndələrinin  şəxsi  nüfuzu  üzərində  dayaq 

tutmuşdur.  Postibtidai  dövrdə  bərabərsizliyin  güclənməsi  əvvəlki 

qaydalarla ziddiyyət yaratdığından mütəmadi olaraq ayrı-ayrı ailələrin 

əlində  cəmləşmiş  sərvətlərin  icma  üzvləri  arasında  bölüşdürülməsi 

kimi  ənənələr  də  meydana  gəlmişdir.  Bu,  eqalitarizmin  (icma 

eqalitarlığının) əmlak bərabərsizliyinə qarşı mübarizəsinin konkret bir 

təzahürü idi. Tarixçilərin və antropoloqların təsdiq etdiyi kimi, belə bir 

qayda  və  ya  ənənə  bir  çox  yerlərdə  öz-özünə  yaranmışdır. 

A.M.Rumyantsev  antro-  poloqların  araşdırmalarını  ümumiləşdirərək 

yazır ki, əmlak bərabərsizliyinin təşəkkül tapdığı bir dövrdə hər yerdə 

ayrı-ayrı  ailələrin  topladığı  əmlakın  icma  üzvləri  arasında 

bölüşdürülməsinin  və  hətta  böyük  həcmli  var-dövlətin  məhv 

edilməsinin  müxtəlif  ənənələri  yaranmışdır,  icmaların  bir  çoxunda 

belə ənənələrin yerinə yetirilməsi hətta məcburi xaratker daşıyırdı."' 

Politogenezin  ilkin  dövründə  bu  ənənə  həm  əkinçilik,  həm  də 

maldarlıq təsərrüfatının inkişaf etdiyi icmalarda yaranmışıdır. Belə bir 

hadisə bizim öz tarixi keçmişimizdə də baş vermişdir. 

Румянцев 

A.M. Первобытный способ производства. S.292. 

96 



Dövlət və hüquq nəzəriyyəsi 

Həmin  ənənə  barəsində  «Kitabi-Dədə  Qorqud»da  da  bəhs  olunur. 

Canlı  həyat  müşahidəsindən  doğan  bu  monumental  dastanın  on 

ikinci, yəni «iç Oğuza Daş Oğuzun dönük çıxması və Beyrəyin öldüyü 

boy»da belə deyilir: «Üç ox və Boz ox tayfaları bir yerə toplaşanda 

Qazan adət üzrə evini talan elətdirər, şey-şüyünü bölüşdürərdi. (...) 

Qazan öz şeylərini talan elətdirərkən arvadının əlindən tutub kənara 

çıxar, ondan sonra ev-eşiyini oğuz əhlinin ixtiyarına verərdi».”' 

Lakin  bütün  bunlara  baxmayaraq  postibtidai  dövrdə  əmlak  və 

sosial  bərabərsizliyin  müxtəlif  növlərinin  möhkəmləndirilməsi 

mexanizmi  gücləndikcə  icma  eqalitarlığı  da  unudulur  və  müxtəlif 

təbəqələr,  qruplar  arasında  asimmetrik  münasibətləri  tənzimləyən 

yeni  qaydalar,  ənənələr  müəyyənləşir,  cəmiyyət  açıq-aş-  kar 

stratifikasiya  olunmuş  bir  struktura  çevrilirdi.  Belə  bir  şəraitdə 

cəmiyyətdə  siyasi  münasibətlərin  rolu  güclənmiş  və  siyasi 

hakimiyyətin  hakimiyyətin  digər  növlərindən  ayrılmasına  gətirib 

çıxarmışdır. Nəticədə təxminən Vl-V min il bundan əvvəl ilk dövlətlər 

meydana gəlmişdir. 

Daha geniş yanaşmaya görə, dövlətin yaranması sivilizasiyanın 

inkişafının nəticəsidir. Belə ki, cəmiyyət ibtidai cəmiyyət səviyyəsini 

keçdikdən  sonra  sivilizasiyalar  meydana  gəlmiş  və  bu  səviyyəyə 

yetişmiş  cəmiyyətdə  dövlətin  formalaşmasına  zərurət  yaranmışdır. 

Dövlətin  yaranması  ilə  bağlı  belə  bir  yanaşmanın  müasir  elmi 

ədəbiyyatda özünə geniş yer almasında məşhur ingilis alimi Arnold 

Toynbi  böyük  rol  oynamışdır.  A.Toyn-  binin  fikirlərindən  belə  bir 

nəticəyə gəlmək olar ki, dövlət sivilizasiyanın mühüm bir hadisəsidir. 

İnsan  birliyi  tərəfindən  təbii  və  ictimai  mühitin  tələblərinə, 

«çağırışlarına»  verilən  cavab  nəticəsində  ibtidai  cəmiyyət  mutasiya 

etmiş  və  ilk  sivilizasiyalar,  həmçinin  də  ilk  dövlətlər  meydana 

gəlmişdir. Sivilizasiyaların yaranması ilk olaraq lokal sivilizasiyaların 

formalaşması  ilə  müşayiət  olunmuşdur.  A.Toynbinin  fikrincə,  «lokal 

sivilizasiyalar  başqa  sivilizasiyalarla  qohumluq  əlaqəsi  olmadan 

ibtidai icmaların 

Kitabi-Dədə Qorqud. Bakı, 1988, s.221. 

97 



ilqar Məmmədov 

mutasiyası  nəticəsində  yaranmışdır.  Onlardan  bəziləri  taleyin 

gözlənilməz  zərbələrinə  dözə  bilməyərək  məhv  olub  getmişdir.  Bu 

cür  sivilizasiyaların  bəziləri  qırılma  və  sarsıntı  dövrünü  yaşayarkən 

qohumluq  əlaqələri  əsasında  yaranan  sivilizasiyaların  ilk  formaları 

meydana  gəlmişdir.  Yəni  bir  sivilizasiya  başqa  bir  sivilizasiyadan 

doğmuşdur.  (...)  Bəşəriyyətdə  son  dövrlərə  qədər  baş  verən 

proseslərdən  və  Qərb  sivilizasiyasının  bütün  dünya  boyu 

genişlənməsindən sonra isə qohumluq əlaqəsi olmadan hər hansısa 

bir sivilizasiyanın yaranması mümkün deyil»."' 

A.Toynbi Qədim Misir, Qədim Hind sivilizasiyalarını və bir neçə 

başqa sivilizasiyanı lokal sivilizasiyalara, islam sivilizasiyasını, Qərbi 

Avropa  (katolik)  sivilizasiyasını  və  bir  sıra  başqa  sivilizasiyaları  isə 

qohumluq əlaqəsi əsasında yaranmış sivilizasiyalara aid edir. 

Tanınmış  nəzəriyyəçi  V.İ.Vlasov  sivilizasion  yanaşmadan  çıxış 

edərək yazır ki, siviiizasiyalı cəmiyyət inkişaf etməyə başia- yarkən ilk 

olaraq  ənənəvi  və  korporativ-ənənəvi  cəmiyyətlər  formalaşmışdır. 

Onun  fikrincə,  korporativ  cəmiyyət  qapalı  sosial  qruplardan, 

korporasiyalardan  ibarət  olan  bir  cəmiyyət  tipidir.  Qapalı  sosial 

qruplar  kimi  təzahür  olunan  korporasiyalar  daxilində  həyat  sərt 

davranış qaydaları ilə tənzimlənir, onlar arasındakı münasibətlər isə 

asimmetrikliyi  ilə  xarakterizə  olunur.  Korporasiyalar  sosial 

mənsubiyyət  əsasında,  həmçinin  istehsal  fəaliyyətinin  müvafiq 

sahələri  üzrə  formalaşır.  V.İ.Vlasova  görə,  tarixdə  korporasiyaların 

aşağıdakı  tipləri  olmuşdur:  1)  təsərrüfat  fəaliyyəti  və  maddi 

məhsulların  İstehsalı  ilə  əlaqədar  olaraq  formalaşan  korporasiyalar 

(kəndlilər  təbəqəsi,  tacir  gildiyaları,  sənətkar  sexləri  və  s.);  2) 

qohumluq  və  ümumi  mənşə,  şəcərə  əsasında  formalaşan 

korporasiyalar  (klanlar,  patrisiat  və  s.);  3)  sosial  və  ruhi-mənəvi 

sahələr üzrə bu və ya digər funksiyanın yerinə yetrilməsi ilə əlaqədar 

formalaşan korporasiyalar (zadəganlar, məmurlar, kahinlər, ruhanilər 

və s.).2 

' Тойнби А.Дж. Постижение истории. М., 2002, з. 98. 

^ Власов В.И. Теория государства и права. 8. 47. 



98 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə