Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə33/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   29   30   31   32   33   34   35   36   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Ümumiyyətlə, dövlət yarandığı ilk dövrlərdən başlayaraq bir qrup 

insanın  digərləri  üzərində  həyata  keçirdiyi  təşkilatlanmış  siyasi 

hakimiyyət kimi özünü göstərmişdir. İlk dövlətlərin yarandığı dövrdə 

politogenez  tayfaların,  tayfa  ittifaqlarının  hərbi-iyerar-  xik  formada 

təşkilatlanması, pasionar başçının hərbi liderləri özünə tabe edərək 

işğalçı  müharibələr  yolu  ilə  daha  çox  ərazi  və  əhali  üzərində 

hakimiyyət  əldə  etməsi,  başçıların,  aristokratiyanın  mühüm  ictimai 

funksiyaları  inhisara  almaqla  təşkilatlanmış  siyasi  qüvvəyə 

çevrilməsi,  başqa  cür  desək,  cəmiyyətin  üzərində  duran  siyasi 

hakimiyyət strukturlarının yaranması ilə müşayiət olunmuşdur. Lakin 

ilk dövlətlərin strukturu dayanıqsız və zəif idi. ilk dövlətlər, daha çox, 

bir  neçə  və  ya  bir  çox  yaxın  tayfaların,  icmaların  siyasi-hərbi 

inteqrasiyası  nəticəsində  yaranmışdır.  Belə  bir  inteqrasiyanın 

əsasında  isə  iqtisadi,  dini  və  hərbi,  başqa  sözlə  desək,  işğalçılıq 

siyasətindən irəli gələn maraqlar kompleksi dururdu. Yaranmış siyasi 

forma ya tədricən özündə inkişaf imkanlarını müəyyənləşdirən və bu 

imkanları təkmilləşdirən, inkişaf etdirən dövlətə çevrilir, ya da, onun 

enerjili  yaradıcısının  ölümündən  sonra  parçalanaraq  yenə  də 

başçıların hakimiyyəti dairəsi ilə məhdudlaşan daha bəsit sistemlərə 

bölünürdü.  Dövlət  inkişaf  etdikdə  isə  «başçılar»  müəyyən  bir 

iyerarxiyaya uyğun qaydada hakimiyyət strukturunda özlərinə yer alır 

və  dövlət  həyatının  sonrakı  dövrlərində  də  mərkəzləşdirici  və 

mərkəzdənqaçma  qüvvələrin  qarşıdurmasına  xüsusi  təsir  göstərən 

siyasi qüvvəyə çevrilirdilər. 

İlk  dövlətlər  ibtidai  icma  dövründəki  hakimiyyətdən  bir  sıra 

mühüm  əlamətlərinə  görə  fərqlənirdi.  Belə  ki,  ibtidai  icmalarda 

hakimiyyət  ictimai-kütləvi  xaratkerə  malik  olduğu  halda,  ilk 

dövlətlərdə  hakimiyyət  siyasiləşərək  ayrıca  bir  qrupun  əlində 

cəmləşmişdir.  Siyasi  hakimiyyəti  həyata  keçirən  və  daimi  olaraq 

fəaliyyət  göstərən  orqanlar  meydana  gəlmiş  və  beləliklə,  siyasi 

hakimiyyət aparatı müstəqil fəaliyyət göstərməyə başlamışdır. Bu isə 

hakimiyyətin  institutlaşması  demək  idi.  Həmin  institusio-  nal  sistem 

daxilində ayrı-ayrı dövlət institutları (hökmdar institutu, vəzir institutu, 

dövlət  dəftərxanası  institutu,  xəzinadarlıq  institutu  və  s.)  peşəkarlıq 

əsasında hakimiyyətin həyata keçiril- 

dd 



ilqar Məmmədov 

məsini təmin edirdi. Siyasi elita daxilində də təbəqələşmə getmiş və 

həmin  təbəqələr  arasında  səlahiyyət  bölgüsü  aparılmışdır. 

Hakimiyyət  həm  də  idarəetmə  səviyyələrinə  görə  funksional 

diferensiasiyaya məruz qalmışdı. Bunun nəticəsində müxtəlif dövlət 

vəzifələri, müxtəlif səviyyəli dövlət orqanları meydana gəlmiş və onlar 

arasında səlahiyyət və əmək bölgüsü yaranmışdır. Dövlət hakimiyyəti 

müəyyən ərazi daxilində yaşayan bütün əhalini özünə tabe edən bir 

hakimiyyətə çevrilmiş və şəhərlərdə mərkəzləşmişdir. Əsas orqanlar, 

bürokratik  aparat  da  şəhərlərdə  yerləşdirilmişdir  (təbii  ki,  bunlar  ilk 

növbədə  oturaq  mədəniyyət  daxilində  yaranan  dövlətlərə  aiddir). 

Xüsusi  məcburetmə  mexanizmi  yaradılmış  və  bu  mexanizm 

hakimiyyətin  əlində  cəmləşmişdir.  Hakimiyyət  bu  mexanizmdən 

istifadə edərək həm əhalini özünə tabe edir, həm də maddi yöndən 

özünü təmin etmiş olurdu. İlk dövlətlərdən başlayaraq dövlətin maddi 

yöndən təmin olunmasının ən əsas üsulu vergilər olmuşdur. Odur ki, 

elə  ilk  dövrlərdən  də  başlayaraq  vergilərin  yığılması  üçün  xüsusi 

aparat təşkil olunmuşdur. 

Yuxarıda  qeyd  etdik  ki,  ilk  dövlətlərdən  başlayaraq  hakimiyyət 

daimi əsasda fəaliyyət göstərən orqanlarda cəmləşərək institutsional 

xarakter  qazanmışdır.  Belə  bir  institusional  sistem  daxilində  ali 

hakimiyyəti  monarxiya  institutu  (firon,  luqal,  şahənşah,  imperator, 

kral və s.) təmsil edirdi. Dövlət hakimiyyəti, həmçinin xüsusi dövlət 

dəftərxanası,  xəzinadarlıq  və  s.  digər  inzibati-təsərrüfat  və  nəzarət 

orqanları vasitəsi ilə maddiləşmiş və ictimai həyatın bütün sahələrinə 

təsir  göstərməyə  başlamışdır.  Dövlətlər  möhkəmləndikcə,  müstəqil 

məcburetmə orqanları (ordu, hakimlər, cəlladlar və s.) da formalaşır 

və  hakimiyyətin  həyata  keçirilməsində  mühüm  vasitəyə  çevrilirdi. 

Hakimiyyətin  təşkili  keyfiyyət  baxımından  təkmilləşdikcə  və 

cəmiyyətə təsir imkanları genişləndikcə onun idarəetmə, tənzimləmə 

və  nəzarət,  mühafizə  və  hərbi  funksiyaları  da  inkişaf  edirdi. 

Bunlardan  əlavə,  dövlətin  informasiya,  sudan  istifadə,  irriqasiya 

qurğularının idarə olunması, tikinti işlərinin təşkili və s. funksiyaları da 

meydana gəlmişdir. 



100 


Dövlət və hüquq nəzəriyyəsi 

Məlumdur ki, politogenezlə etnogenez bir-birilə qarşılıqlı əlaqəsi 

olan  proseslərdir.  Politogenezlə  etnogenezin  qarşılıqlı  əlaqəsi 

dövlətin  yaranmasına  da  öz  təsirini  göstərmişdir.  Belə  ki,  icmalar, 

qəbilə  və  tayfalar  arasındakı  mədəni  yaxınlıq,  dil  birliyi  onların  bir 

ittifaqda birləşməsinə təsir göstərən mühüm amillərdən biridir. Eyni 

dildə danışan, bir mədəniyyəti bölüşən, ümumi dünyagörüşünə malik 

olan  qəbilə  və  tayfaların  bir-birilə  yaxınlaşması,  konsolidasiyası  bir 

çox  hallarda  dövlətin  yaranması  ilə  nəticələnmişdir.  Hərbi  ittifaqlar 

yarandığı  halda  belə  həmin  ittifaqların  bir  çoxu  etnik  baxımdan 

bir-birinə yaxın olan tayfalardan təşkil olunurdu. Ümumiyyətlə, ibtidai 

icma quruluşunun dağılması dövründə müxtəlif sosiumlar, qəbilə və 

tayfalar  arasındakı  etnik  yaxınlıq  insan  birliklərinin  inteqrasiyasının 

«təbii» əsası kimi çıxış etmişdir. Ona görə də, böyüməyə meylli olan 

qruplar, ilk növbədə, özlərinə yaxın olan digər qruplarla inteqrasiyaya 

can atırdı. Tədqiqatçılar, bunu, etnogenezin politogonezə təsiri kimi 

qiymətləndirirlər.  Bununla  yanaşı,  ibtidai  icma  quruluşunun 

dağılmasından  sonra  yaranan  siyasi  birliklərin  də  yeni  etnosların 

formalaşmasında  aktiv  rolu  olmuşdur.  Bu  isə  politogenezin  etno- 

genezə göstərdiyi təsirin bir təzahürüdür. 

Beləliklə, deyə bilərik ki, dövlət yarandığı ilk dövrlərdən etnosun 

möhkəmlənməsini  təmin  edən  mühüm  bir  quruma  çevrilmişdir. 

Etnosun öz varlığını qoruyub saxlamaq, inkişaf etdirmək və böyümək, 

güclənmək  iradəsi  dövlət  hakimiyyəti  vasitəsilə  ifadə  olunur  və 

həyata  keçirilirdi.  Bu  səbəbdəndir  ki,  o  dövrlərdən  başlayaraq 

etnosun  varlığının  qorunub  saxlanması,  etnosun  güclü  ola  bilməsi, 

digər  etnoslardan  asılı  olmadan  yaşaması  siyasi-ideoloji  məsələyə, 

siyasi  strukturlar  isə  etnososial  orqanizmi  öz  ətrafında  toparlayıb 

təşkil  edən  nüvəyə  çevrilmişdir.  Dövlətin  formalaşması  və  inkişaf 

etməsi ilə etnik proseslər arasında tamamlayıcı əlaqələr yaranmışdır. 

Etnik  prosesin  siyasi  iradənin  ifadə  olunması  və  maddiləşməsinə 

göstərdiyi  təsir  isə  siyasi  təşkilatlanmanın  xarakterində  öz  əksini 

tapmışdır. Buna görə də, L.Kubbel yazır ki, etnik prosesin xarakteri ilə 

cəmiyyətin 

101 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə