Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə34/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   30   31   32   33   34   35   36   37   ...   205

ilqar Məmmədov 

siyasi cəhətdən təşkilatlanmasının xarakeri arasında dialektik əlaqə 

var."' 

Dövlətlərin,  siyasi  cəhətdən  təşkilatlanmış  cəmiyyətlərin 



böyüməsi, etnosların bir yerdən başqa yerə köç etməsi nəticəsində 

etnik  elementlər  geniş  masştabda  bir-birinə  qarışmış,  bu  isə  öz 

növbəsində politogenezə təsir etmişdir. Belə ki, dövlətlər böyüdükcə 

polietnik  tərkibli  cəmiyyətlər  çoxalmağa  başlamışdır.  Dövlət 

ərazisinin  genişlənməsi  digər  etnosların  yaşadığı  ərazilərin  işğal 

olunması  ilə  müşayiət  olunduğundan  işğalçılar  sosiumun  imtiyazlı 

hissəsinə və ya hakimiyyətə sahib olan yuxarı təbəqəyə çevrilirdilər. 

Qədim  dövrün  böyük  imperiyaları  bu  cür  yaranmışdır.  Onlardan 

bəziləri struktur baxımından möhkəm, bəziləri isə amorf dövlətlər idi. 

Qədim  dövr  insanlarının  dövlət  hakimiyyətinə  münasibətini 

hakimiyyətin  bütövlükdə  varlığın  özündən  irəli  gələn  və  ona 

immanent olan xassə kimi qəbul edilməsi ilə xarakterizə etmək olar. 

Həmin dövrdə bütövlükdə kosmosun özü, o cümlədən yer üzərindəki 

həyat  hakimiyyətsiz  təsəvvür  edilmirdi.  Dövlət  hakimiyyəti  də 

bütövlükdə  kosmik  hakimiyyətin,  varlığın  özündə  olan  hakimiyyətin 

(ilahi  hakimiyyətin)  emanasiyası  kimi  başa  düşülürdü.  Bir  çox 

xalqların  yaratdığı  miflərə  və  dinlərə  görə,  əvvəllər  yer  üzərində 

hakimiyyəti  bilavasitə  tanrıların  özü  həyata  keçirmiş,  sonradan  isə 

hakimiyyətin üsul və qaydalarını himayə etdikləri insanlara öyrətmiş 

və onlara təhvil verərək yer üzərindən çəkilib getmişlər. Misal üçün, 

«Tarixin  atası»  Herodot  yazır  ki,  qədim  misirlilərin  təsəvvürüncə, 

fironlardan  əvvəl  yer  üzərində  insanlarla  birgə  yaşayan  tanrılar 

hökmdarlıq  etmişlər.  Yer  üzərində  hökmdarlıq  edən  tanrılardan 

axırıncısı isə Osirisin oğlu Or olmuşdur.2 

Bü  cür  təsəvvürlər  kahinlərdən  ibarət  təbəqənin  hakimiyyətdə 

aktiv rol oynamasına şərait yaradırdı. Qədim cəmiyyətlərin bir 

'Куббелъ  Л.Е.  Очерки  потестарно-политической  этнографии.  M., 

1988, S.172.

 

^ Геродот. 



История. Ленинград, 1972, s.125. 

102 



Dövlət və hüquq nəzəriyyəsi 

çoxunda həmin təbəqənin nümayəndələri hökmdarı ilahiləşdir- məkiə 

onun hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edirdilər. Təbii ki, 

hakimiyyətin  ilahiləşdirilməsində  kahinlərin  marağı  vardı.  Belə  ki, 

bunun  müqabilində  onların  xidmət  göstərdiyi  məbədlərin  var-dövləti 

daha da artır və maddi maraqları ödənilmiş olurdu. Onlar, həm dövlət 

tərəfindən himayə olunur, həm də hakimiyyətə təsir göstərə bilirdi. Bu 

isə  maddi  maraqlarla  yanaşı,  həm  də  onların  hakimiyyət  iradəsilə 

bağlı  olan  tələbatlarının  ödənilməsi  demək  idi.  Odur  ki,  kahinlər 

müvafiq  sakral  təsəvvürlərdən  çıxış  edərək  dövlət  hakimiyyətinin 

əsaslandırılmasında  maraqlı  idilər.  Sakral  təsəvvürlərə,  inanclara 

müdaxilə  olunduqda,  hətta  bu  müdaxilə  hökmdar  tərəfindən  edilsə 

belə,  onlar  öz  maraqlarını  qorumaq  üçün  buna  sərt  müqavimət 

göstərirdilər.  Belə  hadisələr,  bir  sıra  hallarda,  kahinləri  hökmdara 

qarşı  çıxmağa  və  onu başqası  ilə əvəz  etməyə,  hətta  hakimiyyətdə 

olan  sülaləni  dəyişmək  üçün  aktiv  mübarizə  aparmağa  vadar 

etmişdir. 

ictimai  münasibətləri  tənzimləyən  qaydaların  ilahi  mənşəli 

olması  haqqında  mifik,  teoloji  mənşəli  inanclar,  təsəvvürlər  və 

fərziyyələr  dövlət,  hakimiyyət,  hüquq,  ədalət  və  s.  haqqında  olan 

daha  konkret  baxışların  və  təsəvvürlərin  formalaşmasına  yaxından 

təsir  göstərirdi.  Lakin  zaman  keçdikcə  həmin  hadisələrlə  bağlı 

görüşlərin,  təsəvvürlərin  sakrallıqdan  uzaqlaşması  tendensiyası 

güclənmiş  və  hakimiyyətin  əsaslandırılmasına xidmət  edən  rasional 

fikirlər  meydana  gəlmişdir.  Onu  da  əlavə  etməliyik  ki,  dövlət  və 

hüquqla  bağlı  təsəvvürlərin  desakralizasiyası  (dini,  mifik  mənşədən 

ayrılması), rasionallaşması və nəzəri-fəlsəfi görüşlərin yaranması və 

inkişafı prosesinin intensivliyi müxtəlif cəmiyyətlərdə fərqli olmuşdur. 

Hüquqşünas  alimlərin  bir  çoxu  qədim  dövlətləri  bir-birindən 

fərqləndirərkən  onları  şərq  və  qərb  üsulunda  yaranmış  dövlətlərə 

bölürlər.  Bu  halda  «şərq»,  «qərb»  anlayışları  coğrafi  anlayış 

olmaqdan  çox  tarixi-mədəni,  sivilizasion  anlayışlar  kimi  işlədilir. 

Hesab  edilir  ki,  qərb  və  şərq  üsullarına  uyğun  yaranmış  və  inkişaf 

etmiş  dövlətlər  arasında  prinsipial  fərq  qərb  üsulu  ilə  yaranmış 

dövlətlərdə xüsusi mülkiyyətin ictimai-siyasi həyatda güclü 

103 



ilqar Məmmədov 

rol  oynaması,  şərq  üsulu  ilə  yaranmış  dövlətlərdə  isə  xüsusi 

mülkiyyət münasibətlərinin cəmiyyətdə özünə əhəmiyyətli dərəcədə 

yer  tuta  bilməməsi,  hakimiyyət  münasibətlərinin  mülkiyyət 

münasibətləri ilə birləşməsi ilə bağlı olmuşdur. 

Tarixdə ilk dövlətlər şərqin ayrı-ayrı regionlarında, bir-birinə yad 

olan  cəmiyyətlərin,  sivilizasiyaların  inkişaf  etməsi  nəticəsində 

yaransa  da,  həmin  dövlətlərdə  (şərq  üsulunda  yaranmış  dövlətlər) 

həyatın  bir  sıra  sahələrini  tənzimləyən  münasibətlər  mahiyyətcə 

bir-birinə  çox  oxşayırdı.  Məsələn,  N.A.Kraşeninni-  kova  yazır  ki, 

qədim  şərq  cəmiyyətlərinin  inkişafında  həlledici  rol  oynamış  əsas 

sosial foramalardan biri kənd icması olmuşdur. «Torpağın bilavasitə 

mülkiyyətçisi-sahibi qismində icmalar çıxış edirdi. Dövlət isə torpağın 

ali  mülkiyyətçisi  olmaqla  icmalardan  renta-vergi  almaq  yolu  ilə 

mülkiyyətçilik hüququnu həyata keçirirdi».”' 

Şərq  dövlətlərində  iqtisadi  münasibətlər  mülkiyyətin  dövlət  və 

ictimai  mülkiyyət  (icma  mülkiyyəti)  formalarına  əsaslanırdı.  Dövlət 

aparatında  yüksək  vəzifə  tutan  məmurlar,  iri  torpaq  sahibləri, 

aristokratlar  xüsusi  mülkiyyətə  sahib  olsalar  da,  xüsusi  mülkiyyət 

münasibətləri iqtisadiyyatın, ictimai həyatın istiqamətverici əsası kimi 

çıxış etmirdi. Tacirlərə, sənətkarlara məxsus olan xüsusi mülkiyyət də 

iqtisadi münasibətlərin tənzimlənməsində elə bir ciddi rol oynamırdı. 

İcmalar  daxilində  icma  inzibatçılığının  inkişaf  etməsi  isə  dövlət 

aparatı 


daxilində 

icmalar 


səviyyəsində 

qapalı 


təbəqənin 

formalaşmasına səbəb olmuşdur. İcma rəhbərlərinin varislik yolu ilə 

öz vəzifələrini əldə etməsi onlara varlanmaq imkanı vermişdir. Bu və 

ya  digər  şəxsin  dövlət  idarəetmə  aparatındakı  yeri  və  mövqeyi  də 

daha  çox  onun  mülkiyyətində  olan  əmlakın  həcmindən  asılı  idi. 

Həmin münasibətlərdən çıxış edərək V.İ.Vlasov 

1 История государства и права зарубежных стран. Под ред. доктора 

юридических наук, проф. Жидкова О.А. и доктора юридических наук, проф. 

Крашенинниковой Н.А. Часть 1, М., 1999, 8.12. 

104 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə