Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
282
283
əsəri yaradılmamışdır. İlk nəsr nümunəsi kimi qaraqalpaqlar
felyetonlar yaratmışlar ki, məhz bu da qaraqalpaq satirik
poeziyası kimi başlıca məqsəd kimi ictimai həyatın
eybəcərliklərini tənqid etməyə istiqamətlənirdi. Bununla belə
ilk felyetonların xeyli çatışmayan cəhətləri sırasında müvafiq
ümumiləşdirmələrin yoxluğu, bədiiliyin zəifliyi hiss olunur,
aydın, açıq ifadə elementləri gözə dəymirdi. Elə buna görə də
bu tipli əsərlər qəzet məqaləsindən savayı başqa bir əhəmiyyət
kəsb etmirdi. Qaraqalpaq ədəbiyyatında felyetondan sonra
oçerklər yaranmışdı. İlk qaraqalpaq oçerkləri felyetonlar kimi
qəzet korrespondensiyalarından heç də fərqlənmirdi.
Hekayə janrının yaranması da məhz bu dövrə təsadüf
edir. «Qızıl müəllim» qəzetinin səhifələrində E.Kdırni ya-
zovun «Komsomolçu Şirman» hekayəsi nəşr olunur. Burada
kiçik yaşlı Şirman çobanın uşaqlığı, onun məktəbdə oxuduğu
illər öz əksini tapırdı. E.Şərifovun «Yelşibek» əsərində aul
müəlliminə məhəbbətdən söhbət açılır. İlk qaraqalpaq
hekayələrinin mövzusu xeyli dərəcədə rəngarəngdir. Elə
buna görə də onlardan bəziləri «Bazar günlərində», «Zinəp»,
«Qulaş», «Çoxsaylı günlərdən biri» kimi hekayələr ilk dəfə
«Qızıl müəllim» qəzetində işıq üzü görmüşdür.
Qaraqalpaq nəsrinin inkişafına şifahi yaradıcılıq
nümunələri böyük təsir göstərmişdir. Bu nəinki yazıçılar
tərəfindən xalq əfsanələrinin süjetlərindən, motivlərindən
istifadədə, həm də təhkiyə manerasında, bədii ifadə vasitələri
sistemində özünü göstərməkdədir.
1
İlk qaraqalpaq yazıçıları həm də nağılların, rəvayətlərin,
xalq əfsanələrinin nəşrində maraqlı idilər. Onların sırasında
S.Məcidovu qeyd etməyə ehtiyac vardır. Məhz bu sənətkar
ibrətamiz xarakterli hekayələr yazmaqla bu tipli nümunələri
yaymağa çalışırdı. Buna görə də S.Məcidovun ilk əsərləri
qaraqalpaq nəsrinin XX əsrin 20-ci illərindəki ilk nümunələri
kimi səciyyəvidir.
XX
əsrin 20-ci illərinin sonlarında mətbuatda
N.Kuzembayev çıxış etmişdir ki, o, çoxsaylı hekayələr
müəllifi kimi tanınmaqla əsərlərində qaraqalpaq nəsrinin
uğur və uğursuzluqlarını göz önündə canlandırmışdır.
Qaraqalpaq yazıçılarının bu dövrdə mükəmməl bədii
nümunələr yarada bilməməsi həm də onların bu janrdakı
yaradıcılıq səriştəsizliyi ilə bağlı idi.
XX əsrin 20-ci illərində oçerk janrı xüsusilə intensiv inkişaf
edirdi. Oçerk janrının inkişa fında M.Daribaev, Nazbergenov,
N.Davkaraev, A.Şahmura
dov, A.Oleynik, A.Begimov,
M.Bıkadorov, S.Somo
va və digərləri də yaxından iştirak
edirdilər. Yeni məzmu nun ifadə olunması üçün gənc nasirlər
bəzən ənənəvi olaraq folklor bədii ifadə vasitələrindən
istifadə edirdilər.
30-cu illərin əvvəllərindən Qaraqalpaqstan Yazıçılar
İttifaqının təşkilat komitəsi yaradılır. 1932-ci ildən mütəmadi
olaraq “Мийнет Эдебийаты” (“Zəhmət ədəbiyyatı”) jurnalı
nəşr olunmağa başlayır və, beləliklə, bu jurnal qaraqalpaq
ədəbiyyatının təbliğ olunmasında böyük rol oynayır.
1934-cü ilin iyun ayında Qaraqalpaq yazıçılarının Birinci
Qurultayı keçirilir. Bu dövrdə qaraqalpaq nəsrindən söhbət
belə açılmır. Bütün müzakirələr yalnız poeziyanı, onun
inkişaf problemlərini çevrələyirdi. Artıq beş il sonra, yəni
1939-cu ildə Qaraqalpaq yazıçılarının İkinci Qurultayında
nəsr və dramaturgiyanın problemləri gündəmə gəlir, onun
inkişaf etdirilməsi yolları aranıb axtarılırdı. Bu da təsadüfi
deyildi. Çünki 30-cu illər qaraqalpaq şifahi xalq yaradıcılığı
nümunələrinin intensiv toplanması, öyrənilməsi və təhlili
dövrü kimi xarakterizə olunmaqdadır. Qaraqalpaq yazıçıları
ardıcıl olaraq Moskva, Bakı, Daşkənd, Tbilisi, Kiyev, Sankt-
Peterburq və digər şəhərləri gəzir, gördüklərini bədii
təəssüratları ilə zənginləşdirib öz əsərlərinin mövzularına
çevirirdilər.
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
284
285
Bədii nəsr və dramaturgiya 30-cu illərdə, qeyd etdiyi-
miz kimi, hələ də qaraqalpaq ədəbiyyatında arzu olu nan
inkişaf əldə etməmişdi. Qaraqalpaq nəsrinin bu dövr
də
inkişafında istedadlı hekayələr ustası N.Davkarayevin rolu
nəzərə çarpan idi. Onun hekayələrində qəhrəmanın psixoloji
sarsıntılarını əks etdirmək istəyi olduqca əhəmiyyətli
görünürdü. Bu dövrlərdə yaranan nəsr əsərlərindən M.Dari-
ba yevin “Mindən biri” və A.Şahmuradovun “Köhnə məktəb-
də” povestlərini qeyd etmək olar. Bu əsərlərin təhkiyəsində
müəlliflər qəhrəmanların formalaşmasını, mənəvi aləmini,
həyat yaşantılarını xalq dilinin zənginliyindən istifadə
etməklə, aparıcı personajların nitqini fərdiləşdirməklə təqdim
edirdilər.
2
Qaraqalpaq yazıçıları 30-cu illərdə daha çox nağıllar dakı
bədii ifadə vasitələrindən istifadəyə üstünlük verirdilər. Belə
təqdimat oçerk janrını qaraqalpaq oxucusuna daha yaxın və
aydın edirdi.
30-40-cı illərdə oçerk və felyeton janrlarının qaraqalpaq
ədəbiyyatında aparıcı nümayəndəsi D.Nazbergenov hesab
olunur. Onun «Beqjandan olan xoşbəxtlər», «Xoşbəxtlik
uçqunu», «Qızıl dəri», «Möcüzə yaradan insanlar», «Aviatex-
nik», «Qarışıq dillər müəllimi», «Tanış səs», «Aldar Kose»
və s. bu kimi əsərlərində o, özünü bu janrın operativ və
bacarıqlı ustası kimi təqdim edə bilmişdir. D.Nazber genovun
oçerklərinin qəhrəmanları – özünün müasirləridir. D.Naz-
berge novun «Toya gələn vaxt» oçerkində Qızgetgen kana lının
tikintisindən söhbət gedir. Bu kanal Qaraqalpaqstanın şimal
rayonlarındakı boş susuz səhraların su ilə təmin edilməsində
mühüm rol oynayırdı.
Göstərilən dövrdə qaraqalpaq ədəbiyyatında çoxsaylı
oçerklərin yaranmasına baxmayaraq, onların süjetləri
əsasən yeknəsək olub bir-birinə oxşar idi. Bu baxımdan
D.Nazbergenovun «Seygey» («Xalq gəzintisi»), R.Məcidovun
«Gü lən xoşbəxtlik», O.Kojurovun, İ.Pidəhmədovun «Köhnə
şə hər», K.Ayimbetovun «Dördgöl», M.Daribaevin «Azər bay-
can aulunda», «Biz Barsa-Gəlməzə (“Gedər-Gəlməz”) gedən-
də» və digərlərinin əsərlərinin adlarını çəkmək olar. Mövzu
zənginliyinə baxmayaraq, bütün bu əsərlər əksər hallarda
məzmun nöqteyi-nəzərdən mükəmməllikdən uzaq idi.
30-cu illərdə qaraqalpaq ədəbiyyatında oçerk və
felyetonlarla yanaşı, həm də hekayə janrı inkişaf edirdi. 30-
cu illər qaraqalpaq hekayəsinin əsasını real hadisələr təşkil
edirdi. Məsələn, A.Begimovun «Qırmızı karvan» hekayəsində
təhkiyənin ümumiləşdirici xarakteri konkret ünvan əvəzinə
naməlum «X» ilə əvəzlənmişdi. Əsərdə bir neçə bölmə
olmasına baxmayaraq, bu bölmələr heç də əsəri bütövləş-
dirməyə xidmət etmirdi. Eyni zamanda əsər müəy yən bədii
ümumiləşdir məyə cavab vermir, öz sxematikliyi ilə seçilir,
obrazlar şablon təsiri bağışlamaqla, cəlbedici görünmürdü.
30-cu illərin ortalarında qaraqalpaq ədəbiyyatında ilk
satirik və yumoristik hekayələr yaranır. Onlara M.Daribaevin
«Allanın sirri», «İki tapmaca, bir sual», «Mənim kiçik
bacıma məktub» hekayələrini, Aymirzəyevin «Gözdən
pərdə asanlar», R.Məcidovun «Heyfslənmə» və s. əsərlərini
aid etmək olar. Bütün bu satirik hekayələrdə, milli koloriti
ilə seçilən əsərlərdə obrazların uğurlu təsviri, əsərin dilinin
orazlılığı, folklor priyomlarından yerli-yerində istifadə
özünü əks etdirməkdədir. Aymirzəyevin hekayələrində
həm də qaraqalpaq müdriklərindən, məzhəkəçilərindən
– Ömürbə yin, Jirenşenin və Xoca Nəsrəddinin sərgüzəşt-
lərindən danışılır. Bu dövrdə qaraqalpaq hekayəsi xeyli
dərəcədə mövzu diapazonunu genişləndirmiş, ilbəil
formalaşmış, «kiçik» formalar işlənib hazırlanmış və yeni
qol-budaq atmışdır. Oçerk janrı da bu dövrdə öz müxtəlifliyi,
rəngarəngliyi ilə seçilirdi. Ədəbi, elmi-publisistik, memuar,
qəzet, sənədli oçerklər yazılır, yol qeydləri, zarisovkalar
Dostları ilə paylaş: |