Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
290
291
müvəffəq olsalar da, yeknəsəklikdən yaxa qurtara bilmə-
mişdilər. Bununla belə əvvəlki dövrlərə nisbətən hekayə janrı
həm də xeyli dərəcədə irəliləyişlər etmiş, janrın daxilində
realist cizgilər daha da dərinləşmişdir. T.Kaipber
genovun
«Ana nın qəzəbi», «Yolunu azmanın sonu» adlı hekayə lərinin
qəh rə manları oxucu qarşısında öz relyefli görkəmi ilə seçi lir-
di.
Qaraqalpaq nasirlərinin hekayələrinin əksəriyyətində
qəh rəmanlar adi əməkçilər, dəmiryolçular, inşaatçılar, balıq-
çı lar və başqaları idi.
50-ci illərdə uşaqlar üçün hekayələr yaradılmağa
başla dı. S.Saliyev («Otlaqdan qayıdarkən», «İlxıçı oğlu»),
T.Kaipber genov («Ərizə», «Kimdir təqsirkar?»), A.Şahmura-
dov (“Mənim pələnglərlə görüşüm”), U.Xocaniyazov,
Q.Seyidnəzərov və digərlərinin əsərlərində bacarıqlı, bilikli
və eyni zamanda əməksevər uşaqların yaddaqalan obrazları
yaradılmışdır. Bu hekayələrin başlıca qüsuru əsasən
onlardakı ciddi süjet xəttinin yoxluğu, bəzi deklarativlik,
bəzən təsvirçiliyə üstünlük verilməsi ilə bağlı idi.
50-ci illərdə qaraqalpaq nəsrində povest janrı da inkişafda
idi. Bu povestlərin müəllifləri A.Orazov («Çətin günlərdə»),
J.Taşenov («Hərb dostları») və digərlə rinin əsərlərində
ciddi, sərt konfliktlərin olmamasına baxmayaraq, bəzi
uğurlar da vardı. Aymirzəyevin («Abadan»), X.Seyidovun
(«Aqronom - sədr»), T.Najimovun («Yeni torpaq üzərində
bayraq») və s. povestləri müasir mövzuya həsr olun muşdur.
Adlarını çəkdiyimiz əksər povestlər əsasən konfliktsizliyi ilə
seçilirdi. Bu əsərlərdə dərin psixologizmlərin olmamasına
baxmayaraq, həm də onlarda illüstrativlik daha çox idi. Buna
görə də onlar real həyatdan sanki bir qədər kə narda qalırdılar.
Konflikt dərinliyinin olmaması, naturalizmin üstün lük təşkil
etməsi, məişət realilərinin həd dən ziyadə de tal laşdırılması
və s. hamısı onu göstə rir ki, hə min dövrdə ya zıb yaradan
qaraqalpaq yazıçıları əsərlərini mükəmməl səviyyəyə
qaldırmaq üçün hələ çox işləməli, çox çalışmalı idilər.
Yuxarıda adlarını çəkdiyimiz epik formalarla yanaşı, həm
də qaraqalpaq ədəbiyyatında roman janrı inkişaf etməyə
başlayırdı. O tamamilə fərqli dövrün, tarixi şəraitin törəməsi
kimi ortaya gəlirdi. Bununla belə yaddan çıxarmaq olmaz ki,
qaraqalpaq romanı həm də milli ədəbiyyatın daxilində inkişaf
etməklə ondan vüsət alırdı. Qaraqalpaq tədqiqatçılarından
J.Narımbetov yazırdı: «Buna görə də romanın təşəkkülü elə
bir prosesdir ki, bu proses qaraqalpaq ədəbiyyatındakı nəsr
janrının inkişafı ilə bağlıdır. O da ilk geniş planlı hekayə
və oçerklərdən başlayaraq 30-cu illərin ortalarından 50-ci
illərin sonlarına yaxın birinci romanlarla başa çatdı».
5
Bu
janrın əsasını A.Begimov özünün «Birinci addım» romanı ilə
qoymuş, onun ayrı-ayrı hissələri məhz «Miynet ədəbiyyatı»
jurnalında nəşr olunmuşdur, ondan sonra isə K. Yelmanovun
«Keçmiş zamanlarda», S.Məcidovun «Suyin və Sara»
romanları ortaya çıxdı ki, onlar qaraqalpaq həyatının XIX
əsr dövründəki tarixi hadisələri təsvir edirdi (yeri gəlmişkən
qeyd edək ki, sonuncu roman yalnız əlyazmasında mövcud
olmuşdur).
A.Begimovun «Birinci addım» romanında ilk qaraqal paq
romançılarının yaradıcı axtarışlarını görmək mümkün dür.
Bu romanda Jumabay adlı bir qəhrəmanın olduqca çətin və
əzab dolu həyatı təsvir olunur, onun kasıb dostu Sayeke, Ay-
xan onlar tərəfindən Çimbay pristavının öldürülməsi, üsyana
qalxmış xalqın zindana atılması və s. təsvir olunur.
50-ci illərin sonu – 60-cı illər qaraqalpaq ədəbiyyatı
özünün daha gur inkişafı ilə yadda qalmışdır. 1957-ci ildə
Daşkənddə Qaraqalpaq Ədəbiyyatı və İncəsənəti Dekadası
keşirilmişdir. Bundan altı il sonra isə Qaraqalpaq ədəbiyyatı
və İncəsənəti həftəsi (1963) düzənlənmişdir. Bu ərəfələrdə
qaraqalpaq oxucu ictimaiyyəti ilə hər il mütəmadi olaraq
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
292
293
yazıçı və şairlərin görüşü keçirilir. Respublikada nəşriyyat işi
xeyli yaxşılaşdırılır. Nəşr olunan ədəbiyyatın tirajı 5-6 dəfə
yüksəlir, digər dillərdən qaraqalpaq dilinə olan tərcümələrin
sayı və keyfiyyəti nəzərəçarpacaq dərəcədə artır. Qaraqalpaq
müəlliflərinin əsərləri Daşkənddə, Moskvada, Sankt-
Peterburqda və digər şəhərlərdə daha tez-tez tərcümə
olunaraq yayılır. Qaraqalpaqstanda əvvəl “Qaraqalpaq
ədəbiyyatı və incəsənəti” (sonralar “Amudərya”) jurnalı, uşaq
qəzeti “Жеткиншек” (“Əvəzetmə”), “Özbəkistan Elmlər
Akademiyası Filialının xəbərləri” kimi elmi jurnal və s. nəşr
olunur.
Yaradıcı təcrübə mübadiləsi və praktik kömək əldə
etmək üçün Qaraqalpaqstana Moskva, Sankt-Peterburq
, Özbəkistan, Azərbaycan, Qazaxstan və digər yerlərdən
sənətkarlar gəlir, eyni zamanda yerli yazıçıların özləri də
digər şəhər və respublikalara yaradıcı ezamiyyətə gedirlər.
Bütün bunların hamısı qaraqalpaq ədəbiyyatını mövzu və
məzmun baxımından dərinləşdirir və zənginləşdirirdi. Bunu
da qeyd etmək lazımdır ki, qaraqalpaq yazıçıları bu dövrdə
həm də ritorik təsvir, deklarativlik və sxematizmlə ciddi
mübarizəyə başlamışdılar.
Nəsrin intensiv inkişafı ilk növbədə iri janrların – povest
və romanın – şəksiz dirçəlişi qaraqalpaq ədəbiyyatının
ümumi inkişafına səbəb olmaqla və onun hüdudlarını geniş-
lən dirməklə, həm də onların ideya-bədii yüksəlişinə kömək
etmişdir. Bu dövrdə ədəbiyyata xeyli orijinal təfəkkürlü
gənc yazıçı-nasirlər – Utegen Aycanov, Aytbay Beki metov,
Tulepbergen Kaipbergenov, Kəraməddin Sul
tanov, Yuri
Leontiçev, Səfərbəy Saliyev və başqaları qə dəm qoy muşdular.
Az keçməmiş onlardan bir sırası geniş popul yar lıq qazanmış,
əsərləri müxtəlif dillərə tərcümə olun muş dur.
60-cı illərdə iri həcmli janrların təşəbbüsü ələ almasına
baxmayaraq, bədii oçerk hələ də ən səmərəli və operativ janr
kimi öz sözünü deməkdə idi. Bu dövrdə oçerk məzmun,
mövzu və ideya baxımından xalq həyatının təsvirinə daha
çox yer ayırırdı. Bu oçerklərdən çoxu bir-birinə üslub,
mövzu və bədii səviyyə baxımdan oxşar olmasa da, onları
məqsəd baxımından çox şey birləşdirirdi. Onlardan bir sırası
bədii formanın bitkinsizliyi, təsvirçilik, naturalist detallar
bolluğu ilə fərqlənsə də, bu çatışmazlıqlar tezliklə aradan
qaldırılırdı. Bu janrın parlaq nümunələri sırasında Aral
balıqçılarına həsr olunmuş A.Bəymuradovun “Muynak
mayakları” oçerklər kitabını, Q.İzimbetovun “Dəniz
şahini”, K.Sultanovun “Mənim aulumun adamları” oçerklər
silsiləsini, Ş.Kospergenovun Taxiataş SES və Buzara-Ural qaz
kəmərinin çəkilişini əks etdirən “Yeddillik döyüşçüsü”, S.
Saliyevin oçerklər silsiləsini və s. görmək mümkündür.
60-cı illər qaraqalpaq ədəbiyyatında hekayə janrı da
özünəməxsus yer tutmuşdur. Bu dövrdə qısa zaman kəsiyində
20-dən çox hekayə məcmuələri, müxtəlif səpkili hekayələr
nəşr olunmuşdur. Onlara nümunə kimi O.Aycanovun
“İgid-balıqçı” məcmuəsini, “Gülüstan” (müxtəlif müəlliflərin
məcmuəsi), Q.Seyitnəzərovun “Qızılqum novellası”nı,
A.Tacimuradovun “Ölməyən qoca”, T.Jumamuradovun
“Sevgi sirləri” və “İgid - milisioner” hekayələrini, İ.Yusupovun
“Qoca Seydanın qaloşları”, “İki yaddan çıxmayan gün”
hekayələrini, Ə.Əliyevin “Xoşbəxtlik uğrunda mübarizə”,
K.Sultanovun hekayələr silsiləsini, T.Kaipbergenovun və
başqalarının əsərlərini örnək kimi göstərmək mümkündür.
Bu hekayələrin bir sırası qəhrəmanın daxili aləminin dərin
psixoloji yaşantılarını əks etdirməklə seçilməkdədir.
Nəzərdən keçirdiyimiz dövr qaraqalpaq nəsri getdikcə
həyat gerçəklik lərini bədii təsvirin mərkəzinə daha
aydın şəkildə çəkməklə fərqlənir. Belə əsərlər sırasında
K.Sultanovun “Aruxan”, İ. Yusupovun “Qoca Seydanın
qaloşları” heka yələri qeyd edilməlidir. “Aruxan”da Aruxan
Dostları ilə paylaş: |