Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə81/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
322
323
zamansa, nə vaxtsa zamanın özü eləmişdi və bu Zaman bütün 
dünyada bütün möcüzələrin ustası olmuşdu. Lakin tapdığım 
bu qızılın hissələrini özüm cilalayırdım, itənləri özüm tapıb 
əlavə edirdim, elə yerlər   də var idi ki, ehtiyac olmadığından 
onları atırdım»
13

T.Kaipbergenovun trilogiyası, heç şübhəsiz ki, ən maraqlı 
və özünəməxsus nümunələrdən biri olaraq həm də bir sıra 
ədəbiyyatlar üçün fakt kimi xidmət etmişdir. Belə ki, müəllifin 
bütün əsərləri, demək olar ki, rus dilinə tərcümə edilmişdir. 
«Qaraqalpaqlar haqqında dastan» da bu baxımdan istisna 
deyildir. «Mamanbiy haqqında dastan» (birinci kitab) rus 
dilinə A.Pantiyelev, qaraqalpaq və Orta Asiya ədəbiyyat ları nın 
bilicisi Z.Kedrina tərəfindən tərcümə edilmişdir. İkinci kitab 
E.Arbenov, üçüncü kitab isə V.Pankina tərəfindən tərcümə 
olunmuşdur. Təəssüf ki, belə maraqlı əsər Azərbaycan dilinə 
hələ də tərcümə edilməmişdir. Bu gün türk ədəbiyyatlarının 
qarşılıqlı yaxınlaşması və zənginləşməsi müstəvisində gedən 
inteqrativ proseslər dövründə bütün türk xalqlarının bədii, 
mədəni təfəkküründə mühüm yer tuta biləcək belə bir əsərin 
Azərbaycan dilinə  tərcümə olunmasına da böyük ehtiyac 
duyulmaqdadır.
T.Kaipbergenovun bütün əsərləri özünəməxsus və 
orijinaldır. Bu baxımdan  onun ən uğurlu  əsərlərindən biri 
«Qaraqalpaqnamə»
14
 roman-essesidir ki, o XX  əsrin 80-ci 
illərinin sonlarında Moskvada E.Sergeyevin tərcüməsində 
rus dilində  nəşr edilmiş, sonra «Roman - qazeta»da hissə-
hissə çapdan çıxmışdır.
15
Jurnal nəşrindəki «Ön söz»də aşağıdakılar qeyd olunur: 
“T.Kaipbergenovun «Qaraqalpaqnamə» roman-essesini 
oxuyanda biz xeyli dərəcədə  zənginləşə bilərik. Təbii ki, 
belə dedikdə biz heç də yüzmanatlıqlar və əntiq əşyalar əldə 
etməkdən danışmırıq. Lakin biz olduqca qeyri-adi bir sirli-
sehrli dünyaya düşəcəyik ki, həmin dünyada acı yovşan iyini 
hiss edəcəyik».
16
«Qaraqalpaqnamə» olduqca maraqlı süjet-kompozisiya 
strukturuna malikdir. O sual-cavablar, rəvayətlər  və əfsanələr 
üzərində qurulmuşdur. Öz xalqının arsenalından müxtəlif 
atalar sözləri, deyimlər, zərbi məsəllər, nəsihətlər, qaraqalpaq 
hazırcavabı Ömirbəyin, ağsaqqalların, tarixi mənbələrdən 
götürülmüş nümunələr  əsasında Kaipbergenov  xalqının 
etnogenezi və mənşəyi üzərində daha çox dayanmış, onların 
çətin taleyindən danışmış, cunqar (kalmık) yürüşünü ön plana 
çəkmışdir.  Əsərdə  İqnatyevsk salnaməsindən gətirilmiş bir 
məqam da maraqlıdır ki, məhz buradakı qaraqalpaqlar Yuri 
Dolqorukinin təsiri altına düşmüşkən  “çyornıye klobuk”i 
kimi tanınmışdılar. Burada onların yeni torpaqlara köçüb 
getmələri, bu torpaqlardakı tayfa və qəbilədaxili həyat şəraiti, 
qaraqalpaqların xırda qruplara bölünməsi və s. haqqında 
məlumat vardır. Yazıçı XVIII əsrdə bütün  bir xalqın necə məhv 
olduğunu, yer üzündən silindiyini göz önünə  gətirməklə  
qaraqalpaqların digər xalqlar arasında necə assimlyasiya 
 
olunduğunu Mamanın qaraqalpaqlara  başçılığı edərək 
onların yenidən Sırdərya sahillərinə  necə köçməyə məcbur 
edildiyini, Qızılquma, oradan  Amudərya sahillərinə  və s. 
yerlərə gedib çıxdığını göstərir. Onların bu yerlərdə suvarma 
kanalları çəkməsi, əkinçiliklə məşğul olması, Xarəzmdə Xivə 
xanlarının hakimiyyəti altına necə düşmələri və s. göstərilir. 
T.Kaipbergenovun  əsərində qazax, özbək və ruslarla 
qaraqalpaqların münasibətlərinə  də xeyli dərəcədə  nəzər 
salınır. Qaraqalpaq dili haqqında danışan müəllif öz personajı 
Dosnazarovun dilindən yazır: «Bizim əcdadımız tanınmış 
Mamanbəy demişdir ki, biz qaraqalpaqların dili özbəklərin, 
qırğızların, qazaxların, azərbaycanlıların, tatarların, 
başqurdların, kumuxların və noqayların dilləri ilə bir-birinə 
uyğundur. Bunlar bir xəmirin müxtəlif kömbələridir, hər bir 
kömbənin tərəfi  də özünəməxsus rənglənmişdir».
17


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
324
325
Kaipbergenov babasının, ana, ata və ağsaqqalların dili ilə 
xeyli tarixi mərhələni ortaya qoyur, qaraqalpaqların taleyində 
Berdağın oynadığı roldan danışır, onu Nəvai, Puşkin, 
Şevçenko, Abay və başqaları ilə müqayisə edir.
«Qaraqalpaqnamə»də həm də doğma Şortanbay aulunun 
obrazı xüsusi şəkildə yaradılmışdır. Doğma aula həsr olunmuş 
səhifələrdə yazıçının  vətənpərvərliyi öz pik səviyyəsinə çatır. 
Öz aulu haqqında danışan müəllif aşağıdakıları qeyd edir: 
«Bu torpağın olduqca sərt tikanları  mənim üçün ən böyük 
çiçək açmış tülpanlardan daha əzizdir». Şortanbay aulunun 
simasında yazıçı bütün dünyanı göstərir və qeyd edir ki, 
əgər dünyanı başa düşmək istəyirsənsə,  əvvəl  Şortanbayda 
olmalısan. Kaipbergenov üçün doğma aul yer üzündən 
silinib, bu gün xəritələrdə qalmasa da, bu aulun yenə  də 
dünyanın mərkəzi olaraq qaldığını söyləyir: «Bütün yolların 
hamısı həm ora aparır, həm da oradan çıxır».
18
«Qaraqalpaqnamə» «Qaraqalpaqlar haqqında dastan» 
trilogiyası kimi folklor-realist başlanğıclı  səpkidə yazılmış 
əsərdir.  Əgər, bir tərəfdən, bu romanda xalqın epik həyatı, 
onun bütün elementləri, pritçaları,  əfsanələri, lətifələri ilə 
göstərilirsə, digər tərəfdən, müasir dövr haqqında olduqca 
ciddi  həqiqət, doğma torpaq haqqında düşüncə, insanın 
taleyi, eyni zamanda öz xalqının gələcəyə olan inamı mühüm 
yer tutur: «İnsanlar! Qarapapaqlar! Bizim nəvələr bizdən 
daha ağıllı  və möhkəm olacaqlar. Deməli, bizim əvəzimizə 
gələn nəsil, bizdən ağıllı olacaqdır».
19
«Qaraqalpaqnamə»də müəllifin özünün obrazı xüsusilə  
yaradılmışdır. O, hələ 10 yaşında olarkən öz qardaşları 
və  həmyaşıdları    sırasında ağlı, cəldliyi, dözümlülüyü ilə 
seçilirdi. Bu obraz həm də qaraqalpaqların gələcəyini açmağa 
olduqca kömək etmişdir. Qaraqalpaq folklorunda, xüsusən 
də qaraqalpaq nağıllarında «Barsa - Kelmes» adlı bir yer qeyd 
olunur – «Gedər-Gəlməz». Bu barədə «Qaraqalpaq nağılları» 
bölməsində danışmışıq.  Burada isə bir daha qeyd edək ki, 
bu yer məhz igidlərin, qəhrəmanların məhv olduğu məkan 
kimi məşhur olmuşdur. «Qaraqalpaqnamə»də isə «Gedər-
Gəlməz» yazıçı tərəfindən tamamilə fərqli semantik tutumda 
izah olunur. «Gedərsən - Qayıtmazsan», qayıtmazsan ona 
görə ki, qayıtmaq istəməzsən. Daha doğrusu, qaraqalpaq 
xalqı  əməksevər olduğundan bu xalq səhranı bağa çevirə 
bilmişdir. Bu roman-essedən məhz elə bir ruh, ətir və duyğu 
gəlir ki, qaraqalpaqlar  öz dəyanət və bacarığı ilə  səhraları 
laləzara çevirmiş kimi təqdim olunurlar.
Beləliklə, «Qaraqalpaqnamə»də tarixi keçmişin 
problemləri ilə yanaşı, həm də  təbiət, ekologiya, səhra 
torpaqlarının dağıdılması, təsərrüfatsızlıq, fəlsəfə, psixolo-
giya, mənəviyyat məsələləri mühüm yer tutur. Əsərdə 
bunların hamısı sanki bir-biri ilə üzvü surətdə bağlanmaqla 
üz-üzə dayanmışdır. T.Kaipbergenov «Voprosı literaturı» 
jurnalının müxbirinə verdiyi musahibələrindən birində 
bəzi qəlbsizlərin haqqında danışmışdı.
20
 Yazıçı yaxşı bilirdi 
ki, tarixə  və  təbiətə olan münasibət  ədəbiyyatın daimi 
mövzularındandır. Buna görə də o, «Qaraqalpaq namə»də bu 
məsələyə daha mühüm yer ayırmağı zəruri hesab etmişdir. 
Bütün əsər boyu hər bir  vətəndaşın  qaraqalpaq torpağının 
hər bir addımına cavabdehliyi haqqında  fikir yürüdülür, 
həmin bu torpağın hər bir qarışını göz-bəbəyi kimi qorumağı 
təklif və təkid edir. Kaipbergenov böyük məsuliyyətlə xalqın 
tarixinə, onun keçmişinə, müasir dövrünə  və öz vətənin 
gələcəyinə diqqətlə yanaşır. «Qaraqalpaqnamə» oxucuların 
ən sevimli kitablarından biri kimi xeyli sayda xalqların dilinə 
tərcümə olunmuşdur. Bu roman XX əsrin sonlarında qələmə 
alınmış  ən orijinal əsərlərdən biri kimi diqqətəlayiqdir. 
Bütün təqdir ediləsi məqamları ilə bərabər eyni zamanda 
T.Kaipbergenovun  əsərlərinin bəzi çatışmazlıqları da 
mövcuddur. Bu çatışmazlıqlar ilk növbədə qaraqalpaq 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə