Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə82/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
326
327
xalqının tarixi taleyində rusların böyük rol oynaması, 
onların qaraqalpaqların xilaskarı kimi təqdim edilməsində 
özünü qabarıq şəkildə əks etdirməsi ilə bağlıdır. (Bu məqam 
“Yuxusuz gecələr” povesti, “Qaraqalpaqlar haqqında dastan” 
trilogiyasında və “Qaraqalpaqnamə” romanında daha 
çox  şişirdilmişdir). Bundan başqa T.Kaipbergenovun bəzi 
əsərlərində  qəhrəmanların fərdi nitqi, etnoqrafik və  məişət 
realiləri və detalları yetərincə parlaq verilməmiş, milli kolorit 
bəzi hallarda trafaretləşdirilmişdir.
21
  
ƏDƏBİYYAT
1. Tağısoy N. Qaraqalpaq ədəbiyyatı. Tulepbergen Kaipber-
genovun yaradıcılığı. “Azərbaycan” jurn., 2010, №6, s.158.
2. Qulam Q. Ömrün baharında. Şeirlər. Bakı, “Yazıçı”, 1979, 96 s.
3.Акбаров  А.  Гафур  Гулям.  Ташкент, «Еш  гвардия», 1974, 
376 s.
4.  Давыдова  Т.  Путь  к  эпопее.  Журн. «Дружба  народов» 
1985.  №10,  с.233.
5.  Каипбергенов  Т.  К  моим  читателям//  Каипбергенов  Т. 
Дастан о каракалпаках// Сказание о Маман-бие. Книга первая. 
М., «Сов.писатель», 1986, с. 7.
6. Yenə orada, с.7.
7. Yenə orada, с.7.
8.  Давыдова  Т.  Путь  к  эпопее.  Журн. «Дружба  народов», 
1985,  №10,  с. 234. 
9.  Изюмский  А.  Отечественная  история  в  литературном 
зазеркалье.  Журн. «Вопр.  литерауры», 1989, №9.
10.  Каипбергенов  Т.  Письмо  редактору  «Вопросы 
литературы». Журн.  «Вопросы литературы», 1990, №6, 226-229 
с.
11.  Каипбергенов  Т.К.  К  моим  читателям//  Каипбергенов 
Т.  Дастан  о  каракалпаках//  Сказание  о  Маман-бие.  М., «Сов.
писатель», 1986, с.  6.   
12.  Каипбергенов  Т.К.  К  моим  читателям//  Каипбергенов 
Т.  Дастан  о  каракалпаках//  Сказание  о  Маман-бие.  М., «Сов.
писатель», 1986, с. 6-7. 
13.Yenə orada, c. 6.
14.Каипбергенов Т. Каракалпак-намэ. Роман-эссе. М., «Сов.
писатель», 1989.
15.  Каипбергенов  Т.  Каракалпак-намэ.  Роман-газета, 1991, 
№21-22.
15.  Учиться  уму-разуму//Предисловие  к  «Каракалпак-
намэ».  Роман-газета, 1991, №21-22.
17.Каипбергенов Т.  Каракалпак-намэ. Роман-эссе. М., «Сов.
писатель», 1989, с. 64.
18. Yenə orada, c. 71.
19. Yenə orada, c. 72.
20. Каипбергенов Т. Быть ответственным – значить отвечать. 
Журн. «Вопр. литературы», 1987, №10, с. 192-204.  
21. Tağısoy N. Qaraqalpaq ədəbiyyatı. Tulepbergen Kaipber-
geno vun  yaradıcılığı. “Azərbaycan” jurn., 2010, №6, s.160.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
328
329
XV. QARAQALPAQ DRAMATURGİYASI 
VƏ TEATRININ İNKİŞAF  MƏRHƏLƏLƏRİ VƏ 
ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ
Qaraqalpaq ədəbiyyatında dramaturji janrın yaranması. 
İlk qaraqalpaq müəllifləri və onların ilk dramaturji əsərləri 
– S.Məcidov, A.Ötepov, A.Begimov, C.Aymirzəyev. 30-cu 
illər qaraqalpaq pyeslərinin mövzusu və problematikası. 
Dramaturgiyada qaraqalpaq  xalq melodiyalarından istifadə. 
Qaraqalpaq ədəbiyyatında musiqili dram janrının yaranması. 
(S.Məcidov «Bağdagül», N.Davkarayev «Alpamıs»).
Alpamıs və Gülayim –dram əsərlərində xalq ideallarını 
təcəssüm etdirən obrazlar kimi. Xalq içində olmuş tarixi 
şəxsiyyətlərə müraciət. Yernəzər Alagöz obrazı. Yernəzər-
Alagözün M.Daribayevin «Arzu» pyesində qaraqalpaq 
üsyanının başçısı kimi təqdimatı.
40-cı illər qaraqalpaq dramaturgiyasında müharibə 
obrazı  və onun xarakterik xüsusiyyətləri (J.Aymirzəyev 
«Leytenant Yelmuradov», «Kolya»; S.Xocaniyazov «Bizim 
Bahadır» və s.).
40-cı illər qaraqalpaq dramaturgiyasında şəxsi və ictimai  
konflikt (J. Ay mir zəyev «Amudərya sahillərində», «Aygül-
Abat», J.Aymir zəyev və A.Şahmu radov «Aral qızı», A.Begimov 
və T. Allanazarov  «Qərib Aşıq», S.Xocaniyazov «Zorla yaxşı 
olmayacaqsan», P.Tlegenov «Birinci fit» və s.). «Qərib Aşıq» 
musiqili dramında qəhrəmanlar arasındakı ziddiyyətlərə 
onların arasında  gedən xeyirlə şər mübarizəsinin təsiri.
50-ci illər qaraqalpaq dramaturgiyasında uşaq pyeslərinin 
yaranması. (T.Tlegenovun «Kimdir müqəssir?», «Öz 
anasının oğlu» pyesləri, J.Aymirzəyevin «Mənim oğullarım 
və  qızlarım» və s.). Bu pyeslərdə  həyatın  şablonlaşdırılmış  
ifadəsi.
J.Aymirzəyev və T.Allanazarovun «Rövşən», J.Aymirzə-
ye vin  «Əziz doktor», «Teneta Şeberxan»,  Ş.Xocaniyazovun 
«Taluas», N.Yesmatovun və A.Yeşimbetovun «Otlaqda toy», 
T.Seyidcanovun «Qaragözlü gözəl», «Narahat dalğalar», 
T.Tlege novun «Bekjan faciəsi», A.Şahmuradov və İ.Yusupovun 
«Qırx qız», T.Jumamu radovun «Qız zarafatları», Q.Abdulov 
və T.Bayandiyevin «Qaraqalpaq qızı» və s. pyesləri. Musiqili 
komediya janrında  yazılmış  əsərlərdə ailə-məişət, sosial-
psixoloji  və  mənəvi-əxlaqi problemlərin əksi.
Xalqın azadlıq mübarizəsi J.Aymirzəyevin «Berdağ» 
musiqili dramında.. Xalq mübarizələrinin, o cümlədən 
Yernəzər Alagözün, XIX əsr klassik qaraqalpaq ədəbiyyatının 
görkəmli nümayəndəsi Berdağın dram əsərlərində yaradılmış 
koloritli obrazları.
XX əsrin 70-80-ci illərində qaraqlapaq dramaturgiyasının 
aparıcı mövzuları  və  proble ma tikası. T.Seyidcanovun 
«Əbu Reyhan Biruni», K.Əvəzovun «Arzuya gedən yolda», 
İ.Yusupovun «Hazırcavab Ömirbəy», D.Aymuradovun 
«Boşluq» J.Seyid nəzərovun və U.Xocaniyazovun «Paxıllar», 
J.Seyidnəzərovun «Qığılcım», K.Rəh manovun  «Əkiz qızı» 
əsərlərində konfliktin orijinal şəkildə  həlli və s.  
Qaraqalpaqlarda yazılı ədəbiyyat XX əsrin 20-ci illərində 
yaranmışdır. Bu dövrdə qaraqalpaq ədəbiyyatı XX əsrin 
birinci yarasında hələ ilkin  addımlarını atır və əsasən o şifahi 
xalq yaradıcılığı  və türk poeziyası ənənələri üzərində inkişaf 
edirdi. Məlumdur ki, klassik türk poeziyası  və folklorunda 
xalq dramı elementləri geniş  şəkildə  təqdim olunurdu. 
Məsələn, qaraqalpaqların «juabları» (« cavabları»  - yəni 
«hazırcavablıq») – nəğmə, zarafatcıl yarışlarda öz əksini 
tapırdı. Qaraqalpaqların toy mərasimlərində «betaşar”, 
«heyjar» (azərbaycanlılarda «yar-yar»), «mereke» (azərbay-
can lılar da «mərəkə») və s. teatrallaşdırılmış tamaşa elementləri 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə