Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə90/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
358
359
əsəri yalnız olduğu şəkildə çap etdirmişlər. N.Davkarayevin 
bu monoqra fiyasında qaraqalpaq folkloru  və ədəbiyyatının  
inkişaf tarixi XX əsrin  əvvəllərində yazıb-yaratmış  şairlərin 
əsərlərini çevrələməklə sistemləşdirilmişdir. N.Davkarayev 
burada zəngin qaraqalpaq folklorunun ilk toplayıcı  və 
ifaçılarının - xalq jırau və baksılarının məktəb və ustalığını 
nəzərdən keçirməklə, onların fərqli xüsusiyyətlərinə 
nəzər salmış, geniş mövzu və janr özünəməxsusluğunu 
müəyyənləşdirmişdir. Qaraqalpaq dastanlarının ideya 
məzmununu ortaya çıxararkən «Alpamıs», «Koblan» və s. 
kimi epik əsərləri özbək, qazax və s. xalqlarınkı ilə müqayisə 
etmiş, «Qırx qız» dastanı haqqında mülahizələr yürütmüş, 
onun süjet özünəxaslığı, məzmun, üslub, poetik dil, bədii 
təsvir vasitələri,  qəhrəmanların xarakterini və b.təhlil 
mərkəzinə  çəkmişdir. Tədqiqatçı digər məqamlarla yanaşı 
bu dastandakı demokratizm, humanizm, vətənpərvərlik 
ideyalarının tərənnümünü izləmiş, süjetdəki real hadisələrə 
nəzər salmış, ictimai motivlərdəki asılılığı açmış,  əsərdə 
istifadə edilmiş poetik priyomların rəngarəngliyindən və 
genişliyindən, bədii obrazların bütövlüyündən, poetik dilin 
zənginliyindən danışmışdır və s.
Bütün söylədiklərimiz N.Davkarayevin qaraqalpaq 
ədəbiyyatşünaslığında tutduğu yeri yaxşı müəyyənləş-
dirməkdədir. Lakin bu heç də o demək deyildir ki, onun 
bu sahədəki  fəaliyyətində çatışmazlıqlar olmamışdır. Bu 
əsasən onun qaraqalpaq folklorunun və  ədəbiyyatının 
bəzi nümunələrinin birtərəfli dəyərlən dirilməsində özünü 
büruzə verir, təhlillər bir sıra hallarda səthi aparılır. Buna 
baxmayaraq, onun bu müstəvidəki yaradıcılığı qaraqalpaq 
ədəbiyyatşünaslıq elminin tarixi inkişafında mühüm rol 
oynamışdır. N.Davkarayev heç də milli ədəbiyyatşünaslığın 
problemlərinin öyrənilməsi ilə bağlı  tədqiqat və  təhlillər 
aparmamışdır. Onun digər ədəbiyyatların bir sıra məsələləri 
ilə, xüsusən Orta Asiya və qazax ədəbiy yat ları ilə qaraqalpaq 
ədəbiyyatının əlaqələrini çevrələy ən ədəbi-tənqidi məqalələri 
də öz aktuallığıni saxlamış  və zamanın tələblərinə uyğun 
istiqamətdə    qələmə alınmışdır.
Qaraqalpaq  ədəbiyyatşünaslığının inkişafında akad. 
M.Nurmühəm mədovun da xidmətləri olduqca çoxşaxəlidir. 
Hələ XX əsrin 50-ci  illərində onun Daşkənddə nəşr etdirdiyi 
«Qaraqalpaq sovet ədəbiyyatı tarixininin müxtəsər oçerki» 
kita bı milli ədəbiyyatın bu dövrdə ortaya çıxmış xüsusiy-
yətlərini diqqət mərkəzinə çatdırmaqla  əhəmiyyətli bir 
mənbə rolunu oynamışdır. 
Yaradıcılığı bu dövrə təsadüf edən qaraqalpaq alimlərinin 
əksəriyyəti elmin sırf bir sahəsində çalışmır, onun bir sıra 
aspektlərində  əsaslı araşdırmalar aparırdılar. Bunların 
sırasında N.Davkarayev, J.Dosumov, M.Nurmühəmmədov, 
S.Kamalov, K.Aimbetov, S.Tolstov, L.Tolstova, T.Jdanko, 
K.Maksetov və başqalarının adlarını çəkə bilərik. Çoxcəhətli 
yaradıcı elmi fəaliyyətlə  məşğul olan M.Nurmühəmmədov 
onların sırasında daha çox fərqlənirdi. O, nəinki sırf 
ədəbiyyat məsələləri, həm də tarix, etnoqrafiya, epos və s.  
sahələrlə bağlı sanballı əsərlər nəşr etdirməklə diqqət çəkir, 
bu müstəvidə işıq üzü görən əsərlərin elmi redaktoru, rəyçisi 
və s. kimi çoxşaxəli işlər həyata keçirirdi. Tədqiqatçının hansı 
məsələləri diqqət mərkəzinə  çəkməsindən asılı olmayaraq, 
onun  ədəbiyyat və  sənət haqqında mülahizələri daha çox 
sanballılılığı    və  dərinliyi ilə  nəzərə çarpırdı. Bu baxımdan 
onun 60-cı illərdə  əvvəl “Amudərya”, sonra Özbəkistanda 
nəşr olunan ictimai elmlər jurnalında dərc etdirdiyi 
«Qaraqalpaq yazılı  ədəbiyyatının təşəkkülü» mövzusunda 
məqaləsi maraqla qarşılanmışdı. 
M.Nurmühəmmədovun redaktəsi altında 1976-cı ildə 
Daşkənddə nəşr olunmuş “Qaraqalpaq sovet ədəbiyyatında 
poema janrının inkişafı”  mövzusunda araya-ərsəyə  gəlmiş 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
360
361
monoqrafik araşdırmada bu janrın inkişafına və formalaş-
masına nəzər salınmış sovet dövründə yazıb-yaratmış 
şairlərin  əsərlərində folklor və müasir realist ənənələrin 
ortaya çıxması ilə bağlı diskussiyalar aparılmış, 30-40-cı illər 
qaraqalpaq poemasında müsbət qəhrəman obrazı diqqət 
mərkəzinə  çəkilmiş, həmin dövrlərə  qədər nəşr olunmuş 
qaraqal paq  poemasının xüsusiyyətləri sistemli araşdırılmış-
dır. Eyni zamanda Jolmirzə Aymirzəyev,  İbrahim Yusupov 
və başqa müəlliflərin bu janrda yazdıqları  nümunələr təhlil 
predmetinə çevrilmişdir. Müasir qaraqalpaq balladasının 
keyfiyyətləri,  uşaqlar haqqında yazılmış poemaların ortaya 
çıxmasını şərtləndirən amillər, onların mövzu palitrası və s. 
kimi məsələlər S.Məcidovun, J.Aymirzə yevin,  İ.Fazilovun, 
X.Əhmə do vun, 
S.Qurbanniyazo vun, 
D.Nazbergenovun, 
Q.Seyidnəzərovun, K. Cumani 
yazovun əsərləri müxtəlif 
rakurslardan araşdırılmışdır. Bu monoqrafik  əsərin digər 
bir mühüm cəhəti ondan ibarətdir ki, burada XX əsrdə 
qaraqalpaq sənətkarları  tərəfindən  qələmə alınmış dastan-
poemaların janr xüsusiyyətlərinə  də  nəzər salınmışdır. 
A.Dabılovun  «Bahadır», S.Nurumbetovun «Bəxtiyar» və 
«Dənizdə», «Nəvai» və «Berdağ» kimi dastan - poemalarının 
mühüm cəhətləri, onlarda əksini tapmış vətəndaşlıq kredosu, 
vətənpərvərlik baxışları, bədii ifadəlilik, lakoniklik, lirik-epik 
poeziyanın özünəməxsus luğu, strukturu və kompozisiyası 
detalları ilə araşdırılmışdır və s.
M.Nurmühəmmədovun 1977-ci ildə Daşkənddə  nəşr 
etdirdiyi «Qaraqalpaq  poeziyası»  kitabında klassik qaraqalpaq 
şairlərinin yaradıcılığından başlamış (Jien Jırau, Günxoca, 
Hacıniyaz, Berdağ), X.Əhmədov,  İ.Fazilov, A.Begimov, 
D.Nazbergenov, A.Dabılov, S. Nurumbetov, J.Aymirzəyev, 
T.Jumamuradov,  İ.Yusupov, N.Japakov, X. Turımbetov, 
B.İsmayılov, T.Seyidca nov, Q.Seyidnəzərov, B.Kaipnəzərov, 
J.Dilmuradov,  İ.Qurban bəyov, T.Matmuradov və başqala-
rının poetik yara dıcılı  ğının başlıca mövzuları, ideyası, estetik 
xüsusiyyətləri nəzər  dən keçirilmişdir.
M.Nurmühəmmədov qaraqalpaq ədəbiyyatında böyük 
və intensiv fəaliyyətlə məşğul olan ədəbiyyatşü naslardandır. 
Bu baxımdan onun qaraqalpaq ədəbiyyatının sovet dövrünü 
əhatə edən Ayapbergen Musayev yaradıcılığının müxtəlif 
tərəflərini çevrələyən «Ayapbergen Musa ulı – qaraqalpaq 
sovet ədəbiyyatının banisi kimi» monoqrafiyası şairin bütün 
yaradıcılıq yolunu işıqlandırmaq nöqteyi-nəzərdən kifayət 
qədər  əhəmiyyətlidir. Bununla belə bu əsərin araya-ərsəyə 
gəlməsinə  hələ M.Nurmühəm mədovun Q.Yesemuradovla 
birlikdə Ayapbergen Musayevin Nökisdə qaraqalpaq 
dilində  nəşr olunmuş seçilmiş  şeirlərinə yazdıqları «Xalq 
şairi – Ayapbergen Musayev» məqaləsi, yenə  də onların 
«Sovet Qaraqalpaqstanı» qəzetində  nəşr etdirdikləri «Xalq 
şairi», yenə  də onların «Ayapbergen Musayev» məqalələri 
ilə yanaşı, M.Nurmühəmmədovun Ayapberqen Musayevin 
həyat və yaradıcılığına həsr edib “Amudərya” jurnalında çap 
etdirdiyi məqalələri və s. əsərlərdə A.Musayev yaradıcılığının 
özünəməxsus xüsusiyyətləri araşdırılmışdır.  A.Musayev 
yaradıcılığının bir sıra məsələləri digər sənətkarların və 
tənqidçilərin də  diqqətini cəlb etmişdir. Məsələn, Novruz 
Japakov «Ayapbergen Musayevin yaradıcılığı» (Nökis, 
1964), K.Bəyniyazov “Ayapbergen Musayevin poetik üslub 
xüsusiyyətləri” («Жас  Ленинши», 11 fevral, 1972) və 
Ayapbergenin «Başlayır»  şeiri  haqqında» dərc etdirdiyi 
məqalə  və s. materialların dərindən araşdırılması bu 
qaraqalpaq şairinin əsərlərinin bədii-estetik xüsusiyyətlərinin 
dərindən öyrənilməsində mühüm rol oynamışdır.  İstedadlı 
ədəbiyyatşünaslar A.Musayev yaradıcılığını  təhlil edərkən 
ilk növbədə onun əsərlərinin tematik baxımdan rəngarəng 
olduğunu, bu və ya digər obrazların yapılmasında bir sıra 
ənənəvi epitetlərdən, müqayisələrdən və  bədii vasitələrdən 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə