Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə92/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
366
367
mənbələrinə, onun formalaşmasına, 60-70-ci illərdə mövcud 
olmuş qaraqalpaq romanının vəziyyətinə nəzər salınır, əsaslı 
mülahizələr irəli sürülür. J.Narımbetov haqlı olaraq qeyd 
etmişdir ki, qaraqalpaq nəsri, o cümlədən qaraqalpaq romanı 
rus və digər qardaş xalqların mütərəqqi mədəni-estetik 
təcrübəsinin təsiri altında yaranmışdır. Tədqiqatçıya görə 
qaraqalpaq romanı sovet dövründə yaranmış milli nəsrin 
daxilində boy atmış və bu, elə bir proses olmuşdur ki, həm 
də qaraqalpaq nəsrinin tarixi ilə, xüsusən 30-cu illərin geniş 
planlı hekayə və oçerklərinin bazasında yaranaraq müəyyən 
səviyyəyə çatmışdır. Çünki qaraqalpaq nəsrinin daxilində 
gedən fasiləsiz formalaşan və  dərinləşən romanın  əsas janr 
xüsusiyyətləri, bədii prinsipləri, roman tendensiyası  həmin 
dövrlərdə bunun üçün  münbit şərait yaratmışdır.
50-60-cı illərdə bədii sənətin daxilində  gedən dərinləşmələr 
nəticəsində J.Aymirzəyevin «Amudərya sahilində» və 
«Yetimin qəlbi», A.Begimovun «Balıqçı qızı», U.Aycanovun 
«Aralın ağuşunda», A.Bekimbetovun «Acı taleyin fatehləri» 
və «Mübarizə», T.Kaipbergenovun «Sağ ol, müəllim», 
«Sonuncu hücum», «Qaraqalpaq qızı», «Mamanbiy əfsanəsi», 
K.Sultanovun «Ağdərya» və «Hacıniyaz», Y.Leontiçevin 
«İnsanlara xoşbəxtlik bəxş et», S.Saliyevin «Karvanlar uzaqları 
arayır», Ş.Seyidovun «Çoxlu durnalar köçdü», S.Arıslanovun 
«Konqrad» və s. kimi romanları nəinki Qaraqalpaqstan, həm 
də digər respublikaların oxucularına çatdırıldı. 
J.Narımbetov qaraqalpaq romanının xüsusiyyətlərini 
nəzərdən keçirərkən onun mətninə nəğmə, nağıl, əfsanə, atalar 
sözü və lətifələrin daxil edildiyindən bu nümunələrdə milli 
koloritin yaradılması, konflikt və xarakterlərin dərinləşməsi, 
dilin emosionallığı, onun xalq məişətinin və adətinin 
xüsusiyyətlərinin açılmasına kömək etdiyini, yazıçıların 
folklor materialından bacarıqla istifadə edə bilməsini 
vurğulamış, folklordan gələn nəsihət xarakterli ifadələ-
rin müasir romanın bədii prinsiplərinə uyğunlaş dırmaqla 
verildiyini, folklorun romanların dil-üslub xüsusiyyətlərinə 
təsir etdiyini, qəhrəmanların nitqinin poetikləşdirilməsini və 
obrazlılığını təmin etməni, geniş şəkildə aforizm, didaktizm, 
zərbi məsəllər, nəğmələrdən, müqayisə  və epitetlərdən 
istifadənin bədii dili və  təsvir vasitələrini  milli rənglərlə 
zənginləşdirdiyini qeyd etmişdir. Monoqrafiya müəllifi haqlı  
olaraq söyləmişdir ki, qaraqalpaq ədəbiyyatında roman 
janrının formalaşmasında milli ədəbiyyatın digər xalqların 
ədəbiyyatları    ilə  sıx  əməkdaşlığı böyük rol oynamışdır.
Qaraqalpaq  ədəbiyyatının  digər xalqların  ədəbiyyatına 
marağının artması, həm də Qaraqalpaqstanda tərcümə 
işinin uğurlu inkişafına şərait yaratmışdı. Bu proses tərcümə 
işinin intensivləşməsi ilə daha çox diqqət mərkəzinə 
düşürdü. Burada A.Puşkinin, N.Qoqolun, M.Lermontovun, 
M.Saltıkov-Şedrinin, L.Tolstoyun, A.Çexovun, M.Qorkinin, 
A.Tolstoyun, N.Ostrovskinin, A.Fadeyevin, M. Şoloxovun, 
D. Furmanovun, A. Makarenkonun, B.Qorbatovun, 
V.Katayevin, S.Ayninin, A.Qədirinin, Aybəkin, Ş.Rəşidovun, 
S.Mukanovun, B.Seytakovun, Ç.Aytmatovun, Y.Fuçikin, 
E.Heminqueyin, və başqalarının əsərlərinin qaraqalpaq dilinə 
tərcümələrinin rolu mütləq qeyd edilməlidir.
Tərcümə fəaliyyəti prosesində qaraqalpaq yazıçıları ustalı-
ğını kamilləşdirir, öz yaradıcı diapazonunu genişləndirir, 
gerçəkliyin bədii baxımdan əks olunma priyom və formalarına 
yiyələnir, bədii dil-üslub xüsusiyyətlərini zənginləşdirirdilər. 
Məhz tərcümə  işi prosesində onların qazandığı  təcrübə 
sonralar daha uğurlu nəsr nümunələrinin yaranmasında 
prelüd rolunu oynayırdı. Tərcümə praktikasının yazıçıların 
orijinal yaradıcılığına təsirini biz T.Kaipbergenovun 
«Qaraqalpaq qızı» romanından görə bilirik. Bu müddət 
ərzində o,  M.Şoloxovun  əsərlərinin tərcüməsi üzərində 
işləyərkən bu rus yazıçısının yaradıcı manerasından 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
368
369
daha çox istifadə etməyə meylli olmuşdur. Tərcümənin 
S.Saliyev yaradıcılığında isə xüsusi iz buraxdığını biz onun 
Ç.Aytmatovun povestlərinin tərcüməsi zamanı  əldə etdiyi 
vərdişlərlə bağlı olduğunu  söyləyə bilərik.
Qaraqalpaq nəsrinin inkişafına təsir edən digər mühüm 
vasitələrdən  və amillərdən biri ədəbiyyatlar arasında mövcud 
olan qarşılıqlı əlaqələr idi ki, burada yazıçılar arasındakı şəxsi, 
dostluq və yaradıcılıq münasibətləri daha intensiv gedirdi. 
Əlbəttə, bu kontekstdə yazıçı  yığıncaqlarının, yaradıcı 
diskussiyaların,  ədəbiyyat məsələlərinin müzakirələrinin
qurultayların, simpoziumların ədəbi prosesə, nəsr janrlarının 
bu prosesə təsiri də az deyildi. 
Digər  ədəbiyyatların qarşılıqlı  təsirini azaltmadan 
qaraqalpaq ədəbiyyatına Orta Asiya və qazax ədəbiyyatlarının 
daha böyük köməyindən danışılmalıdır. Nəzərə alınmalıdır 
ki, özbək, tacik, qazax ədəbiyyatlarında da nəsr yaradıcılığı, o 
cümlədən  romana müraciət qaraqalpaq ədəbiyyatındakından 
daha əvvəlki dövrlərdən getmişdi. Bu baxımdan hələ 20-30-
cu illərdə adlarını çəkdiyimiz ədəbiyyatlarda sanballı roman 
nümunələri ortaya çıxmışdı. Məsələn, S.Ayninin «Doxunda», 
«Qullar», A.Qədirinin «Keçmiş günlər», «Mehrab əqrəbi», 
Aybəkin «Müqəddəs qan», A.Qəhharın «Qoşaçinarın 
işıqları», S.Mukanovun «Yolunu azmışlar» və “Sehrli bayraq” 
, B. Maylinin «Əzəmət  Əzəmətoviç» və b. yanaşı,  30-40-cı 
illərdə  qırğız və türkmən  ədəbiyyatlarında da roman janrı 
inkişaf edirdi. Bu sırada T.Sıdıkbekovun «Gensu», «Temir», 
«Bizim günlərimizin adamları», A.Kauşutovun «Mehri və 
Vəfa», «Kopetdağın  ətəklərində», B.Kərbabayevin «Qəti 
addım» kimi romanları  nəşr olunduğu dövrdən oxucu 
rəğbətini qazana bilmişdi.
Sonrakı onilliklərdə qaraqalpaq romanının inkişafını 
xarakterizə edən başlıca xüsusiyyət onun janr rəngarəngliyi 
olmuşdur. Bu dövrlərdə gerçəkliyi daha geniş  şəkildə 
əks etdirmək, mövzu bütövlüyünü yaratmaq qaraqalpaq 
yazıçılarının daha çox meyl etdiyi istiqamət idi. Onlar romanı 
daha çox tarixi-sosial və sosial-məişət, lirik-psixoloji və s. 
müstəvidə inkişaf etdirməyə səy göstərirdilər. Romanın janr 
baxımından zənginləşməsi heç də onun kəmiyyət göstəricisi 
deyildi. Burada, bir tərəfdən, nəsrin bədii səviyyəsi kamilləşir, 
digər tərəfdən, realizm xüsusiyyətləri dərinləşirdi.
Qaraqalpaq  ədəbiyyatşünaslığının inkişafında K.Jərim-
bətovun da xidmətlərindən danışmaq lazımdır. Bu baxım-
dan onun erkən dövrlərdə mövcud olmuş qaraqalpaq 
lirikasının xüsusiyyətlərinin öyrənilməsi  əhəmiyyətlidir. 
Bundan başqa yenə  də bu müəllifin XIX əsr qaraqalpaq 
lirikasının janr əlvanlığına nəzər saldığı  əsərdə erkən 
dövrlərdən milli poeziyanın özünəməxsus keyfiyyətlərinə 
daha da dərinləşdirilmiş müstəvidə münasibət sərgilənir. 
K.Jərimbətov türkmən-qaraqalpaq  ədəbi  əlaqələrinin bəzi 
məsələlərini çevrələyən məqaləsində  bəzi qaraqalpaq və 
türkmən  şairləri arasındakı münasibətlər həm də  fərdi 
kontaktlar müstəvisində  nəzərdən keçirilmişdir.  
K.Jərimbətov XIX əsr qaraqalpaq ədəbiyyatının bir sıra 
məsələlərinə daha dərindən nəzər salmışdır. Dörd ayrı-ayrı 
fəsillərdən ibarət bu yetərincə sanbalı nəzəri-praktik səpkili 
əsərdə bir sıra  əsaslı problemlərin həllinə  səy göstərilir. 
«Giriş» hissəsində müəllif öz məram və  məqsədini bəyan 
etdikdən sonra, qaraqalpaq lirikasının milli görkəminə, onun 
nəzəri xüsusiyyətlərinə, qədim dövr qaraqalpaq jıraularının 
lirikasının özünəxas cəhətlərinə, XIX əsr qaraqalpaq 
lirikasının milli keyfiyyətlərinə, xalqın tarixi, sosial, siyasi, 
iqtisadi, mədəni və  ədəbi həyat tərzinin burada necə  əks 
olunmasına, XIX əsrdə Xarəzm regionunda yaranmış ədəbi 
ortaqlıq (müştərəklik) və qaraqalpaq lirikasına, onun folklorla 
əlaqələrinə, qəhrəmanlıq dastlanları ilə lirik nümunələr 
arasındakı yaxınlığa, lirik-epik (aşıq) dastanlarla XIX əsr 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə