Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
350
351
qeyd
etsə də, həm də bu dastanların əsrlər ərzində
formalaşmış ənənəyə söykəndiyini, öz mövzu və ideya-
məzmununa görə qəhrəmanlıq, lirik-epik, sosial-məişət və
ta rixi dastanlara bölün düyünü vurğulamış, diferen sa siya-
lar aparmışdır K.Maksetov qaraqalpaq dastanlarında sözlə
musiqinin üzvü surətdə birləşdiyini
və söyləyicilərin böyük
improvizasiya bacarığına malik olduqlarını, natiqlik, yumor
hissi, qaltanlı səsə, qopuz və dutarda ifa etmək bacarığını
detalları ilə çözmüşdür. Bütün bunlar haqqında əsaslı
mülahizələr ortaya qoyan tədqiqatçı nəinki Qurbanbəy
Tajibəyovun, həm də digər qaraqalpaq söyləyiciləri
Yesemurat Nurabıllayevin, Ataniyaz İyimbetovun, Kulemet
Ubbiyevin, Xocambergen Niyazovun, Qiyas Xeyrəd-
dinovun, Yeşşan Kosbulatovun, Japak Şahmuradovun, Qa-
racan Kabulovun, Aytcan Xocalepe so vun, Əhməd Tarixo-
vun və başqalarının dastan yaradıcılığına və ifaçılığına özü-
nəməxsus rakursdan yanaşdıqlarını uğurlu təhlil etmişdir.
K.Maksetov qaraqalpaq xalq jıraularının
epik repertua-
rının zəngin və rəngarəng olduğunu, hər bir söylə yici nin
ən azı 3-4 dastanı əzbər bildiyini, onlarca müdrik kəlam-
lar və nəğmələr söyləyə bildiklərini
qeyd etməklə, onların
yaradıcılığının müxtəlif tərəflərini təhlillərə cəlb etmişdir.
O, eyni zamanda söyləyicilərin bədii ustalıq səviyyəsinin,
həm də dastanın bədii dəyərini müəyyənləşdirdiyini qeyd
etməklə, improvizasiyanın daha bacarıqlı ustadlarda özünü
necə nümayiş etdirdiyini, onların jırau-şair və jırau-ifaçılara
bölündyünü konkret nümunələrə söykənməklə ortaya
qoymuş və yaradıcı jırauların dastanların
qoruyucusu və
təbliğatçısı kimi əvəzsiz rolunu göstərmişdir. K.Maksetov
digər məsələlərlə yanaşı, ənənəvi eposun xalqın müasir
məişətində yer almış klassik formada ifasından başqa,
həm də dastanlarda ikinci dərəcəli yerlərin buraxılıb,
daha maraqlı məqamlarının dinləyiciyə çatdırıb onun xalq
təfəkküründə qorunmasını vurğulamışdır. Digər köklü
məsələlərlə yanaşı, K.Maksetov qaraqalpaq eposunun
ənənəvi ifasına fərqli möhürünü də vurmuşdur.
Qarqalpaq şifahi
söz sənətinin, folklor nümunələrinin
və epik dastanlarının müxtəlif problemləri qaraqalpaq
folklorşünaslığı ilə yanaşı, həm də özbək, rus, qazax, Türkiyə
alimlərinin diqqət mərkəzində olmuşdur.
Bu müstəvidə
son illərdə fəaliyyət göstərən Türkiyə folklorşünaslarından
bir neçəsinin adlarını çəkmək olar. Onların sırasında Fikrət
Türkmən, Fuad Bozqurd, Ceyhun Vedat Uyğur, Əli Abbas,
Pınar Dönməz Fədakar, Yaşar Kalafat və başqalarının
əməyi qiymətlən dirilməyə layiqdir.
Ədəbiyyat
Qaraqalpaq dilində
1. Алламбергенов К. Kаракалпак халык дестаны Едиге.
Нöкис, «Билим баспасы», 1995.
2. Аимбетов К., Есемуратов К., Каримов А. Каракалпак
xалык ертеклери. Нöкис, “Каракалпак мемлекет баспасы”,
1956.
3. Аимбетов К., Есемуратов К., Каримов А. Халык даналыгы.
Нöкис, “Каракалпакстан”, 1988.
4. Аимбетов К. Халык даналыгы. Нöкис, 1968.
5. Алпамыс-Коблан. Каракалпак фольклоры. Узбекистан
Елмлер Академиясы Каракалпакстан шöбеси. Том 1-9.Нöкис,
1995.
6. Алпамыс. Нöкис, «Каракалпакстан», 1990.
7.Алымов Э. Каракалпак лиро-эпикалык дестанлары.
Нöкис, «Каракалпакстан», 1983.
8. Давкараев Н. Шыгармаларынын толык жыйнагы. Том 2,
Нöкис, 1977.
9. Едиге (Каракалпак Халык дестаны). Hazırl.S.Бахадырова,
К.Мамбетназаров, Ж.Низаметдинов. Нöкис, «Каракалпакстан»,
2001.
10. Ер Шора. Нöкис, 1995.
11. Жырау намалары. Нöкис, 1991.