Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə85/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
338
339
vəzifəsinə keçirirlər. Kolxoza sədr Paraxatı  təyin edirlər. O, 
iradəli və məqsədə doğru hərəkət edən insandır. Buna görə 
də, bəzi çatızmazlıqlara baxmayaraq, J.Aymirzəyevin bu əsəri 
tamaşaçılar tərəfindən həm də müəyyən dərəcədə hərarətlə 
qarşılanmışdır.
J.Aymirzəyevin və A.Şahmuradovun «Aral qızı» pyesi isə 
Aral balıqçılarının həyatına həsr olunmuşdur. Baş qəhrəman 
– Gülzadə Yerimbetova – qabaqcıl əmək adamıdır, həyatsevər 
bir qızdır. Pyes müəllifləri burada ilk növbədə onun əsl 
sevgisini, əmək rəşadətini qeyd etmək istəmişlər. Təəssüflər 
olsun ki, baş qəhrəmanın statikliyi ucbatından əsərdə onlar 
buna heç də bütün hallarda nail ola bilməmişlər.
Professional dramaturq olan Səfər Xocaniyazov çoxsaylı 
pyes, dram və  komediyalar yazmışdır. Onun komediyaları 
sırasında «Məcburən sevimli olmayacaqsan» əsərini qeyd 
etmək lazımdır. Burada o, XIX əsr qaraqalpaq həyatını tənqid 
atəşinə tutur. Komediya 30 ilə yaxın bir müddət  ərzində 
qaraqalpaq səhnəsində oynanılmaqla, həm də Özbəkistan, 
Türkmənistan və digər respublikaların da teatrlarında böyük 
müvəffəqiyyətlə getmişdir.
5
    
Cərco-Konqrad yeni dəmiryolu tikintisinə P.Tlegenovun 
«Birinci  fit» pyesi  həsr olunmuşdur. Baş  qəhrəman Alim 
Dasanov işin tezliklə qurtarması  uğrunda çalışır. Təəssüf  
ki, bu əsərin mühüm çatışmazlıqlarından biri olan konflikt 
zəifliyi  obrazların sxematik və ifadəsiz alınmasına  şərait 
yaratmışdır.
50-ci illərdə Qaraqalpaqstanda teatr həyatının mühüm 
hadisəsi kimi J.Aymirzəyevin  «Aygül Abat», A.Begimov və 
T.Allanazarovun «Qərib Aşıq», S.Xocaniyazovun «Məcburən 
sevimli olmayacaqsan» və s. əsərləri  ortaya çıxmışdı.
J.Aymirzəyevin «Aygül-Abat» pyesinin baş qəhrə manla-
rı bir-birlərini sevir, qorxmazdırlar, onlar gələcək uğrun da  
çalışır, fəal mübarizə aparırlar. Pyesin  məhəbbət  kollizi-
yası getdikcə sosial  mahiyyət kəsb edir. Aygül obraz ın da 
drama turq qaraqalpaq qadınının  ən yüksək keyfiyyətlərini 
verməyə çalışır. Qəhrəmanların mənəvi aləmini əks etdirən 
müəllif digər məsələlərlə yanaşı, həm də feodal təfəkkürünün 
koloritli  mənzərəsini yaradır. Ümumiyyətlə, digər əsərlərlə 
müqayisədə J.Aymirzəyevin  bu musiqili dram əsəri 
özünün yüksək ideya-bədii səviyyəsi ilə seçilir. 1973-cü ildə 
Aymirzəyev bu əsərinə görə Qaraqalpaqstan Respublikasının 
Berdax adına Dövlət Mükafatına  layiq görülmüşdür.
A.Begimov və T.Allanazarovun «Qərib Aşıq»  əsərinə 
gəldikdə isə bu musiqili dramda Qərib və  Şahsənəmin 
xoşbəxtlik uğrunda mübarizəsi əks olunmuşdur. Bədxahlar 
onların yaxınlaşmasını istəmirlər. Məsələn, belə bədxahlardan 
biri vəzir  Həkimzadə onların nikahlarına mane olmağa  çalışır. 
O, Qəribi  şahın xəzinəsindən oğurluqda günahlandırmaqla 
onu ölkədən qovmağa nail olsa da, Qərib yenə  də geri 
çəkilmir. Qəriblə  Həkimzadə arasındakı mübarizə xeyirlə 
şər arasınlakı mübarizəyə çevrilir. Qərib Şahsənəmin yanına 
qayıdır, nəhayət,  həqiqət və  ədalət zəfər çalır.
S.Xocaniyazovun   «Məcburən sevimli olmayacaqsan» 
musiqili komediyası köhnəliyin qalıqlarının tənqidinə  həsr 
olunmuşdur. Komediyanın konflikti iki gənc – Şahsənəm, 
Əvəz və digərləri, bir də mənfi personajlardan olan Qadalaq 
arasında gedir, bütün hadisələr qrotesk və satiranın köməyi ilə 
açılır. Komediyada çoxsaylı yadda qalan səhnələr  mövcuddur. 
Komediyanın xeyli müsbət xüsusiyyətlərinə görə əsər uzun 
müddət ərzində respublika teatrının səhnəsindən düşməmiş, 
qırğız, özbək, rus və s. dillərə tərcümə olunmuşdur.
50-ci illərin dramaturgiyası həm də uşaqlar üçün yazılıb 
səhnəyə qoyulmuş  pyeslərlə əlamətdardır. Onların sırasında 
T.Matkərimovun «Biz hazırıq», P.Tlegenovun «Kimdir 
müqəssir!», «Anasının oğlu», J.Aymirzəyevin «Mənim 
oğullarım və qızlarım»  kimi səhnə əsərlərinin adlarını çəkmək 
olar. Demək olar ki, bu əsərlərin hamısı birtərəfli təsvir ilə 
seçilirdi. 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
340
341
Nəzərdən keçirdiyimiz dövr üçün qaraqalpaq dramaturgi-
yasının ən mühüm xüsusiyyətlərindən  biri də onun müasir 
problemlərə diqqət yetirməsi idi ki, məhz bu cəhətlər milli 
dramaturgiyanı  həyatla yaxınlaşdırmağa, onda dövrün 
xarakterik xüsusiy 
yətlərini, insanların mənəvi dəyərlərini 
əks etdirmək  məsələsi diqqət mərkəzinə  çəkilirdi. 
J.Aymirzəyevin «Dostların ürəyi» və  «Əziz doktor» 
əsərləri dərin psixolo gizmlə fərqlənməklə son dərəcə maraqlı 
və özünəməxsusdur. «Rövşən» və  «Əziz doktor» pyesləri 
K.Sta nislavski  adına Qaraqalpaq Dövlət Teatrının reper tua-
rın da uzun müddət mühüm yer tutmaqla, həm də Özbə kis-
tan və Türkmənistan teatrlarının səhnəsində getmişdir.
S.Xocaniyazovun dramaturgiyası («Məcburən sevimli 
olmayacaqsan», «Ayşə», «Baxıt», «Cavan ürəklər») əsasən XX 
əsr qaraqalpaq həyatının xeyli tərəflərinin  əks olunmasına 
həsr olunmuşdur. Ayqulaq», «Taluas», «Zirək Yerketay» 
pyesləri koloritliyi və canlılığı ilə seçilir. S.Xocaniyazovun 
əksər səhnə əsərləri öz janr müəyyənliyinə görə səciyyəvi idi. 
Onlar ənənəyə bağlılığı, yaddaqalanlığı və milli keyfiyyətləri 
ilə  fərqlənirdi.
XX  əsrin 60-cı illərində qaraqalpaq səhnəsində  ən geniş 
yayılmış janrlardan biri də musiqili dram janrı idi. Qeyd edək 
ki, bu janr milli mədəniyyət və  ədəbiyyatda həmin vaxta 
qədər inkişaf etməmişdi. 
60-cı illərin dramaturgiyasında J.Aymirzəyevin  
« Berdax»,  «Həyat bulağı», Q.Abdulla və T.Bayandiyein 
«Qaraqalpaq qızı» musiqili dramının yeni variantını qeyd 
edə bilərik. «Berdax» pyesinin yeni variantında dramaturq 
ön plana xalqın Xivə xanlığına, yerli feodallara və ruhanilərə 
qarşı mübarizəsini əks etdirir. Müəllif xalq mübarizi Yernəzər  
Alagözün olduqca koloritli obrazını yaradır. Burada 
J.Aymirzəyevin diqqət mərkəzində XIX əsr qaraqalpaq 
ədəbiyyatının klassiki Berdaxın obrazı dayanır. O, burada 
əsl mübariz, xalqın xoşbəxtliyi  və gələcəyi uğrunda fəaliyyət 
göstərən, müdrik xalq  nümayəndəsinin obrazını əks etdirir.
70-ci illər qaraqalpaq dramaturgiyası geniş mövzu 
diapazonuna malikdir. Bu baxımdan T.Seyidcanovun «Əbu  
Rayhan Beruni», «Qığılcım», «Vələmir tarlasında yeganə 
sünbül», K.Əvəzovun «Arzu yolu üzərində»,  İ.Yusupovun 
«Hazırcavab Ömirbəy», D.Aymuradovun «Boşluq», 
J.Seyidnəzərovun və U.Xocaniyazovun «Ayqulaq», «Ürəyin 
səsi ilə», «Paxıllar», P.Tlegenovun «Kimdir müqəssir», 
K.Rəhmanovun «Gəlin», «O dünyaya çağırış», J.Aymirzə-
yevin «Əkiz qızlar» və s. əsərlər daha çox orijinallığı  və 
özünəməx susluğu ilə diqqəti cəlb edir. 
80-90-cı illərdə  də qaraqalpaq dramaturgiyası öz 
axtarışlarını davam etdirməkdə idi. O, özündə milli, özbək, 
türkmən, qazax, rus və başqa xalqların dramaturgiyasının 
xüsusiyyətlərini yaradıcı şəkildə mənimsəməklə səhnəni yeni 
mövzularla zənginləşdirməyə istiqamətlənməkdə  idi.      
Ədəbiyyat
1.  Баяндиев  Т.  Каракалпакский  государственный  театр 
имени  К.С.Стани славского.  Ташкент, «ФАН», 1971, с.16.
2. Yenə orada, s.193-199.
3.Yenə orada, s.194-195.
4.Максетов  К.  Эпос  и  драма.  Журн. «Амударья», 1974, №3, 
с.111.
5.  Нурмухамедов  М.К.,  Жданко  Т.А.,  Камалов  С.К. 
Каракалпаки.  Ташкент, «ФАН», 1971, с.114.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə