Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
338
339
vəzifəsinə keçirirlər. Kolxoza sədr Paraxatı təyin edirlər. O,
iradəli və məqsədə doğru hərəkət edən insandır.
Buna görə
də, bəzi çatızmazlıqlara baxmayaraq, J.Aymirzəyevin bu əsəri
tamaşaçılar tərəfindən həm də müəyyən dərəcədə hərarətlə
qarşılanmışdır.
J.Aymirzəyevin və A.Şahmuradovun «Aral qızı» pyesi isə
Aral balıqçılarının həyatına həsr olunmuşdur. Baş qəhrəman
– Gülzadə Yerimbetova – qabaqcıl əmək adamıdır, həyatsevər
bir qızdır. Pyes müəllifləri
burada ilk növbədə onun əsl
sevgisini, əmək rəşadətini qeyd etmək istəmişlər. Təəssüflər
olsun ki, baş qəhrəmanın statikliyi ucbatından əsərdə onlar
buna heç də bütün hallarda nail ola bilməmişlər.
Professional dramaturq olan
Səfər Xocaniyazov çoxsaylı
pyes, dram və komediyalar yazmışdır. Onun komediyaları
sırasında «Məcburən sevimli olmayacaqsan» əsərini qeyd
etmək lazımdır. Burada o, XIX əsr qaraqalpaq həyatını tənqid
atəşinə tutur. Komediya 30 ilə yaxın bir müddət ərzində
qaraqalpaq səhnəsində oynanılmaqla, həm də Özbəkistan,
Türkmənistan və digər respublikaların da teatrlarında böyük
müvəffəqiyyətlə getmişdir.
5
Cərco-Konqrad yeni dəmiryolu tikintisinə P.Tlegenovun
«Birinci fit» pyesi həsr olunmuşdur.
Baş qəhrəman Alim
Dasanov işin tezliklə qurtarması uğrunda çalışır. Təəssüf
ki, bu əsərin mühüm çatışmazlıqlarından biri olan konflikt
zəifliyi obrazların sxematik və ifadəsiz alınmasına şərait
yaratmışdır.
50-ci illərdə Qaraqalpaqstanda teatr həyatının mühüm
hadisəsi kimi J.Aymirzəyevin «Aygül Abat», A.Begimov və
T.Allanazarovun «Qərib Aşıq», S.Xocaniyazovun «Məcburən
sevimli olmayacaqsan» və s. əsərləri ortaya çıxmışdı.
J.Aymirzəyevin «Aygül-Abat» pyesinin baş qəhrə manla-
rı bir-birlərini sevir, qorxmazdırlar, onlar gələcək uğrun da
çalışır, fəal mübarizə aparırlar. Pyesin məhəbbət kollizi-
yası getdikcə sosial mahiyyət kəsb edir. Aygül obraz ın da
drama turq qaraqalpaq qadınının ən yüksək keyfiyyətlərini
verməyə çalışır. Qəhrəmanların mənəvi aləmini əks etdirən
müəllif digər məsələlərlə yanaşı,
həm də feodal təfəkkürünün
koloritli mənzərəsini yaradır. Ümumiyyətlə, digər əsərlərlə
müqayisədə J.Aymirzəyevin bu musiqili dram əsəri
özünün yüksək ideya-bədii səviyyəsi ilə seçilir. 1973-cü ildə
Aymirzəyev bu əsərinə görə Qaraqalpaqstan Respublikasının
Berdax adına Dövlət Mükafatına layiq görülmüşdür.
A.Begimov və T.Allanazarovun «Qərib Aşıq» əsərinə
gəldikdə isə bu musiqili dramda Qərib və Şahsənəmin
xoşbəxtlik uğrunda mübarizəsi əks olunmuşdur. Bədxahlar
onların yaxınlaşmasını istəmirlər. Məsələn,
belə bədxahlardan
biri vəzir Həkimzadə onların nikahlarına mane olmağa çalışır.
O, Qəribi şahın xəzinəsindən oğurluqda günahlandırmaqla
onu ölkədən qovmağa nail olsa da, Qərib yenə də geri
çəkilmir. Qəriblə Həkimzadə arasındakı mübarizə xeyirlə
şər arasınlakı mübarizəyə çevrilir. Qərib Şahsənəmin yanına
qayıdır, nəhayət, həqiqət və ədalət zəfər çalır.
S.Xocaniyazovun «Məcburən sevimli olmayacaqsan»
musiqili komediyası köhnəliyin qalıqlarının tənqidinə həsr
olunmuşdur. Komediyanın konflikti iki gənc – Şahsənəm,
Əvəz və digərləri, bir də mənfi personajlardan olan Qadalaq
arasında gedir, bütün hadisələr qrotesk və satiranın
köməyi ilə
açılır. Komediyada çoxsaylı yadda qalan səhnələr mövcuddur.
Komediyanın xeyli müsbət xüsusiyyətlərinə görə əsər uzun
müddət ərzində respublika teatrının səhnəsindən düşməmiş,
qırğız, özbək, rus və s. dillərə tərcümə olunmuşdur.
50-ci illərin dramaturgiyası həm də uşaqlar üçün yazılıb
səhnəyə qoyulmuş pyeslərlə əlamətdardır. Onların sırasında
T.Matkərimovun «Biz hazırıq», P.Tlegenovun «Kimdir
müqəssir!», «Anasının oğlu», J.Aymirzəyevin «Mənim
oğullarım və qızlarım» kimi səhnə əsərlərinin adlarını çəkmək
olar. Demək olar ki, bu əsərlərin hamısı birtərəfli təsvir ilə
seçilirdi.
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
340
341
Nəzərdən keçirdiyimiz dövr üçün qaraqalpaq dramaturgi-
yasının ən mühüm xüsusiyyətlərindən biri də onun müasir
problemlərə diqqət
yetirməsi idi ki, məhz bu cəhətlər milli
dramaturgiyanı həyatla yaxınlaşdırmağa, onda dövrün
xarakterik xüsusiy
yətlərini, insanların mənəvi dəyərlərini
əks etdirmək məsələsi diqqət mərkəzinə çəkilirdi.
J.Aymirzəyevin «Dostların ürəyi» və «Əziz doktor»
əsərləri dərin psixolo gizmlə fərqlənməklə son dərəcə maraqlı
və özünəməxsusdur. «Rövşən» və «Əziz doktor» pyesləri
K.Sta nislavski adına Qaraqalpaq Dövlət Teatrının
reper tua-
rın da uzun müddət mühüm yer tutmaqla, həm də Özbə kis-
tan və Türkmənistan teatrlarının səhnəsində getmişdir.
S.Xocaniyazovun dramaturgiyası («Məcburən sevimli
olmayacaqsan», «Ayşə», «Baxıt», «Cavan ürəklər») əsasən XX
əsr qaraqalpaq həyatının xeyli tərəflərinin əks olunmasına
həsr olunmuşdur. Ayqulaq», «Taluas», «Zirək Yerketay»
pyesləri koloritliyi və canlılığı ilə seçilir. S.Xocaniyazovun
əksər səhnə əsərləri öz janr müəyyənliyinə görə səciyyəvi idi.
Onlar ənənəyə bağlılığı, yaddaqalanlığı və milli keyfiyyətləri
ilə fərqlənirdi.
XX əsrin 60-cı illərində qaraqalpaq səhnəsində ən geniş
yayılmış janrlardan biri də musiqili dram janrı idi. Qeyd edək
ki, bu janr milli mədəniyyət
və ədəbiyyatda həmin vaxta
qədər inkişaf etməmişdi.
60-cı illərin dramaturgiyasında J.Aymirzəyevin
« Berdax», «Həyat bulağı», Q.Abdulla və T.Bayandiyein
«Qaraqalpaq qızı» musiqili dramının yeni variantını qeyd
edə bilərik. «Berdax» pyesinin yeni variantında dramaturq
ön plana xalqın Xivə xanlığına, yerli feodallara və ruhanilərə
qarşı mübarizəsini əks etdirir. Müəllif xalq mübarizi Yernəzər
Alagözün olduqca koloritli obrazını yaradır. Burada
J.Aymirzəyevin diqqət mərkəzində XIX əsr qaraqalpaq
ədəbiyyatının klassiki Berdaxın obrazı dayanır. O,
burada
əsl mübariz, xalqın xoşbəxtliyi və gələcəyi uğrunda fəaliyyət
göstərən, müdrik xalq nümayəndəsinin obrazını əks etdirir.
70-ci illər qaraqalpaq dramaturgiyası geniş mövzu
diapazonuna malikdir. Bu baxımdan T.Seyidcanovun «Əbu
Rayhan Beruni», «Qığılcım», «Vələmir tarlasında yeganə
sünbül», K.Əvəzovun «Arzu yolu üzərində», İ.Yusupovun
«Hazırcavab Ömirbəy», D.Aymuradovun «Boşluq»,
J.Seyidnəzərovun və U.Xocaniyazovun «Ayqulaq», «Ürəyin
səsi ilə», «Paxıllar», P.Tlegenovun «Kimdir müqəssir»,
K.Rəhmanovun «Gəlin», «O dünyaya çağırış», J.Aymirzə-
yevin «Əkiz qızlar» və s. əsərlər daha çox orijinallığı və
özünəməx susluğu ilə diqqəti cəlb edir.
80-90-cı illərdə də qaraqalpaq dramaturgiyası öz
axtarışlarını davam etdirməkdə idi. O, özündə milli, özbək,
türkmən, qazax, rus və başqa xalqların dramaturgiyasının
xüsusiyyətlərini yaradıcı şəkildə mənimsəməklə səhnəni yeni
mövzularla zənginləşdirməyə istiqamətlənməkdə idi.
Ədəbiyyat
1. Баяндиев Т. Каракалпакский государственный театр
имени К.С.Стани славского. Ташкент, «ФАН», 1971, с.16.
2. Yenə orada, s.193-199.
3.Yenə orada, s.194-195.
4.Максетов К. Эпос и драма. Журн. «Амударья», 1974, №3,
с.111.
5. Нурмухамедов М.К., Жданко Т.А., Камалов С.К.
Каракалпаки. Ташкент, «ФАН», 1971, с.114.