Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
342
343
XVI. QARAQALPAQ FOLKLORŞÜNASLIĞI
Qaraqalpaq folklorşünaslığı XX əsrin 20-ci illərindən
üzü bəri zəngin və keşməkeşli inkişaf yolu keçmişdir.
Qaraqalpaq folklorunun müxtəlif növ və janrları lap keçmiş
zamanlardan mövcud olsa da, onların öyrənilməsinə,
toplanılmasına, araşdırılmasına və nəşrinə yalnız XX
əsrin 30-cu illərindən başlayaraq daha ardıcıl diqqət
yetirilmişdir. Qaraqalpaq folkloru çoxsaylı və rəngarəng
olduğuna görə o həm də uzun zaman kəsiyində yazılı
epik poetik nümunələrin, dram əsərlərinin, nəsrdə
yaranmış örnəklərin bazası kimi xidmət etmişdir. Jien
Jırau, Berdağ, N.Davkarayev, T.Kaipbergenov və b. bu
kimi sənətkarların yaradıcılığı məhz
ondan qidalanaraq
inkişaf edib formalaşmışdır. Folklor örnəklərinin ədəbi
əsərlərin mahiyyətində yer alması onun daha dərindən
və geniş çevrədə öyrənilməsini gündəmə gətirmişdir.
Xalq təfəkküründə özünə yer etmiş bu əvəzsiz xəzinənin
toplanılması, tədqiqi və nəşri qaraqalpaq şifahi söz sənətinin
özəl və etnik-milli xüsusiyyətlərinin dəyərli olduğunu
sübut etməkdədir. N.Karazin, P.İvanov, T.Jdanko, S.
Tolstov, L.Tolstova, X.Yesberqenov, Y.Xocaniyazov və b.
qaraqalpaqların tarixini və etnoqrafiyasını araşdırarkən,
həm də xalqın folklor nümunələrinin toplanılmasına,
öyrənilməsinə və nəşrinə diqqət yetirmişlər.
Qaraqalpaq folklorşünasları digər xalqların folklorşü-
naslarından fərqli olaraq elmi fəaliyyətə çox uzaqdan
başlamasalar da, ötən müddət ərzində milli folklor nümu-
nələrinin təhlilində və diferensiasiyasında
xeyli sistemli
yanaşmalar ortaya qoymuşlar.
Qədim dövrlərdə, orta əsrlərdə, yeni dövrdə qaraqalpaq
folklorunun hər hansı nümunələrinin yazıya alınması,
toplanılması faktı məlum deyildir. Adı çəkilən dövrlərdə
hər hansı bədii şifahi sənət nümunələrinin mənşəyindən və
necə yaranmasından da söhbət belə getməmişdir. Əlimizdə
olan materiallara söykənərək qaraqalpaq şifahi xalq
ədəbiyyatı nümunələrinin yazıya alınmasının yalnız XIX
əsrin 50-ci illərində böyük qazax folklorşünası Ç.Valixanov
həyata keçirməyə başlamışdır. Bundan sonra bu işin XIX
əsrin sonuncu rübünün lap əvvəllərinə,
daha doğrusu
1875-ci ilə təsadüf etdiyini söyləyə bilərik. Məhz bu ildə
rus səyyahı və etnoqrafı N.Karazin Qaraqalpaqstanın
Çimbay regionunda bir nağılçı qarıdan «Qadın xanlığı
haqqında nağıl»ı qələmə almışdır. Fikrimizcə, qaraqalpaq
folklorunun toplanılıb nəşr olunmasını məhz bu dövrdən
götürmək daha məqsədə uyğundur.
Bu bir daha onu təsdiqləyir ki, qaraqalpaqlar qədim türk
qövmlərindən biri olmaqla dünya şifahi söz sənətində öz
möhürü ilə tanınmış xalqlardandır. Onların sayca az olması
heç də dünya mədəniyyətinə verdikləri örnəklərdə azlığı
nümayiş etdirmək yox, əksinə öz zənginliklərini göstərə
bilmək iddiasını ortaya qoyduqlarını sübut etməkdədirlər.
Digər türk xalqları ilə onların çoxsaylı oxşarlıqları olsa da,
dil,
adət-ənənə, etnoqrafik cizgilər baxımından özbəklər,
türkmənlər, qazaxlar, qarapapaqlar, xəzərlər, qaqauzlar,
noğaylar, başqurdlar və qırğızlarla daha çoxsaylı nöqtələri
əks etdirməkdədirlər. Qaraqalpaq ların şifahi ədəbiyyatının
rəngarəngliyi onlardakı adət-ənənələrlə, mərasimlərlə,
məişət həyatı və s. ilə bağlı nümunələrdə yetərincə əksini
tapmışdır.
Doğum mərasimləri, ad qoymalar, beşik,
toy-düyün,
sevinc, kədər, qəm və s. dolu nəğmələr qaraqalpaqlarda
daha çox öz orijinallığı ilə seçilməkdədir. Onlardan
«bədik», «güləpsan», «heyjar», “ramazan” və «yaramazan»,
dərd-sıxıntı ilə bağlı nəğmələr, müşayirələr (aytıslar,
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
344
345
atışmalar, hərbə-zorbalar), sinsitmələr (ağlayışlar), vida-
ayrılıq nəğmələri (bunlar əsasən qaraqalpaqların yadelli
işğallara məruz qalıb vətəni tərk etdikdə, doğmaları ilə
ayrılıb batırlar düşmənlərlə mübarizəyə yollananda, yaxud
müharibədə düşmən təqibinə məruz qaldıqda oxunan
tarixi nəğmələrdir), eşitdirmə (qəhrəmanın həlak olması
haqqında onun əzizlərinə çatdırılan xəbər-informasiyalar),
ağılar (doğmalar dünyasını dəyişən zaman oxunan ağı
nəğmələr), toy nəğmələri (Azərbaycan türklərində bu,
əsasən oyun hərəkətləri ilə müşayiət olunduğu halda,
qaraqalpaqlarda söz yarışı (atışmaları) kimi geniş
yayılmışdır.
Qaraqalpaq folklorunun
zəngin sahəsini həm də epik
növə aid janrlar təşkil edir. Onların sırasında əfsanələr,
rəvayətlər, lətifələr, nağıllar, dastanlar, atalar sözü, zərbi-
məsəllər, tapmacalar, kiçik həcmli hekayətlər (anızlar) və
s. kifayət qədər yer almışdır.
Qaraqalpaqlarda folklor və epik nümunələr uzun
zaman kəsiyində həm də yazılı ədəbiyyatı əvəz etdiyindən
onun daim zənginləşməsi və formalaşması, rəngarəng
janrlarının ovxarlanması getmişdir.
XX əsrin 30-40-ci illərindən qaraqalpaq folklorunun
öyrənil məsi, toplanılması, tədqiq edilib nəşr olunması təd-
qiqatçıların daha çox məşğul etmişdir.
Təkcə onu söyləyək
ki, indiyə qədər qaraqalpaq şifahi xalq ədəbiy-yatının 100
cildliyi toplanılaraq oxuculara, şifahi sənət örnəklərini
sevənlərə təqdim olunmuşdur.
Qaraqalpaq epik və lirik nümunələrinin öyrənilməsinə
hələ XIX əsrin 50-ci illərindən əvvəl qazax etnoqrafı və
folklorşünası Ç.Valixanov, 1875-ci ildən rus səyyahı və
yazıçısı N.Karazin başlasa da, XIX əsrin 80-ci illə-rinin
sonlarından bu iş akad. V.Radlov, XX əsrin əvvəllərin-dən
özbək folklorşünası Ə.Divayev, daha sonra akad.V.Jirmunski
tərəfindən, XX əsrin 30-40-cı illərindən isə əsasən P.İvanov
tərəfindən «Qaraqalpaqların tarixinə dair materiallarda»
(1939), T.Jdankonun «Qaraqalpaqların tarixi etnoqrafiya
oçerkləri. Tayfa-qəbilə strukturu və XIX əsr və XX əsrin
əvvəllərində onların yayılması” (1950), yenə T.Jdankonun
«Qırx qız» tarixi-etnoqrafik mənbə kimi» (1958), yenə onun
«Qaraqalpaqlar. Etnik tarix və etnoqrafiyasının başlıca
problemləri» (1964), S.P.Tolstovun “Oğuzlar şəhəri»
tarixi-
etnoqrafik etüdlər” (1947), «Qədim Xarəzm sivilizasiyasının
izləri ilə» (1948), «Oğuzlar, peçeneqlər. Davkar dənizi»
(1950), «Aralətrafı skiflər və Xarəzm» (1960), «Qaraqalpaqlar
Xarəzm oazisindən kənar da. XIX əsr - XX əsrin əvvəlləri»
(1963), K.Mambetovun «Qaraqalpaqların şəcərəsi» (1995)
və s. kimi xalq folklorunu və etnoqrafiyasını çevrələyən
əsərlərdə yer verilmişdir. Folklor bütün zamanlarda bu
xalqın tarixi-etnik mədəniyyətinin əsasını təşkil etdiyindən
tarixə, etnoqrafiyaya, mədəniyyətə, maarifə aid əksər
əsərlərdə tədqiqatçılar onun bu və ya digər tərəflərinə
toxunmadan keçinə bilməmişlər. Məhz buna görə də biz
C.Kamalovun «Qaraqal paqlar. XVIII-XIX əsrlərdə Rusiya
və Orta Asiya xanlıqları ilə qarşılıqlı münasi
bətlər»
(1968), M.Nurmühəmmədov, T.Jdanko və S.Kamalovun
«Qaraqalpaqlar. Qədim zamanlardan dövrümüzə qədərki
tarixin qısa oçerk»ində (1971), M.Nurmühəmmədovun
«Rus-qaraqalpaq mədəni əlaqələri tarixindən» (1974),
S.Pletnyovanın «Çyornıye klobukilərin qədimliyi» (1973),
«XIX əsrin sonu XX əsrin əvvəlləri qaraqalpaqların
etnoqrafiyası» (1980), D.Aytmuratovun «Türk etnonimləri»
(1986), K.Mambetovun «Karakalpaklardın etnoqrafiyalık
tariyxı» (1995), J.Berdiyevin «Əfsanə və xalq rəvayətlərində
XIII-XVII əsrlər qaraqalpaq tarixi»
mövzulu doktorluq
dissertasiyasında (1996), yenə onun «Yernəzər Alagöz
haqqında xalq arasında anladılan ağız anlatmaları»