Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə86/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
342
343
XVI. QARAQALPAQ FOLKLORŞÜNASLIĞI
Qaraqalpaq folklorşünaslığı XX əsrin 20-ci illərindən 
üzü bəri zəngin və keşməkeşli inkişaf yolu keçmişdir. 
Qaraqalpaq folklorunun müxtəlif növ və janrları lap keçmiş 
zamanlardan mövcud olsa da, onların öyrənilməsinə, 
toplanılmasına, araşdırılmasına və  nəşrinə yalnız XX 
əsrin 30-cu illərindən başlayaraq daha ardıcıl  diqqət 
yetirilmişdir. Qaraqalpaq folkloru çoxsaylı  və  rəngarəng 
olduğuna görə o həm də uzun zaman kəsiyində yazılı 
epik poetik nümunələrin, dram əsərlərinin, nəsrdə 
yaranmış örnəklərin bazası kimi xidmət etmişdir. Jien 
Jırau, Berdağ, N.Davkarayev, T.Kaipbergenov və b. bu 
kimi sənətkarların yaradıcılığı  məhz ondan qidalanaraq 
inkişaf edib  formalaşmışdır. Folklor örnəklərinin  ədəbi 
əsərlərin mahiyyətində yer alması onun daha dərindən 
və geniş çevrədə öyrənilməsini gündəmə  gətirmişdir. 
Xalq təfəkküründə özünə yer etmiş bu əvəzsiz xəzinənin 
toplanılması, tədqiqi və nəşri qaraqalpaq şifahi söz sənətinin 
özəl və etnik-milli xüsusiyyətlərinin dəyərli olduğunu 
sübut etməkdədir. N.Karazin, P.İvanov, T.Jdanko, S. 
Tolstov, L.Tolstova, X.Yesberqenov, Y.Xocaniyazov və b.  
qaraqalpaqların tarixini və etnoqrafiyasını araşdırarkən, 
həm də xalqın folklor nümunələrinin toplanılmasına, 
öyrənilməsinə  və  nəşrinə diqqət yetirmişlər.
Qaraqalpaq folklorşünasları digər xalqların folklorşü-
naslarından fərqli olaraq elmi fəaliyyətə çox uzaqdan 
başlamasalar da, ötən  müddət ərzində milli folklor nümu-
nələrinin təhlilində  və diferensiasiyasında xeyli sistemli 
yanaşmalar ortaya qoymuşlar. 
Qədim dövrlərdə, orta əsrlərdə, yeni dövrdə qaraqalpaq 
folklorunun hər hansı nümunələrinin yazıya alınması, 
toplanılması faktı məlum  deyildir. Adı çəkilən dövrlərdə 
hər hansı bədii şifahi sənət nümunələrinin mənşəyindən və  
necə yaranmasından da söhbət belə getməmişdir. Əlimizdə 
olan materiallara  söykənərək qaraqalpaq şifahi xalq 
ədəbiyyatı nümunələrinin yazıya alınmasının yalnız XIX 
əsrin 50-ci illərində böyük qazax folklorşünası Ç.Valixanov 
həyata keçirməyə başlamışdır. Bundan sonra  bu işin XIX 
əsrin sonuncu rübünün lap əvvəllərinə, daha doğrusu 
1875-ci ilə  təsadüf etdiyini söyləyə bilərik. Məhz bu ildə 
rus səyyahı  və etnoqrafı  N.Karazin Qaraqalpaqstanın 
Çimbay regionunda bir nağılçı qarıdan «Qadın xanlığı 
haqqında nağıl»ı qələmə almışdır. Fikrimizcə, qaraqalpaq 
folklorunun toplanılıb nəşr olunmasını məhz bu dövrdən 
götürmək daha məqsədə uyğundur. 
Bu bir daha onu təsdiqləyir ki, qaraqalpaqlar qədim türk 
qövmlərindən  biri olmaqla dünya şifahi söz sənətində öz 
möhürü  ilə tanınmış xalqlardandır. Onların sayca az olması 
heç də dünya mədəniyyətinə verdikləri örnəklərdə azlığı 
nümayiş etdirmək yox, əksinə öz zənginliklərini göstərə 
bilmək iddiasını ortaya qoyduqlarını sübut etməkdədirlər. 
Digər türk xalqları ilə onların çoxsaylı oxşarlıqları olsa da, 
dil, adət-ənənə, etnoqrafik cizgilər baxımından özbəklər, 
türkmənlər, qazaxlar, qarapapaqlar, xəzərlər, qaqauzlar, 
noğaylar, başqurdlar və qırğızlarla daha çoxsaylı nöqtələri 
əks etdirməkdədirlər. Qaraqalpaq ların şifahi ədəbiyyatının 
rəngarəngliyi onlardakı adət-ənənələrlə, mərasimlərlə, 
məişət həyatı  və s. ilə bağlı nümunələrdə yetərincə əksini 
tapmışdır.
Doğum mərasimləri, ad qoymalar, beşik, toy-düyün
sevinc, kədər, qəm və s. dolu nəğmələr qaraqalpaqlarda 
daha çox öz orijinallığı ilə seçilməkdədir. Onlardan 
«bədik», «güləpsan», «heyjar», “ramazan” və «yaramazan», 
dərd-sıxıntı ilə bağlı  nəğmələr, müşayirələr (aytıslar, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
344
345
atışmalar, hərbə-zorbalar), sinsitmələr (ağlayışlar), vida-
ayrılıq nəğmələri (bunlar əsasən qaraqalpaqların yadelli 
işğallara məruz qalıb vətəni tərk etdikdə, doğmaları ilə 
ayrılıb batırlar düşmənlərlə mübarizəyə yollananda, yaxud 
müharibədə    düşmən təqibinə  məruz qaldıqda oxunan 
tarixi nəğmələrdir), eşitdirmə (qəhrəmanın həlak olması 
haqqında onun əzizlərinə çatdırılan xəbər-informasiyalar), 
ağılar (doğmalar dünyasını  dəyişən zaman oxunan ağı 
nəğmələr), toy nəğmələri (Azərbaycan türklərində bu, 
əsasən oyun hərəkətləri ilə müşayiət olunduğu halda, 
qaraqalpaqlarda söz yarışı (atışmaları) kimi geniş 
yayılmışdır. 
Qaraqalpaq folklorunun zəngin sahəsini həm də epik 
növə aid  janrlar təşkil edir. Onların sırasında  əfsanələr, 
rəvayətlər, lətifələr, nağıllar, dastanlar, atalar sözü, zərbi-
məsəllər, tapmacalar, kiçik həcmli hekayətlər  (anızlar) və 
s. kifayət qədər yer almışdır.
Qaraqalpaqlarda folklor və epik nümunələr uzun 
zaman kəsiyində həm də yazılı ədəbiyyatı əvəz etdiyindən 
onun daim zənginləşməsi və formalaşması, rəngarəng 
janrlarının ovxarlanması getmişdir.
XX  əsrin  30-40-ci illərindən  qaraqalpaq folklorunun 
öyrənil məsi, toplanılması, tədqiq edilib nəşr olunması təd-
qiqatçıların daha çox məşğul etmişdir. Təkcə onu söyləyək 
ki, indiyə qədər qaraqalpaq şifahi xalq ədəbiy-yatının 100 
cildliyi toplanılaraq oxuculara, şifahi sənət örnəklərini 
sevənlərə  təqdim olunmuşdur.
Qaraqalpaq epik və lirik nümunələrinin öyrənilməsinə 
hələ XIX əsrin 50-ci illərindən  əvvəl qazax etnoqrafı  və 
folklorşünası Ç.Valixanov, 1875-ci ildən rus səyyahı  və 
yazıçısı N.Karazin başlasa da, XIX əsrin 80-ci illə-rinin 
sonlarından bu iş akad. V.Radlov, XX əsrin əvvəllərin-dən 
özbək folklorşünası Ə.Divayev, daha sonra akad.V.Jirmunski 
tərəfindən, XX əsrin 30-40-cı illərindən isə  əsasən P.İvanov 
tərəfindən «Qaraqalpaqların tarixinə dair materiallarda» 
(1939), T.Jdankonun «Qaraqalpaqların tarixi etnoqrafiya 
oçerkləri. Tayfa-qəbilə strukturu və XIX əsr və XX  əsrin 
əvvəllərində onların yayılması” (1950), yenə T.Jdankonun 
«Qırx qız» tarixi-etnoqrafik mənbə kimi»  (1958), yenə onun 
«Qaraqalpaqlar. Etnik tarix və etnoqrafiyasının başlıca 
problemləri» (1964), S.P.Tolstovun “Oğuzlar şəhəri» tarixi-
etnoqrafik etüdlər” (1947), «Qədim Xarəzm sivilizasiyasının 
izləri ilə» (1948), «Oğuzlar, peçeneqlər. Davkar dənizi» 
(1950), «Aralətrafı skiflər və Xarəzm» (1960), «Qaraqalpaqlar 
Xarəzm oazisindən kənar da.  XIX  əsr - XX əsrin əvvəlləri» 
(1963), K.Mambetovun «Qaraqalpaqların  şəcərəsi» (1995) 
və s. kimi xalq  folklorunu və etnoqrafiyasını çevrələyən 
əsərlərdə yer verilmişdir. Folklor bütün zamanlarda bu 
xalqın tarixi-etnik mədəniyyətinin əsasını təşkil etdiyindən 
tarixə, etnoqrafiyaya, mədəniyyətə, maarifə aid əksər 
əsərlərdə  tədqiqatçılar  onun bu və ya digər tərəflərinə 
toxunmadan keçinə bilməmişlər. Məhz buna görə  də biz 
C.Kamalovun «Qaraqal paqlar. XVIII-XIX əsrlərdə Rusiya 
və  Orta Asiya xanlıqları ilə qarşılıqlı münasi 
bətlər» 
(1968), M.Nurmühəmmədov, T.Jdanko və S.Kamalovun 
«Qaraqalpaqlar. Qədim zamanlardan dövrümüzə qədərki 
tarixin qısa oçerk»ində (1971), M.Nurmühəmmədovun 
«Rus-qaraqalpaq mədəni  əlaqələri tarixindən» (1974), 
S.Pletnyovanın «Çyornıye klobukilərin qədimliyi» (1973), 
«XIX  əsrin sonu XX əsrin  əvvəlləri qaraqalpaqların 
etnoqrafiyası» (1980), D.Aytmuratovun «Türk etnonimləri» 
(1986), K.Mambetovun «Karakalpaklardın etnoqrafiyalık 
tariyxı» (1995), J.Berdiyevin «Əfsanə və xalq rəvayətlərində 
XIII-XVII  əsrlər qaraqalpaq tarixi» mövzulu doktorluq 
dissertasiyasında (1996),  yenə onun «Yernəzər Alagöz 
haqqında xalq arasında anladılan ağız anlatmaları» 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə