Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə84/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
334
335
həsr olunmuşdu. Bu komediyaların süjeti, şübhəsiz ki, real 
gerçəklikdə olan faktlara əsaslanırdı. Məsələn, J.Aymirzəyevin 
«Ziyankarlar» və A.Ötepovun «900 qram» komediyalarında 
müəlliflər öz perso 
najlarının davranış xarakterindən və 
dil-üslub xüsusiyyət lərindən uğurla istifadə etmişlər. Bu 
komediyaların qəhrəmanları avam və tənbəl savadsızlardır. 
«900 qram» komediyasında  Əhməd obrazı vardır ki, o, 
bütün il boyu işləmir, biləndə ki, ona hər  əmək gününə 
900 qram taxıl düşür, onda o, kisələrini götürüb kolxoz 
anbarına yaxınlaşır. Bu tipli mövzular digər komediyaların 
da  əsasına qoyulmuşdu. Mövzu dövr üçün olduqca aktual 
idi. Elə buna görə də belə əsərlər Qaraqalpaqstan teatrlarında 
müvəffəqiyyətlə gedirdi. J.Aymirzəyev «Öz dəyənəyinlə 
özünə» komediyasında, bir tərəfdən,  bəylərin, mollaların və 
ışanların qəddarlığını, digər tərəfdən, haqq, ədalət uğrunda 
mübarizə aparanları göstərirdi. Müəllif komediyada 
müxtəlif qrotesklər, satirik-yumoristik ifadə vasitələrindən 
geniş istifadə etmişdir. Bu komediyaların başlıca mövzusu 
faktik olaraq Qaraqalpaqstanın   əvvəlki dövrdəki həyatını 
işıqlandırsa da, bununla belə burada eyni zamanda  xalqın 
müasir həyatında olan əyintilər də ustalıqla  əks olunurdu. O 
dövrün tənqidi J.Aymirzəyevin komediyasını müvəffəqiyyətli 
hesab edərək, həm də bütün personajların xarakterlərinin 
relyefli yapılmadığını  və obrazların psixoloji baxımdan 
yetərincə  əsaslandırılmadığını qeyd etmişdi. Məsələn, qeyd 
olunurdu ki, Anargül obrazı son dərəcə dinamik idisə, 
İmanbəy obrazı statik idi.
J.Aymirzəyevin digər komediyaları da xalq həyatına  həsr 
edilmişdir. Bütün müsbət keyfiyyətləri ilə yanaşı, qeyd etmək 
lazımdır ki, bu müəllifin komediyalarının bir neçəsi də var idi 
ki, onlar deklarivlikdən, konflikt  inkişafının zəifliyindən və 
sxematiklikdən kənar da ola bilməmişdir. Məsələn «Toyda», 
«Totıxana», «Toy», «Oğurluq - alçaqlıqdır» və s. kimi 
komediyalarda  bu cəhət özün daha yaxşı göstərmişdir. Buna 
görədə adı çəkilən üç komediya qaraqalpaq teatrında  heç də 
uzun ömürlü səhnə həyatı yaşaya bilməmişdir.  
Sovet dövrü olduğundan qaraqalpaq səhnəsində kolxoz 
həyatına həsr edilmiş pyeslər də az deyildi. Bunlara ilk 
növbədə M.Daribayevin «Yeni insanlar» və J.Aymirzəyevin 
«Toy» pyesləri aid idi. Bu tipli pyeslərdə qaraqalpaq 
ədəbiyyatında ilk dəfə olaraq  əmək mövzusu geniş planda 
yayılırdı. «Yeni insanlar»da Pəhləvan Taluan və  Sırımbet 
obrazları koloritli şəkildə yaradıldığından onlar xalq 
arasından çıxan  əməksevər insanlar kimi diqqəti daha çox  
cəlb edirdi.
Qaraqalpaqların feodallıq dövrünə  həsr olunmuş ilk 
musiqili dram əsəri S.Məcidovun «Bağdagül»ü olmuşdur. 
Bu dram əsərinin başlıca qəhrəmanları bir-birlərini ürəkdən 
sevən  kənd gəncləri Xocan və Bağdagüldür. Lakin 60 
yaşlı  Şəmşid Xocanın sevgisinə ortaq çıxmağa can atmaqla 
Bağdagülü üçüncü arvadı etmək istəyir. O, Xocanı arxa 
cəbhədəki işlərə göndərmək istəyir. Bağdagülsə Xoca nə 
qədər səy göstərsə də, onun tələsinə düşmür və öz sevgilisinə 
sadiqliyini nümayiş etdirir, təhqirə dözməyərək doğma 
aulundan qaçır, çətinliklə də olsa, Xocana qovuşur. Bu dram 
əsərində «Kədərli qız», «Aycanay», «Muxalles», «Bozatau» və 
s. bu kimi xalq melodiyalarının motivlərindən uğurla istifadə 
olunmuşdur. S.Məcidov bu əsəri ilə dram janrında folklor 
nəğmələrindən istifadənin rolunu yetərincə  əks etdirməyə 
müvəffəq ola bilmişdir. S.Məcidovun «Bağdagül» musiqili 
dramında özbək dramaturqu H.H. Niyazinin «Bəy və nökər» 
pyesinin xüsusiyyətləri özünü kifayət  qədər qabarıq göstərir.
M.Daribayevin «Arzu» pyesinin mərkəzində – tarixi 
Yernəzər Alagözün şəxsiyyəti dayanır. Burada o, düşmənə 
qarşı alovlanmış üsyanın başçısı  və xalq maraqlarının 
ifadəçisi kimi təqdim olunmuşdur. Pyesdə Yernəzər Alagöz 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
336
337
və onun bütün ailəsi (arvadı Nurbibi, qoca anası Gülnar, oğlu 
Yadigar), dostları (Qorxmaz, Taymas, Juman, Yerqas) böyük 
mübarizlər kimi əks olunmuşlar. Maraqlıdır ki, Yernəzərın 
dramaturq tərəfindən tarixi əksi heç də onu tək vahid 
qəhrəman kimi səciyyələndirmək yox, onunla çiyin-çiyinə 
duran bütün qüvvələri göstərməyə can atmasıdır. Ayağa 
qalxmış xalqa qarşı Xivə xanı Seyid Məhəmməd öz ordusu 
ilə güclü silahlanaraq mübarizə aparır. Yernəzərin və onun 
dostlarının Xivə xanına qarşı  mübarizəsini əks etdirən dra-
maturq, həm də baş qəhrəman obrazının modernizasiyasında  
bir sıra səhvlərə  də yol vermişdir.
Qaraqalpaq səhnə  sənətində  ən yaxşı  əsərlərdən biri 
də N.Davkarayevin «Alpamıs» musiqili dramıdır ki, o, 
məhz Orta Asiya türklərinin (özbəklərin, qaraqalpaqların, 
qazaxların) məlum eposunun motivləri əsasında yazılmışdır. 
Dastanın ideya-bədii xüsusiyyətlərini yeni yazılı  ədəbi 
formaya salan müəllif, ona dram leytmotivi verməklə, həm 
də əsərin başlıca ideyasını – qaraqalpaq xalqının birləşməsi 
uğrunda mübarizəsini göstərməyə nail olmasıdır.
4
 
«Alpamıs»ın baş  qəhrəmanı  və aparıcı obrazı onun özü 
və sevgilisi Barçindır– onların hər ikisi  xalq ideallarını  əks 
etdirir və məhz bu xüsusiyyət lərinə görə də  qəhrəmanların 
hər ikisi N.Davkarayevin «Alpamıs» musiqili dramında 
görümlü  şəkildə  təqdim olunmuşdur.
40-cı illərdə qaraqalpaq teatrının səhnəsində J.Ay mirzə-
yevin «Leytenant Yelmuradov», «Kolya», S.Xocaniya-
zovun «Bizim Bahadır» dramları ilə yanaşı, özbək, rus və  
digər   ədəbiyyatlardan qaraqalpaqcaya tərcümə olunmuş 
pyeslər qoyulurdu. Bu nümunələr arasında  ən maraqlı 
tamaşa «Leytenant Yelmuradov»  idi. Əsərdə Batırbəy 
Yelmuradov və onun dostlarının qəhrəmanlıq mübarizəsi 
əks olunur. Tamaşada müəllifin düşüncəsinə uyğun olaraq 
ilk növbədə  xalqın mənəvi qohumluğu öz əksini tapır. Bu 
dramda baş  qəhrəman heç də statik bir fiqur yox, özünü 
odun-alovun içinə atan əsgər kimi səciyyələndirilməklə, 
daim hərəkət və inkişafdadır. Bu pyesi həm də digər 
çoxsaylı müsbət keyfiyyətlər fərqləndirir. Elə buna görə  də 
bu  əsər qaraqalpaq ədəbiyyatının hərb dövrünün ən yaxşı 
dram nümunələrindəndir. Bununla belə burada bir sıra 
çatışmazlıqlar da mövcuddur. Belə ki, əsərdə əvvəlki pyeslər 
üçün xarakterik olan təkrarlar, personajların fərdi və psixoloji 
xarakteristikasının bir-birinə uyğunluğu, trafaret obrazlar
hərəkətlər  və s. nəzərə çarpmaqdadır. 
Qaraqalpaq teatrının səhnəsində  həm də digər  xalqla-
rın müəlliflərinin  əsərləri qaraqalpaq dilinə  tərcümələrdə 
getmişdir ki, onların  sırasında K.Simonov, K.Yaşen, 
S.Abdulla və s. əsrlərini göstərmək olar. Bu əsərlər ilk 
növbədə düşmənlə  qəhrəmancasına mübarizəyə  səsləyirdi. 
Müharibə dövründə qaraqalpaq yazıçıları N.Davkarayev, 
U.Kojurov, A.Şahmuradov, M.Daribayev publisistik məqalə, 
korrespondensiyalarla və s. də  çıxış edirdilər.
40-50-ci illərdə J.Aymirzəyev, S.Xocaniyazov, 
A.Şahmuradov, P.Tlegenov və b. bir neçə  səhnə  əsəri 
yazmışlar. Bu əsərlər maraqlı mövzulara həsr olunmuşdur. 
Məsələn, J.Aymirzəyevin «Amudərya sahillərində» musiqili 
dramında  şəxsi və ictimai maraq arasında olan konflikt 
göstərilmişdir. Kolxoz sədri Uzaqbergen öz şəxsi mənfəəti 
barədə düşünür, onu müdrik və doğrucul bir insan 
Pəhləvan ata ifaşa edir. Pyes aktual mövzuya həsr olunsa da, 
müəllif hadisələri sona qədər həqiqətə uyğun və inandırıcı 
şəkildə aça bilməmişdir. Belə ki, əsərin bir sıra  məqamları 
kəskin konflikt  situasiyalarından kənardadır. Bu onunla 
bağlı olmuşdur ki, müəllif düşündüyü xətti inkişaf etdirə 
bilməmişdir. Buna görə də başlıca məsələ  konfliktin yüksələn 
xətlə getməsindən kənarda qalmışdır. Kolxoz sədri raykom 
katibinin yanına gedir, öz səhvlərini anlayır, onu briqadir 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə