Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə80/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
318
319
həm də olduqca bacarıqlı siyasətçi kimi daim mübarizə  və 
döyüşlərdə olan qəbilələr arasında ittifaq  əldə etmək istəyir. 
Mamanbiy obrazında müəllif həm də öz doğma xalqına  daim  
sədaqətlilik nümayiş etdirir. Burada tarixi şəxsiyyətin və 
xalqın daha tanınmış nümayəndələri arasında olan qarşılıqlı 
münasibətlərdə göstərilməsi maraqlı  şəkildə  təqdim edilir. 
Trilogiyada münasibətlər dialektikası yaranır.  Əsərdə xalq 
rəhbəri obrazı, xalq şüuru özünü daha qabarıq  əks etdirir. 
Ayrı-ayrı tarixi dövrlər və mərhələlər üzərində düşünərkən 
(məsələn, Maman biy haqqında) müəllif belə bir fikrə gəlir ki, 
bu cür şəxsiyyətlərin özünün arenaya çıxması da o zamanlar 
bir qədər tez idi. Çünki xalq hələ yetişməmişdi və buna görə 
də o, bütün məsələlərdə qəhrəmanı təqsirkar  bilirdi ki, o, da 
xalq tərəfindən alçaldılmanı    qəbul etmək zorunda qalırdı. 
Finalda isə Maman obrazı  əsərdə  gəncin dramatizm dolu, 
hadisələrin və hisslərin gərilməsi ilə yadda qalır.
Trilogiyanın ikinci kitabında qaraqalpaqların tarixinin 
ikinci hissəsi təsvir olunur. Burada T.Kaipbergenov xeyli 
məqamlarda həm də folklor – etnoqrafik  və tarixi mənbələrlə 
polemikaya girir. Çünki mənbələr Aydos babanı yalnız 
eqoist, özünü sevən kimi təqdim edirdi. Romanda göstərilir 
ki, Aydos baba Xivə xanlığı  tərəfindən ona xan rütbəsi 
verildikdən, qaraqalpaq xanlığını müstəqil idarə etməyə 
başladıqdan sonra doğma xalqını Xivə xanlarına qurban 
verir. Bununla belə Ados bəy Yesengeldidən və digərlərindən 
müsbət mənada fərqlənir. Bütün bunları  təsvir edən yazıçı 
eyni zamanda Aydosun şəxsiyyətinin doğru-dürüst izahını 
verməyə və onu bu hərəkətlərə məcbur edən motivləri açmağa 
çalışır. Aydos bəy öz marağı üçün yox, xalqın marağına görə 
Xivəyə xidmət edir. Bu da məhz onun həyatının dramatik 
səhifələri ilə uyğunlaşırdı. 
Romanın bu hissəsində T.Kaipbergenov dövlət xadiminin 
və xalqının qarşılıqlı problemlərini inkişaf etdirir. Burada o
xalq şüurunun təkamülünə  obyektiv qiymət verməyə çalışır. 
Xalq həm də  həmin dövrdə öz baxışlarında məhdud idi, 
buna görə o, hələ də Aydos bəyin uğuru ilə bağlı mübarizə 
aparmaq uğrunda birləşmək ideyasını müdafiə etmir. O, 
qaraqalpaq xalqının nə üçün yaşamasını da kifayət qədər dərk 
etmirdi. Bununla belə əsərdə həm də göstərilir ki,  XVII əsrlə 
müqayisədə xalqın şüurunda xeyli keyfiyyətli dəyişiklik də 
getmişdir. XIX əsrin 20-ci illərinin sonunda xalq yenə də Xivə 
meylindən imtina etmiş  və başlıca məsələni duymuşdur. 
«Aydos heç də səhrada yaşayan xalqa pislik etmək istəməmiş, 
o, xeyirxahlıq istəyirmiş ki, insanlar da bunu yaxşı bilirdi».
Epopeyanın üçüncü kitabı əvvəllki iki kitabın təcrübə və 
ideyalarını özündə birləşdirir. Oxucunun gözü qarşısında 
Yernəzər bəy obrazı durur. Maman da Aydos bəy kimi 
qaraqalpaqların birləşməsinə  səy göstərir.  Əgər ondan 
əvvəlkilərin mübarizəsi uğurla nəticələnmirsə, Yernəzər bəyin 
bütün fəaliyyəti  tədricən həyata keçməyə başlayır. Yernəzər 
bəy dövründə həm də əvvəl həyata keçirilməyənləri həyata 
keçirmək mümkün olur. Yernəzər Aydos və Mamandan 
 
ruhunun bütövlüyü, tamlığı ilə seçilir.
Bəs onda Yernəzər bəy kim idi? O, qaraqalpaqların 1855-
1856-cı illərdə baş vermiş Xivə xanlığına qarşı mübarizəsini 
idarə edirdi. Onun obrazında xalq əfsanəsində olan Yernəzər – 
batırın özünün obrazı yaşayırdı. Bununla belə, folklor batırlığı 
qüvvəsi – heç də  qəhrəmanın başlıca göstəricisi deyildir. O, 
romanda həm də digər keyfiyyətlərlə doldurulur. Yernəzər 
məqsədə doğru gedən, uzaqgörən siyasi xadimdir. Onun 
naturasında, mahiyyətində  ən  başlıcası xalqa oriyentasiya 
əsas yer tutur. Öz növbəsində xalq da Yernəzərin və özünün 
uğrunda döyüşməsini yaxşı dərk edir. Bu keyfiyyətlər Mamana 
da xas olsa da, o dövrdə tarixi epoxa da tamamilə başqa idi.
«Qaraqalpaqlar haqqında dastan» əsəri çoxproblemli 
əsərdir. Yazıçı burada bütün istəklərini  dərin məzmunda, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
320
321
mühüm səviyyədə realist xarakterli insan tipini yaratmaqla 
psixologizm  bacarığına yetərincə yiyələnməsəydi, heç 
nəyə nail ola bilməzdi. T.Kaipberge 
nov yaradıcılığında 
psixologizmdən istifadə  bu epopeyada yeni mərhələyə 
çatmışdı. Elə buna görə də bu trilogiya özündə sevgi-psixoloji 
romanın təcrübəsini əks etdirməkdədir. Hər hansı bir tarixi 
mərhələ haqqında söhbət məhz belə şəkildə təsviri, təhkiyə 
quru və  bəsit alınardı.  İncə psixoloji məqamlar burada 
personajların mürəkkəb münasibətlərində də yetərincə  canlı 
verilir. Mamanbiy və onun dostu-yetim Amanlıq və Mamanın 
gəlini Akbiday Amanlığı sevən və onun arvadı olan Akbiday 
koloritli psixologizmlərlə verilmişdir. T.Kaipbergenov psixo-
logiz mində xüsusi hal və cəhət bundan ibarətdir  ki, bu psixo-
logizm onun realist yazı manerasını digərlərindən fərqlən-
dirir. Bunu tədqiqatçılar «susma poetikası» adlan dırır lar. 
   Trilogiyanın başlıca xüsusiyyəti ondan ibarətdir ki, bu 
əsərdə dastançılıqla roman başlanğıcı bir-birini üzvü surət də 
tamamlayır.  
“Qaraqalpaqlar haqqında dastan” trilogiyası tarixi 
nəsr janrının  ən keyfiyyətli  ənənələrinə söykənilərək yazıl-
mışdır. T.Kaipbergenov burada «epopeyaçı  vəzifəsini» 
olduqca uğurla həll etmişdir.  Əvvəllər  ədəbi tənqid də 
bu məsələni dəfələrlə qeyd etmişdir. Eyni dərəcədə tarixi 
epopeyanı dastan adlandıran yazıcı, burada açıqca milli, xalq 
qəhrəmanlıq və  romançılıq eposu haqqında məlumat verə 
bilir. T.Kaipbergenov trilogiyanın əsasına çoxsaylı qəhrəman-
lıq epik dastanlarının tipoloji motivlərini qoymuşdur: burada 
qaraqalpaqların yadellilərə qarşı mübarizəsi, batırların 
qəhrəmanlığı, onların sevgililəri ilə münasibətləri, faciəvi 
ziddiyyətlər, doğma qardaşların hakimiyyət uğrunda 
mübarizəsi, onları ölümə  gətirib çıxaran hallar – bütün 
bunların hamısı sənətkar tərəfindən yaradıcı şəkildə nəzərdən 
keçirilmişdir.
T.Kaipbergenovun əsərində bədii təxəyyül həm də tarixi 
fakt və materiallarla zənginləşdirilir. Müəllif trilogiyanın 
əvvəlində qeyd edir ki, o, uşaq vaxtı eşitdiyi rəvayətləri bir-
biri ilə qarşılıqlı müqayisə edərək, həm də tarixi faktlar və 
mənbələrlə müqayisə etməyə çalışırdı
11
. Trilogiyada, xalq 
eposunda olduğu kimi,  çoxsaylı sərgüzəştli süjetlər də vardır 
ki, bunlar «Min bir gecə» nağıllarında, «Tutinamə», «Qırx 
qız», «Koblandı-batır» və digər batırlıq  dastanlarında yer 
almış süjetləri, sərgüzəştli situasiyaları yada salır.
«Qaraqalpaqlar haqqında dastan» epopeyasının folklor 
probleminin həlli heç də sadə deyildir. Əsərdə dastan 
süjetli situasiyalar və onun poetika priyomları müəllif 
tərəfindən yaradıcı şəkildə inkişaf etdirilir. Materialın təşkili 
düşünülmüş romandaxili xüsusiyyətlərə tabe etdirilir, folklor 
epik başlanğıcın realizasiyasının başlıca vasitələrindən biri  
kimi  əks olunur. T.Kaipbergenovun trilogiyasında məlum 
ənənəvi məhəbbət dastanları üçün xarakterik olan fantastik 
möcüzələrlə və nağıl qəhrəmanları ilə bağlı olan məqamlara 
rast gəlmirik. 
T.Kaipbergenovun qeyd etdiyimiz trilogiyasında tarixlə  
müasirlik bir-biri ilə  əlaqədədir. Bununla bağlı yazıçı 
aşağıdakıları qeyd edirdi: «Yazıçı üçün tarixi əsər yazmaq 
geoloq üçün yerin təkində faydalı qazıntılar axtarmaq kimi 
bir şeydir. Onlar çoxdan yaranmaqla keçmişdə vardır. Həm 
indi, həm də  gələcək nəsillər üçün xidmət edir. Keçmiş – 
indiki zamanın müəllimidir»
12

T.Kaipbergenov öz xalqının keçmişini həm, bir tərəfdən, 
zərgər kimi bərpa edir, həm də, digər tərəfdən, düzüb-
qoşur, düzəldirdi. Lakin fakt, material və hadisələri xalqının 
tarixindən öyrənərək yazıçı  nəinki nümunələrə müraciət 
edir, həm də onları öz fantaziyasının köməyilə bərpa edirdi. 
«Mən nümunəyə riayət etməklə, onun konturlarını, xətlərini, 
ornamentlərini verməyə çalışırdım və bilirdim ki, bunu nə 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə